69
NƏ QALDI
Gəşt eylədim, bu dünyanı dolandım,
Əllini aşırdım, yüzə nə qaldı?!
Ayaq getdi, əl gətirdi, diş yedi,
Baxmaqdan savayı gözə nə qaldı?!
Ölüm haqdı, çıxmaq olmaz əmirdən,
İpək tora həlqə salma dəmirdən;
Aydı, gündü gəlib gedir ömürdən,
Tələsirik, görən yaza nə qaldı?!
…
Eşiyə çıxıram, hava məxşuşdu,
Gəzdiyim oylaqlar yadıma düşdü.
Bir gün eşidərsiz: Alı da köçdü,
Sındı telli sazı, təzanə qaldı.
Seçmə aşıq şeirləri
70
KÖNÜL
Bahar fəsli, yaz ayları gələndə,
Uca sərt dağlardan qar istər könül.
Gozəllər sallanıb sıra vuranda
Xəstəyəm, onlardan nar istər könül.
Bu dunyada mərdimazar çox olub,
Mərd iyidin gözü, könlü tox olub.
Qonşu yox istəyən özü yox olub,
Onunçün elləri var istər könül.
Mən gələli xeyli qəddin ucalıb,
Sənin dərdin məni çöllərə salıb,
Fikr etmə ki, Aşıq Alı qocalıb,
Gen tuman, çəpgəni dar istər könül.
|