Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova


Onurğalı heyvanların endokrin vəziləri



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə24/33
tarix28.11.2016
ölçüsü66,66 Kb.
#320
1   ...   20   21   22   23   24   25   26   27   ...   33

Onurğalı heyvanların endokrin vəziləri. 
Onurğalı 
heyvanlarda endokrin vəzilər onurğasız heyvanlardan fərqli 
olaraq orqanizmin fizioloji sistemlərinin tənzimlənməsində daha 
da vacib rol oynayır. Daxili sekresiya vəziləri, insan da daxil 
olmaqla, bütün onurğalı heyvanlarda müstəsna hallarda həm 
quruluş, həm də funksiyanın vahid planına malikdirlər. 
Altı əsas ayrı-ayrı daxili sekresiya vəzilərindən başqa insanda 
hormonal maddələr digər fizioloji funksiyalara malik bir sıra di-

 
284 
gər orqanlarda hasil olunurlar. Belə ki, hormonal maddələr 
mədədə, onikibarmaq bağırsaqda  əmələ  gəlir. Mədənin pilorik 
şöbəsinin selikli qişasında cüzi pH və pepsin tərkibinə malik 
mədə  şirəsinin fazalarını stimullaşdıran qastrin hormonu əmələ 
gəlir. Onikibarmaq bağırsağın seliyində  mədəaltı  vəzinin xarici 
ifrazat funksiyasını  fəallaşdıran sekretin öd kisəsinin motorlu 
fəallığını stimullaşdıran xolesistokinin ifraz olunur. Onikibarmaq 
bağırsağın seliyində  mədənin sekretor və motor fəaliyyətinə 
tormozlayıcı təsir göstərən enteroqastron hormonu sintez edilir. 
Qalxanabənzər vəzin daxili sekresiyası. Qalxanabənzər vəzi 
boyun nahiyəsində yerləşib, iki paydan ibarətdir. Vəzi çəkisi 25-
30 qr-a çatır. Bir saat ərzində vəzidən 5-6l-ə qədər qan keçir. 
Vəzi toxumasının  əsasını kublu epitel hüceyrələri təşkil edir. 
Qalxanabənzər vəzinin mikroskopik quruluşu bütün onurğalı 
heyvanlarda eynidir. Qalxanabənzər vəzinin quruluş vahidi 
divarları epitel hüceyrələrindən təşkil olunmuş içiboş kisə – 
folikuldur. Folikul divarlarının epitel follikulu boşluğuna 
yodtərkibli yarımmaye halında olan kolloid maddə ifraz edir. 
Vəzin hormonları follikulların kolloid hissəsində tireoqlobin 
halında olur və irimolekullu olduğu üçün hüceyrə membranından 
keçə bilmir. Hipofizin ifraz etdiyi treotrop hormonun təsirindən 
treoqlobulinin proteolitik parçalanması baş verir. Bu zaman 
yodlaşmış amin turşuları – mono diyodtirozin əmələ  gəlir.  İki 
molekul diyodotriozin birləşərək trioksin (tetrayodtrironin) bir 
molekul monoyodotrirozin birləşərək triyodtrionin hormonunu 
əmələ gətirir. 
Trioidli hormonların sekresiyasının normal səviyyəsinin müt-
ləq  şərti kifayət qədər miqdarda yodun qida məhsulları ilə 
orqanizmə fasiləsiz şəkildə daxil olmasıdır. 
Tireoid hormonların sintezinin baş verməsi üçün yodun 
sutkalıq qəbulu 150 mkq olmalıdır. Qida ilə  qəbul olunmuş yod 
bağırsaqdan qana sorulur və oradan qalxanabənzər vəzin 
hüceyrələri tərəfindən udulur. 
Yoda olan sutkalıq tələbatın çoxu bağırsaqda tam şəkildə 
sorulma ilə  təmin olunur. Axırıncı qandan qalxanabənzər vəzin 
 
285 
hüceyrələri tərəfindən udulur və molekulyar yoda qədər 
peroksidaza ilə oksidləşir. Qalxanabənzər vəzdə tireozin ilə 
zəngin treoqlobilin sintez olunur və yodla qarşılıqlı təsirdə olur. 
Tireoid hormonlarının sintezinin tənzimlənməsi.  1969-cu 
ildə  Şali və Qyullemin tərfindən rəhbərlik edilən 2 qrup və biri 
digərindən xəbərsiz donuz və qoyunun hipotalamusdan hipofiz 
tərəfindən TTH-nun sekressiyanın stimulə edən tripeptid aldılar. 
Bu kimyəvi cəhətdən öyrənilən və sintetik yolla alınmış tretropin-
rilizinq-hormonu (TRH) idi. Bu peptid hipotalamusun 
neyronlarında hazırlanır və qapı sisteminə buraxılır və qapı 
sistemi ilə hipofizə düşür, buradan isə treotrop hormonun (TTH) 
sekresiyasını stimulə edir. TTH qalxanabənzər vəzidə tiroksinin 
(T4) həmçinin triyodtironinin  (T3)  yaranmasını induksiya edir. 
Həmçinin triyodtironinin (T3) hipofizə, mümkünsə hipotalamusa 
əks  əlaqə mexanizmi üzrə  təsir edərək TTH-nun seleksiyasını 
zəiflədir. Əks əlaqə mexanizmi üzrə tireoid hormonlar hipofiz və 
hipotalamusa təsir edər və haçan ki, onların qanda qatılığı 
maksimal olur, onda TTH-nun sekresiyası minimuma enir. 
Əksinə, tireoid hormonların qatılığı aşağı olanda TTH-un yüksək 
sürətli sekresiyasını təmin edir. 
Tiroksin və triyodtironinin az miqdarı qaraciyər və böyrəklərdə 
deyodlaşmaya məruz qala bilər və bu prosesin hesabına yoda olan 
sutkalıq tələbatın bir hissəsi (təxminən 50 mkq) ödənilə bilər. 
Qalxanabənzər vəzinin kolloidində tireoid hormonların kifayət 
qədər ehtiyatı saxlanılır. Bu orqanizmin yod olmadan bir neçə ay 
keçinə bilməsini təmin edir. Ancaq qidada yodun uzunmüddətli 
çatışmaması zamanı artıq tireoid hormonların orqanizmin normal 
həyat fəaliyyətini təmin edə biləcək qədər yarana bilmir. 
 
 
7.5. Tireoid hormonların funksiyaları 
 
Tireoid hormonlar həyati  əhəmiyyətli funksiyalar görür. Belə 
ki, o, bütün orqanizmdə metobolizmi stimulə edir. 
Triyodtironin güman ki, hüceyrələrinin nüvəsindəki reseptorla 

 
286 
birləşir və genlə  təsirdə olaraq transkripsiya və translyasiyanı 
sürətləndirərək bunun nəticəsində orqanizmin bütün 
hüceyrələrində zülal sintezini stimulə edir. Bundan əlavə tireoid 
hormonlar Na+ ionlarının hüceyrədən çıxmasına, K+ isə daxil 
olmasına təsir edir. Nəhayət, onlar bir çox fermentlərin, ilk 
növbədə, karbohidratların parçalanmasında iştirak edən 
fermentlərin aktivliyini artırır. Ona görə  də tireoid hormonların 
yüksək səviyyəsində xüsusilə karbohidratların metabolizminin 
intensivliyi artır.  
Belə ki, göstərilən bu proseslərdən çoxu hüceyrələrin 
mitoxondrilərində gedir. Tireoid hormonların yüksək 
səviyyəsində bu orqonoidlərin aktivliyi çox artır və onlar ölçücə 
böyüyürlər. Tireoid hormonların təsiri ilə fermentlərin 
aktivliyinin artması energetik mübadilənin sürətinin artması ilə 
müşayiət olunur. Ona görə  də  əsas mübadilənin intensivliyilə 
qanda tireoid hormonların qatılığı arasında düzünə  əlaqə 
mövcuddur.  
Uşaqlarda tireoid hormonlar fıziki boy atmağı təmin edir. Xü-
susilə bu effekt postnatal dövrdə beyinin normal inkişafı üçün 
vacibdir. Döl uşaqlıqda olduğu müddətdə qalxanabənzər vəzin 
çatışmamazlığı qorxulu deyil, belə ki, o, tireoid hormonların 
kifayət qədərini anadan alır. 
Qalxanabənzər vəzinin insan və heyvan orqanizmində boy ar-
tımı, inkişaf və differensasiya proseslərinə  təsiri çox güman ki, 
tireoidli hormonların toxuma və yaxud hüceyrə mübadiləsinə 
təsiri ilə əlaqədardır. Qanda tireoidli hormonların miqdarının azal-
ması zamanı orqanizmin şəkərə olan tələbatı  aşağı enir: şəkərin 
çoxu sidik vasitəsilə ifraz olunduğu üçün böyrəyin həcmi azalır. 
Tireoidli hormonlar yağ mübadiləsinə  əhəmiyyətli təsir 
göstərirlər. Orqanizmdə tireoidli hormonunun kəskin azalması 
adətən metabolizmin səviyyəsinin kəskin  şəkildə azalması ilə 
müşayət olunaraq, lipidlərin miqdarının çoxalması ilə nəticələnir. 
Qalxanabənzər vəzi hormonları sinir mərkəzlərinin, ürək 
əzələlərinin oyanma səviyyəsini tənzimləyirlər. Qalxanabənzər 
vəzi hormonlarının sinir toxumasının inkişafı və diferensasiyasına 
 
287 
əhəmiyyətli təsiri müəyyən olunmuşdur. Erkən yaşlarda 
qalxanabənzər vəzinin qeyri-kafi endokrin fəallığı  uşaqların  əqli 
inkişafının geridə qalması ilə nəticələnir.  
Qalxanabənzər vəzidə parathormon kimi orqanizmdə Ca və P 
mübadiləsinin tənzimlənməsində  fəal  şəkildə  iştirak edən, lakin 
həmin vəzin follikullarından kənarda yerləşən hüceyrələr 
tərəfindən hazırlanan daha bir hormon – tireokalsitonin hasil ol-
unur. Bu hormonun təsirindən sümük toxumasının  əmələ 
gəlməsinə  səbəb olan ostioblastların fəaliyyəti artır,  əksinə os-
teoklastların fəaliyyəti isə  zəifləyir, nəticədə, qanda kalsium 
ionlarının mənimsənilməsi çətinləşir. 
Qalxanabənzər vəzinin hipo və hiperfunksiyaları zamanı 
orqanizmdə baş verən funksional pozğunluqlar. Qalxanabənzər 
vəzi hormonunun molekulunda yodun varlığı  vəzinin funksional 
fəallığı ilə qidadakı yod tərkibi arasındakı sıx əlaqəsini izah edir. 
Dəniz suyunun, dəniz mənşəli məhsulların, dəniz sahillərində 
bitən mədəni bitkilərin tərkibində külli miqdarda yod olur. Qidada 
və suda yodun çatışmaması zamanı zob kimi məlum olan en-
demik ur və ya zob xəstəliyi meydana çıxır (şəkil 7.8). Bu 
xəstəlik qalxanabənzər vəzi toxumasının çox böyüməsi zamanı 
müvafiq hormonal çatışmamazlığı ilə xarakterizə olunur. Zob 
xəstəliyini cərrahi yolla müalicə etmək olar. Endemik zob 
müəyyən coğrafi regionlarda, əsas etibarilə isə yüksək dağlıq 
sahələrdə və yaxud qitələrin ucqarlarında inkişaf edir. Hal-hazırda 
bu coğrafi sahələrin  əhalisində zob və ya ur xəstəliyi inkişafı 
yodun xörək duzuna əlavə edilməsi ilə aradan qaldırılır. Böyümüş 
bu cür vəzi normal miqdarda hormon ifraz edir (şəkil 7.9). 
 

 
288 
 
 
Şəkil 7.9. Zoblu xəstə 
 
Qalxanabənzər vəzinin hipofunksiyası zamanı orqanizmdə 
müxtəlif pataloji hadisələr müşahidə olunur: bradikardiya, 
hipotoniya, istiliktəşkilinin azalması, ümumi zəiflik hissi, üzvi 
hipotermiya və maddələr mübadiləsinin, xüsusilə  də yağlar 
mübadiləsinin pozulması. Vəzinin hormonal çatışmazlığı istifadə 
olunan yağın böyük hissəsinin istifadə olunmaması  nəticəsində 
yağ qalığının çökməsi ilə nəticələnir. 
Qalxanabənzər vəzinin hipofunksiyası zamanı orqanizmdə 
tiroksin çatışmamazlığı 
nəticəsində normal maddələr 
mübadiləsinin pozulması ilə əlaqədar miksodema xəstəliyi inkişaf 
edir. Miksodema xəstəliyi zamanı dil böyüyür, dərialtına 
seliyəoxşar maye toplanır (şəkil 7.10) və ödemləşir, göz yarığı 
daralır, səs kobud və boğuq olur, maddələr mübadiləsi, ürək 
döyünməsi və zehni bacarıq zəifləyir. Cinsi fəaliyyət pozulur 
(qadınlarda aybaşı  kəsilir). Müalicə tiroksin hormonunu qəbul 
etməkdən ibarətdir. 
Uşaq yaşlarında qalxanabənzər vəzinin hipofunksiyası boyun, 
fiziki inkişafının geriyə qalması  və  əqli çatışmamazlıq ilə  nəti-
cələnir. 
 
 
 
289 
 
Şəkil 7.10. Miksodema 
 
Qalxanabənzər vəzinin hormonunun çatışmazlığı 
(hipofunksiyası) nəticəsində  əmələ  gələn Kretinizmi xəstəliyi 
zamanı uşaqlarda ətraflar qısa, baş böyük, ağıldankəm (idotizm), 
ikinci cinsi əlamətlər inkişaf etmir, boy kiçik olur (şəkil 7.11). 
Kretinizmin  əsas  əlamətləri – cırtdanboy və beynin ali funk-
siyalarının dərin pozğunluqlarıdır. 
Yaşlı insanda qalxanabənzər vəzinin hipofunksiyası apatiya, 
ümumi zəiflik, yaddaşın zəifləməsi, tüklərin tökülməsi, üzün və 
göz qapaqlarının şişməsində təzahür edir. 
Qalxanabənzər vəzi hormonları suda-quruda yaşayan 
heyvanların metamorfozunu idarə edirlər. Buna görə  də 
çömçəquyruqdan qalxanabənzər vəzinin xaric olunması heyvanın 
fasiləsiz artımı ilə  nəticələnsə  də, çömçəquyruq heç bir zaman 
qurbağaya çevrilmir. Tiroksin daxil edilməsi metamorfozun 
stimulyasına səbəb olur – çömçəquyruqlar müəyyən olunmuş 
müddətdən tez qurbağaya çevrilirlər. Lakin hipofizin 
ekstiropasiyası bu effekti istisna edir. Qalxanabənzər vəzi 
hormonunun təşkili və ifraz olunması, o cümlədən də metamorfoz 
hipofiz vasitəsilə tənzimlənir. 
Qalxanabənzər vəzinin hiperfunksiyası (hipertireoz) zamanı 

 
290 
Bezedov xəstəliyi baş verir. Bu xəstəlik üçün əsas 3 əlamət-vəzin 
böyüməsi, ürək döyünmələrinin artması (taxikardiya) və göz 
almalarının önə çıxması (ekzoftalm) xarakterdir (şəkil 7.12). Belə 
xəstələr tez yorulur, çox əsəbi olurlar, arıqlayırlar, tər ifrazı artır. 
Müalicə etmək üçün dərmanlardan və ağırlaşma zamanı vəzin bir 
hissəsini çıxardırlar ki, vəzin normal hormon ifrazı bərpa olunsun. 
 
 
Şəkil 7.11. Kretinizm 
Şəkil 7.12. Bazedov xəstəlikli 
qadın. 
 
Tireoid hormonların artıqlığı  və ya çatışmaması ilə  əlaqədar 
çoxlu patalogiyalar mövcuddur. Bu patalogiyalar hipo- və 
hipertireoz adlanır.  
Hipotireoz. Böyüklərdə qalxanabənzər vəzin çatışmamazlığı 
bütün metobolik proseslərin zəifləməsilə xarakterizə olunur. Bu 
halda, həmçinin  ətraf mühitin qıcıqlandırıcılarına qarşı  ləngidici 
reaksiyası şəklində əks olunan psixi simptomlar müşahidə olunur. 
Bu xəstələrin dərisi solğun rəngdə olur. Bu sindrom miksedema 
adlanır. Boyüklərdə bu simptom tireoid hormonunun ağızdan 
qəbulu ilə aradan qaldırılır. Erkən uşaq yaşlarında isə bu 
hormonun olmaması inkişafın fiziki və zehni qıcıqlandırılmasına 
gətirir. Bu kretinizim adlanır. Belə xəstələr kiçikboylu olur, çünki 
 
291 
tireoid hormonunun olmaması  nəticəsində boy hormonunun 
sümüklərin epifızar inkişafına stimuləedici təsiri zəifləyir. Yeni 
doğulmuşlarda hipotireoz zamanı  dərhal beynin zədələnməsini 
aradan qaldırmaq üçün əvəzedici hormonoterapiya edilməlidir. 
Tireoid hormonların çatışmazlığının səviyyəsindən, dərəcəsindən 
asılı olaraq tamamilə idiotizmə  gətirə bilər. Ona görə bütün 
inkişaf etmiş ölkələrdə yeni doğulmuşların qanında tireoid 
hormonlarının miqdarını müəyyən edirlər. Tireoid hormonlar 
qidada kifayət qədər yod saxlanıldıqda normal miqdarda 
hazırlanır. Qidada yodun saxlanılması böyük regional müxtəliflik 
mövcuddur. Bir qayda olaraq dağ yerlərində onlar az, sahil 
rayonlarında çox olur. Yodun endemik defisiti olan bəzi 
rayonlarda kretinizm və miksedema daha çox rast gəlinir. Hazırda 
bu xəstəliklərin inkişafının qarşısı yod profilaktikasının köməyi 
ilə alına bilər. Məsələn, xörək duzuna yodu NaCl şəklində əlavə 
etmək.  
Hipertireoz. Tireoid hormonların patoloji hipersekresiyası –ge-
niş yayılmış haldır. Bu xəstələrdə əsas mübadilə yüksəlmiş olur, 
həmçinin zülal və yağların sintez və parçalanma sürəti artır. Bu 
halda xəstələr çox həyəcanlı olurlar. Hipertireoz boynun 
zobşəkilli qalınlaşmasilə də müşayət olunur. Ancaq çox vaxt bö-
yümə diffuz olur və ya avtonom «alovlu» düyünlər formasında 
olur. Bir çox xəstələrdə ekzoftalm – gözlərin önə qabarması olur. 
Bu halın yaranmasının patogenezi hələlik məlum deyil, ancaq 
qanda ekzoftalmik faktorla adlandırılan maddələr tapılıb və 
güman ki, bunlar hipofizar törəmədir. Tireoid hormonların sekre-
siyasının normallaşması antitireoid preparatların köməyilə ola 
bilər.  
Tireoid hormonların çoxluğu kimi azlığı da orqanizmin bütün 
hüceyrələrinə güclü təsir edir. Təəccüblü deyil ki, bu cür 
kənaraçıxmalarda bir çox funksiyalar pozulur, hansı ki, tireoid 
hormonların təsiri ilə bilavasitə əlaqədar deyillər. Bunu xüsusilə, 
kişi və qadınlarda cinsi pozğunluğun müalicəsində nəzərə almaq 
lazımdır. Bu cür pozğunluğun çox vaxt hipotalamo-hipofizar-
qonad sisteminin pozulması deyil, qalxanabənzər vəzin çatış-

 
292 
mazlığı və ya fəallığı səbəb olur. 
Qalxanabənzər  ətraf vəzilər. Qalxanabənzər  ətraf vəzilər 
paxlaşəkilli formaya malik olub, hər iki tərəfdən vəzinin toxu-
masında (düyü boyda dörd ədəd) yerləşmişdir. Onlar balıqları 
istisna etməklə, bütün onurğalı heyvanlarda olurlar. İnsanda bu 
vəzinin çəkisi 25-100 mq olur. Qalxanabənzər  ətraf vəzidə 
orqanizmdə Ca və P mübadiləsini tənzimləyən parathormon hasil 
olunur. Bu vəzilərin hazırladığı hormonlar 1926-cı ildə Xanson və 
Kolin parathormon adını veriblər. 
Ca ionları orqanizmin toxumalarının
funksiyalarının tənzimlənməsində vacib
rol oynayır. Qalxanabənzər  ətraf vəzinin
hipofunksiyası zamanı sinir və  əzələ hü-
ceyrələrinin oyandırıcı proseslərində nor-
mal gedişatda nəzərə çarpan pozğunlu-
qlar baş verir; qeyri-iradi əzələ dartılma-
ları, qıcolma – tetaniya halları meydana
çıxır. Bu xəstəlik  ətraf, üz, qırtlaq
əzələlərinin qıc olması ilə özünü göstərir
– «mama əli vəziyyəti» (şəkil 7.13). 
Heyvanlarda qıcolma halları qanda
Ca
2+
 ionunun 10-dan 7maq%-ə qədər qa-
tılığının azalması zamanı başlanır. Bu za-
man qaraciyərin sintetik funksiyasında da
bir sıra pozğunluqlar müşahidə olunur. 
Qalxanabənzər  ətraf vəzilərin eks-
trapasiyası daha böyük əhəmiyyət kəsb
edir. Onların itlərdən kənar edilməsi
qanda və toxuma mayesində Ca
2+
miqdarının azalması, fərdi qıcolma hal-
larına, nəticədə isə heyvanın tələf olması
ilə  nəticələnən  əzələlərdə  qıcolma – te-
taniya hallarının meydana çıxmasına
səbəb olur. Bu qıcolmalar heyvanda tənəf-
füs çatışmazlığına və ölümə səbəb olur. 
 
 
Şəkil 7.13. Tetaniya zamanı
əllərin qıc olması, «mama əli
vəziyyəti», qalxanabənzər  ətraf
vəzinin funksiyasının
çatışmazlığı zamanı. 
 
293 
Qalxanabənzər ətraf vəzilərin hipofunksiyası qanda fosfatların 
və Ca
2+
 ionlarının sayının azalmasına səbəb olur. Normal halda 
kalsiumun miqdarı 10-11 mq%-ə qədər olur. Qalxanabənzər ətraf 
vəzi hormonunun təsiri kalsium ilə fosforun ionlu formasına şamil 
olunaraq zülallar ilə başlıca və P-a aid edilir. Fosfatlar 
toxumaların buferli sistemləri ilə karbohidratların mübadiləsində 
iştiark etdiklərindən qalxanabənzər  ətraf vəzinin hipofunksiyası 
orqanizmdə  həyati baxımdan vacib fizioloji proseslərində 
dəyişikliklərə – pozğunluqlara səbəb olur. 
Qalxanabənzər ətraf vəzilərin hiperfunksiyası qana çoxlu miq-
darda Ca ifraz olunduqda müşahidə olunur. Bu hal daha çox vəzi 
şiş xəstəliyinə tutulduqda baş verir. Bu zaman sümük toxumasını 
dağıdan osteoklastların fəaliyyəti artır. Vaxtında cərrahi yola şiş 
çıxarıldıqda qanda Ca və P miqdarı normallaşır.  Əzələ  zəifliyi, 
beldə, ətraflarda əziyyət verən ağrılar aradan qalxır. 
Kalsium və fosfor mübadiləsinin hormonal tənzimlənməsi. 
Qalxanabənzər  ətraf vəzilərdə  əmələ  gələn parathormon – 
yüksəkmolekulyarlığa malik zülallı birləşmədir (m.m.=650 000). 
Orqanizmdə parathormonun tərkibindən, yəni qalxanabənzər ətraf 
vəzilərin fizioloji fəallıq səviyyəsindən P və Ca qanda 
konsentrasiyasından asılıdır. Parathormonun təsiri altında qanda 
Ca
2+
 ionunun miqdarının çoxalması  və sümük toxuması ilə 
dişlərdə azalması baş verir. Parathormon sümük maddəsini 
dağıdan hüceyrələrin – osteoklastların miqdarını artırır, bunun 
nəticəsində qana külli miqdarda Ca
2+
 ionu daxil olur. Buna görə 
də orqanizmdə parathormonun miqdarının çoxalması zamanı 
(vəzi toxumasının inkişafı zamanı baş verən), fibrozlu astit-
sümüklərdə mineral maddələrin miqdarının tamamilə azalması 
inkişaf edərək, onlarda Ca
2+
 ionlarının kəskin şəkildə azalmasının 
nəticəsi kimi sümüklər ilə dişlərin yumşalması müşahidə olunur. 
Əksinə, qalxanabənzər  ətraf vəzilərin hormonal funksiyasının 
xroniki çatışmamazlığı zamanı sümüklərdə Ca
2+
 ionu qalığının 
çökməsi baş verərək, bunun nəticəsi kimi sümüklərin 
yoğunlaşması və onların kövrəkliyinin kəskin şəkildə artması baş 
verir. 

 
294 
Ca
2+
 ionunun sümüklər ilə dişlərdən qana keçməsinə  şərait 
yaradan parathormon qanda Ca
2+
 miqdarının azalmasına cavab 
olaraq qalxanabənzər  ətraf vəzidə hasil olunur. Ca
2+
 ionunun 
konsentrasiyasının 1 mq% azalması parathormonun ifraz 
olunması üçün adekvat siqnala çevrilir. Fosfatların miqdarının 
çoxalması bilavasitə deyil, Ca
2+
 ionunun tərkibində müvafiq 
dəyişikliklər vasitəsilə analoji təsir göstərir. Qalxanabənzər  ətraf 
vəzilərin ekstirpasiyası zamanı orqanizmdə Ca
2+
 ionunun 
miqdarının kəskin şəkildə azalması baş verir. Qanda Ca
2+
 ionunun 
miqdarının kəskin  şəkildə çoxalması zamanı isə qalxanabənzər 
vəzi sümüklərdə Ca
3
 (PO
4
)
2
 çökməsini stimullaşdıran kalsitonin 
ifraz edir. Qanda Ca
2+
 ionu miqdarının 0,5 mq% artması qanda 
Ca
2+
 ionunun konsentrasiyasını azaldan kalsitoinini sekresiyasına 
şərait yaradır. 
Qalxanabənzər  ətraf vəzinin fəaliyyəti ilə qanda kalsiumun 
miqdarı arasında iki tərəfli  əlaqə vardır. Belə ki, qanda Ca miq-
darının artması, parathormonun miqdarının azalmasına, bu azalma 
isə onun miqdarının çoxalmasına səbəb olur.  
Deməli, orqanizmdə Ca
2+
 ionunun tərkibinin hormonal şəkildə 
tənzimlənməsini növbəti cür təsəvvür etmək mümkündür. Qanda 
Ca
2+
 ionunun miqdarının azalması qalxanabənzər  ətraf vəzilərin 
fəallaşması ilə  nəticələnir. Parathormonun təsiri altında sümük 
toxumasının dağılması, Ca
2+
 ionunun sümüklərdən təmizlənməsi 
və onların qana daxil olması baş verir. Qanda Ca
2+
 ionunun 
qatılığının çoxalması əks proses – Ca
2+
 ionunun sümük toxumasına 
qayıdışını doğuran kalsitoninin hasil olunmasına dair siqnal kimi 
çıxış edir. Antaqonist hormonların təsiri altında Ca
2+
 ionunun 
qanda toplanması  və onun sümük toxumasında tərkibi normal 
fizioloji hüdudlarda qorunub saxlanılır. 
Kalsium və fosfat tarazlıgının homeostazı.  Ca
2+
 ionlarının 
homeostazı əsas etibarı ilə 3 hormon ilə həyata keçirilən çox incə 
tənzimləmə ilə saxlanılır. Bu hormonlar aşağıdakılardır: 84 amin 
turşusundan təşkil olunmuş və 2 cüt qalxanabənzər ətraf vəziləri 
tərəfindən (epitel cisimlər) hazırlanan parathormon, 32 amin tur-
şusundan təşkil olunmuş  və qalxanabənzər vəzin toxumalarına 
 
295 
səpələnmiş C-hüceyrələr tərəfindən hazırlanan kalsitonun - tireo-
kalsitonun, böyrəklərdə D-vitaminindən yaranan (vitamin D)-
hormonudur. 
 
7.6. Hormonal tənzimləmə 
Parathormon (paratireoid hormon, P.T.H) 
 
Qanda Ca
2+
 ionlarının qatılığının azalması  nəticəsində parat-
hormonun sekresiyasının fızioloji stimulu edir. Prothormon os-
teoklastları aktivləşdirir, onlar da sümüklərdən Ca və P-un qana 
daxil olmasına səbəb olur. Eyni zamanda P.T.H. böyrəklərlə fos-
fatın çıxarılmasını stimulə edir və onun Ca ilə birləşməsinə mane 
olur. Orqanizmdə Ca
2+
-un ləngiməsi, həmçinin böyrəklərdə para-
thormona birbaşa təsir edir, nəticədə Ca
2+
 ionlarının ekskresiyası 
azalır. Qanda Ca
2+
 ionlarının qatılığının artması parathormonun 
sekresiyasının azalmasına səbəb olur. 
Kalsitonin. Qanda Ca
2+
-un qatılığının artması qalxanabənzər 
vəzinin C-hüceyrələrinin tərəfindən kalsitoninin sekresiyasını ar-
tırır, nəticədə sümüklərin reabsorbsiyası azalır və onlarda Ca
2+
-un 
miqdarı artır. Başqa sözlə, kalsitonin parathormonun antiqonisti 
kimi təsir edir. 
(Vitamin D)-hormon. Qanda Ca-un daimi səviyyəsinin sabit 
saxlanmasında parathormon və kalsitonunla bərabər, həm də vita-
min D-dən yaranan hormon yaxından iştirak edir. Qrqanizmdə vi-
tamin D olması üçün qida ilə bitki və heyvan təbiətli provitamin-
inin sələfi – erqosterol (preprovitamin D
3
) və ya dehidroksixoles-
terol (preprovitamin D
2
) daxil olmalıdır. Dəriyə günəş  şüalarının 
təsiri ilə bu sələflərin molekullarında 2 karbon atomu arasında 
əlaqə qırılır və provitamin D
2
 və D
3
 yaranır. Axırıncılar qaraciyərə, 
oradan isə böyrəklərə düşür. Bu zaman yaranmış 1,25-dihidroksika-
lsiferol (vitamin D)-hormon bioloji aktivliyə malikdir və qanda Ca-
un homeostazının saxlanmasında iştirak edir. Beləliklə, mənfi əks 
əlaqə mexanizminə görə (vitamin D)-hormon parathormonun sek-
resiyasını zəiflədir. Beləcə bu 2 hormon qapalı tənzimedici sistem 
əmələ gətirir.  

 
Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin