77
AġIQ HÜSEYN ġƏMKĠRLĠ
(1811-1891)
***
Bir adam ki, sənlə ülfət eyləsə,
Yəqin onun əsl zatı yaxşıdır.
Namərd
sənə quzuplov yedirsə,
Mərdin quru məhəbbəti yaxşıdır.
Dərd, hazar çəkərəm pərkarsız sazdan,
Ver, qurtar əlindən – nəzir-niyazdan,
Söyləyən qarıdan, gəzəyən qızdan,
Güləyən gəlindən lotu yaxşıdır.
Aşıq
olan sözün söyləyər başdan,
Sallabaş adamdan,
ürəyi daşdan,
Bədnəzər qonşudan, bədcins yoldaşdan
Qədir bilənlərin iti yaxşıdır.
Aşıq Söyün söylər kəlməni teydən,
Dərsimi almışam əlifdən, beydən,
Çörəksiz otaqdan,
gözəlsiz evdən,
Çölün, biyabanın otu yaxşıdır.