81
EYLƏMĠġƏM
Ala gözlüm, səndən ayrı düşəli,
Hicranın qəmiylə kef eyləmişəm,
Ahu vaynan günüm keçdi dünyada,
Dərd alıb, qəm satıb nəf eyləmişəm.
Səndən ayrı şad olmuram, gülmürəm,
Canımdan bezmişəm, ölə bilmirəm,
Nə müddətdi qulluğuna gəlmirəm;
Bağışla təqsirim, səf* eyləmişəm.
Həsrət qoyma gözü gözə, amandı,
Yandı bağrım, döndü közə, amandı!
Keçən sözü vurma üzə, amandı,
Hədyan danışmışam, laf eyləmişəm.
İnsafdımı, gülə həmdəm xar ola?
Tülək-tərlan ovlağında sar ola?
Ələsgər istəyir bir bazar ola,
Əridib gövhəri, saf eyləmişəm.
* səf - səhv
|