2.
Statistik məlumatlar və metodologiya
Bu fəsil üç alt bölməyə ayırlır. Birinci bölmədə qiymətləndirmələrə daxil edilən statistik
göstəricilərin ilkin müayinəsi və mövsümi təmizlənməsi aparılır. İkinci bölmədə göstəricilər
arasında asılılıqlar təhlil olunur. Üçüncü bölmədə isə empirik qiymətləndirmə və
proqnozlaşdırma metodologiyası təsvir olunur.
2.1.
İlkin müayinə və mövsümi təmizləmə
Məqalədə istifadə edilən statistik göstəricilər rüblük əsasda olub 2003, R1 – 2014, R4
dövrlərini əhatə edir. Aylıq göstəricilərdən müvafiq rüblük göstəriciləri əldə edərkən onların
aylıq qiymətlərinin ədədi ortası götürülür (məsələn, İQİ, faiz dərəcələri, və s.). Qiymətləndirmə
və proqnozlaşdırma zamanı az dəyişənli (7 göstərici) və çox dəyişənli (32 göstərici) VAR
modellərindən istifadə olunsa da, bu bölmədə modellərə daxil olunan bütün göstəricilərin
dinamikasını tədqiq etmək və bu zaman qarşıya çıxan problemləri qeyd etmək qeyri-
mümkündür. Lakin nümayiş məqsədi ilə biz bir sıra əsas göstəricilərin dinamikasını təhlil edir,
mövsümi təmizləmə, qarşılıqlı asılılıqların tədqiqi və modelin qiymətləndirməsi zamanı ortaya
çıxan praktiki çətinlikləri göstəririk.
Dostları ilə paylaş: |