Əbu Əli Həsən ibn Əli Xacə



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə43/100
tarix05.12.2022
ölçüsü1,28 Mb.
#72346
1   ...   39   40   41   42   43   44   45   46   ...   100
Siyasetname

Otuzuncu fəsil 
 
XĠDMƏT VAXTI QULLARIN VƏ NÖKƏRLƏRĠN YERLƏRĠNDƏ 
DURMALARI HAQQINDA 
 
Gərək hamısı görünsünlər, hərəsinin də özünəməxsus durub-oturma 
yerləri olmalıdır. ġah qarĢısında bunların hər ikisi eyni sayılar. Durmaqda qayda 
belədir: ən məĢhur əshabələr, məsələn silahsaxlayanlar. Ģərabpaylayanlar və bu 
qəbildən olan adamlar ləxtin ətrafında yaxında durmalıdırlar. Biri onların arasında 
durmaq istəsə, saray hacibi onu uzaqlaĢdırmalıdır, eləcə də yad bir adam görsə
qıĢqırıb onu orada durmağa qoymamalıdır. 
 
 
 
 
 
 


98 
Otuz birinci fəsil 
 
ORDU VƏ XĠDMƏTÇĠLƏRĠN
EHTĠYAC VƏ XAHĠġLƏRĠ HAQQINDA 
Ordunun nə ehtiyacı olsa, sərkərdələr, dəstəbaĢıların dili ilə bildirilməli
əgər qəbul edilərsə, onların əli ilə ödənilməlidir. Bu üsul ilə onların hörməti artar. 
QoĢun əhlinin ehtiyacı bilavasitə dinlənilib, bilavasitə ödənilsə, onda 
dəstəbaĢıların hörməti qalmaz. 
Dəstədən biri öz baĢçısına diliuzunluq etsə, ya hörmətini saxlamasa
həddini aĢsa, cəza vermək lazımdır ki, böyük-kiçik məlum olsun. 
Otuz ikinci fəsil 
 
MÜHARĠRƏ VƏ YÜRÜġ LƏVAZĠMATINI, SĠLAHINI VƏ DƏM-
DƏSTGAHINI HAZIRLAMAQ HAQQINDA 
 
Bahalı paltar geyən adlı-sanlı adamlara tapĢırmaq lazımdır ki. təmtəraqlı 
yaraqlar, müharibə üçün keytiyyəlli silahlar hazırlasınlar, qulamlar alsınlar. 
Onların gözəllik, yaraĢıq, Ģan-Ģövkəti evlərinin bəzək-düzəyində, dəm-dəstgahında 
deyil, məhz bunlarda olar. Kimin bu cəhətdən imkanı çox olsa, Ģah yanında daha 
çox bəyənilər, tay-tuĢları içərisində, ordu içərisində, ordu arasında hörmətli, daha 
Ģövkətli sayılar. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin