Şəkil 7. Faiz dərəcələri (müqayisəli) Şəkil 8. Avtokorrelasiya funksiyası (q/n ÜDM)
Mənbə: AMB
1-3 aylıq manatda kreditlər üzrə orta faiz dərəcəsinin (aylıq) dinamikasına nəzər yetirək
(Şəkil 6). Bu göstərici 2006-cı ilin dekabr ayında 17.3% ətrafında qərarlaşsa da, onun qiyməti 3
ay sonra (2007-ci ilin mart ayında) 6.8% təşkil etmişdir. Orta faiz dərəcəsi iki ay ərzində
yüksələrək yenidən 16.6% ətrafında bərqərar olmuşdur. Həmin dövrün diqqətli təhlili göstərir ki,
bu göstəricinin kəskin qalxıb-düşməsi baş verən iqtisadi proseslərlə bağlı deyil. Həmçinin, hesab
edirik ki, bu götəricinin müvafiq dövrdə belə volatillik nümayiş etdirməsi bazar
fundamentallarını əks etdirmir və bazar faizləri üçün xarakterik hesab oluna bilməz. Bank
sektoru üzrə orta faiz dərəcəsinin hesablanması və qarşıya çıxan metodoloji problemlər
Hüseynov (2014) tərəfindən geniş təhlil olunmuşdur. Biz də həmin qeydləri nəzərə alaraq bank
sektoru üzrə median faiz göstəricisindən istifadə edirik (Şəkil 7).
Dostları ilə paylaş: |