101
Bir neçə il bu vədədən keçdi, Firon yenə də allahlıq iddiası ilə haman cah-
calalla gün keçirirdi.
Musa ə.s. tələsirdi, istəyirdi allah-taala nə
qədər mümkünsə Fironu tez
məhv etsin, artıq səbri qalmamıĢdı, qırx gün oruc tutdu. Sina
144
dağına gedib
yalvarmağa və dua etməyə baĢladı, münacat vaxtı allah-taalaya dedi: "Ġlahi, Fironu
məhv etməyə söz verdin, o isə küfr və iddiasını heç azaltmır, bəs nə vaxt məhv
edəcəksən?!"
Allah-taaladan nida gəldi ki: "Ya Musa, sənə lazımdır ki,
nə qədər
mümkünsə onu tez məhv edim, hər gün min bəndəyə lazımdır ki, onu saxlayım,
çünki onun nemətini yeyir, onun sayəsində güzəran keçirirlər...And olsun mənim
izzətimə,
nə qədər ki, o xalqa çörək verir, dövlətini əsirgəmir, onu məhv
etməyəcəyəm".
Musa dedi: "Bəs onun vədinin müddəti nə vaxt qurtaracaq?".
Cavab gəldi: "O, çörək verməyi azaltdıqda, bil ki, onun əcəli çatmıĢdır".
ĠĢ
elə gətirdi ki, bir gün Firon Hamana
145
dedi: "Bu Musa bəni Ġsraili
baĢına toplayıb bizə əziyyət verir, bilmirəm onunla bizim iĢimizin axırı nə
olacaqdır. Xəzinəni dolu saxlamaq lazımdır ki, heç vaxt baĢqasına ehtiyacım
olmasın. Hər gün payların yarısını kəsib xəzinəyə qoymaq lazımdır ki, ehtiyat
yığılsın".
Elə də etdilər, hər iki-üç gündən bir payları azaltdılar. Musa ə.s. bildi ki,
haqq-taalanın verdiyi vədin vaxtı yaxınlaĢır, çünki
mal toplamaq çox zaman
bədbəxtlik və fəlakətə səbəb olar.
Tarix yazanlar belə qeyd edirlər ki, Firon qərq olan günü onun mətbəxində
cəmi iki qoyun kəsilmiĢdi.
Allah-taala Ġbrahim ə.s. çörək verən, qonaqsevən olduğu üçün onu
tərifləmiĢdir, Hatəmi Taini səxavəti və qonaqpərvərliyi xatirinə cəhənnəm odundan
azad etmiĢdir. Dünya durduqca onun alicənablığından danıĢılacaqdır; namaz üstə
üzüyünü dilənçiyə vermiĢ əmirəlmöminin Əli (allah kəramətini ondan əksiltməsin),
çox acların qarnını doydurmuĢ və onları razı salmıĢdır;
qiyamətə qədər onun da
Ģücaəti və comərdliyindən söhbət ediləcəkdir. Dünyada səxavət, xeyirxahlıq və
süfrəsi açıqlıqdan yaxĢı iĢ ola bilməz. Çörək vermək bütün insanlığın və bütün
alicənablığın əsasıdır.
ġer
Səxavətdir on yaxĢı iĢ dünyada,
Peyğəmbərlər layiq olmuĢ bu ada,
Ġki dünya comərd üçün yaranmıĢ,
Əliaçıq ol sənin olsun onlar da.
Dövləti olan bir Ģəxs Ģahdan fəxri fərman almaq,
xalq içərisində
hörmət qazanıb "böyük", "ağsaqqal", çağırılmaq istəyirsə, ona de ki, hər gün süfrə
102
açsın. Dünyada kim ad qazanıbsa, çoxlu çörək verməkdən qazanıbdır. Xəsis, simic
adamı həriki dünyada məzəmmət edərlər. Rəvayətdə deyilir ki, xəsis behiĢtə
getməyəcəkdir. Bütün zamanlarda istər islam, istərsə qeyri-islam, əliaçıqlıqdan
gözəl adət olmamıĢdır. Haqq-taala bütün comədləri onların əliaçıqlığına
müvafiq
mükafatlandırmıĢdır.
Dostları ilə paylaş: