"e-Dalğa" Şəbəkə Kulturoloji-Ədəbi Dərgi



Yüklə 2,23 Mb.
Pdf görüntüsü
səhifə29/47
tarix30.12.2021
ölçüsü2,23 Mb.
#24872
1   ...   25   26   27   28   29   30   31   32   ...   47
Esselər 
 
Zalımlıq haqqında 
 
    
   Fikrimcə, fəzilət daxili aləmimizdə olan bəsit xeyirxahlıq meyillərindən fərqli olaraq 
daha ali bir şeydir. Doğuluşundan xeyirxah, ağıllı olan ruhlar eyni addımlarla yeriyirlər 
və davranışlarında fəzilətli bir ruhu təmsil edirlər. Ancaq fəzilət özünü rahatca ağlın yolu 
ilə getməyə kifayətlənməkdən daha böyük, daha təsirli bir səy tələb edir. Yumşaq və 
üzüyola xarakterli insanlara qarşı edilən hərəkətləri düzgün başa düşmək üçün bu 
xeyirxah və yerində bir hərəkətdir. Daha yaxşısı isə odur ki, sizə qarşı edilən hər hansı bir 
hərəkət sizi çox yaralayanda intiqam arzusu ilə yaşamaq əvəzinə, ağlın silahlarından 
istifadə etmək və çətin bir döyüşdən sonra uğur qazanmaqdır. İlk halda xeyirxah iş 
görmüş, ikinci halda isə fəzilətli iş görmüş olursunuz. Birinci davranış, “xeyirxahlıq”, 
ikincisi isə “fəzilətdir”. Bəlkə də, buna görə Allahın xeyirxah, güclü, comərd və adil 
olduğunu deyirik, amma fəzilətli demirik. Çünki o gördüyü işi səy sərf etmədən edir. 
 
    

Yüklə 2,23 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin