Economy: problems and practical issues


Şəkil 3. Büdcənin kapital xərcləri                          Şəkil 4. Büdcənin kapital xərcləri (mövsümi təmiz)



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə5/14
tarix28.12.2021
ölçüsü1,07 Mb.
#17168
1   2   3   4   5   6   7   8   9   ...   14
Şəkil 3. Büdcənin kapital xərcləri                          Şəkil 4. Büdcənin kapital xərcləri (mövsümi təmiz) 

 

Mənbə: DSK 

İlk öncə bəzi göstəricilərin dinamikasının ilkin müayinəsinə nəzər  yetirək. Cari qiymətlərlə 

rüblük  sənaye istehsalı  göstəricisinin  dinamikası Şəkil 1-də  təsvir  edilmişdir.  Qrafikdən məlum 

olur ki, bəzi dövrlərdə sənaye istehsalının həcmi bir rüb ərzində kəskin dəyişmişdir (2006 R4 – 

46%, 2007 R4 – 115%, 2008 R3 – 84%). Bəzi rüblərdə isə sənaye istehsalının həcmi keçən ilin 

müvafiq  rübünə  nəzərən  əhəmiyyətli  artım  nümayiş  etdirir  (2006 R4  –  59%, 2008 R3  –  131%, 

2010  R4  -58%).  Hesab  edirik  ki,  buradakı  dəyişmələr  mövsümi  xarakter  daşımır,  çünki 

mövsümilik il ərzində təkrarlanan qanunauyğunluğu əks etdirməlidir. Biz burada sənaye istehsalı 

həcminin  kəskin  dəyişdiyi  dövrləri  interpolyasiya  etməyi  üstün  tuturuq.  Nəzərə  almaq  lazımdır 

ki, tədqiqat apararkən istifadə etdiyimiz modellər əksər hallarda xətti modellərdir və onların belə 

kəskin  dəyişmələri  izah  etməsi  qeyri-mümkündür.  Qeyd  edək  ki,  sənaye  istehsalının  aylıq 

göstəricilərinin dinamikasında mövcud olan problemlər və onların volatilliyi rüblük göstəricilərə 

nəzərən daha dərindir. 

Şəkil  2-də  interpolyasiya  olunmuş  sənaye  istehsalının  həcmi  təsvir  olunmuşdur.  Bu 

göstəricinin dinamikasına nəzər yetirdikdə ölkə iqtisadiyyatında baş verən bəzi mühim hadisələr 

qabarıq olaraq önə çıxır. Xüsusilə, sənaye istehsalının həcminin 2008-2009-cu illəri əhatə edən 

dünya  maliyyə  böhranı  zamanı  əhəmiyyətli  aşağı  düşdüyü  aydın  olur.  Müqayisə  üçün  həmin 

göstəricinin  orjinal  dinamikasına  (Şəkil  1)  nəzər  yetirsək  eyni  mülahizələri  söyləmək  və  ya 

iqtisadiyyatda  baş  verən  prosesləri  anlamaq  çətindir.  Ümumiyyətlə,  statistik  göstəricinin 

dinamikası təsvir etdiyi prosesi dolğun və düzgün əks etdirməlidir. Əks halda, siyasət qurucuları 



və  təhlilçilər  iqtisadi  vəziyyət  haqqında  təhrif  olunmuş  siqnallar  əsasında  fikir  yürütməli  və 

yanlış nəticələr çıxartmalı olurlar. 




Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin