"e-Dalğa" Şəbəkə Kulturoloji-Ədəbi Dərgi



Yüklə 2,23 Mb.
Pdf görüntüsü
səhifə8/47
tarix30.12.2021
ölçüsü2,23 Mb.
#24872
1   ...   4   5   6   7   8   9   10   11   ...   47
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
24
Dino Buttsati 
 
"Paxıl musiqiçi" 
 
hekayə  
 
İtalyancadan tərcümə edən: Cəmşid Cəmşidov 
 
   
       
  Şan-şöhrətinin zirvəsində həyatının çiçəkləndiyi bir dövrü yaşayan və son dərəcə paxıl 
insan olan bəstəkar Auqusto Qorca bir axşam öz məhəllələrində tək-tənha gəzişərkən 
hansısa böyük evdən gələn fortepiano səslərini eşitdi.  
Auqusto Qorca ayaq saxladı. Bu müasir, ancaq nə onun, nə də həmkarlarının 
bəstələdiklərinə bənzəməyən fərqli bir musiqi idi; buna oxşar bir şeyi o heç vaxt 
eşitməmişdi. Dərhal heç ayırd da etmək olmurdu ki, bu ciddimi, yoxsa yüngülmü 
musiqidir; o, özünün bir qədər sadəliyi ilə bəzi xalq təranələrini xatırlatsa da, onda acı bir 
istehza duyulur, sanki zarafatla səslənsə də, daxilindəki sarsılmaz inamdan xəbər verirdi. 
Ancaq Qorca, hər şeydən öncə, - bu musiqinin dəst-xəttindən heyrətə gəldi. O, 
harmoniyanın bütün köhnə qayda-qanunlarından azad idi, bəzən sərt və inadlı olsa da, 
eyni zamanda, ən kamil ifadə səviyyəsinə yüksəlirdi. Bundan əlavə, ona hər hansı bir ağır 
zəhmətdən əsər-əlamət olmayan füsunkar yüngüllük və gənclik təravəti də xas idi. Ancaq 
çox keçmədi ki, royal susdu və Qorca müsuqinin yenidən səslənəcəyini gözləyərək, 
küçədə əbəs yerə var-gəl etməyə başladı.  
- Kim bilir, yenə hansı amerikan hoqqasıdır. Onlarda musiqi yerinə ən qəliz cəhənnəm 
sayıqlamasını sırıyırdılar, - deyə o düşündü və evinə tərəf üz tutdu. Bununla belə, həmin 
axşam da, bütün ertəsi gün də o, qəlbində dərin bir narahatlıq hissi duydu; necə ki, birisi 
meşədə ov edərkən sərt bir daşa və ya ağaca ilişir və ehtiras içərisində olduğundan bunun 
fikrinə varmır, yalnız sonra, gecə zədənin yeri ağrı verəndə o, heç bir vəchlə xatırlaya 
bilmir ki, bu harada və necə baş verib. Və hələ bir həftədən də artıq gözləmək lazım gəlir 
ki, yaranın yeri tamamilə itib yox olsun. 
Bir müddət keçmiş, saat altıya yaxın evinə dönərkən Qorca qapını açar-açmaz, qonaq 
otağındakı radiodan gələn səsləri eşitdi: o, dərhal, öz peşəkar duyumu ilə həmin səsləri 
tanıdı; bu dəfə tək fortepiano yox, bütöv bir orkestr çalırdı və bu onun həmin axşam 
eşitdiyi musiqi parçası idi, eyni möhtəşəm və məğrur vurğular, az qala təhdidedici bir 
amiranəliklə, sanki mənzilə yetişməkçün dördnala çapan küləkayaqlı bir kəhər ideyasını 
təlqin edən həmin bənzərsiz harmonik ifadələr.  
Qorca qapını örtməyə macal tapmamışdı ki, musiqi birdən-birə kəsildi və qonaq 
otağından qeyri-adı tələsiklə çıxan xanımı Mariyanın yaxınlaşmaqda olan ayaq səsləri 
eşidildi. 
- Salam əzizim, bilmirdim ki, belə tezliklə qayıdacaqsan, - deyə xanımı söylədi. 
Bəs nədən onun siması belə çaşqın idi? Bəlkə o, ərindən nəyisə gizlədirdi? 
- Nə olub? - deyə Qorca təəccüblə soruşdu. 
- Necə yəni, nə olub? Nə olmalıydı ki?-deyə Mariya özünü dərhal ələ aldı. 
- Bilmirəm. Sən nəsə belə, birtəhər salamlaşdın.... Bəlkə deyəsən, indicə  
radio ilə nə verirdilər? 
- Eh, elə bir o qalmışdı ki, hər şeyə qulaq asım! 
- Elə isə, mən içəri girən kimi sən niyə radionu belə tələsik söndürdün? 


 
25
- Nədir, məni sorğu-suala tutmusan? - deyə, xanımı gülərək ucadan soruşdu. 
Düzünü bilmək istəyirsənsə, radionu elə səni qarşılamağa çıxanda söndürdüm. Keçmişəm 
öz otağıma, yadımdan çıxıb, yanılı qalıb. 
- Bir musiqi verirdilər... çox maraqlı musiqi idi, -deyə Qorca fikirli-fikirli qonaq otağına 
yönəldi.  
- Bəxtəvərin oğlu, sənə musiqi azlıq edir, nədir? Səhərdən axşama qədər musiqi, 
musiqi.... heç cür sakitləşə bilmirsən... Sən bu radiodan əl çəkəcəksən, ya yox?! - deyə o, 
ərinin radionu yenidən yandırmaq istədiyini görüb ucadan deyindi.  
Qorca çevrilib arvadına diqqətlə nəzər saldı: xanımı həyəcanlı görünürdü, sanki nədənsə 
ehtiyat edirdi. O, nümayişkaranə bir tərzdə radionun düyməsini burdu, lövhə işıqlandı, 
cihaz həmişəki kimi çıqqıldadı, sonra diktorun səsi eşidildi: - ... mera musiqisindən ibarət 
proqramı dinlədiniz. “Tremel” firması tərəfindən təqdim olunan növbəti konsertlə... 
- Nədir, sakit oldun? - deyə bir qədər ürəklənmiş Mariya dilləndi. 
Həmin axşam - şam yeməyindən sonra dostu Cakomelli ilə birlikdə gəzintiyə çıxan 
Qorca radio verilişlərinin siyahısı olan qəzeti alıb günün proqramına nəzər saldı. “Saat 
1645, maestro Serco Anfossinin rəhbərliyi ilə kamera musiqisi; Hindemitin, Kuntsun, 
Mayssenin, Ribbentsin, Rossi və Stravinskinin əsərləri”. Yox, dinlədiyi musiqi qətiyyən 
Stravinskininki deyildi. Bəstəkarların adları qəzetdə əlifba sırası ilə verilmişdi və 
görünür, əsərlərin ifa ardıcıllığı konsert zamanı dəyişdirilmişdi. Bu nə Hindemitin, nə də 
Mayssenin musiqisi idi, Qorca onları çox gözəl tanıyırdı. Deməli Ribbents? Yox, onun 
köhnə konservatoriya dostu Maks Ribbents on il öncə elə də pis olmayan, ancaq 
sxolastik, böyük polifonik kantata ilə gücünü sınamış, sonra bəstəkarlıqdan tamamilə əl 
çəkmişdi. Yalnız bu yaxınlarda, bu qədər sükutdan sonra o, Teatro di Statoda yeni bir 
opera düzüb-qoşmaqla özünü yenidən göstərmişdi. Elə bu günlərdə də əsər səhnəyə 
qoyulmalı idi. Ancaq həmin o birinci əsərini nəzərə almaqla , bu dəfəkinin də nə 
olacağını təsəvvür etmək çətin deyildi. Deməli, bu Ribbents də deyil. Qalırdı Kunts və 
Rossı. Ancaq onlar kim idilər ki? Qorca onların adlarını belə, eşitməmişdi.  
- Sən orada nə axtarırsan?-deyə Cakomelli onun qəzeti diqqətlə nəzərdən keçirdiyini 
görüb soruşdu. 
- Heç. Bu gün radioda bir musiqi eşitmişəm. Bilmək istəyirdim kiminkidir. Maraqlı 
musiqi idi. Ancaq buradan baş çıxarmaq olmur. 
- Yəni, necə musiqi idi ki? 
- Deməyə çətinlik çəkirəm, çox həyasız bir musiqi idi, mən deyərdim.... 
- Yaxşı görək, başından elə, - deyə dostunun necə vasvası olduğunu bilən Cakomelli 
zarafatla söylədi. Özün məndən də gözəl bilirsən ki, səni kölgədə qoya biləcək bir 
bəstəkar hələ anasından olmayıb. 
- Yox, yox, əksinə, - deyə istehzanı duyan Qorca cavab verdi. Mən buna yalnız şad 
olardım, hətta düşündüm ki, nəhayət, kimsə (onun tutqun fikirləri seyrəldi)... Yeri 
gəlmişkən, Ribbentsin yeni operasının baş məşqi sabah deyil? 
Cakomelli dərhal cavab vermədi. Yox, -deyə o laqeydliklə dilləndi. Onu, deyəsən təxirə 
salıblar. 
- Bəs sən özün gedəcəksən? 
- Eh, çətin... Sən ki, bilirsən, belə şeylər mənim əsəblərimçün həddən ziyadədir. 
Bu sözlərdən sonra Qorcanın əhvalı özünə qayıtdı.  
- Zavallı Ribbents, -deyə o, ucadan söylədi. Zavallı qoca Ribbents, mən ondan ötrü 
həqiqətən də şadam. Nə qədər olmasa da təsəllidir....Hə, təki olsun...! 


 
26
Ertəsi gün axşam Qorca evdə oturub barmaqları ilə pianonun dilləri üzərində gəzişərkən 
birdən, bağlı qapı arxasından həyəcanlı danışıq səslərini eşitdi. O, şübhələnərək 
yaxınlaşıb qulaq asdı.  
Yandakı qonaq otağında xanımı və Cakomelli nəyinsə barəsində yavaşca 
məsləhətləşirdilər. Cakomelli deyirdi: 
- Axı, gec-tez o, hər şeyi biləcək. 
- Nə qədər gec olsa, bir o qədər yaxşıdır, -deyə Mariya cavab verirdi, - o, hələ heç nədən 
şübhələnməməlidir.  
Yaxşı, tutaq ki,... Bəs, qəzetlər? Qəzetləri ki, oxumağı ona qadağan edə bilməyəcəksiniz.  
Bu yerdə Qorca qapıları taybatay açdı. Arvadı və dostu, sanki iş başında yaxalanmış 
oğrular kimi yerlərindən dik atıldılar. Hər ikisinin bənizi ağappaq ağarmışdı. 
- Deməli, belə?-deyə Qorca acıqlı-acıqlı soruşdu. Qəzetləri oxumağı kimə qadağan 
edirsiniz? 
- Mən ... mən..., - deyə Cakomelli kəkələdi, -mən burada bir əmioğlu barəsində 
danışırdım. O israfçılıq üstündə həbs olunub. Onun atası, yəni mənim əmim bu barədə 
heç nə bilmir.  
Qorca rahatlıqla nəfəsini dərdi. Buna da şükür! O, bir qədər yersiz müdaxiləsinə görə 
hətta utancaqlıq hissi də keçirdi. Nəhayət, bu şübhələrdən lap cana doymaq olardı. Ancaq 
sonra Cakomelli sözünə davam edərək danışdıqca o, yenidən səksəkəli həyəcan hiss 
etməyə başladı? Görəsən bu əmioğlu əhvalatı yalan deyildi ki? Cakomelli bütün bunları 
özündən uydura bilməzdimi? Əks təqdirdə, bu gizli pıçıltılar nə demək idi? 
O, həkimləri və qohumları tərəfindən qaçılmaz son hökmü gizlədilən bir xəstə kimi 
şübhələr içərisində dolaşırdı: insan ətrafındakı yalanları duyur, ancaq o birilər daha da 
bicdirlər və onun fikrini yayındırmağa çalışırlar, onu sakitləşdirməyə nail olmayanda isə 
heç olmasa, qorxunc həqiqəti gizlətməyə cəhd edirlər. 
O, evdən kənarda da şübhəli əlamətlərlə üzləşirdi: məsələn, həmkarlarının çoxmənalı 
baxışları, onun yaxınlaşdığını görərkən susaraq, danışmamaları, adətən söhbətçil 
insanların onu görcək sıxıntı keçirməsi... Ancaq Qorca özünü ələ alır və özü-özünə 
suallar verirdi ki, bəlkə ondakı bu şübhələr nevrasteniyanın əlamətləridir. Axı, bəzi 
insanlar var ki, yaşa dolduqca hər tərəfdə yalnız düşmən görürlər. Bir də axı, o nədən 
qorxmalı idi ki? O, ad-san, hörmət sahibi idi, maddi cəhətdən gözəl təmin olunmuşdu. 
Teatrlar və simfonik cəmiyyətlər onun əsərlərini ifa etməkdə iddialı idilər. Sağlığına söz 
ola bilməzdi, heç vaxt da xəstələnməmişdi. Yaxşı, bəs nə? Onu hansı təhlükə gözləyə 
bilərdi? Ancaq bu cür düşünmək ona kifayət etmirdi.  
Ertəsi gün şam yeməyindən sonra onun həyəcanı daha da kəskinləşdi. Saat təxminən ona 
qalırdı. Növbəti qəzeti gözdən keçirərkən o, gördü ki, Ribbentsin yeni operası səhnəyə 
məhz həmin axşam qoyulur. Yaxşı, onda necə olur axı? Məgər Cakomelli deməmişdimi 
ki, baş məşq təxirə salınmışdır? Necə ola bilərdi ki, heç kim ona xəbər verməsin, onsuz 
keçinsinlər? Və nə üçün teatrın rəhbərliyi həmişə olduğu kimi ona xüsusi dəvətnamələr 
göndərməmişdi? 
- Mariya! Mariya!-deyə o, həyəcanla çığırdı. Sən bilirdin ki Ribbentsin premyerası bu 
axşamdır? 
Mariya təsviş içərisində özünü yetirdi: 
- Mən... mən? Hə, ancaq elə bilirdim... 
- Nəyi elə bilirdin?.. Bəs dəvətnamələr? Necə ola bilər ki, mənə dəvətnamə 
göndərməsinlər?  
- Hə, hə... Bəs, sən zərfi görməmisən? Mən onu sənin masanın üstünə qoymuşam.  
- Mənə də heç nə deməmisən, eləmi? 


 
27
- Mən elə bildim bu səninçün maraqlı deyil.. Axı sən özün deyirdin ki, heç vaxt 
getməzdin... Deyirdin onlar səni tovlaya bilməzlər... Bir də ki, tamam unutmuşdum, sənə 
and içirəm.  
Qorca özündə deyildi. 
- Mən başa düşə bilmirəm... başa düşə bilmirəm, - deyə o təkrar-təkrar söyləyirdi, - saat 
on birə beş dəqiqə işləyib... artıq gecdir...bu sarsaq Cakomelli də ki (onu nə vaxtdan bəri 
sarsıdan şübhələr dumanı artıq seyrəlirdi: səbəbini heç cür anlaya bilmədiyi bu təhlükə 
nəsə də məhz Ribbentsin operasında olmalı idi. O, məchul baxışlarla gözlərini yenidən 
qəzetə zillədi)... Aha, operanı radio ilə verirlər... İndi görüm kim bu imkanı mənim 
əlimdən ala biləcək! 
Mariya kədərli bir səslə dedi: 
- Augusto, təəssüflər olsun ki, radio işləmir.... 
- Necə yəni işləmir? Nə vaxtdan bəri işləmir? 
- Elə günortadan. Saat beşdə mən onu yandırmaq istədim, içərisində nəsə “çıqq” elədi, 
sonra da heç nə eşidilmədi, görünür qoruyucusu yanıb. 
- Məhz bu axşam, eləmi? Deməli, siz sözü bir yerə qoymusunuz ki... 
- Nədən ötrü sözü bir yerə qoymuşuq? - deyə Mariya az qaldı ki ağlasın. 
Mənim günahım nədir? 
- Yaxşı mən gedirəm. Haradasa bir radio tapılar... 
- Yox, Auqusto... yağış yağır... özün də soyuqdəyməlisən... həm də gecdir... axırı bir vaxt 
tapıb bu zəhrimara qalmış operaya qulaq asacaqsan, ya yox?! 
Ancaq Qorca çətiri qapıb, evdən çıxmışdı.  
O, tək-tənha küçələri dolaşarkən hansısa bir qəhvəxananın parlaq işıqları nəzərlərini cəlb 
etdi. İçəridə adam az idi. Ancaq bir qədər irəlidə, kiçik çay zalında bir dəstə adam 
toplaşmışdı. Və oradan musiqi sədaları süzülürdü. Qəribədir, - deyə Qorca düşündü. 
Radioya belə marağı yalnız bazar günləri futbol oyunları gedəndə görmək mümkündü. 
Birdən onun beynində qəfil fikir oyandı: olmaya onlar Ribbentsin operasını dinləyirlər? 
Yox, bu ağlasığan deyildi. Yerlərində qımıldanmadan musiqiyə qulaq asanlar onun 
şübhələrindən xeyli uzaq adamlardı: əyinlərində sviter olan iki cavan oğlan, bir yüngül 
əxlaqlı qız və ağ gödəkcə geymiş ofisiant. 
Qorca anlaşılmaz bir üzünt hiss etdi, sanki neçə-neçə günlər, günlər nədir, aylar və illər 
öncə o bilirdi ki, təyin olunmuş bu saatda o özgə bir yerə yox, məhz buraya, bu 
qəhvəxanaya gəlib çıxmalıydı. Və indi o, yaxınlaşdıqca, musiqinin ritmi və ahəngi daha 
da aydın duyulduqca onun ürəyi daha da bərk sıxılmağa başlayırdı. 
Bu musiqi onun üçün tamamilə yeni bir şey idi və eyni zamanda bu səslər onun beynində 
bir qurd kimi çoxdan kök salmışdı. Bu həmin qəribə musiqi idi ki, Qorca onu əvvəl 
küçədə, sonra isə o axşam evlərində eşitmişdi. Ancaq indi o, daha sərbəst və daha 
məğrur, qeyri-adi coşqunluğuna və ramedilməz gücünə görə daha da möhtəşəm 
səslənirdi. O, hətta bu savadsız insanları, - bu mexanikləri, küçə qadınlarını, ofisiantları 
belə məftun etmişdi. Onlar fəth olunmuş, məğlub edilmiş kimi ağızları açıq qalmışdılar. 
Dahi! Və bu dahinin adı Ribbents idi. Dostları da, xanımı da əllərindən gələni etmişdilər 
ki, Qorca bu barədə heç nə bilməsin, - yanlız ona olan təəssüblərinə görə. Bu həmin o 
dahi idi ki, bəşəriyyət onu, ən azı yarım əsr gözləmişdi və bu dahi Qorca yox, onun yaşıdı 
olan bir başqası, indiyədək tanınmayan və saya alınmayan birisi idi.  
Bu musiqi onun üçün necə də nifrətamizdi! Bu musiqini hörmətdən salmaq, onun saxta 
olduğunu sübuta yetirmək, onu ələ salıb biabır etmək necə də gözəl olardı! O isə 
müzəffər bir zirehli kimi sükut dalğalarını yara-yara irəliləyirdi və olsun ki, tezliklə bütün 
yer üzünü fəth edəcəkdi! 


 
28
Ofisiant onun qolundan yapışdı: - Sinyor, üzr istəyirəm, özünüzü pis hiss 
etmirsiniz?Qorca həqiqətən də ayaq üstə güclə dayanırdı.  
- Yox, yox, təşəkkür edirəm.  
Beləcə, heç nə içmədən o, sonsuz üzüntü içərisində qəhvəxanadan yağışın altına çıxdı. - 
Müqəddəs Məryəm!-deyə o, həyat sevincinin onunçün birdəfəlik bitdiyini gözəl 
anlayaraq, öz-özünə pıçıldadı. O, hətta təskinlik üçün bu dərdini Tanrıya da aça bilmədi: 
çünki Tanrı bu cür iztirabları qəbul etmir. 
 
 
 

Yüklə 2,23 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin