Economy: problems and practical issues


Şəkil 5. Büdcənin kapital xərcləri (son)                   Şəkil 6. Orta faiz dərəcəsi



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə6/14
tarix28.12.2021
ölçüsü1,07 Mb.
#17168
1   2   3   4   5   6   7   8   9   ...   14
Şəkil 5. Büdcənin kapital xərcləri (son)                   Şəkil 6. Orta faiz dərəcəsi 

 

Mənbə: DSK, AMB 

Şəkil  3-də  büdcənin  kapital  xərclərinin  dinamikasına  nəzər  yetirək.  Bu  dinamikadan  ölkə 

iqtisadiyyatında baş verən mühim hadisələri oxumaq qeyri-mümkündür. Bir çox hallarda rüblük 

dəyişmələrin miqyası 100%-dən yüksəkdir (məsələn, 2007 R2 – 117%, 2008 R2 134%, 2009 R4 

–  294%,  və  s.).  Həmin  dövr  ərzində  göstəricinin  rüblük  həcminin  keçən  ilin  müvafiq  rübünə 

nəzərən  dəyişməsi  də  böyük  volatillik  nümayiş  etdirir  (məsələn,  2006  R4  –  151%,  2007  R2  – 

108%,  2008  R4  –  155%,  və  s.).  Göstərici  üzərində  mövsümi  təmizləmənin  aparılması  belə 

mövcud problemləri həll etmir

6

 (Şəkil 4). Məsələn, mövsümi təmizləmə nəticəsində 2009-cu ilin 



4-cü  rübündə  2,310  mln  manat  təşkil  edən  büdcənin  kapital  xərci  1,470  mln  manata  ensə  də, 

həmin  məbləğ  hələ  də  yüksək  olaraq  qalmaqdadır.  Göstərici  üzrə  mövsümi  faktorların  təhlili 

göstərir ki, mövsümi amillər son rübdə büdcənin kapital xərclərinin trenddən yüksək qalmasına 

səbəb  olur.    4-cü  rüb  üzrə  müvafiq  məbləğin  mövsümi  amillərdən  təmizlənməsi  onun  57% 

azalmasını təmin etsə də, qalan məbləğdə hələ də mövsümilikdən qaynaqlanan şişmənin olduğu 

aşkardır.

7

  Bu  səbəbdən  mövsümi  amillərdən  adekvat  təmizlənmədiyini  düşündüyümüz  dövrləri 



interpolyasiya  edirik  (Şəkil  5).  Beləliklə,  göstəricinin  sonda  əldə  olunmuş  dinamikasının  təhlili 

ölkə iqtisadiyyatında baş verən proseslər haqqında nisbətən əsaslı mülahizələr yürütməyə imkan 

verir.  Qrafikdən  də  aydın  olduğu  kimi  büdcənin  kapital  xərcləri  ilk  dövrlərdə  sürətlə  artsa  da, 

sənaye  istehsalında  olduğu  kimi  2008-2009-cu  illərinin  maliyyə  böhranı  ilə  əlaqədar  kəskin 

düşmüşdür. Oxşar düşməni biz 2013-cü və 2014-cü illərdə də müşahidə edirik. Bu mülahizələri 

göstəricinin  orjinal  dinamikasına  (Şəkil  3)  baxaraq  söyləmək  xeyli  çətin  olsa  da,  göstərici 

üzərində  aparılan  bir  sıra  təmizləmə  işləri  onun  son  dinamikasının  iqtisadi  vəziyyəti  nisbətən 

adekvat əks etdirməsini təmin edir. 

                                                           

6

 Bütün göstəricilər üzrə mövsümi təmizləmə TRAMO-SEATS paketi əsasında aparılır. 



7

  Ölkə  üzrə  əsas  göstəricilərin  mövsümi  amillərdən  təmizlənməsi  məsələsi  kifayət  qədər  problemlidir  və  bu 

mövzunun  özü  müstəqil  təqdiqat  işi  tələb  edir.  Təcrübə  göstərir  ki,  mövsümi  təmizləmə  metodlarının  ölkə  üzrə 

makroiqtisadi göstəricilərə mexaniki tətbiqi bir çox hallarda yanıldıcı nəticələrə gətirib çıxara bilər. 





Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin