Orqanoidlərin yaranması və dağılması yolu ilə daş-
ınma.
Bura qədər biz endositoz və ekzositoz proseslərinə vezi-
kulların tərkibinin nəqli prosesi kimi baxırıq. Bu proseslərin
digər aspekti də mövcuddur. Bu onunla bağlıdır ki, endositoz
yolu ilə hüceyrə səthinin bir hissəsində plazmatik membranın
istiqamətli çıxardılması (kənaredilmə) və əksinə, onun ekzosi-
toz yolu ilə əlavə olunması membranın çoxlu sahələrinin
yerdəyişməsinə gətirməklə, hüceyrəyə məsələn, çıxıntı for-
malaşdırmağa və ya hərəkət etməyə imkan verir (şəkil 3.13,B).
Mikrofilamentlər
(şəkil 3.2) – ilk növbədə lifli dəstələrə
yığılma qabiliyyətinə malik F-aktin zülallardan təşkil olunmuş-
dur. F-aktin zülalları isə monomerin sitozolda polimerləşməsi
nəticəsində lifli dəstələrə yığılır. Dəstələr polyarlaşırlar, yəni
onlar yeni aktin molekulunu akkumulyasiya etməklə çox vaxt bir
downloaded from KitabYurdu.org
63
ucdan artır, digəri isə inert ucdan dağılırlar. Bu an polyarizə ol-
unmuş böyümə hesabına mikroflamentlər effektiv olaraq
yerlərini dəyişirlər və onların şəbəkəsi və tor quruluşu da dəyişə
bilər. Aktinin depolimer vəziyyətdən nizamlanmış (gel)
vəziyyətə keçidi digər zülalların təsiri ilə və ya ionların
qatılığının
Şəkil 3.13, A-B). Ekzositoz və endositozla bağlı olan proseslərin
sxemi. 1-qranulyar endoplazmatik retikul, 2-ekzositoza məruz
qalmış qabarcıq, 3-zülal, 4-sekretor qovuqcuq, 5-Holçi aparatı, 6-
nüvə. A. Zülalın ekzositozu: 1-ASL, 2-plazmatik membran, 3-
haşiyələnmiş qovuqcuqda endositoz, 4-ASL reseptorunun membrana
qayıdışı, 5-endosoma, 6-ikincili lizosom, 7-Hamar qovuqcuqların
qovuşması, 8-birincili lizosom, 9-sərbəst xolesterol. B. ASL ekzosi-
tozu. 1-ekzositoz, 2-nüvə, 3-endositoz. A.Qranulyar endoplazmatik
retikulumda sintez olunan zülal Holci aparatı vasitəsilə plazmatik
membrana daşınır və burada ekzositoz yolu ilə sekresiya olunur. B.
ASL hissəcikləri ilə birləşmiş xolesterol plazmatik membranla
64
birləşir, membranın bu sahəsində endositoz qovuqcuğun yaranma-
sını induksiya edir, lizosomlara nəql olunur və burada azad olur. V.
Endositoz prosesində tutulmuş hüceyrəxarici material (şəkildə
sağda) hüceyrədən vezikullar və ya qovuqcuqlarla keçərək ekzositoz
vasitəsilə (şəkildə solda) xaric olur.
dəyişməsi ilə çox tez baş verə bilər. Aktin filamentlərini dağıdıb
qısa fraqmentlər yaradan zülallar da mövcuddur. Bir çox
hüceyrələrin nazik çıxıntıları – filopodilər – aktinin mərkəzi
dəstəsini saxlayır (şəkil 3.2) və filopodilərin müxtəlif hərəkətləri
ehtimal ki, aktin keçidləri ilə əlaqədar olur: polimerləşmə,
depolimerləşmə.
Mikroborucuqlar.
Mikroborucuqlar da həmçinin oxşar
yerdəyişmələrə məruz qalırlar. Bu yerdəyişmənin mexanizmləri
uyğundur – sitozoldan tubulinin polimerləşməsi elə baş verir ki,
bu vaxt mikroborucuqların bir ucu böyüyür, digər ucu ya
dəyişmir, ya da orada dağılma baş verir. Beləliklə, mikroborucuq
müvafiq olaraq materialın əlavə edilməsi və ya çıxarılması yolu
ilə sitozolda yer dəyişə bilər.
Sitoskeletin fəal hərəkəti.
Sitoskelet quruluşlarının də-
yişməsi həm fəal hərəkətlər nəticəsində həm də, yuxarıda əks
olunan yenidənqurma nəticəsində baş verə bilər.
Bir çox hallarda mikroborucuqların və fəal filamentlərin
hərəkəti filamentləri və ya borucuqları əlaqələndirən və onların
bir-birinə nisbətən yerini dəyişə bilən yığıcı zülallarla şərtlənir.
Miozin və dinein zülalları bütün hüceyrələrin sitozolunda
nisbətən yüksək miqdarda olur; onlar o elementlərdir ki, ix-
tisaslaşmış hüceyrələrdə (əzələ) və orqanoidlərdə (kipricik)
kimyəvi enerjini hərəkətə çevirirlər. Əzələ hüceyrələrində mio-
zin aktin filamentlərinə paralel istiqamətlənmiş yoğun
filamentlər yaradır. Miozin molekulu öz başcığı ilə aktin
filamentinə ATP enerjisindən istifadə etməklə birləşir. Sonra
miozin aktindən ayrılır. Bu cür tsikillərin cəmi (birləşmə və ay-
rılma) əzələ liflərinin makroskopik yığılmasına gətirir. Dinein
kipriciklərin işi zamanı mikroborucuqların yer dəyişməsində
analoji rol oynayır (şəkil 3.2). İxtisaslaşmamış hüceyrələrin si-
toplazmasında miozin və dinein müntəzəm olmayan liflər
downloaded from KitabYurdu.org
65
yaradır. Çox hallarda isə kiçik molekul qrupları yaradır. Hətta
bu cür kiçik aqreqat halında onlar aktin filamentlərinin və ya
mikroborucuqlarının yerini dəyişə bilərlər. Şəkil 3.14-də müx-
təlif istiqamətlərdə polyarizə olunmuş 2 aktin filamentinə ona
əks polyarizə olunmuş miozin molekulunun birləşməsi prosesi
əks olunub. Miozinin başcıq qrupları ATP enerjisini sərf
etməklə molekulun quyruğuna əyilirlər, 2 aktin filamenti isə
əks istiqamətdə qarışırlar hansı ki, bundan sonra miozin onlar-
dan ayrılır. ATP enerjisinin mexaniki işə çevrilməsilə olan bu
cür yerdəyişmə sitoskeletin formasını dəyişə bilər, uyğun
olaraq hüceyrənin və həmçinin orqanoidlərin sitoskeleti ilə
bağlı olan nəqliyyatı da təmin edir.
Şəkil 3.14. Qeyri-əzələ miozin kompleksi müəyyən orientasiyada
müxtəlif polyarlıqlı aktin flamentləri ilə birləşə bilər və ATP
enerjisindən istifadə etməklə onları bir-birinə nisbətən qarışdıra
bilər.
Aksonla daşınma.
Hüceyrədaxili nəqliyyat proseslərini
sinir hüceyrəsinin aksonlarında daha aydın müşahidə etmək
66
olar. Akson nəqliyyatı burada daha ətraflı öyrənilib. Aksonun
diametri bir neçə mikrondur, uzunluğu bir metr və daha çox ola
bilər. Diffuziya yolu ilə zülalların nüvədən aksonun distal
ucuna qədər hərəkəti illər tələb edərdi. Çoxdan məlumdur ki,
aksonun hər hansı bir sahəsi konstruksiyaya məruz qalarsa,
proksimal yerləşən aksonun bir hissəsi genişlənir. Bu onu
göstərir ki, sanki aksonda mərkəzdənqaçan axın blokada
olunub. Bu cür axın – cəld akson nəqliyyatı – şəkil 3.15-də
göstərilən eksperimentdəki kimi radioaktiv markerlərin
(nişanların) hərəkəti ilə nümayiş etdirilə bilər. Radioaktiv
nişanla nişanlanmış leysini dorsal kökünün düyününə
yeridirlər, sonra neyron cisimlərindən 166 mm aralıda 2-ci
saatdan 10-cu saata qədər oturaq sinirində radioaktivliyi
ölçurlər. 10 saat ərzində inyeksiya yerində radioaktivlik çox
dəyişilir, ancaq radioaktivlik dalğası akson boyunca təxminən 2
saatda 34 mm və ya 410 mm sut.
-1
sürətlə yayılır. Homoterm
heyvanların bütün neyronlarında cəld akson nəqliyyatı elə bu
sürətlə olur. Bununla belə, nazik mielensiz liflərlə və bir qədər
yoğun aksonlarla həmçinin, motor və sensor liflər arasında hiss
olunacaq dərəcədə fərq müşahidə edilmir. Radioaktiv markerin
tipi də cəld akson nəqliyyatı sürətinə təsir etmir. Markerlər kimi
müxtəlif radioaktiv molekullar çıxış edə bilər (neyron cisminin
zülallarına daxil olan müxtəlif amin turşuları). Əgər sinirə
radioaktivliyi nəql edən daşıyıcıların təbiətini bilmək üçün
sinirin periferik hissələrini analiz etsək, onda bu cür daşıyıcılar
əsas etibarilə zülal fraksiyasında həmçinin mediatorlar və
sərbəst amin turşusu tərkibində tapılır. Bu maddələrin
xassələrini və xüsusilə molekulların ölçülərinin müxtəlif
olmasını bilərək nəqliyyatın sabit sürətini biz yalnız bütün onlar
üçün ümumi olan nəqliyyat mexanizmi ilə izah edə bilərik.
Yuxarıda izahı verilən cəld akson nəqliyyatı anteroqraddır,
yəni hüceyrə cismindən istiqamətlənib. Bir sıra maddələr perife-
riyadan hüceyrə üzərinə retroqrad nəqliyyatın köməyilə hərəkət
edir, məsələn, asetilxolinesteraza bu istiqamətdə cəld akson
downloaded from KitabYurdu.org
67
nəqliyyatından 2 dəfə az sürətlə hərəkət edir. Neyro
anotomiyada çox vaxt istifadə olunan marker qatıqotu
peroksidazasıdır – həmçinin o retroqrad nəqliyyat ilə yer
dəyişir. Retroqrad nəqliyyat ehtimal ki, hüceyrə cismində zülal
tsiklinin tənzimlənməsində vacib rol oynayır. Aksonun
kəsilməsindən bir neçə gün sonra hüceyrə cismində promotoliz
müşahidə olunur ki, bu
Şəkil 3.15. Pişiyin oturaq sinirinin sensor liflərində cəld akson
68
nəqliyyatını nümayiş etdirən təcrübə. Tritium ilə nişanlanmış leysin
qanqlinin dorsal kökünə yeridilir və qanqli və sensor liflərdə 2,4,6,8
və 10 saatdan bir (yeridildikdən sonra) radioaktivlik ölçülür (şəkilin
aşağı hissəsi). Absis oxu boyunca qanqlidən oturaq sinirin ölçülmə
aparılan yerlərindən məsafəsi göstərilib. Ordinat oxu boyunca ancaq
yuxarı və aşağı əyri üçün loqarifmik miqyasda radioaktivlik
(imp./dəq.) göstərilib. Gücləndirilmiş radioaktivlik «dalğası» (oxlar)
410 mm•sut
-1
sürətilə hərəkət edir.
zülal tsiklinin pozulmasına sübutdur. Promotoliz üçün tələb
olunan vaxt retroqrad nəqliyyatın aksonun kəsildiyi yerdən hü-
ceyrə cisminə qədər davam etməsilə korrelyasiya olunur.
Kəsilmə zamanı zülal sintezini tənzimləyən siqnal maddələrin
periferiyadan ötürülməsini pozur. Aydındır ki, cəld akson
nəqliyyatında əsas «hərəkət vasitələri» qovucuqlar və ya
mitoxondrilər kimi orqanoidlərdir. Daha iri qovucuq və ya
mitoxondrilərin yer dəyişməsini mikroskop ilə in vivo -da
müşahidə etmək olar. Bu cür hissəciklər qısa, cəld akson
nəqliyyatını bir istiqamətdə həyata keçirir; dayanırlar, çox vaxt
bir qədər arxaya, yana hərəkət edirlər, yenə dayanırlar, sonra
sıçrayırlar: 410 mm sutka
-1
anteroqrad hərəkətin orta sürətinə
təxminən 5 mkm•s
-1
müvafiq gəlir. Hər bir ayrıca hərəkətin
sürəti yüksək olmalıdır. Əgər orqanoid mikroborucuq və
filamentlərin ölçülərini nəzərə alsaq, onda həqiqətən də bu
hərəkətlər çox sürətlidir. Cəld akson nəqliyyatı – ATP-in
yüksək qatılığını tələb edir. Kolxitsin kimi zəhərlər
mikroborucuqları dağıdır, həmçinin cəld akson nəqliyyatını
blokada edir. Buradan belə çıxır ki, vezikul və orqanoidlər
mikroborucuqlar və aktin filamentləri boyunca hərəkət edir. Bu
hərəkətlər dinein və miozinin kiçik molekul aqreqatı ilə təmin
olunur və bu vaxt ATP enerjisi istifadə olunur (şəkil 3.14).
Cəld akson nəqliyyatı patoloji proseslərdə də iştirak edə
bilər. Bəzi neyrotrop viruslar (məsələn, herpes və polimielit
virusları) periferiyada aksona daxil olur və retroqrad
nəqliyyatın köməyilə neyron cisminə hərəkət edir və orada
çoxaldılır və öz toksiki təsirlərini göstərirlər. Tetanus toksini –
dəri zədələnməsi zamanı orqanizmə düşmüş bakteriyalar
downloaded from KitabYurdu.org
69
tərəfindən hazırlanan zülaldır. Sinir ucları ilə tutularaq neyron
cisminə nəql olunur və orada xarakterik əzələ spazmaları əmələ
gətirir.
Akson nəqliyyatının özünə toksiki təsir halları məlumdur,
məsələn, akrilamidlə təsir. Bundan başqa, hesab edirlər ki,
«beri-beri» avitaminozunun patogenezi və alkoqol
polineyropatiyası cəld akson nəqliyyatının pozulmasına gətirir.
Hüceyrədə cəld akson nəqliyyatı ilə yanaşı, ləng akson
nəqliyyatı da mövcuddur. Tubulin akson boyunca təxminən 1
mm•sut.
-1
sürəti ilə hərəkət edir, aktin isə bir qədər yüksək
sürətlə 5 mm•sut.
-1
-ə qədər. Sitoskeletin bu komponentləri ilə
digər zülallar da miqrasiya edirlər; məsələn, fermentlər yəqin
ki, aktin və tubulinlə əlaqəlidirlər. Ləng akson nəqliyyatının
sürəti təxminən aksonun sürətinin artmasına uyğun gəlir.
Bu bölməni qurtarmaqla qeyd etməliyik ki, hüceyrələr heç
bir halda, məsələn, elektron mikroskopunda göründükləri kimi
statik deyillər. Plazmatik membran, xüsusilə də orqanoidlər
həmişə hərəkətdədirlər və həmişə yenidən qurulurlar; yalnız
ona görə onlar funksiyalarını yerinə yetirə bilirlər. Onlar kim-
yəvi reaksiyaların getdiyi sadə kameralar deyildir. Onlar
membran və liflərin yüksək nizamlı konqlomeratlarıdırlar,
hansılarda ki, reaksiyalar optimal mütəşəkkilliklə təşkil
olunmuş ardıcıllıqla gedir.
Hüceyrədə funksiyaların tənzimlənməsi.
Fərdi
hüceyrənin funksional vahid kimi saxlanması əsasən nüvə
hesabına tənzimlənir; bu cür tənzimlənmə mexanizmlərinin
öyrənilməsi hüceyrə fiziologiyasının predmetidir. Bununla
yanaşı hüceyrələr ətraf mühit şəraitinə müvafiq və orqanizmin
digər hüceyrələrinin tələbatına uyğun öz funksiyalarını
modifikasiya etməlidirlər yəni, hüceyrələr funksional
tənzimlənmənin obyektidirlər. Aşağıda biz bu tənzimləyici
amillərin plazmatik membrana necə təsir etməsinə və onların
hüceyrədaxili orqanoidlərə necə çatmasına baxacağıq.
70
3.4. Hüceyrə membranına tənzimləyici
amillərin təsiri
Membran potensialı.
Bir çox hallarda hüceyrə funksiya-
larının tənzimlənməsi membran potensialının dəyişməsi yolu
ilə həyata keçirilir. Potensialın lokal dəyişməsi mümkündür. Bu
vaxt – hüceyrənin qonşu sahəsində və ya digər hüceyrə ilə gen-
erasiya edən cərəyan membrandan keçir; sonra isə ionların
hüceyrədaxili qatılığı dəyişir. Bundan sonra membranın ion
kanalları açılır. Membran potensialının dəyişməsi membran zü-
lallarının konformasiyasına təsir edərək kanalların açılması və
ya bağlanmasını təmin edə bilər. Yuxarıda göstərildiyi kimi,
bəzi membran nasoslarının funksiyası membran potensialından
asılıdır. Sinir hüceyrələri membran potensialının dəyişməsini
informasiya kimi qəbul etməyə ixtisaslaşıblar. Bunun
nəticəsində bu informasiyanın təhlil edilərək ötürülməsi təmin
olunmalıdır.
Hüceyrədaxili tənzimləyici maddələr.
Hüceyrəxarici
maddələrin iştirakı ilə daha vacib tənzimləyici mexanizmlər,
plazmatik membranda və ya hüceyrə daxilində spesifik resep-
torlarla qarşılıqlı əlaqə hesab olunur. Bu cür maddələrə sinir
hüceyrələri arasında informasiyanı ötürən sinaptik mediatorlar
– lokal agentlər və qanla daşınılaraq orqanizmin bütün
hüceyrələrinə çatdırılan maddələr, məsələn, hormonlar və
antigenlər aiddir. Sinaptik mediatorlar çox da böyük olmayan
molekullar olub, sinaps sahəsində sinir uclarından buraxılır;
Onlar qonşu postsimpatik hüceyrənin plazmatik membranına
çatdıqda elektrik siqnalları və ya digər tənzimləyici
mexanizmlər fəaliyyətə başlayır.
Lokal kimyəvi agentlər çox vaxt ixtisaslaşmış hüceyrələr
tərəfindən ifraz olunurlar. Onlar hüceyrəxarici boşluqda sərbəst
diffuziya edirlər, ancaq onların təsiri kiçik hüceyrə qrupları
tərəfindən bu maddələrin parçalanması ilə məhdudlanır, bu ya
spontan, ya da ferment təsirilə olur. Bu cür agentlərin ifrazına
downloaded from KitabYurdu.org
71
kök, tosqun hüceyrələr tərəfindən zədələnmə və ya immun
reaksiya zamanı histaminin xaric olunmasını misal göstərmək
olar. Histamin damarların saya əzələ hüceyrələrində zəiflətmə
yaradır, damar endotelinin keçiriciliyini artırır və sensor sinir
uclarını qıcıqlandıraraq qaşınma hissinin yaranmasına səbəb
olur. Digər lokal kimyəvi agentlər başqa hüceyrələr tərəfindən
ifraz olunurlar. Tipik lokal agentlər prostaqlandinlərdir. Onlar
təqribən 20 yağ turşuları törəmələrindən ibarət birləşmələrdir.
Lokal təsir edən prostaqlandinlər hüceyrələr tərəfindən fasiləsiz
ifraz olunur. Onlar membranın fosfolipazaları tərəfindən cəld
parçalanır. Müxtəlif prostoqlandinlər geniş təsir spektrinə
malikdir. Onlar saya əzələ hüceyrələrinin yığılmasına, qan
lövhəciklərinin aqreqasiyasına təsir edir, yumurtalıqda isə sarı
cismin inkişafını zəiflədə bilər. Digər lokal agentlər kimi boy
amilləri
çıxış edir. Simpatik neyronlar üçün sinirlərin boy amili
(SBA) daha məşhurdur. Bunlar neyronların in vivo-da və ya
hüceyrə kulturasında inkişafı və yaşaması üçün vacibdir. Belə
demək olar ki, bu sinif neyronlar üçün hədəf hüceyrələri SBA
xaric edir və bununla da düzgün innervasiyanı təmin edirlər.
Uyğun olaraq SBA-ə bənzər çoxlu ixtisaslaşmış boy amilləri
mövcud olmalıdır.
Hormon və antigenlər.
Qanla orqanizmin bütün
hüceyrələrinə daşınırlar. Antigenlər spesifik antitellər daşıyan
hüceyrənin immun cavabını yaradır. Ancaq bir qayda olaraq,
antigenlər reaksiya verən orqanizmlərdə əmələ gəlməyən yad
cinsli maddələr olurlar. Bəzi hormonlar, məsələn, insulin, tirok-
sin çox müxtəlif tiplərə aid olan hüceyrələrə təsir edir. Digərləri
isə məsələn, cinsi hormonlar ancaq müəyyən tip hüceyrələrə
təsir edir. Hormonlar – ya hüceyrə membranında reseptorla
birləşməklə təsirləri işə salınan peptitdirlər, ya da lipid mem-
branından diffuziya edərək hüceyrədaxili reseptorlarla birləşən
steroidlər və tiroksindir. Steroid hormonlar nüvələrin xromotini
ilə birləşdikdən sonra, nəticədə müəyyən genlərin transkripsi-
yası işə salınır. Sintez olunan zülallar hüceyrə funksiyalarının
72
dəyişməsinə səbəb olur. Hormonların spesifik təsiri məhz
bununla izah olunur.
İkinci vasitəçilərin iştirakı ilə hüceyrədaxili əlaqə (kom-
munikasiya).
Yuxarıda göstərilən tənzimləyici funksiyalar
hüceyrə membranına təsir edir. Hüceyrə membranı tərəfindən
alınan məlumat çox vaxt orqanoidlərin reaksiyasına səbəb ol-
malıdır və bu onlara 2-ci vasitəçilər kimi (xarici mənbələrdən
hüceyrəyə daxil olan 1-ci vasitələrdən fərqli olaraq) tanınan
müxtəlif maddələrlə daşınır. Burada biz 3 yaxşı öyrənilmiş
vasitəçilərə toxunacağıq: Ca
2+
, tsAMP və inozitoltrifosfat.
Kalsium.
Sadə, hüceyrədaxili vasitəçi Ca
2+
ionudur. Onun
hüceyrədə sərbəst qatılığı çox aşağıdır (10
-8
-10
-7
mol
⋅l
-1
-dir). O
hüceyrəyə spesifik membran kanalları ilə keçə bilər (kanallar
açıq vəziyyətdə olan zaman), məsələn, membran potensialı də-
yişən zaman. Ca
2+
-un qatılığının artması nəticəsində hüceyrədə
vacib reaksiyalar əzələ yığılmasının əsasını təşkil edən miofi-
bril yığılması və ya sinir uclarında mediator saxlayan vezikul-
ların ifrazı kimi reaksiyalar işə salınır. Hər iki reaksiya Ca
2+
-un
10
-5
mol•l
-1
-ə bərabər olan qatılığını tələb edir. Tənzimləyici
təsir edən Ca
2+
-un həmçinin hüceyrədaxili depolardan da
(endoplazmatik retikulumdan) azad ola bilər. Ca
2+
-un depolar-
dan azad olması digər vasitəçilərin iştirakını tələb edir (şəkil
3.17-yə bax).
Tsiklik adenazinmonofosfat (tsAMP).
Axır vaxtlarda sü-
but olunmuşdur ki, orqanizmdə əsas enerji mənbəyinin – ATP-
in törəməsi olan tsAMP mühüm 2-ci törəmədir. Şəkil 3.16-də
göstərilən mühüm reaksiyalar zənciri plazmatik membranın
xarici səthində yerləşən R
s
reseptorundan başlayır və müxtəlif
hormon və mediatorlar üçün spesifik birləşmə yeri ola bilər.
Spesifik «stimuləedici» molekul ilə birləşdikdən sonra R
s
öz
konformasiyasını
dəyişir; bu dəyişiklik membranın daxili
səthindəki G
s
zülalına elə təsir edir ki, axırıncının hüceyrədaxili
quanizintrifosfat (QTP) ilə aktivləşməsi mümkün olsun.
Aktivləşmiş G
s
zülalı öz növbəsində membranın daxili
downloaded from KitabYurdu.org
73
səthindəki fermenti – adenilattsiklazanı (AT) aktivləşdirir,
hansı ki, ATP-dən tsAMP-in əmələ gəlməsini kataliz edir.
Məhz suda həll olan tsAMP hüceyrəxarici reseptorun R
s
stimu-
lyasiya effektini hüceyrədaxili strukturlara ötürən vasitəçidir
Şəkil 3.16. tsAMP hüceyrədaxili vasitəçinin iştirakı ilə olan
reaksiyalar zənciri. Oyandırıcı və tormozlayıcı xarici faktorlar R
s
və R
i
membran reseptorlarını aktivləşdirir. Bu reseptorlar G-
zülalın hüceyrədaxili QTP ilə birləşməsi prosesini tənzimləməklə
hüceyrədaxili adenilattsiklazanı (AT) stimulə və ya ingibirə edir.
Gücləndirici ferment AT ATP-ni tsAMP-ə çevirir, hansı ki, sonra
fosfodiesterazanın iştirakı ilə AMP-ə qədər parçalanır. Sərbəst
tsAMP hüceyrəyə diffuziya edir və A-kinazanı aktivləşdirir (onun
katalitik subvahidini azad etməklə), hansı ki, hüceyrədaxili
fosforlaşmanı kataliz edir, yəni hüceyrəxarici stimulun son
effektini formalaşdırır. Sxemdə həmçinin bəzi reaksiyaları işə
salan (+) və ya ingibirə edən (-) formokoloji preparatlar və
toksinlər göstərilmişdir.
74
R
s
-in iştirakı ilə stimulyator reaksiya zəncirinə paralel tor-
mozlayıcı mediator və hormonların müvafiq R
i
reseptoru ilə
birləşməsi mümkündür, hansı ki, yenə də QTP-aktivləşdirici
zülal G
i
-nin iştirakı ilə AT-ni ingibirə edir və bu yolla tsAMP -
in əmələ gəlməsini də. Hüceyrəyə diffuziya edən tsAMP adeni-
latkinaza (A-kinaza) ilə reaksiyaya girir; bu vaxt C subvahidi
azad olur, hansı ki, P zülalının fosforlaşmasını kataliz edir. Bu
fosforlaşmalar zülalları aktiv formaya gətirir və indi onlar
özlərinin spesifik tənzimləyici təsirlərini göstərə bilərlər
(məsələn, qlikogenin deqradasiyasını). Bu mürəkkəb
tənzimləyici sistem çox effektivdir, belə ki, son nəticə çoxlu
zülalların fosforlaşmasıdır, yəni tənzimləyici siqnal zənciri
böyük gücləndirmə əmsalı ilə keçir. R
s
və R
i
reseptorları ilə
birləşən və hər biri üçün spesifik olan xarici mediatorlar çox
mürəkkəbdirlər. Adrenalin R
s
və ya R
i
ilə birləşərək lipidlə
qlikogenin metabolizminin tənzimlənməsində, həmçinin ürək
əzələsinin yığılmasının gücləndirilməsində və digər reaksiya-
larda iştirak edir. Tireotrop hormon R
s
-i aktivləşdirərək qalx-
anvarı vəzi tərəfindən tiroksinin ifraz olunmasını stimulyasiya
edir, prostaqlandin I isə qan lövhəciklərinin aqreqasiyasını tor-
mozlayır. İngibitor effektləri (o cümlədən adrenalinin) R
i
vasitəsilə lipolizin yavaşımasında çıxış edirlər. Beləliklə,
tsAMP sistemi – çoxfunksiyalı hüceyrədaxili tənzimləyici sis-
temdir, hansı ki, hüceyrəxarici və ingibitor siqnal maddələri ilə
dəqiq tənzimlənə bilər.
İnositolfosfat «İP
3
»
2-ci əlaqələndirici - ionsitolfosfın
hüceyrədaxili sistemi bu yaxınlarda tam öyrənilmişdir (şəkil
3.17). Bu halda ingibirləşdirici vasitə yoxdur, lakin tsAMP sis-
temi ilə uyğunluq var, hansı ki, R reseptorunun stimulyasiya
effekti membranın daxili səthindəki QTP aktivləşdirici G-zü-
lalına ötürülür. Növbəti mərhələdə adi membran lipid fosfati-
dilinozitol (Pİ) 2 əlavə fosfat qruplarını birləşdirərək Pİ-
difosfata (PİP
2
) çevrilir, hansı ki, aktivləşmiş fosfodiesteraza ilə
inositoltrifosfata
(İP
3
) və diasilqliserol lipidinə (DAQ)
downloaded from KitabYurdu.org
|