49
qalınlığı; R, T, F – isə məlum olduğu kimi termodinamik
sabitlərdir.
Müxtəlif ionlar üçün keçiriciliyin bu cür
müəyyənləşdirilməsi E
m
membran potensialının hesablanması
üçün istifadə oluna bilər, o halda ki, K
+
, Na
+
, Cl
-
membranlar-
dan eyni zamanda keçir (uyğun olaraq P
k
, P
Na
, P
Cl
keçiriciliklə).
Bu halda güman edilir ki, potensial membranda bərabər düşür,
ona görə sahənin gərginliyi sabitdir. Bu zaman Qoldman tənliyi
və ya sabit sahə tənliyindən istifadə olunur.
o
Cl
i
Na
i
K
i
Cl
o
Na
o
K
m
Cl
P
Na
P
K
P
Cl
P
Na
P
K
P
F
T
R
E
]
[
]
[
]
[
]
[
]
[
]
[
ln
−
+
+
+
+
+
+
+
+
+
⋅
=
Hüceyrə membranları üçün P
K
, P
Na
-yə nisbətən təxminən
30 dəfə yüksəkdir. P
Cl
-un miqdarı kəskin dəyişilir. Bir çox
membranlar üçün P
Cl
, P
k
ilə müqayisədə azdır. Lakin digərləri
üçün (məsələn, skelet əzələlərində) P
Cl
, P
k
-ya nisbətən çox
yüksəkdir.
Fəal daşınma, natrium nasosu.
Bundan əvvəlki bölmədə
ionların passiv diffuziyası və bunun nəticəsində meydana çıxan
membran potensialı əks olunur. Lakin bu prosesin nəticəsində
hüceyrə daxilində ionların qatılığı öz-özünə sabitləşir. Belə ki,
membran potensialı bir qədər elektromənfidir və E
K
, E
Na
ilə
müqayisədə daha çoxdur (təxminən +60 mV). Diffuziyanın he-
sabına ionların, xüsusilə də K
+
və Na
+
hüceyrədaxili qatılığı,
hüceyrəxarici qatılıqla bərabərləşməlidir. İon qradientinin
sabitliyi fəal daşınma vasitəsilə təmin olunur. Membran
zülalları metabolik enerjini sərf etməklə ionları membranlardan
elektrik və ya qatılıq qradientinin əksinə daşıyır. Fəal daşınma
üçün daha vacib funksiyası Na/K işidir ki, bu da praktiki olaraq
bütün hüceyrələrdə mövcuddur. Nasos Na
+
ionlarını
hüceyrədən xaricə, eyni zamanda K
+
ionlarını isə
hüceyrədaxilinə ötürür. Bu şəkildə Na
+
ionlarının kiçik, K
+
isə
yüksək hüceyrədaxili qatılığı təmin olunur (cədvəl 3.1).
Membranlarda Na
+
ionlarının qatılıq qradienti, informasiyanın
elektrik impulsları şəklində ötürülməsi, həmçinin də, digər fəal
50
daşınma mexanizmlərinin köməyilə və hüceyrənin həcminin
tənzimlənməsi ilə əlaqəli spesifik funksiyaya malikdir. Ona
görə də hüceyrə tərəfindən istifadə edilən enerjinin 1/3-dən
çoxu Na/K nasosunun işinə sərf olunması təəccüb doğurmur.
Digər bir neçə daha fəal hüceyrələrdə isə onun işinə enerjinin
70%-i sərf edilir. Na/K nəqliyyat zülalı özlüyündə ATP-azadır.
Membranın daxili səthində o ATP-i ADP və fosfata parçalayır
(şəkil 3.7). 3 Na ionunun hüceyrədən və eyni zamanda 2 K
ionunun hüceyrəyə daşınmasına 1 molekul ATP sərf olunur.
Yəni 1 tsikildə cəm halında hüceyrədən 1 müsbət yük ayrılır.
Bu şəkildə Na/K nasosu elektrogendir, (membrandan keçən
elektrik cərəyanı yaradır) bu isə membran potensialının
elektromənfiliyinin təxminən 10 mV artmasına səbəb olur.
Nəqliyyat zülalı bu əməliyyatı yüksək
Şəkil 3.7. Na/K nasosu ATP-azanın sxemi (plazmatik membranın
ikiqat lipid təbəqəsinə daxil olmuş) hansı ki, 1 tsikl ərzində hü-
ceyrədən 3 Na
+
ionunu çıxarır, (qatılıq və potensial qradientinin
əksinə olaraq) və hüceyrəyə 2 K
+
ionunu gətirir. Bu prosesin
gedişində 1 ATP molekulunu ADP və fosfat turşusuna parçalayır.
Sxemdə ATP-aza dimer kimi göstərilib, hansı ki, böyük
downloaded from KitabYurdu.org
51
(funksional) və kiçik subvahidlərdən ibarətdir; membranda o iki
böyük və iki kiçik subvahidlərdən təşkil olunmuş tetramer kimi
mövcuddur.
sürətlə yerinə yetirir. Belə ki, saniyədə 150-600 natrium ionları
daşınır. Nəqliyyat zülalında aminturşusu ardıcıllığı məlumdur,
ancaq bu mürəkkəb mübadilə nəqliyyatının mexanizmi hələlik
aydın deyildir. Bu prosesi zülallarla natrium və kalium ionlarının
daşınmasının energetik profilini istifadə etməklə izah edirlər
(şəkil 3.6, B). Bu halda mübadilənin stexiometriyasından
danışmaq olar. 2 kalium ionu 3 natrium ionu ilə mübadilə olunur.
Na/K nasosu, Na
+
/K
+
-asılı membran ATP-azası kimi ürək
qlikozidi uabainlə (strofantin ilə) spesifik olaraq sıradan çıxarılır.
Na/K nasosu iri, çoxpilləli kimyəvi reaksiyalardan ibarətdir, o,
bütün kimyəvi reaksiyalar kimi temperaturdan çox asılıdır ki, bu
proses 3.8-ci şəkildə əks olunub.
Burada əzələ hüceyrələrindən natrium ionlarının axını
zamana nisbətdə göstərilir; praktiki olaraq bu Na/K nasosu
vasitəsilə Na ionlarının axınına ekvivalentdir, ona görə ki,
qatılıq və potensial qradientlərinin əksinə Na ionlarının axını
çox azdır. Əgər preparatı təxminən 18
0
C-ə qədər soyutsaq,
onda Na ionlarının hüceyrələrdən axını 15 dəfə çox olacaq,
ancaq qızdırıldıqda dərhal əvvəlki vəziyyətinə qədər bərpa olur.
Hüceyrədən natrium ionlarının axınının bu cür azalması
diffuziya prosesi və ya sadə kimyəvi reaksiyaların
temperaturdan asılılığı ilə müqayisədə bir neçə dəfə yüksəkdir.
Uyğun effekt dinitrofenol (DNP) ilə zəhərlənmə nəticəsində
metabolik enerji ehtiyatlarının tükənməsi zamanı da müşahidə
edilir (şəkil 3.8,B). Deməli, hüceyrədən natrium ionlarının
axını enerjidən asılı reaksiya ilə fəal nasosla təmin edilir.
Nasosun temperatur və enerji asılılığından başqa digər
xüsusiyyəti doyma səviyyəsinin olmasıdır; digər kimyəvi
reaksiyalarda olduğu kimi, bu o deməkdir ki, nasosun işinin
sürəti daşınan Na ionlarının qatılığının artması ilə mütənasib
deyildir (şəkil 3.9).
52
Şəkil 3.8. A,B. Na
+
aktiv daşınması. Ordinat oxu: radioktiv
24Na
+
-un hüceyrədən axını (imp.dəq
-1
). Absis oxu: eksperi-
mentin başlanma vaxtı. A-hüceyrə 18,3°-dən 0,5°C-yə qədər
soyudulur; bu dövrdə hüceyrədən Na
+
ionlarının axını ləngiyir.
B – hüceyrədən Na
+
ionlarının axınının 0,2 mmol•l
-1
qatılıqlı
dinitrofenol (DNP) ilə zəiflədilməsi.
downloaded from KitabYurdu.org
53
Şəkil 3.9. Kanal vastəsilə diffuziya və ya nasos nəqli zamanı
molekul nəqliyyatının sürətilə onların qatılıqları arasında
münasibət (kanala çıxma yerinə və ya nasosun birləşmə yerinə).
Sonuncu yüksək qatılıqlarda doyur (maksimal sürət, V
max
); absis
oxunda K
m
-in mənası – nasosun maksimal sürətinin yarısına
(V
max
/2) uyğun gələn tarazılıq qatılığıdır K
m
.
Bundan fərqli olaraq passiv diffuziya edən maddələrin
axını diffuziya qanununa uyğun olaraq ((1) və (2) tənliklər)
qatılığın müxtəlifliyinə mütənasib olaraq artır.
Plazmatik membran Na/K nasosundan başqa özündə daha
bir nasos – kalsium nasosu saxlayır; bu nasos hüceyrədən
kalsium (Ca
2+
) ionlarını çıxarır və onların hüceyrədaxili
qatılığının çox aşağı səviyyədə olmasını təmin edir (şəkil 3.2).
Kalsium nasosu ATP molekulunun parçalanması nəticəsində
Ca ionlarını toplayan əzələ hüceyrələrinin sarkoplazmatik
retikulumunda çox yüksək sıxlıqda mövcuddur.
Membran potensialına və hüceyrə həcminə Na/K -
nasosunun təsiri.
3.10-cu şəkildə membran cərəyanının müx-
təlif komponentləri göstərilmişdir və onların mövcudluğunu
təmin edən ionların hüceyrədaxili qatılıqları verilmişdir.
54
Şəkil 3.10. Hüceyrə daxilində və xaricində Na
+
, K
+
və Cl
-
ionlarının
qatılıqlarını və bu ionların hüceyrə membranından keçmə yollarını
göstərən sxem (spesifik ion kanalları ilə və ya Na/K -nasosunun
köməyilə). Mövcud qatılıq qradientləri zamanı E
Na
, E
K
və E
Cl
tarazlıq potensialları membran potensialına E
m
=-90 mV bərabərdir.
Kalium kanallarından çıxan K ionlarının axını müşahidə
olunur. Belə ki, kalium ionlarının tarazlıq potensialına nisbətən
membran potensialı daha elektromüsbətdir. Natrium
kanallarının ümumi keçiriciliyi kaliuma nisbətən çox aşağıdır,
yəni Na kanalları sükunət potensialı zamanı kalium kanallarına
nisbətən az-az açılır. Lakin hüceyrədən nə qədər K ionları
çıxırsa, o qədər də Na ionları daxil olur. Ona görə ki, Na
ionlarının hüceyrəyə diffuziyası üçün qatılıq və potensialın
böyük qradientləri vacibdir. Na/K-nasosu passiv diffuziya
cərəyanının ideal şəkildə tarazlaşması Na ionlarını hüceyrədən,
K ionlarını isə hüceyrəyə daşımaqla təmin edilir. Beləliklə,
nasos hüceyrədən çıxan və ona daxil olan yüklərin miqdarca
fərqinə görə elektrogendir və onun işinin normal sürəti zamanı
təxminən 10 mV-dan çox elektromənfi potensial yaranır.
Nəticədə membran potensialı K tarazlıq potensialına yaxınlaşır
downloaded from KitabYurdu.org
55
və bu K ionlarının sızmasını azaldır. Na/K-nasoslarının fəallığı
natrium ionlarının hüceyrədaxili qatılığı ilə tənzimlənir.
Nasosun işinin sürəti hüceyrədən çıxan Na ionlarının
qatılıqlarının azalması ilə zəifləyir. Ona görə də nasosun işi ilə
hüceyrədaxilinə Na ionlarının axını bir-birini
bərabərləşdirməklə Na ionlarının hüceyrədaxili qatılığını 10
mmol•l
-1
səviyyəsində saxlayır.
Nasos ilə passiv membran cərəyanları arasında tarazılığı
saxlamaq üçün K və Na ionları üçün kanal zülallarından daha
çox Na/K nasosu molekulu vacibdir. Kanal saniyə ərzində bir
neçə dəfə açıldığından bütün bu vaxt ərzində ondan 10
5
-dən
çox ion keçir. Təkcə nasos zülalı saniyədə bir neçə yüz Na
ionunu keçirir. Plazmatik membran kanallara nisbətən
təxminən 1000 dəfə çox nasos molekulu saxlamalıdır. Sükunət
vaxtı kanal cərəyanının ölçülməsi membranın 1 mkm
2
-də orta
hesabla bir natrium və bir kalium açıq kanalının olmasını
göstərir. Buradan belə çıxır ki, elə həmin məkanda 1000
molekul Na/K -nasosu mövcud olmalıdır, yəni onlar arasında
məsafə orta hesabla 34 nm olmalıdır, nasos zülalının diametri
kanal kimi 8-10 nm-dir. Beləliklə, membran nasos molekulları
ilə kifayət qədər sıx təchiz olunub.
Na ionlarının hüceyrənin daxilinə, K ionlarının isə
hüceyrənin xaricinə axınının nasosun işi ilə tarazlaşması, başqa
nəticələrə gətirir ki, bu da sabit osmotik təzyiqin və sabit
həcmin saxlanılması ilə bağlıdır. Hüceyrənin daxilində iri
anionların, əsas etibarilə membrandan keçə bilməyən zülalların
(cədvəl 3.1-də A
-
) yüksək qatılığı mövcuddur ( və ya çox zəif
keçirlər) və ona görə də hüceyrə daxilində təsbit olunmuş
komponentlər sayılırlar. Bu anionların yüklərini
bərabərləşdirmək üçün bərabər miqdarda kationlar lazımdır.
Na/K -nasosunun təsiri hesabına bu kationlar kimi əsasən
kalium kationları çıxış edir. İonların hüceyrə daxilində
qatılığının artması yalnız Cl
-
anionlarının qatılıq qradienti üzrə
hüceyrəyə axını nəticəsində anionların qatılığının artması ilə
56
baş verə bilər (cədvəl 3.1), lakin membran potensialı buna əks
təsir edir. Cl
-
ionlarına daxil olan cərəyan o vaxta qədər
müşahidə edilir ki, xlor ionları üçün tarazlıq potensialı əldə
olunmasın, bu Cl
-
ionlarının qradienti K ionlarının qradientinə
əks olduqda müşahidə edilir, belə ki, Cl ionları mənfi yüklənib
(tənlik 4). Beləliklə, kalium ionlarının aşağı, hüceyrəxarici
qatılığına uyğun gələn Cl ionlarının kiçik, hüceyrədaxili qatılığı
müəyyən olunur. Bunun nəticəsi isə hüceyrədə ionların ümumi
miqdarının məhdudlaşmasıdır. Əgər membran potensialı Na/K
nasosunun blokadası, məsələn, anoksiya zamanı düşürsə, onda
xlor ionları üçün tarazılıq potensialı azalır, Cl ionlarının
hüceyrədaxili qatılığı uyğun olaraq artır. Yüklərin tarazlığını
bərpa etməklə K ionları da hüceyrəyə daxil olur; hüceyrədə
ionların ümumi qatılığı artır ki, bu osmotik təzyiqi artırır, bu
suyun hüceyrəyə daxil olmasına səbəb olur. Hüceyrə şişir. Bü
cür şişmə in vivo-da enerji çatışmazlığı şəraitində müşahidə
edilir.
Na
+
-un qatılıq qradienti membran daşınmasının hərə-
kətverici qüvvəsi kimi.
Na/K-nasosunun hüceyrə üçün rolu
membranda Na
+
və K
+
-un normal qradientinin sabitləşməsi ilə
məhdudlaşmır. Na
+
-un membran qradientində ehtiyat şəklində
toplanan enerji çox vaxt digər maddələrin membran nəqlinin
həyata keçirilməsində istifadə olunur. Məsələn, şəkil 3.11-də
Na
+
və şəkər molekullarının hüceyrəyə «simportu» göstərilib.
Zülalın membran nəqli hətta qatılıq qradientinin əksinə olaraq
şəkər molekulunu hüceyrəyə daşıyır, eyni zamanda da Na
+
qatılıq və potensial qradienti üzrə hərəkət edərək şəkərin
daşınması üçün enerjini təmin edir. Şəkərin bu cür daşınması
tamamilə Na
+
-un yüksək qatılığının mövcudluğundan asılıdır;
əgər Na
+
-un hüceyrədaxili qatılığı artarsa, onda şəkərin
daşınması dayanar. Müxtəlif şəkərlər üçün müxtəlif simport
sistemlər mövcuddur. 3.11-ci şəkildə göstərildiyi kimi
hüceyrəyə amin turşularının daşınması şəkərlərin daşınması ilə
oxşardır, o həmçinin Na
+
qradienti ilə də təmin edilir. Oxşar
downloaded from KitabYurdu.org
57
aminturşularının hər hansı bir qrupu üçün ixtisaslaşan 5
müxtəlif simport sistemi mövcuddur.
Şəkil 3.11.
Nəqletmə simport sistemlərdən başqa, «anti-
port» sistemlər də mövcuddur. Onlardan biri bir
tsikildə hüceyrədən çıxardığı 1 Ca ionunu hüceyrəyə
daxil olan 3 Na ionu ilə mübadilə edir (şəkil 3.11).
Ca
2+
-un nəqli üçün lazım olan enerji 3 Na ionunun
potensial və qatılıq qradienti üzrə daxil olması hesa-
bına yaranır. Bu enerji (sükunət potensialı üzrə) Ca
2+
ionlarının yüksək qradientliyinin saxlanılması üçün
kifayətdir (hüceyrə daxilində ən azı 10
-7
mol•l
-1
-dən
hüceyrə xaricində 2 mmol•l
-1
-ə qədər).
Endo- və ekzositoz.
Bəzi maddələrin hüceyrəyə daxil ol-
ması və ya hüceyrədən çıxmaları üçün nəqliyyat kanalı olmur;
bu cür maddələrə zülalları və xolesterolu aid etmək olar. Onlar
plazmatik membrandan endo- və ekzositozun köməyilə vezi-
kullardan və qovuqcuqlardan keçirlər. Şəkil 3.12-də bu
proseslərin əsas mexanizmi göstərilib.
Ekzositoz zamanı müəyyən orqanoidlərin hüceyrədən çıx-
58
arılması, hormonlar və ya fermentlərlə dolu olan vezukullar
formalaşdırır. Bu cür vezikullar plazmatik membrana çatdıqda
onların lipid membranı onunla birləşərək, vezikulun
möhtəviyyatının xarici mühitə çıxmasına imkan yaradır. Buna
əks proses olan endositoz zamanı plazmatik membran çuxur
əmələ gətirməklə invaqinasiya edir (qatlanır), sonra bu çuxur
dərinləşərək qapanır, nəticədə hüceyrəxarici maye və bəzi
makromolekullarla dolu olan hüceyrədaxili vezikula yaranır.
Endositoz zamanı demək olar ki, hüceyrəxarici mühitdən
hüceyrəyə həmin təsadüfi maddələr daxil olmur. Hüceyrə
membranında çox vaxt ixtisaslaşmış qruplarda toplanan
makromolekullara uyğun spesifik reseptorlar (məsələn, insulin
və ya antigenə spesifik gələn reseptorlar) olur. Belə spesifik
reseptorlar əsasən insulin və ya bəzi antigenlərə uyğun gəlir. Bu
molekullar öz reseptorları ilə birləşdikdən sonra reseptoru əhatə
edən membran sahəsində endositoz baş verir və makromolekul-
lar hüceyrəyə seçici daşınırlar (şəkil 3.13, B).
Hüceyrədə endo- və ekzositoz fasiləsiz baş verir.
Dövretməni həyata keçirən membran materialının miqdarı bö-
yükdür; 1 saat ərzində makrofak özünün sitoplazmatik mem-
branının səthinin 2 qat sahəsi qədər vezikul udur. Əksər
hüceyrələrdə membran materialının dövr etməsi o qədər də in-
tensiv getmir.
downloaded from KitabYurdu.org
59
Şəkil 3.12. Ekzositoz və endositoz. Yuxarıda: Hüceyrədaxili
vezikula plazmatik membranın ikiqat lipid təbəqəsi ilə birləşir və
hüceyrəxarici sahəyə açılır. Aşağıda: plazmatik membran çox da
böyük olmayan sahədə invaqinasiya edir və hüceyrəxarici materiala
dolmuş vezikulları bağlayır. Bu prosesi endositoz adlandırırlar.
60
3.3. Maddələrin hüceyrə daxilində nəqli
Endo- və ekzositoz – bu təkcə hüceyrə membranından
maddələrin daşınması prosesi deyil, həm də hüceyrənin özünün
membran quruluşu komplekslərinin mübadiləsi prosesidir. Bu
bölmənin müzakirə obyekti elə hüceyrədə və onun
orqanoidlərində daşınma proseslərinin öyrənilməsidir.
Diffuziya.
Təbii ki, sitozolda qatılıqlar qradienti diffuziya
hesabına aradan qaldırılır. Bu orqanoidlərdə olan mayelər üçün
də doğrudur. Burada həll olmuş zülalın yüksək qatılığı üzündən
diffuziya suya nisbətən çox yavaş gedir. Hüceyrə ətrafında və
orqanoidlərin tərkibində olan lipid membranlarında diffuziya
baş verir. Membranda lipidlər öz qatları əhatəsində diffuziya
edir, nadir hallarda birindən digərinə keçir. Onlara daxil olmuş
zülallar da kifayət qədər hərəkətlidirlər; onlar membrana
perpendikulyar olan ox ətrafında fırlanırlar və ya fosfolipidlərə
nisbətən müxtəlif diffuziya sabitləri ilə, 2-10 000 dəfə az,
lateral diffuziya edir. Belə ki, bəzi zülallar lipid qatında lipid
molekullarının hərəkət sürətinə uyğun sərbəst yerdəyişir,
digərləri isə sitoskeletlə daha möhkəm birləşirlər. Membranda
spesifik zülalların «sabit» aqreqatları mövcuddur, məsələn;
sinir hüceyrələrinin pre- və postsinaptik quruluşları. Sərbəst yer
dəyişən zülalları fluoressent rəngləyicilər birləşdirmək yolu ilə
membranın kiçik sahəsini qısamüddətli işıqlandırmaqla nüma-
yiş etdirmək olar. Bu cür eksperimentlər göstərir ki, ən azı 1
dəqiqə ərzində rəngləyici ilə birləşən zülallar bir-birindən 10
mkm aralıda membran üzrə düzülürlər.
Orqanoidlərin membranlarında fəal daşınma.
Plazma-
tik membranın funksiyasında həyati rol oynayan aktiv daşınma
prosesləri həmçinin hüceyrədaxilində orqanoidlərin membra-
nında da gedir. Müxtəlif orqanoidlərin spesifik tərkibinin bir
hissəsi daxili sintez, bir hissəsi isə sitozoldan aktiv daşınma
hesabına yaradılır. Axırıncıya bir misal kimi yuxarıda
xatırladılan əzələ hüceyrəsində sarkoplazmatik retikulumda
downloaded from KitabYurdu.org
61
Ca
2+
-nasosu aiddir. ATP-in sintezi zamanı oksidləşmə
metabolizmi daxili membranlarda H
+
qradientinin yaranmasına
gətirir. Bu qradient molekulların fəal daşınmasının nasos
tsiklinin əks prosesi üçün hərəkətverici qüvvədir: H
+
ionları
membranlarda qradient üzrə hərəkət edir, bunun nəticəsində
ayrılan enerji isə ADP və fosfatdan ATP -in sintezini təmin
edir. Əmələ gəlmiş ATP isə öz növbəsində hüceyrəni enerji ilə
təmin edir və həm də fəal daşınma üçün sərf olunur.
Vezikullarda daşınma.
Hüceyrədə çoxlu miqdarda
orqanoid və onlarla bağlı olan vezikullar vardır (şəkil 3.2).
Vezikullar öz tərkibini digər orqanoidlər və ya plazmatik
membrana ötürərək əsasən həmişə hərəkətdə olurlar. Vezikullar
həmçinin hüceyrə membranında, endositozda olduğu kimi
orqanoidlərdə miqrasiya edə bilirlər.
Zülalın sekresiyası prosesi şəkil 1.12, A-da göstərilib. Zü-
lal nüvə yaxınlığında ribosomlarda sintez olunur. Endo-
plazmatik retikuluma düşmüş zülal bundan ayrılan və Holci
aparatına miqrasiya olunan nəqliyyat vezikuluna yığılır. Burada
onlar Holci aparatının sisternalarına (çənlərinə) tökülürlər və
burada zülal modifikasiya olunur və qlikoproteinlərə çevrilirlər.
Sisternaların uclarında vezikullar yenidən yaranır. Modifikator
zülal daşıyan sekretor vezikullar plazmatik membrana aparılır-
lar və tərkiblərini ekzositoz yolu ilə xaric edirlər. Hüceyrədə
nəqliyyat yolunun digər nümunələri şəkil 3.13,B-də verilib; bu
hüceyrə tərəfindən xolesterolun udulmasıdır. Qanla daşınan
xolesterol əsasən aşağı sıxlıqlı lipoprotein (ASL) hissəcikləri
ilə birləşmiş olur. Bu cür hissəciklər membranın ASL-in resep-
torlarını saxlayan spesifik sahəsilə birləşirlər. Burada endositoz
baş verir və ASL «haşiyələnmiş» vezikullarda hüceyrədaxilinə
daşınır. Bu vezikullar endosomlar əmələ gətirməklə qarışırlar
və bu prosesin gedişində «haşiyələnmə» itir.
Endosomlar öz növbəsində tərkibində hidrolitik fermentlər
saxlayan ilkin lizosomlarla birləşirlər və ikincili daha iri
lizosomlar əmələ gətirirlər. Onlarda xolesterol ASL
62
hissəciklərindən azad olur və sitozola diffuziya edirək, orada
lipid membranın sintezi üçün əlverişli olur. Endosomlardan
həmçinin ASL saxlamayan vezikullar ayrılır, xüsusi yolla
plazmatik membrana hərəkət edir və onunla birləşir. ASL
hissəciklərinin membranla birləşməsi anından xolesterolun
ikincili lizosomlardan ayrılmasınadək 10-15 saniyə keçir. ASL-
in birləşməsində və udulmasında pozğunluq, yəni hüceyrənin
xolesterolla təchiz olunmasında olan pozğunluq ciddi və geniş
yayılmış xəstəlik olan aterosklerozun (arteriyaların bərkiməsi)
inkişafında həlledici rol oynayır.
Şəkil 3.12 və 3.13, A-da göstərilənlərə uyğun olan digər
çoxlu nəqliyyat yolları var ki, bunların köməyi ilə hüceyrədə
spesifik vezikullar hərəkət edir. Onların necə yerdəyişməsi
məlum deyil, ancaq, güman ki, bu prosesə sitoskeletin
elementləri cəlb olunur. Vezikullar mikroborucuqlarla sürüşüb
çıxa bilirlər. Bu halda hərəkət üçün enerji çox güman ki, vezi-
kullarla bağlı, zülalla ATP-aza ilə təmin olunur. Müxtəlif vezi-
kul çoxluğunun bütün istiqamətlər üzrə biri digərinin ardınca
hərəkət edərək təyinat üzrə yerləşməsi məsələsi hələlik aydın
deyildir.
Dostları ilə paylaş: |