Əbu Əli Həsən ibn Əli Xacə



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə89/100
tarix05.12.2022
ölçüsü1,28 Mb.
#72346
1   ...   85   86   87   88   89   90   91   92   ...   100
Siyasetname

240. Yəzdan - ZərdüĢtilərdə xeyir allahı. 
241. GəĢtasib - daha qədim yazılarda ViĢtasb Ģaklində yazılır. Ġran 
Ģahlarındandır. ZərdüĢtlə bir əsrdə olmuĢdur. Ümumiyyətlə, eramızdan əvvəl 
təqribən VIII-VII əsrlərə aid edirlər. Daha qədimdən hesab edənlər də var. 
242. Harun ər-RəĢid - Əbbasi xəlifələrinin beĢincisidir. 786-809-cu illər 
arasında hakimiyyət baĢında olmuĢdur. 
243. MüĢəbbehi - hərfən "oxĢadanlar" deməkdir. Ġslam dinində təriqət adıdır. 
MüĢəbbehilər xalq ilə (allah ilə) onun məxluqları arasında müəyyən oxĢarlıq 
olduğunu təbliğ edirdilər. Nizamülmülk dövründə Ģiələrin çoxu müĢəbbehi hesab 
edilirdi. 
244. Obeydə Hənifi - Xəlifə Mənsur dövründə Reyin amili təyin edilmiĢdi. 
Tehran nəĢrində baĢqa ad göstərilir. Rusca tərcümədə Xeyfi (Heyfı) Ģəklindədir. 
245. Mehdi - on ikinci imam, Əbül Qasim Məhəmməd əl-Həsən, Mehdi ləqəbi 
sonradan verilmiĢdir. ġiələrin əqidəsinə görə, dünyanın axırı çatdıqda zühur 
edəcəkdir. 868/69-cu illərdə doğulmuĢdur. Ötən ili tarixdə göstərilmir. Rəvayətə 
görə qeyb olmuĢdur. 
246. Cümhur Ġcli - bu ad müxtəlif məxəzlərdə müxtəlif cür oxunmuĢdur. MəĢhur 
"Tarixi-Təbəri"də Cəvhər bin Mərrar əl-Əcəlli yazılmıĢdır. ġəxsiyyəti tam Ģəkildə 
aydınlaĢdırılmamıĢdır. 
247. Zübeyrilər - Əz-Zübeyr ibn Əvvamın tərəfdarlarına verilən addır. Zübeyr 
Məhəmmədin əshabələrindən olub, hakimiyyəti ələ keçirmək üçün üsyan 
qaldırmıĢ, lakin sonra müvəffəqiyyətsizliyə uğrayaraq məğlub olmuĢdur. 
248. Məhəmməd Zəkəriyyə - Əbu Bəkr Məhəmməd b. Zəkəriyyə ər-Razi. 
Dövrünün ən böyük alimi və həkimi hesab edilimiĢdir. Təbabət, riyaziyyat və 
nücum elmi haqqında dəyərli əsərləri vardır. Ölümünü müxtəlif vaxtlarda 
göstərirlər. Bəziləri 923, bəziləri 932-ci ili əsas götürürlər. 
249. Məxariqül Ənbiya - peyğəmbərlərin xariqələri, möcüzələri mənasındadır. 
Lakin Razinin bu adda əsəri Fehrestdə göstərilməmiĢdir. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin