Əbu İshaq əl-Kindi kimdir ?



Yüklə 22,17 Kb.
səhifə1/3
tarix30.12.2021
ölçüsü22,17 Kb.
#49242
  1   2   3
Fatima-Əxlaq f 3


Əbu İshaq əl-Kindi kimdir ?

Əbu Yusif Yaqub ibn İshaq əl-Kindi Ərəbistanın şimal hissəsində məskunlaşmış böyük qəbilələrdən Kində qəbiləsinə mənsubdur. Kindi miladi təqvimlə 796-cı ildə Kufədə dünyaya gəlmiş və 866-cı ildə Bağdadda vəfat etmişdir. Qeyd edək ki, ərəb ədəbiyyatının ən böyük şəxsiyyətlərindən biri olan şair İmruul-Qays (məşəqqətin uşağı) da bu qəbiləyə mənsubdur. Qaynaqlarda Kindinin doğumu və ölümü, həmçinin təhsil həyatı və şəxsiyyəti haqqında olduqca az məlumat yer alır. Ərəb şairi və bioqrafiya müəlliflərindən olan Əl-Cahiz yazdığı Kitəbul-Buxalə (Xəsislər kitabı) adlı əsərində Kindinin son dərəcə xəsis olması ilə bağlı bir rəvayət zikr etmişdir.

İlk İslam filosofu olaraq qəbul edilən Kindi İslam düşüncə tarixində ağıl və vəhy, ya da din və fəlsəfə arasında körpü formalaşdırmağa çalışan və bu işdə uğurlu şərh və izahlar gətirən bir alim olaraq tanınır. Kindi yaşadığı dövrdə materialist, maniheist və digər filosofların inkar və hücumları qarşısında İslamın bir çox təməl əqidəsini müdafiə etmişdir. O digər tərəfdən də İslam dünyasına fəlsəfə ilə bağlı əsərlərin daxil edilməsinə himayədarlıq etmiş, onların müdafiəçisi kimi çıxış etmişdir.

Kindini digər İslam filosofları və şərhçilərində olduğu kimi, xristian tərcüməçilərdən ayıran mühüm fərq vardır. O, ərəbcədən başqa dövrünün əsas dillərindən olan süryani və yunan dillərini bilmirdi. Maraqlı haldır ki, İbn Rüşd kimi yunan fəlsəfəsinin ən böyük müdafiəçisi belə səthi olaraq da yunan dilini bilmirdi. Bunun səbəbi isə ərəb dilinə bəslənən sevgi və başqa dilləri aşağı səviyyədə görmələri idi.

Bir tərəfdən din adına şiddətli bir fəlsəfə əleyhdarlığının, digər tərəfdən də fəlsəfə adına din əleyhdarlığının edildiyi mədəni və fikri şərait, Kindini İslam fəlsəfəsinin ən aktual mövzulardan biri olan ağıl ilə vəhyin və ya fəlsəfə ilə dinin müqayisəli təhlilinin ilk təşəbbüskarı olmağa sövq etmişdi.

Kindi fəlsəfənin din ilə bərabər lüzumlu olduğunu qeyd edir və bir peyğəmbər olan Hz. Muhammədin (s.ə.s) Uca Allahdan aldığı vəhyin ağılla dərk edilə biləcəyini vurğulayırdı. Kindiyə görə, bu həqiqəti insanlar arasında ancaq ağıldan məhrum və cahil şəxslər inkar edə bilərlər. Kindiyə görə, bəzən Quran ayələri ilə fəlsəfənin ortaya qoyduqları arasında zahirən bir ziddiyyətin olduğunu görmək mümkündür. Belə bir məna anlaşılmazlığını ərəb dilinin incəliklərinə müraciət etməklə çözmək olar. Kindi Quranda keçən: “Ulduzlar da, ağaclar da (Allaha) səcdə edər!” (Rahmən, 55/6) ayəsinin səthi bir nəzərlə baxanda anlaşılmaz kimi göründüyünü, ancaq buradakı səcdə kəlməsinin namaz səcdəsindəki alın, əl və dizlər nəzərə alınmadan sadəcə itaət etmək mənasına gəldiyini vurğulayır. Bu nəticəyə də ərəb dilinin incəliklərinə və təvil yoluna müraciət etməklə gəldiyini deyir.




Yüklə 22,17 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin