Seçmə aşıq şeirləri
84
GÖRDÜM
Gedirdim güzarım düşdü bulağa,
Ovçu bərəsində maralı gördüm.
Yatıb inildəyir, durub boylanır,
Bir neçə yerindən yaralı gördüm.
Zalım ovçu onu alıb nişana,
Dəlib ürəyini, boyayıb qana,
Yıxılib çevrilir o yan, bu yana,
Kəsilibdi səbri-qəralı gördüm.
Təbib olsam, yaraların bağlaram,
Sinəm üstün düyünlərəm, dağlaram,
Ələsgərəm, ol səbəbdən ağlaram,
Ananı baladan aralı gördüm.
85
YƏHYA BƏY DĠLQƏM
(1830 – 1865)
MƏNƏM
Seyri-məskənimdi viranə bağlar,
Canan fərağında qovrulan mənəm.
İllər xəstəsiyəm, könlüm qan ağlar
Zəhməti zay olub sovrulan mənəm.
Könlümün sonası göldən gedəli
Dəhanın ləzzətı dildən gedəli
O tülək tərlanım əldən gedəli
Məhşərdə divanı qurulan mənəm.
Dilqəməm, əridim dərd kürəsində
Bivəfa dilbərin dörd dövrəsində
Şikar sevdasıyla ov bərəsində
Gözləyib gözləyib yorulan mənəm.
|