97
aparılmalıdır, evlərdən saray məclislərinə gətirilməməlidir, çünki sultan dünyanın
ağası, dünya adamları isə onun ailəsi və qulu hesab edilər.
YaxĢı olmaz ki, evindən çörək yeyib Ģərab içdiyin bir evə çörək və Ģərab
aparasan.
Saray Ģərabdarı mənə yaxĢı Ģərab vermir, -deyə öz Ģərabını gətirirsə,
Ģərabdara qulaqburması vermək lazımdır, ona demək lazımdır: "YaxĢı, pis
Ģərabların hamısı sənin ixtiyarindadır, nə üçün pisini verirsən?" Onda bu bəhanə
ortalıqdan qalxar.
ġah layiqli nədimləri olmadan keçinə bilməz, o vaxtının çoxunu qullarla
keçirsə, Ģövkətinə xələl gətirər, hörməti aĢağı düĢər, onlar xırdaçı olduqlarından
xidmətə yaramazlar.
Böyüklər, sərkərdələr, valilər, adlı-sanlı adamlar da çox gəl-get etsələr,
Ģahın əzəmətinə ziyanı olar, buyruqlarının icrasında dikbaĢlıq edərlər, pərdə aradan
qalxar.
Vəzirlə ölkənin mühüm iĢləri, ordu, vergi, tikinti, düĢmənlərin qarĢısını
almaq və bu kimi məsələlər haqqında danıĢmaq lazım gələr. Bunların isə hamısı
narahatlıq, fikir, iztirab və təĢviĢ artıran məsələlərdir. Ona görə iĢin mahiyyəti özü
imkan vermir ki, Ģah belə adamlarla əylənib kefini aça bilsin.
Nədimdən baĢqa heç kəs Ģahın könlünü açıb onu əyləndirə bilməz. ġah
daha sərbəst yaĢamaq istəyirsə, zarafatı doğruya qata bilər, nədimə hər cürə nağıl,
rəvayət, lətifə danıĢa bilər. Nədimlə Ģahın əzəmətinə, Ģan-Ģövkətinə zərər vurmaz,
çünki onları yalnız bu məqsəd üçün saxlarlar. Əvvəllər də bu barədə bir fəsil
yazmıĢıq.
Dostları ilə paylaş: