Seçmə aşıq şeirləri
80
AġIQ ƏLƏSGƏR
(1821-1926)
XOġ GƏLDĠN
Qədəm qoyub asta-asta,
Sən bu diyara, xoş gəldin!
Süzdürüb ala gözləri,
Qaşları qara, xoş gəldin!
Oğrun durub, qıya baxdın,
Müjganın sinəmə çaxdın,
Cismimi yandırıb yaxdın,
Alışdım nara, xoş gəldin!
Qaynayıb, peymanım dolub,
Gül rəngim saralıb solub,
Həsrətin çəkməkdən olub,
Sinəm sədpara, xoş gəldin!
Dostun vəfasını gördüm,
Sevib, seçib könül verdim,
Təzələndi köhnə dərdim,
Dərdimə çarə, xoş gəldin!
Sinəmdə eşqin dəftəri,
Sənsən dilimin əzbəri,
Yazıq Aşıq Ələsgəri,
Çəkməyə dara, xoş gəldin!
|