Əbu Əli Həsən ibn Əli Xacə


Saray qulamlarının saxlanması haqqında



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə41/100
tarix05.12.2022
ölçüsü1,28 Mb.
#72346
1   ...   37   38   39   40   41   42   43   44   ...   100
Siyasetname

Saray qulamlarının saxlanması haqqında. Samanilərin
126 
dövrünə qədər 
də belə bir qaydaya riayət edilərdi: xidmət, istedad və ləyaqətlərinə görə 
qulamların dərəcələri artırılırdı. Qulam alındıqda o bir il piyada xidmət etməli, 
rikabda
127 
zindənic qəbasi
128
geyməli idi. Bu qulamlara bu bir il içərisində ya gizli, 
ya aĢkar ata minməyə icazə verilməzdi, minsəydilər cəza alardılar. Bir il xidmət 
etdikdən sonra visaqbaĢı
129
hacibə deyərdi, hacib isə ona bir türk atı, cilov və sadə 
örkən verilməsini əmr edərdi. Bir il at və qamçı ilə xidmət etdikdən sonra belinə 
bağlamaq üçün qaracur (qurĢaq) verərdilər. BeĢinci il bəzəkli yəhər, ulduzlu cilov, 
darai qəba
130
və halqalı toppuz alardı. Altıncı il rəsmi libas, yeddinci il birnəfərlik 


87 
on altı mıxlı çadır alar, üç qulam da onun ixtiyarına verərdilər, baĢına qara gümüĢü 
keçə papaq qoyar, əyninə Gəncə libası geyər, visaqbaĢı ləqəbi alardı. Sonra hər il 
cah-cəlalını, mənsəbini, dəstəsinin sayını artırardılar, olardı dəstəbaĢı və hacib. 
Əgər hər yerdə Ģöhrət tapıb istedad və ləyaqətli olsaydı, böyük bir iĢ yerinə 
yetirsəydi, adamlarla yola getməyi bacarıb ağasını sevən olsaydı, otuz beĢ yaĢına 
çatmayınca ona əmirlik verməz, vilayət tapĢırmazdılar. 
Samanilərə qul olub, onların tərbiyəsini görmüĢ Alptəkin otuz beĢ yaĢında 
Xorasan sərkərdəliyni aldı. O çox mətanətli, sədaqətli, qoçaq, tədbirli, xalqla yola 
getməyi bacaran, dəstəsinin hayına qalan, səxavətli, süfrəsi açıq, duz-çörək verən, 
allahdan qorxan, samani xislətli bir adam idi. Ġllərlə Xorasanın valisi olmuĢ, iki 
min yeddi yüz qul və türk qulamı var idi. 
Bir gün otuz türk qulu almıĢdı, onlardan biri də Mahmucnun atası 
Səbüktəkin idi. Alınmasından üç gün sonra o qulamların arasında durmuĢdu, bu 
zaman hacib irəli gəlib dedi: "VisaqbaĢı olan filan qul rəhmətə getdi, onun çadırını, 
pal-paltarını, dəstəsini, mirasını hansı qulama verməyi əmr edirsiniz?" 
Alptəkinin gözü Səbüktəkinə sataĢdı və dedi: "Bu qulama bağıĢladım". 
Hacib dedi: "Ey ağam, hey üç gün olmaz ki, siz bu qulamı almısınız, hələ bir il də 
xidmət etməyib, halbuki rütbəyə çatmaq üçün yeddi il xidmət etməlidir. Bunu ona 
necə vermək olar?" 
Alptəkin dedi: "Mən dedim, qulamcığaz eĢidib baĢ əydi, bağıĢladığımı 
geri götürən deyiləm". 
VisaqbaĢının var-yoxunu ona verdilər. Sonra Alptəkin öz-özünə fikirləĢdi: 
Bu necə oldu ki, yeddi illik bir xidmətin dərəcəsi təzə alınmıĢ, yeniyetmə, kiçik bir 
qulama çatdı? Görünür, bu əsil-nəsəbli Türküstan zadəganlarındandır, ya iĢdir 
gətirib gələcəkdə xoĢbəxt olacaqdır. Sonra onu sınaqdan keçirməyə, müxtəlif 
adamlara sifariĢ göndərməyə baĢladı və dedi: "Mənim dediklərimi təkrar et!" 
Hamısını təkrar etdi, bir dənə də səhv buraxmadı. Sonra dedi: "Get cavabını gətir". 
Cavabını vaxtında gözlənildiyindən daha yaxĢı cavab gətirdi. Gündən-günə onun 
imtahandan daha yaxĢı çıxdığını görən Alpləkin get-gedə ürəyində onu daha çox 
sevməyə baĢladı, suçuluğu ona tapĢırdı, öz yanında xidmətdə saxladı, on qulam da 
onun ixtiyarına verdi. Hər gün onu irəli çəkirdi. Səbüktəkin on səkkiz yaĢına 
çatdıqda artıq onun dəstəsində iki yüz igid qulam var idi. Hamısı da Alptəkinin 
xasiyyətini götürmüĢdülər 
Bir gün Alptəkin Xələc
131
və türkmənlərə gedib onlardan alınacaq 
vergiləri toplamaq üçün iki yüz qulam ayırdı, Səbüktəkin də onların içərisində idi. 
Oraya çatdıqda xələc və türkmənlər vergini bütünlüklə ödəmirdilər. Qulamlar 
qəzəblənib qılınca əl atdılar, vuruĢub vergini zorla almaq istədilər. Səbüktəkin 
dedi: "Mən vuruĢmayacağam və bu iĢdə sizinlə yoldaĢlıq etməyəcəyəm". 
YoldaĢları soruĢdu: "Nə üçün?" Dedi: "Ağamız bizi müharibəyə göndərməyib, 
deyib gedin mal gətirin.VuruĢsaq məğlub olsaq böyük biabırçılıq olar, ağamızın 
əzəmətinə xələl gələr. Bir də ağamız deyər ki, əmr olmadan nə üçün vuruĢurdunuz? 


88 
Ölənə qədər bu məzəmmətdən qurtara bilmərik, bu danlağa davam gətirə 
bilmərik". 
Alptəkin Səbütəkindən soruĢdu: "Nə üçün vuruĢmadın və nə üçün 
qoymadın qulamlar vuruĢsunlar?" Səbüktəkin dedi: "Ona görə ki, ağamız bizə 
buyurmamıĢdı, əmrsiz vuruĢsaydıq onda hərəmiz qul deyil, bir ağa olardıq. 
Qulluğun Ģərti odur ki, ağa nə buyurdu onu da edəsən. Məğlub olsaydıq, mütləq 
ağamız soruĢacaqdı: "Sizə kim demiĢdi dava edəsiniz?" Bizim isə ağanın danlağına 
taqətimiz yoxdur. Müharibə buyurursunuzsa, bu saat gedib dava edək, ya mal 
alarıq, ya canımızı qurban verərik". 
Alptəkini xoĢuna gəldi, dedi: ''Doğru deyirsən". 
Sonra onu hey irəli çəkdi, axırda dəstəsinin sayı üç yüz qulama çatdı. Bu 
zaman Xorasan Əmiri Nuh bin Nəsr öldü. Alptəkin NiĢaburda idi. Buxara əyan-
əĢrafları Alptəkinə yazdılar ki, iĢ belə gətirdi, Xorasan əmiri vəfat etdi. Onun otuz 
yaĢlı qardaĢı və on altı yaĢlı oğlu qalmıĢdır. Məsləhət bilirsinizsə. onlardan birini 
onun yerinə oturdaq. Ölkənin ixtiyarı sizin əlinizdədir". 
Dərhal qasid göndərdi və bildirdi ki, bunların hər ikisi Ģahın taxtına
layiqdir, bizim ağamızın nəslindəndir. Lakin qardaĢı daha kamildir, isti-soyuq 
görmüĢdür, hamını yaxĢı tanıyır, hərənin öz yerini bilir, hörmətini saxlayır, oğlu 
isə hələ uĢaqdır, dünya görməyib, qorxuram adamları yola verməyi bacarmasın, 
lazımi əmrlər verə bilməsin. YaxĢı olar ki, qardaĢını taxta oturdasınız. Haman
məzmunda baĢqa birisi ilə də məktub göndərdi. BeĢ gündən sonra bir qasid 
gəlib xəbər verdi ki, Ģahın oğlunu taxta oturtdular. 
Göndərdiyi o iki məktub haqqında narahat olmağa baĢladı və dedi: "Bu 
qoçaqlar öz bildiklərini edəcəkdirlərsə bəs mənim fikrimi niyə soruĢurdular. Bu 
Ģahzadələrin hər ikisi mənim gözlərimin iĢığıdır, lakin ondan qorxuram ki, mən 
qardaĢını məsləhət görmüĢəm, əgər məktubum ora çatsa, Ģahın oğluna xoĢ gəlməyə 
bilər, elə güman edər ki, mənim Ģahın qardaĢına meylim daha çoxdur, ürəyi sinar, 
qəlbində mənə kin bəsləyər. Qərəz, adamlar araqızıĢdıran sözlər deyib onu mənə 
düĢmən edərlər". Dərhal beĢ itiqaçan dəva hazırlatdırdı və dedi: ―iki qasid 
Ceyhunu keçməmiĢ tapıb geri qaytarın!" Dəvə çaparları sürətlə çapıb qasidlərin 
birinə, Amuyə
132
səhrasında çatdılar, o birisi artıq Ceyhunu keçmiĢdi. 
Alptəkinin məktubu Buxaraya çatdıqda onun təklif (yazdıqları) Ģah oğlu 
tərəfdarlarının xoĢuna gəlmədi. Dedilər: "QardaĢını məsləhət görməkdə yaxĢı 
etməmiĢdir, miras qardaĢa deyil, oğula çatar". 
Hər gün belə sözlərdən çox dedilər, Ģah oğlunun ürəyinə xal saldılar. O, 
Alptəkinə nifrət etməyə baĢladı. Alptəkin çoxlu üzr istədi, hadiyyələr göndərdi, 
qulluq göstərdi, fayda vermədi, bu qubar Ģah oğlunun ürəyindən silinmədi. Badxah 
adamlar hər gün aranı qızıĢdırır, Ģah oğlu get-gedə daha pis olur, Alptəkinə qarĢı 
qəzab və kini artırdı. Əhməd ibn Ġsmayıl
133
Alptəkini ömrünün son vaxtlarında 
almıĢdı. 
Alptəkin bir neçə il Əhmədin oğlu Nəsrə
134
xidmət etmiĢ, Xorasan


89 
sərkərdəliyini isə Nuhun
135
vaxtında almıĢdı. Nuh öldükdən sonra onun yerinə 
bu Mənsur ibn Nuhu
136 
oturtmuĢdular. Onun Ģahlığından altı il keçməsinə, 
Alptəkinin isə bəxĢiĢlər verib hədiyyələr göndərməsinə, mümkün olan bütün 
cəhdlərinə baxmayaraq, araqızıĢdıran adamların üzündən, Mənsur ibn Nuhun 
ürəyini ələ ala bilmədi. Buxara sarayında nə baĢ verdisə, Alptəkinin vəkili də onu 
yazırdı. 
Sonra Mənsura dedilər: "Alptəkini öldürməyincə Ģahlıq edə bilməyəcək, 
hakimi-mütləq ola bilməyəcəksən. O əlli ildir ki, Xorasanda Ģahlıq edir, ordu onun 
sözündən çıxmır. Onu həbs etsək, var-dövləti sənin xəzinəni doldurar, ürəyin də 
sakit olar. Ġndi məsləhət budur ki, onu saraya dəvət edəsən, guya: "Biz Ģahlıq 
taxtına oturandan sən xidmətə gəlib andı təzələməyibsən, biz səni görmək 
arzusundayıq, sən bizim üçün vətənin atası yerindəsən. Sən bizim dövlət və 
məmləkətimizin bəzəyisən, onun ixtiyarı sənin əlindədir, arada gəzən bu söz-
söhbət isə yalnız ona görədir ki, sən mənim yanıma gəlmirsən. Nə qədər dərgaha 
tez gəlib, burada yaradılmıĢ qayda-qanunsuzluğu aradan qaldırsan, yenidən nizama 
salsan, bizim etimadımız o qədər artar, rəqiblərin dili gödələr, söz aradan yığıĢar. 
Elə ki, bura gəldi, xəlvətə çağır, əmr et baĢını vursunlar". 
Əmir Mənsur elə də etdi. Onu saraya çağırdı. Sahib-xəbərlər nə üçün 
çağırıldığını yazdılar. Alptəkin Ģayiə yaydı ki: "HazırlaĢın Buxaraya gedirik". 
Sonra NiĢaburdan çıxıb təqribən otuz min atlı ilə Sərxəsə gəldi. Xorasan 
əmirlərinin hamısı onunla idi. Üç gündən sonra qoĢun əmirlərini yığıb dedi: "Sizə 
sözüm vardır, lazım olanları dedikdən sonra fikrinizi söyləyin, hansının doğru 
olduğunu mənə deyin. Bilim ki, sizin və bizim xeyrimiz nədədir". Dedi: "Siz Əmir 
Mənsurun məni nə üçün çağırdığını bilirsinizmi?" Dedilər: "Səni görməklə əhdü-
peymanı təzələmək üçün. Sən onun və əcdadlarının atası yerindəsən". Dedi: "Yox, 
siz düĢündüyünüz kimi deyildir. Bu Ģah məni çağırır ki, mənim baĢımı bədənimdən 
ayırsın, o uĢaqdır, adam qədri bilmir. Siz bilirsiniz altmıĢ ildir Samani dövlətini 
mən qoruyuram. Türküstan xanları onlara hücum etdilər, mən məğlub etdim hər 
tərəfdə qaldırılan üsyanları, mən yatırtdım bir an da olsa onların sözündən 
çıxmamıĢ bu Ģahlığı onun babası və atasına saxlamıĢam. Axırda da mükafatım bu 
olmuĢdur ki, baĢımı bədənimdən ayırmaq istəyir. Bunu bilmir ki, onun ölkəsi 
bədən, o bədənin baĢı isə mənəm. BaĢ gedəndən sonra bədən qala bilərmi? Ġndi nə 
məsləhət görürsünüz? Bu bəlanın qarĢısını necə almaq olar?" Əmirlər dedilər: 
"Onun çarəsi qılıncdır. O sənin haqqında belə düĢünəndə, biz ondan nə gözləyə 
bilərik? Sənin yerinə baĢqası olsaydı Ģahlığı çoxdan onun əlindən almıĢdı. Biz 
hamımız yalnız səni tanıyırıq, nə onu tanıyırıq, nə də onun atasını. Hamımız yalnız 
sənin sayəndə bir parça çörəyə, vəzifə, Ģan-Ģövkət, cah-cəlal və nemətə çatmıĢıq. 
Səndən daha layiqli bir adam yoxdur. Biz hamımız sənin əmrinə tabeyik: Xarəzm, 
Xorasan və Nimruz da qanunən sənindir. Mənsur ibn Nuhun daĢını atıb özün Ģahlıq 
taxtına otur. Ġstəyirsən Buxara və Səmərqəndi ona bağıĢla, istəyirsən onlan da tut". 
Əmirlərin tam səmimiyyətlə belə söylədikərini görən Alptəkin dedi: 


90 
"Allah əfv etsin, mən sizi sınamaq istəyirdim. Bilirəm ki, dediklərinizin hamısı 
səmimi və təmiz inamla deyilən sözlərdir. Mən də elə sizdən bunu gözləyirdim. 
Ġzzət və calallı allah bu xeyirxahlığınız üçün sizə kömək olsun. Bu gün gediniz, 
görək sabah nə olacaqdır". 
Bu əhvalatda Alptəkinin yanında otuz min süvari var idi, istəsəydi yüz 
min atlı çıxara bilərdi. 
Sabahısı gün bütün əmirlər bərgaha toplandılar. Alptəkin dıĢarı çıxıb ata 
mindi, üzünü əmirlərə çevirib dedi: "Mənim sizə dediyim sözlərdən məqsəd sizi 
yoxlamaq, mənimlə həmfikir olub-olmadığınızı bilmək, bir hadisə baĢ verərsə, 
mənə sadiq qalaraq tərəfimi saxlayıb-saxlamayacağınızı öyrənmək üçün idi. 
Ġndi isə sizin hamınızdan eĢitdiyim sözlər sədaqətli olduğunuzu, 
yaxĢılıqları itirmədiyinizi göstərdi. Sizdən çox razıyam, lakin bilib agah 
olmalısınız ki, bundan sonra mən bu oğlanın Ģərini qılıncdan baĢqa heç bir Ģeylə 
özümdən dəf etməyəcəyəm. UĢaqdır, heç kəsin qədrini bilmir, bir neçə bədxah 
və nanəcib adamın sözünə uyub, yaxĢını pisdən, Ģəri xeyirdən ayırmağı bacarmır. 
Onların xanədanını qoruyub saxlamıĢ mənim kimi bir adamı məhv etmək istəyir, 
onun bədbəxtliyini, ölkəsinin fəlakətini arzulayan kiçik bir hadisə baĢ verərsə, 
qarĢısını almağa qadir olmayan bir ovuc nanəcibləri dost bilir, mənim həyatıma isə 
qəsd edir. 
Mən ölkəni alıb, əmisini yerinə oturda bilər ya öz əlimdə saxlaya bilərəm, 
lakin qorxuram adamlar desinlər ki, Alptəkin altmıĢ il öz ağası olan samanilərin 
xanədanını mühafizə etdi, axırda ömrü həĢtada çatanda ağasının övladlarına ağ 
olub dövləti onların əlindən aldı, özü isə nankorluq etdi. Mən ömrüm boyu yaxĢı 
əməl ilə yaĢamıĢam, indi bir ayağım burda, o biri ayağım gorda ikən bədnam olub 
pis ad qazanmaq mənə yaraĢmaz. Doğrudur, günah ondadır, lakin bunu hamı 
bilmir. Bir dəstə deyər ki, günah əmirdədir, bir baĢqası deyər ki, təqsir 
Alptəkindədir. Onların məmləkətinə göz dikməsəm də, onlara pislik istəməsəm də 
mən Xorasanda qaldıqca bu dedi-qodu aradan qalxmayacaqdır. Hər gün məndən 
əmirə bir söz deyəcək, onda mənə qarĢı olan kin və nifrəti artıracaqlar. Əgər mən 
Xorasanı tərk edib, onun məmləkətindən getsəm bədxahların ağzı bağlanar, 
deməyə söz tapmazlar. Bundan əlavə, əgər bir parça çörək əldə etmək üçün bundan 
sonra mən qılınc vurmalıyamsa, yaxĢısı budur ki, kafirə qarĢı qılınc vurum, həm 
savab qazanım, həm rüsvay olmayım. 
Ġndi biliniz ki, Xorasan, Xarəzm, Nimruz, Mavərənnəhr əmir 
Mənsurundur və siz hamınız da onun ixtiyarındasınız. Mən sizin hamınızı onun 
üçün saxlamıĢam. Qalxıb hamınız onun sarayına gedin, Ģahı görüb andınızı 
təzələyin, öz vəzifələrinizdə qalıb borcunuzu yerinə yetirin. Mən Hindistana
gedib cahad və qəzavatla məĢğul olacağam. Ölsəm, Ģəhid sayılacaq, qalib 
gəlsəm, behiĢt və allah xatirinə küfr evini islam evinə çevirəcəyəm. 
ĠĢlərim yaxĢı getsə, bəlkə əmirin də ürəyi mənim tərəfimdən rahat oldu. Dedi-qodu 
aradan yığıldıqda nə edəcəyini özü yaxĢı bilər". 


91 
O Xorasan qoĢununa və rəiyyətinə belə müraciət etdikdən sonra ayağa 
qalxdı, əmirlərə dedi: ― Ġndi bir-bir gəlin sizinlə vidalaĢım,,. 
Əmirlər nə qədər dedilərsə, fayda vermədi. Onlar qəhərləndilər. Ağlaya-
ağlaya gəlib onunla vidalaĢdılar və geri döndülər. Alptəkin yataq çadırına getdi, 
lakin heç kəs inanmırdı ki, o Xorasanı buraxıb Hindistana gedə bilər, çünki 
Xorasan və Mavərənnəhrdə onun beĢ yüz kəndi var idi, elə bir Ģəhər tapmaq 
olmazdı ki, orada onun malikanə, bağ, karvansara, hamamı olmasın. Samani 
torpaqlarında onun çoxlu taxıl anbarı, min-min qoyunu, yüz min atı, dəvəsi və 
qatırı var idi. 
Bir gün köç təbillərinin çalındığını eĢitdilər. Alptəkin bütün bunları 
buraxıb öz qulam və yaxın adamları ilə köçüb getdi. Xorasan əmirləri Buxaraya üz 
qoydular. Alptəkin Bəlxə çatdıqda belə qərara gəldi ki, bir ay orda qalsın, cahad 
əzmində olanlar Mavərənnəhr, Xottəlan
137
və Bəlx ətrafında gəlib ona qoĢulsunlar. 
Bədxahlar araqızıĢdıranlar hey Mənsurun qulağını doldurub və deyirdilər. 
''Alptəkin qoca qurddur, öldürməyincə sən ondan arxayın ola bilməzsən. Onun 
ardınca qoĢun göndərmək lazımdır ki, tutub sənin yanına gətirsinlər". 
O Alptəkini tutmaq üçün bir əmiri on altı min qoĢunla Buxaradan Bəlxə 
göndərdi. QoĢun Termezə çatıb Ceyhundan keçdikdə Alptəkin də köçüb Xolma 
tərəf üz qoydu. 
Xolm ilə Bəlx arasında dörd fərsənglik dar bir dərə vardır, onun da adına 
Xolm dərəsi deyilir. Alptəkin orada düĢərgə saldı. Onun iki yüz igid və sədaqətli 
qulamı var idi, səkkiz yüz adam da cahad davası üçün onlara qoĢulmuĢdu. Xorasan 
əmirlərinin qoĢunları ora çatdıqda dərədan keçə bilməyib səhrada düĢərgə 
salmalı oldular. Ġki ay bu vəziyyətdə qaldılar, iki aydan sonra keĢik çəkmək 
növbəsi Səbüktəkinə çatdı. Səbüktəkin dərənin ağzına yetiĢdikdə bütün səhranın 
qoĢunla dolu olduğunu və keĢikçilərin hazır durduğunu gördü. Dedi: "Eh, mənim 
ağam var-dövlətini Xorasan əmirinə qoyub özün cahad davasına gedirsən, onlar 
isə sənin canına qəsd edirlər. Mənim ağam nankorluq etmək istəmədiyindən 
onlarda hörmətini saxlayır, qorxuram həm özünü, həm də bizi güdaza verə. Bu iĢi 
qılıncdan baĢqa heç bir Ģeylə həll etmək olmaz. Biz susduqca onlar bizi təqib 
etməkdən əl çəkməyəcəklər. Böyük allah məzlumların tərəfindədir". Sonra üzünü 
öz dəstəsində olan qulamlara çevirib dedi: "Bizim öhdəmizə belə bir iĢ düĢmüĢdür. 
Onların əli bizə çatsa, birimizi də, salamat buraxmazlar. Ağam razı qalsa da, 
qalmasa da mən bu gün onlara əl qatacağam. Hər çe bada bad! (Hər nə olur-
olsun)". 
Bunu deyib, üç yüz qulamı ilə onların keĢikçilərinə hücum etdi, onları 
məğlubiyyətə uğradıb ordugaha hücuma keçdi. Onlar silahlanıb ata minənə qədər 
mindən yuxarı adam yerə sərdi. Onlar zor gəldikdə tez qayıdıb dərəyə çəkildi. 
Alptəkinə xəbər verdilər ki, Səbüktəkin belə bir iĢ tutmuĢ, onlardan çoxlu adanı 
öldürmüĢdür. 
Alptəkin onu çağırtdırıb dedi: "Nə üçün tələsdin, bir az səbr etmək lazım 


92 
idi". Dedi: "Ey ağam nə qədər səbr edək, artıq səbr tükənmiĢ, canımız boğaza 
yığılmıĢdır. Biz öz canımızın hayına qalmalıyıq. Bu iĢə səbr ilə deyil, yalnız 
qılıncla son qoymaq olar. Nə qədər canımız var, ağamızın yolunda qılınc 
vurmalıyıq. Görək axırı nə olar". 
Alptəkin dedi: "Ġndi ki onları yerindən oynadıbsan, daha ağıllı tədbir 
görmək lazımdır. De, çadırları yığıb yükləri bağlasınlar, yatmaq namazı vaxtı 
yükləri götürüb dərədən çıxsınlar. Tuğan min adamla gedib dərənin sağında, sən 
isə filan dərənin sonunda gizlənməlisən. Mən min süvari və hərbi sursatla bu 
dərədən çıxıb səhrada duracağam. Sabah onlar gəlib dərənin girəcəyində keĢikçi 
görmədikdə deyəcəklər ki, Alptəkin qaçmıĢdır. Dərhal hamısı atlanıb bizim 
dalımızca çapacaq və dərənin içərisinə girəcəklər. Yandan çoxu o biri tərəfdən 
səhraya çıxıb məni orada dayanmıĢ gördükdə sağ və soldan pusqudan çıxıb onlara 
hücum edin. Hay-küy qalxdıqda, dərədən çıxıb mənim qabağımda dayanmıĢ 
ordunun bir hissəsi nə olduğunu bilmək üçün dərəyə dönəcək, dərədə olanlar isə 
geri qaçacaqlar. Bir qismi sizin qılıncınızla qarĢılaĢacaqlar. Mən qabaqdan həmlə 
edərəm, siz arxadan. Dərədə olanları araya alarıq, müqavimət göstərənləri qırarıq; 
gecə çatdıqda onlara qaçaq yeri qoyarıq. Elə ki, qaçdılar, dərədən çıxıb onların 
düĢərgələrinə hücum edərik, əlimizə keçəni qənimət götürərik". Elə də etdilər. 
Dərədən çıxdılar. 
Sabahı gündən sökülərkən Xorasan əmiri silahlanıb vuruĢmaq üçün 
dərənin ağzına gəldikdə heç kəsi görmədi. Elə güman etdilər ki, qaçıblar. QoĢuna 
dedilər: ―Tez olunuz, təqib ediniz, arxalarınca sürətlə çapınız! Dərədən çıxıb 
səhraya çatsaq, bir saat keçməmiĢ Alptəkini tutarıq!". 
QoĢun sürətlə çapmağa baĢladı, igid cavanlar qabağa düĢdülər. Dərədən 
çıxdıqda Alptəkinin min atlı və bir az piyada ilə səhrada durduğunu gördülər. 
QoĢunun yarıya qədəri dərədən çıxdıqda Tuğan da sol tərəfdən pusqudan 
çıxıb min atlı ilə hücuma keçdi, qılınc çalıb dərədə olan hissəni qaçmağa məcbur 
etdi, xeyli adam öldürüldü. Səbüktəkin sağdan çıxıb hücuma baĢladı, o tərəfdən də 
Tuğan gəlib ona qoĢuldu, hər ikisi dərədən düĢmən ordusunun arxasına çıxdılar. 
Alptəkin qarĢıdan hücuma keçdi. Bir saat keçməmiĢ düĢməni yerə sərdilər, qoĢun 
əmirini qanından nizəyə keçirdilər, nizənin baĢı kürəyindən çıxdı. QoĢun qaçmağa 
baĢladı. Harada bir deĢik görürdülərsə, özlərini ora soxurdular. 
Sonra Alptəkinin qulamları dərədən çıxıb özlərini düĢmən ordugahına 
vurdular. Nə qədər at, qatır, dəvə, gümüĢ, qızıl dinar, qulam əllərinə keçdisə, 
hamısını qənimət aldılar, çadır, fərĢ və buna oxĢar nə qədər var idisə, hamısını 
orada qoyub qayıtdılar. Bir aya qədər Bəlx kəndliləri o hərbi düĢərgədən mal 
yığdılar. Ölənləri saydılar, yaralanandan baĢqa dörd min yeddi yüz əlli döyüĢçü 
oldu. 
Sonra Alptəkin köçüb Bamyana gəldi. Bamyan əmiri onunla müharibəyə 
baĢladı, əsir alındı. Alptəkin onu bağıĢladı, xələt verdi, oğlum dedi. Bu bamyan 
əmirinin adı ġir Barik idi. 


93 
Sonra Alptəkin oradan Kabula getdi. Kabul əmirini məğlub edərək oğlunu 
əsir götürdü. Onu da əzizbyərək atasınm yanına göndərdi. Kabul əmirinin oğlu 
Ləvikin
138
kürəkəni idi. Sonra Alptəkin Qəzneynə üz qoydu. Qəzneyn əmiri 
Sərəxsə qaçmalı oldu. Alptəkin Qəzneyn qapısına yaxınlaĢdıqda Ləvik onun 
qarĢısına çıxıb dava etdi. Ġkinci dəfə Kabul əmirinin oğlu əsir düĢdü. Qəzneyn 
əmiri isə məğlubiyyətə uğradı. ġəhəri mühasirəyə aldılar. Zavilistan əhalisi ondan 
qorxurdu. Əmr etdi, car çəksinlər, heç kəs baĢqasından zorla pulsuz bir Ģey 
almasın, xəbər tutsam cəzalandıracağam. Bir dəfə Alptəkinin gözü öz 
qulamlarından birinə sataĢdı, tərkibindən bir torba saman və bir toyuq sallanmıĢdı.
Dedi:"O qulamı mənim yanıma gətirin". Gətirdilər. SoruĢdu: "Bu toyuğu 
haradan gətirirsən?" Dedi: "Bir kəndlinin əlindən almıĢam'". Dedi: "Məndən maaĢ 
almırsanmı?" Dedi: "Alıram'". Dedi: "Onda bəs nə üçün pulla deyil, zorla 
alırsan?!" Dərhal əmr etdi, o qulamı iki Ģaqqa etdilər, haman yerdə yol baĢında 
haman saman torbası ilə asdılar və üç gün car çəkdilər ki, kim zona müsəlmanların 
malını alsa, onunla da öz qulamımla etdiyim kimi rəftar edəcəyəm. Onun qoĢunu 
qorxdu, qara camaat isə arxayınlaĢdı. Kəndlilər hər gün düĢərgəyə o qədər mal 
gətirdilər ki, sayı-hesabı yox. Lakin Ģəhərə bir alma da aparmağa qoymurdu. 
ġəhərin adamları belə əmin-amanlıq və ədalət gördükdə dedilər: "Bizə elə 
adil padĢah lazımdır ki, özümüz, arvad-uĢağımız, mal-dövlətimiz əmin-amanlıqda 
olsun, Ģahın türk ya tacik olmasının əhəmiyyəti yoxdur‖. 
Sonra hamısı Ģəhərin qapılarını açıb Alptəkinin yanına gəldi. Ləvik iĢi 
belə gördükdə qaçıb qalaya girdi. Ġyirmi gündən sonra çıxıb Alptəkinin hüzuruna 
gəldi. Alptəkin ona bir parça çörəyi əsirgəmədi. Heç kəsə də əziyyət vermədi. 
Qəzneyndə yurd saldı. 
Oradan Hindistana hücum edir, qənimət gətirirdi. Qəzneyndən kafirlərin 
olduğu yerə on iki günlük yol var idi. Xorasan, Mavərənnəhr və Nimruzə xəbər 
yayıldı ki, Alptəkin Hindistan bəndinin qapısını açmıĢ, çoxlu qızıl, gümüĢ, mal-
qara və qul qənimət almıĢdır. Hər tərəfdən onun yanına adamlar axıĢmağa baĢladı 
və onun atlılarının sayı altı minə çatdı. Çoxlu ölkə aldı, hətta Bikapura qədər gəldi, 
o vilayəti də ələ keçirdi. 
Hindistan padĢahı yüz əlli min atlı və piyada, beĢ yüz fil ilə hücuma keçib, 
Alptəkini Hind torpağından qovmaq və ya onu qoĢunları ilə birlikdə məhv etmək 
qərarına gəldi. O biri tərəfdən ordusunun Bəlx və Xulm qapılarında məğlub 
edilməsindən qəzəblənmiĢ Xorasan əmiri də Bu-Cəfər adlı birisini iyirmi beĢ min 
atlı ilə Alptəkinin üstünə göndərdi. 
Alptəkin Bu-Cəfəri
140
Qəzneynin bir fərsəngliyinə qədər buraxdı, sonra 
özünün altı min süvari dəstəsi ilə Qəzneyndən çıxıb düĢmən qoĢununa hücum etdi. 
Bir saat içərisində iyirmi beĢ min atlını öldürdü. Bəlx qapısında etdiyindən min 
dəfə artıq divan tuldu. Bu-Cəfər qaçdı, kəndlilər onu tanıyıb tutdular, atını aldılar, 
paltarını çıxartdılar. O pay-piyada, qiyafəsini dəyiĢmiĢ halda Bəlxə gəldi. 
Xorasan əmiri Alptəkinin üzərinə hücuma cəsarət etmədi. Alptəkinin 


94 
uzaqlaĢması Samanilər xanədanının və dövlətinin kəskin zəifləməsinə səbəb oldu. 
Türküstan xanları hücuma baĢlayıb onların çoxlu vilayətlərini tutdular. 
Alptəkinin baĢı Bu-Cəfərdən ayıdıqdan sonra hindlilərin Ģahı tərəfə 
yollandı. Xorasana və bütün baĢqa Ģəhərlərə məktub yazdı, kömək istədi. Qənimət 
ələ keçirmək tamahı ilə o qədər adam gəldi ki, sayı-hesabı yox idi. QoĢunu 
saydılar, on beĢ min piyada və on beĢ min atlı olduğu məlum oldu. Hamısı cavan 
və silahlı idi. Hind Ģahına qarĢı getdi. Qəflətən onların keĢikçilərinə hücum edib 
çoxlu adam öldürdü, lakin qənimət almadı, geri qayıtdı. Hind Ģahı onun ardınca at 
çapdı, lakin tapa bilmədi. 
Bir uca dağ var idi, iki dağın arasında bir dərə var idi. Hind Ģahının yolu 
bu dərədən idi. Alptəkin dərənin ağzını tutdu. Hind Ģahı ora çatdıqda keçə bilməyib 
düĢərgə salmalı oldu. Ġki ay orada qaldı. Alptəkin hərdənbir dərədən çıxıb 
hindlilərə hücum edir və çoxlu adam öldürürdü. 
Səbüktəkin bu müharibələrdə xüsusi səy göstərirdi və bir neçə 
müvəffəqiyyət də qazanmıĢdı. 
Hind Ģahı heç bir iĢ görə bilmirdi, irəli gedə bilmir, geri dönə də bilmirdi, 
bu rüsvayçılıq olardı. Axırda çarəsiz qahb onlara dedi: "Siz Xorasandan bura bir 
parça çörək üçün gəlmiĢsinizmi? Mən bu parça çörəyi sizə verərəm. Qalaları sizə 
tapĢıraram. Siz mənim ordumla olun, yeyin-için, istədiyiniz kimi güzəran keçirin" 
.Onlar buna razı oldular. 
Hind Ģahı gizlində qala rəislərinə demiĢdi ki, mən qayıdandan sonra 
qalaları onlara verməyin. 
Elə ki geri qayıtdı, Alptəkin qala qapılarına yaxınlaĢdı, qalanı ona təslim 
etmədilər. Alptəkin dedi: "Deməli onlar məni aldatmıĢlar". Yenidən hücum 
etməyə, Ģəhərlər almağa baĢladı. Bu zaman əcəl gəldi, vəfat etdi. Onun qoĢun və 
qulamları özlərini itirdilər, ətraf isə kafir qoĢunları ilə dolu idi. 
Sonra onlar oturub tədbir tökməyə baĢladılar, Alptəkinin oğlu yox idi ki, 
onun yerinə oturtsunlar. Dedilər: "Bizim Hindistanda Ģan-Ģöhrətimiz vardır, 
hindlilərin ürəyinə böyük qorxu salmıĢıq, əgər indi biz onunla məĢğul olsaq, biri 
deyə: "Mən daha böyüyəm", o biri deyə: "Mən daha üstünəm", onda bizim 
Ģərəfimizə sədəmə toxunar, düĢmən qalib gələr. Aramızda ixtilaf yarandımı, 
düĢmən üzərinə endirilən bu qılınclar bir-birimizin üzərinə qalxar, ələ keçirdiyimiz 
bu vilayətlər əldən gedər. Məsləhət odur ki, aramızdan bir layiqli adamı sərkərdə 
seçək, hər nə desə, onu da edək. Elə düĢünək ki, belə bir adam Alptəkindir. 
Hamısı razı oldu. 
Sonra böyük vəzifəli qulamların adını çəkdilər, hərəsinə bir eyib 
tutub,"əmma" qoydular. Səbüktəkinin adı gəldikdə hamı susdu. Bu aralıqda biri 
dedi: "Səbüktəkindən daha əvvəl alınan və daha çox xidməti olan bir qulam
hanı?!" Digəri dedi: 
"Sayıqlıqda, vuruĢda, ədalətdə, səxavətdə, rəftarda, yoldaĢlarla yola 
getməkdə Səbüktəkin hamıdan irəlidədir, onu bizim ağamız tərbiyə etmiĢ, iĢlərini 


95 
bəyənmiĢdir. Alptəkinin bütün xüsusiyyətləri onda vardır, bizi yaxĢı tanıyır, qədir-
qiymətimizi yaxĢı bilir. Mən bildiklərimi dedim, qalanlarını siz daha yaxĢı 
bilirsiniz". 
Bir müddət hər Ģeydən danıĢdılar, axırda yekdilliklə belə qərara gəldilər 
ki, Səbüktəkini özlərinə əmir etsinlər. 
Səbüktəkin çox etiraz etdi, əl çəkmədilər, onda dedi: "BaĢqa çarə 
yoxdursa, bir Ģərtlə bu iĢə razı olaram ki, hər nə etsəm, hər nə desəm, əksinə 
getməyəsiniz, kim mənə müxalif çıxsa, ya üsyan qaldırsa, ya əmrimi yerinə 
yetirməkdə kahallıq göstərsə, siz mənə yekdil olub onu öldürəsiniz". 
Hamı and içdi, söz verdi, əhd-peyman bağladı. Sonra onu aparıb 
Alptəkinin balıĢı üzərində oturtdular, əmir kimi salam verib təzim etdilər, ayağına 
qızıl-gümüĢ səpdilər. 
Səbüktəkin nə tədbir görürdüsə hamısı xeyirli olurdu. Sonra o Zavülüstan 
əmirinin qızına evləndi. Ona görə Mahmud zavülü deyirlər. Mahmud böyüdükdə 
atası ilə birlikdə çoxlu döyüĢdə iĢtirak etmiĢ, yürüĢlərdə olmuĢdur. Bir çox böyük 
iĢlər gördükdən və Hind ölkəsində ağır müharibələrdə qələbə qazandıqdan sonra 
Bağdad xəlifəsindən "Nəsrəddin" ləqəbini almıĢdır. 
Səbüktəkin öldükdən sonra Mahmud atasının yerində oturdu. O Ģahlıq 
tədbiıiərini yaxĢı öyrənmiĢdi, həmiĢə Ģahlar haqqındakı rəvayətlərə qulaq asar, 
doğruluğa və yaxĢı xasiyyətli olmağa can atardı. 
Sonra o gedib Nimruz vilayətini ələ keçirdi, Xorasanı tutdu. Hind Ģahını 
öldürdü. ĠĢi o yerə çatdı ki, onu dünyanın sultanı adlandırırdılar. 
Bu hekayəti danıĢmaqda məqsədim odur ki, Ģahımız bilsin ki (allah onun 
dövlətini əbədi etsin), yaxĢı qul necə olar. Qul xoĢagələn xidmətlər göstərdi, heç 
vaxt xəyanət, baĢıdiklik etmədi, məmləkət onun sayəsində möhkəmləndi, dövlət 
onun ucbatından çiçəkləndi, belə bir qulun ürəyinə toxunmaq, onun haqqında 
deyilən sözlərə inanmaq olmaz, gündən-günə ona inam artmalı, etimad 
çoxalmalıdır. çünki sülalələrin, Ģəhərlərin, ölkələrin zəbt edilib mühafizə olunması 
Alptəkin kimi mərd adamlardan asılıdır. O isə qul idi, Samani xanədanı onun 
sayəsində yaĢayırdı. Onun qədrini bilmədilər, həyatına qəsd etdilər. O Xorasandan 
getdikdən sonra dövlət də samanilərin əlindən getdi. 
Layiqli və təcrübəli bir qul ələ gətirmək üçün uzun ömür, münasib Ģərait 
lazımdır. Ağıllı adamlar deyiblər: "Layiqli nökər və qul oğuldan yaxĢıdır". ―YaxĢı 
qul və nökəri əldən buraxmaq olmaz‖. 
ġair deyir: 
Yüz biĢüur övladdansa, yaxĢıdır bir müti qul,
Bu ömr istər ağasına, ölüm dilər o oğul! 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin