264. Tolan aka, Tələn əkə - Tehran nəĢrindəki qrafikası ilə bizim nüsxə arasında
fərq vardır.
Müxtəlif cür oxumaq olar: Otlan Ləvkən, Utlən, I.ukan, Utlon Lokan və s.
265. Balasaqun, bilasağun, bəlasağun - türk Ģəhərlərindən birinin adıdır. Burada
təsvir edilən vuruĢmalar V.V.Bartoldun fikrinə görə, 942-943-cü illərdə baĢ
vermiĢdir.
266. Kohəndəz, kohəndəj- lüğəvi mənası "köhnəqala" deməkdir. BeĢ baĢ
Ģəhərin: Bəlx, Buxara, Mərv, NuĢabur və Səmərqəndin qalaları orta əsrlərdə
"kohəndez" adlanmıĢdır. Burada söhbət Buxara "kohəndez"indən gedir.
267. Əbdullah bin Məmun bin Əhməd - bəzi məxəzlərə görə Əbdullahdan sonra
onun yerinə Əhməd deyil, o biri oğlu Məhəmməd keçmiĢdir. Ġbn əl-Əsir
"Siyasətnamə"nin doğruluğunu təsdiq edir.
268. Məğrib - bax:25
269. Sələmiyə - ġamda Ģəhər adı, baĢqa məxəzlərdə ayrı ad yazılmıĢdır.
270. Məhəmməd ibn Əhməd- bəzi məxəzlər Məhəmməd ibn Əhmədi əmisi
Məhəmmədlə qarıĢıq salırlar; bax:267.
271. Əbu Əbdullah Möhtəsib - məxəzlərdə ixtilaf vardır.
272. Bənuəğləb - Ģimalı Afrikada qəbilə və sülalə adı. Sülalənin banisi Ġbrahim
b.əl-Əğləb ət-Təmimi olmuĢdur. 800-812-ci illər arasında hökmranlıq sürmüĢdür.
273. Əli Vəhsudan- baĢqa məxəzlərin, məsələn ibn Miskəvəyyin və ibn əl-
Əsirin verdiyi məlumatda Əli b. Vəhsudun yalnız fari, Ġsfahan və Ġraqda xəlifə
tərəfindən caniĢin olduğu qeyd edilir.
274. Teyləsan - baĢa geyilən, ətəkləri çiyinlərə və kürəyə düĢən xüsusi baĢlığa
deyərdilər. Bunu əsasən qazilər və üləmalar baĢlarına salardılar.
275. Bu qayda orada qaldı - yəni zəkat vermək qaydası. Burda müxtəlif
182
vaxtlarda müxtəlif üsullarla zəkatın alınması və ənənəyə keçməsindən söhbət gedir.
Göründüyü kimi, bu zəkatın heç bir dini əsası yoxdur. Bu bir növ vergi və xəracı
xatırladır.