99
gəlməsindədir. Kimin hissi ağlına üstün gəlsə, hirslənəndə qəzəb ağlının gözünü
tutar, onun bütün varlığına hakim olar, nə əmr etsə, adam da dəlivari onu yerinə
yetirər. Əksinə, kimin ağlı hissinə qalib gəlsə, hirsləndikdə ağıl hissi boğar, hamı
onun hirsləndiyini görsə də, o, ağıllıların bəyəndiyi iĢləri görər və əmrləri görər.
Hekayət. Əlinin oğlu Hüseyn (allah ondan razı olsun) bir neçə əshabə və
hörmətli adamla süfrəyə oturub çörək yeyirdilər. O, bahalı paltar geymiĢ, baĢına
sən dərəcə gözəl bir əmmamə qoymuĢdu. Bir qulam onun qabağına xörək qoymaq
istəyirdi, baĢının üstündə durmuĢdu. Birdən kasa qulamın əlindən aĢıb Hüseynin
baĢ-gözünə töküldü. Onun əmmaməsi xörəklə bulandı. Hüseynin təbiəti yerindən
oynadı, üzü qəzəb və xəcalətdən qızardı, baĢını qaldırıb qulama baxdı. Qulam
vəziyyəti belə gördükdə cəzalanacağından qorxdu və dedi: "BağıĢlayan adamlara
qəzəb də yaraĢar, allah da rəhm edənləri çox sevir".
Hüseyn gülümsündü və dedi: "Ey qulam, həmiĢəlik qəzəb və cəza
qorxusundan asudə olmaq üçün səni azad edirəm‖.
Hekayət. Deyirlər Müaviyə çox səbirli bir adam imiĢ. Bir dəfə qəbul vaxtı
böyüklər onun qabağında oturmuĢ olduğu halda köhnə paltar geymiĢ cavan bir
oğlan icazəsiz girib salam verdi, nümayiĢkaranə onun qabağında oturdu və
dedi: "Ya əmirəlmöminin, bu gün çox vacib bir iĢ üçün sənin yanına gəlmiĢəm,
yerinə yetirməyə söz versən, deyərəm". Müaviyə dedi: "Nə mümkünsə hamısını
edərəm". Oğlan dedi: "Bil ki, mən qərib adamam, arvadım da yoxdur, sənin ananın
da əri yoxdur. Onu ver mənə, mənim arvadım olsun, onun əri, savabı da sənə
çatsın". Müaviyə dedi: "Sən cavan bir oğlan, o qoca bir qarı, ağzında bir dənə də
diĢi yoxdur, onun nəyi sənin xoĢuna gəlibdir?,, Dedi: "EĢitmiĢəm ki, onun kəfəli
böyükdür, mənim də böyük kəfəldən yaman xoĢum gəlir". Müaviyə dedi: "Vallah
elə atam da anamı buna görə almıĢdı, yoxsa onun heç bir baĢqa hünəri yoxdur,
atam elə bu arzu ilə öldü. Mən sənin sözünü anama çatdıraram, meyli olsa, belə
dəllallığa heç kəs mane olmaz".
Müaviyənin üzündə heç bir dəyiĢiklik əmələ gəlmədi, özündən çıxmadı.
Hamı təsdiq etdi ki, dünyada ondan daha səbirli bir adam ola bilməz.
Müdrik adamlar demiĢlər: "Səbr yaxĢıdır, lakin məqsədə nail olan vaxt
daha yaxĢıdır; nemət yaxĢıdır, lakin naĢükürlük olmasa daha yaxĢıdır; itaət
yaxĢıdır, lakin Ģüurla və allahın qorxusu ilə olsa daha yaxĢıdır.
Dostları ilə paylaş: