Əczaçı (orta) ixtisası üzrə nümunəvi test sualları Bölmə Əczaçılığın təşkili və iqtisadiyyatı ixtisası üzrə test tapşırıqları


) Heyvan mənşəli polivitamin preparatı hansıdır?



Yüklə 1,38 Mb.
səhifə10/24
tarix27.01.2017
ölçüsü1,38 Mb.
#6525
1   ...   6   7   8   9   10   11   12   13   ...   24

413) Heyvan mənşəli polivitamin preparatı hansıdır?
A) Askorutin

B) Aevit


C) Undevit

D) Essensiale

E) Tetravit
Essensial heyvan mənşəli polivitamindir. Tərkibində orqanizm üçün vacib olan fosfolipidlər, B6, B12, PP vitaminləri və pantoten turşusu vardır. Xroniki hepatitdə, qaraciyərin serrozunda, şəkərli diabetdə istifadə edilir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 403
414) Bitki mənşəli polivitamin preparatı hansıdır?
A) Essensiale

B) Sirepar

C) Balıq yağı

D) İtburnu yağı

E) Vitohepat
Bitki mənşəli polivitamin itburnu yağı, çaytikanı yağı və s. Yanıqların, mədə və 12 barmaq bağırsaq xoralarında istifadə edilir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 403
415) Sintetik polivitamin preparatı hansıdır?
A) Balıq yağı

B) Askorutin

C) İtburnu yağı

D) Sirepar

E) Vitohepat
Sintetik polivitaminlərə askorutin (vit C+P), aevit (A+E), milqamma (B1+B6), rentovit, undevit və s. aiddir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 403
416) Askorbin turşusunun kombinəedilmiş preparatı hansıdır?
A) Tiamin-bromid

B) Erqokalsiferol

C) Qlutamevit

D) Askorutin

E) Tokoferol-asetat
Rutinin askorbin turşusu ilə kombinəedilmiş preparatı askorutin adlanır. Qanın laxtalanma qabiliyyətini gücləndirir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 397
417) Fol turşusu və vitamin B12 çatışmadıqda orqanizmdə nə baş verir?
A) Hemolitik anemiya

B) Leykositoz

C) Leykopeniya

D) Hipoxrom anemiya

E) Hiperxrom anemiya
Fol turşusu və B12 vitaminləri birlikdə eritropoezi stimullaşdırır, amin və nuklein turşularının sintezində iştirak edir. Hiperxrom anemiyalarda istifadə edilir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 397
418) A vitamininin avitaminozu zamanı əmələ gələn xəstəliyi göstərin?
A) Hemeralopiya

B) Qlossit

C) Xeyloz

D) Pellaqra

E) Sinqa
Vitamin A avitaminozu zamanı “Toyuq korluğu” hemeralpiya əmələ gəlir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 399
419) E vitamininin tibbdə işlənən preparatını göstərin
A) Askorbin turşusu

B) Tiamin-xlorid

C) Nikotin turşusu

D) Tokoferol-asetat

E) Tiamin-bromid
Vitamin E-nin tibbi adı tokoferol asetatdır.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 401
420) Aspirin hansı vitaminin antaqonistidir?
A) Vitamin A

B) Vitamin D

C) Vitamin K

D) Vitamin E

E) Vitamin C
Atetilsalisil turşusu antiaqreqant xassəyə malik olduğu üçün vitamin K-nın antaqonistidir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 357
421) Hansı suda həll olan vitamin preparatlarına aid deyil?
A) Fol turşusu

B) Xolekalsiferol

C) Tiamin-xlorid

D) Askorbin turşusu

E) Nikotin turşusu
Xolekalsiferol D vitamininin preparatıdır. Vitamin D yağda həll olur. Dəridə ultrabənövşəyi şuaların təsiri altında 7-dehidroxolesterindən sintez edilir, kalsium və fosfor mübadiləsini təmzimləyir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 400
422) Kalsium- pantotenat preparatını göstərin
A) Vitamin B6

B) Vitamin PP

C) Vitamin B1

D) Vitamin B12

E) Vitamin B5
Kalsium- pantotenat vitamin B5 deməkdir. Əsasən mübadilə proseslərinin pozulduğu hallarda, polinevritlərdə, nevralgiyalarda, ekzemada, tropik yaralarda istifadə olunur.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 402
423) Vitamin B2 çatışmadıqda orqanizmdə hansı xəstəlik əmələ gəlir?
A) Pellaqra

B) Radikulit

C) Qastrit

D) Xeyloz

E) Akromeqaliya
Orqanizmdə B2 vitamini çatmadıqda xeyloz(ağız bucağı nahiyəsində əmələ gələn və uzun müddət sağalmayan xoralar), qlossit əmələ gəlir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 394
424) İnsan orqanizminin bağırsaq mikroflorası tərəfindən sintez olunan vitamin hansıdır?
A) Riboflavin turşusu

B) Fol turşusu

C) Nikotin turşusu

D) Askorbin turşusu

E) Tiamin-bromid
Bağırsaq mikroflorası tərəfindən fol turşusu və B12 sintez olunur.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 397
425) Hiperxrom anemiyalar zamanı işlənən vitamin preparatı hansıdır?
A) Vitamin B12

B) Vitamin B5

C) Nikotin turşusu

D) Vitamin B1

E) Rutin
Orqanizmdə Vitamin B12 çatışmaması hiperxrom anemiyaların inkişaf etməsinə səbəb olur.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 397
426) Askorbin turşusu orqanizmdə hansı proseslərdə iştirak edir?
A) Zülal mübadiləsində

B) Yağ mübadiləsində

C) Oksidləşmə-reduksiya və karbohidrat mübadiləsində

D) Piroüzüm turşusunun karboksilləşməsində

E) Hormonların funksiyasının artmasında
Bu xüsusiyyətinə görə intoksikasiyalarda, qaraciyər xəstəliklərində işlənir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 397
427) Askorbin turşusunun kombinə edilmiş preparatı hansıdır?
A) Tokoferol

B) Askorutin

C) Qlutamevit

D) Vikair

E) Erqokalsiferol
Askorutinin tərkibi askorbin turşusundan və rutindən ibarətdir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 399
428) Vitamin A-nın tibbdə istifadə olunan preparatı hansıdır?
A) Erqokalsiferol

B) Riboflavin

C) Vikasol

D) Tokoferol asetat

E) Retinol asetat
Vitamin A-nın tibbi adı Retinol asetatdır.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 400
429) Vitamin B 1 orqanizmdə hansı şəkildə maddələr mübadiləsində iştirak edir?
A) Kokarboksilazaya çevrildikdən sonra

B) Dekarboksilləşdikdən sonra

C) Reduksiyaya uğradıqdan sonra

D) Piroüzüm turşusuna çevrildikdən sonra

E) Oksidləşdikdən sonar
Vitamin B1 bioloji fəal formaya kokarboksilazaya çevrildikdən sonra maddələr mübadilüsində iştirak edir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 393
430) Hansı qida məhsulları vitamin B1-lə zəngindir?
A) İtburnu meyvələri

B) Taxıl bitkiləri

C) Moruq

D) Sitrus meyvələri

E) Kələm
Vitamin B1 orqanizmə hazır şəkildə qida məhsulları ilə daxil olur. Taxıl bitkiləri vitamin B1-ilə zəngindir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 393
431) Hansı preparat B1 vitamininə aiddir?
A) Askorutin

B) Askorbin turşusu

C) Nikotin turşusu

D) Tiamin-bromid

E) Piridoksin-hidroxlorid
Vitamin B1 tibbi adı Tiamin bromiddir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 394
432) Vitamin B2 hansı proseslərdə iştirak edir?
A) Yağ mübadiləsində

B) Leykopeniyalarda

C) Oksidləşmə-reduksiya reaksiyalarında

D) Zülal mübadiləsində

E) Aterosklerozda
Orqanizmdə Vitamin B2 oksidləşmə-reduksiya proseslərində iştirak edir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 394
433) Podaqra xəstəliyi hansı mübadilənin pozulması nəticəsində əmələ gəlir?
A) Zülal

B) Purin


C) Yağ

D) Aminturşusu

E) Pirimidin
Podaqra xəstəliyi zamanı qan plazmasında sidik turşusunun miqdarı artır.Buda sidik turşusu duzlarının oynaq nahiyələrində toxumalarda, çökərək duzlaşma əmələ gətirməsinə səbəb olur,oynaqların hərəkəti çətinləşir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 416
434) Podaqranın kəskin tutmalarında spesifik dərman maddəsi kimi hansı alkaloiddən istifadə olunur?
A) Atropin

B) Morfin

C) Spazmolitin

D) Papaverin

E) Kolxisin
Kolxisin kəskin tutmalar zamanı ağrını, iltihabı aradan götürür.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 417
435) Hansı podaqra əleyhinə dərman maddəsi deyil?
A) Avisan

B) Etamid

C) Allopurinol

D) Kolxisin

E) Anturan
Bunlardan Avisan preparatı podaqra əleyhinə istifadə edilmir.
Ədəbiyyat: E.Ağayev, İbrahim Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 417-419
436) Kolxisin iltihabı aradan qaldırıcı təsirini nə vaxt biruzə verir?
A) Leykopoezin gücləndiyi vaxt

B) Leykositlərin hemotaksis prosesinin gücləndiyi vaxt

C) Faqositozun həyata keçdiyi vaxt

D) Podaqranın kəskin tutmasında

E) Sidik turşusunun sintezinin zəiflədiyi vaxt

Kəskin tutmalar zamanı iltihabı aradan qaldırır. Başqa hallarda iltihab əleyhinə təsir göstərmir.


Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 417
437) Bu preparatlardan hansı Urikozirik maddələrə aiddir?
A) Maqurlit

B) Urodan

C) Blemaren

D) Sulfinpirazon(Anturan)

E) Allopurinol
Bu nefronun distal borucuqlarında sidik turşusu ilə rəqabət zəminində onun reabsorbsiyasına mane olmaqla böyrəklər tərəfindən xaric olmasını sürətləndirir.

Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005


438) Sulfinpirazon (Anturan) hansı maddənin çevrilmə məhsuludur?
A) Naproksenin

B) Voltarenin

C) Analginin

D) Asetil salisil turşusunun (Aspirin)

E) Butadionun
Sulfinpirazon qeyri-steroid quruluşlu iltihab əleyhinə maddə olan fenilbutazonun (Butadion) metabolitlərindən (çevrilmə məhsullarından) biridir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 418
439) Urodanın tərkibi nədən ibarətdir?
A) MgSO4+NaHCO3

B) NaCL+CaSO4

C) NaHCO3+natrium-fosfat

D) Na 2SO4+NaHCO3

E) CaCO3+CaCL2
Urodan dissosasiya edərək mühiti qələviləşdirə biləcək bir sıra duzların (natrium hidrokarbonat,natrium-fosfat və s.)qarışığından ibarətdir.

Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 419


440) Qlükokortikoidlər iltihab və allergiya əleyhinə təsirinə görə hansı xəstəliklərdə işlənir?
A) Mədə xorası

B) Qastrit

C) Hipertoniya

D) Hipotoniya

E) Revmatizm
İltihab və allergiya əleyhinə preparat kimi qlükokortikoidlər revmatizimdə,revmatoid artritlərdə,anafilaktik şok zamanı,bronxial astmanın ağır formalarında,ekzemada istifadə olunur.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 379
441) Qlükokortikoidlərdən hansı yalnız yerli istifadə olunur?
A) Prednizolon

B) Deksametazon

C) Betametazon

D) Kortizon

E) Triamsinalon
Dərinin və selikli qişaların allergiya xəstəliklərində, yerli iltihabi proseslərdə istifadə olunur.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 378
442) Preparatlardan hansı inhalyasion qlükokortikoidlərə aiddir ?
A) Lorinden

B) Beklometazon-dipropionat

C) Kortizon

D) Prednizolon

E) Advantan
Preparat inhalyasiya şəklində yuxarı tənəffüs yoluna bronxit astma tutmalarının qarşısını almaq üçün istifadə edilir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 379
443) Steroid quruluşlu iltihab əleyhinə preparat hansıdır ?
A) Dekzametazon

B) İbuprofen

C) İndometasin

D) Asetilsalisil turşusu

E) Naproksen
Dekzametazon təbii qlükokortikoidlərin sintetik əvəz edicilərindən biridi.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 378
444) Qeyri-steroid quruluşlu iltihab əleyhinə vasitələrin əmələ gətirdiyi mənfi təsir hansıdır?
A) Osteoporoz

B) Avitaminoz

C) Mədə-bağırsaq qanaxmaları

D) Asidoz

E) Hiperqlikemiya
Qeyri-steroid quruluşlu iltihabəleyhinə dərman maddələrinin hamısı mədə-bağırsaq sisteminin selikli qişasına güclü qiciqlandırıcı təsir göstərir.Ona görə də onlardan uzun müddət istifadə etdikdə mədə və 12 barmaq bağırsaq xorası törədə bilərlər.

Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 412


445) Triamsinalon Prednizolondan neçə dəfə aktivdir?
A) 10 dəfə

B) 4 dəfə

C) 5 dəfə

D) 2 dəfə

E) Daha zəifdir
Triamsinalon Prednizolondan 2 dəfə aktivdir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 412
446) Bitki mənşəli biogen stimulyatorlar hansıdır?
A) Rumalon

B) Fibs


C) Aloe ekstraktı

D) Struktum

E) Torfot
Bitki mənşəli biogen stimulyator Aloe ekstraktıdır. Əsasən göz xəstəliklərində, mədə və onikibarmaq bağırsaq xoralarında, bronxial astmada istifadə olunur.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 406
447) Biogen stimulyatorlara aid olmayan preparat hansıdır?
A) Essensiale

B) Fibs


C) Torfot

D) Struktum

E) Rumalon
Essensial heyvan mənşəli polivitamindir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 406
448) Aterosklerozun müalicəsində yodu necə qəbul edirlər?
A) Gündə 1 dəfə 10 gün

B) Gündə 3 dəfə 2 damcı 1 həftə

C) 3 gün gündə 5 dəfə

D) 3 dəfə 2 damcı 10 gün

E) 1 ay müddətinə gündə 2 dəfə 10 damcı
Aterosklerozun müalicəsində yodu gündə 2 dəfə 10 damcı 1 ay müddətində istifadə etmək lazımdır.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 440
449) Xloramin B antimikrob maddələrin hansı qrupuna aiddir?
A) Detergentlər

B) Oksidləşdiricilər

C) Boyayıcı maddələr

D) Halogenli birləşmələr

E) Turşular

Xloramin B antimikrob maddələrin halogenli birləşmələrin qrupuna aiddir.


Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 439
450) Etil spirtinin hansı %-i iltihabı aradan qaldırıcı kimi istifadə edilir?
A) 95%-li

B) 70%-li

C) 40%-li

D) 90%-li

E) 20%-li
40%-li spirt toxumların dərinliyinə nüfuz edərək iltihabı aradan qaldırır.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 444
451) Yanıqların müalicəsində furasilinin hansı nisbətdə məhlulundan istifadə edilir?
A) 1:5000

B) 1:50000

C) 1:10000

D) 1:25000

E) 1:1000
1:5000 nisbətində və ya 0,2%-li məlhəm şəklində xaricə irinli yaraların,yaniqların,yataq yaraların mualicəsi üçün istifadə olunur.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 448
452) İxtammol (Ixtiol) nədən alınır?
A) Dağ süxurundan

B) Balıq kirəcindən

C) Dəniz palçığından

D) Qaraciyərdən

E) Bitkilərdən

Balıq qalıqlarının toplanaraq əmələ gətirdikləri kirəc daşları qətranının distilləsindən alınır.


Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 445
453) İxtammolun (İxtiol) tərkibində hansı maddələr var?
A) Fenol, kükürd

B) Yod


C) Qətran

D) Neft


E) Dəmir
Tərkibində fenollar kükürd və s. maddələr vardır.Antiseptik yerli ağrıkəsici və iltihabıaradanqaldırıcı təsir göstərir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 445
454) Ağır metal birləşmələrinin antimikrob təsir mexanizmi nədən ibarətdir?
A) Mikrob hüceyrələrində zülalları dehidratasiya edir

B) Mikrob hüceyrələrində zülalların biosintezini pozur

C) Mikrob hüceyrələrində zülalları pıxtalaşdırır

D) Mikroorqanizmlərin həyat fəaliyyəti üçün zəruri olan fermentlərin sulfhidril (SH) qrupları ilə birləşərək onları blokadaya almasından

E) Mikrobların əmələ gəlməsində fol turşusu mərhələsini pozur
SH qrupları reaksiyaya girmək qabiliyyətini itirir, fermentlər kataliktik aktivlikdən məhrum olur.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 446
455) Bu maddələrdən hansı oksidləşdirici maddələrə aiddir?
A) Fenol

B) Furasilin

C) Yod

D) Xloramin



E) Hidrogen-peroksid
Toxumalarla təmasda olduqda hidrogen-peroksid intensiv sürətdə parçalanaraq atomar və molekulyar oksigen əmələ gətirirMolekulyar oksigen təsirindən məhlul köpüklənir və köpük dərini selikli qişaları qan laxtalarından irindən təmizləyirAyrılan atomar oksigen isə güclü anti mikrob təsir göstərərək yaranı mikrobsuzlaşdırır .
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 441
456) Rivanolun sinonimi hansı maddədir?
A) Etaperazin

B) Emetin-hidroxlorid

C) Etakridin- laktat

D) Eunoktin

E) Furasilin
Cərrahiyyədə,ginekologiyada,urologiyada,oftalmologiyada,dermatologiyada,antiseptik maddə kimi müalicə və profilaktika məqsədi ilə işlədilir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 447
457) Nitrofural (Furasillin) antiseptik maddələrin hansı qrupuna aiddir?
A) Boyayıcı maddələr

B) Oksidləşdiricilər

C) Nitrofuran törəmələri

D) Aromatik birləşmələr

E) Halogenli birləşmələr
Furasilin nitrofuran törəməsidir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 448
458) Nitrofural (Furasilin) tabletləri hansı dozada buraxılır?
A) 100 mq

B) 10 mq


C) 50 mq

D) 200 mq

E) 300 mq
100 mq dozada buraxılan tabletlər daxilə,20 mq dozada buraxılan tabletlər xaricə işlətmək üçün (məhlul şəklində)istifadə edilir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 448
459) “Detergent” sözünün mənası nədir?
A) Parçalanma

B) Əritmə

C) Təmizləmə

D) Yuma


E) Udma
Detergentlər (detergere-təmizləmək) sintetik səthi aktiv maddələr olub, yuyucu və antimikrob təsirə malikdir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 449
460) Setilpiridin-xlorid hansı qrup detergentlərə aiddir?
A) Halogenli

B) Anion


C) Mexaniki

D) Oksidləşdirici

E) Kation
Onun yuyucu xassəsi kation qrupuna görədir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 449
461) Novoimanin hansı mikriorqanizmlərə təsir göstərir?
A) Qrammənfi

B) Bağırsaq çöplərinə

C) Spiroxetalara

D) Qrammüsbət

E) Göy-yaşıl irin çöpləri
Ona görə abseslərin, fleqmonaların, infeksiyalaşmış yaraların müalicəsində işlənir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 450
462) Antibiotiklər hansı terapevtik qrupa aiddir?
A) Dezinfeksiyaedici

B) Kimyəvi-terapevtik

C) Antiseptik

D) Antiparazitar

E) Antioksidant
İnfeksion və parazitar xəstəliklərin müalicəsi və profilaktikası üçün istifadə olunan antimikrob və antiparazitar maddələr kimyəvi-terapevtik dərman maddələri adlanır.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 450
463) Benzilpensillin nə vaxt kəşf olunub?
A) 1850-ci ildə

B) 1906-cı ildə

C) 1945-ci ildə

D) 1941-ci ildə

E) 1900-cı ildə
İlk antibiotikin - penisillinin alınması ilə (1941-ci il) təbabətdə yeni dövr antibiotiklər dövrü başlanmışdır.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 453
464) Təsir mexanizminə görə antibiotiklər neçə yerə bölünür?
A) 8

B) 3


C) 2

D) 6


E) 4
1-ci mikrob hüceyrəsinə sitoplazmatik membranının keçiriciliyinə pozucu təsir gostərənlər

2-ci mikrob hüceyrəsi divarının biosintezini pozan antibiotiklər

3-cü mikrob hüceyrəsində hüceyrədaxili zülal sintezinə pozucu təsir göstərənlər

4-cü RNT sintezinə pozucu təsir gostərənlər


Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 454
465) Bu preparatlardan hansı nitrofuran törəmələrinə aiddir?
A) Hepteral

B) Biseptol

C) Baktrim

D) Nitrofural (Furasilin)

E) Qroseptol
Nitrofuran törəmələrinə Nitrofural (Furasilin) preparatı aiddir. Əsasən irinli yaraların, yanıqların, yataq yaraların müalicəsi üçün stomatit və angina zamanı qarqara etmək üçün və s. istifadə olunur.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 448
466) Sidik yollarının infeksion xəstəliklərində bu preparatlardan hansı istifadə olunur?
A) Pipemid turşusu(Palin)

B) İntestopan

C) İmipramin(İmizin)

D) Baktrim

E) laktobaktrin
Sidik yollarının kəskin və xroniki infeksiyalarindan istifadə olunur.Gundə 2 dəfə-axşam və səhər 400 mq daxilə qəbul edilir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 496
467) Gümüş nitrat ilə zəhərlənmədə mədə hansı məhlul ilə yuyulur?
A) 5%-li qlükoza

B) 2%-li natrium-xlorid

C) 0,1%-li kalium-permanqanat

D) 0,5%-li tannin məhlulu

E) 0,9%-li natrium-xlorid

Bu zaman gümüş-nitrat həll olmayan və mədə-bağirsaq sistemindən sorulmayan gümüş-xloridə çevrilir.


Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 556
468) 8-oksixinolin törəməsi olan nitroksolin orqanizmdən necə xaric olur?
A) Böyrəklər vasitəsilə

B) Nəcis vasitəsilə

C) Süd vəzisi vasitəsilə

D) Tər vasitəsilə

E) Ağciyərlər vasitəsilə
Böyrəklər vasitəsilə xaric olduğu üçün böyrək və sidik yollarına təsir edir.Sidik-cinsiyyət yollarının infeksion xəstəliklərində (pilonefritdə,sistitdə,uretritdə,prostatitdə)istifadə olunur.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 498
469) Xinolon törəmələrinə hansı dərman aiddir?
A) Nalidiks turşusu (Neviqramon)

B) Nitroksolin(5-NOK)

C) Furasilin

D) Nitroksolin

E) Pipemid turşusu(Palin)
Sidik yollarının kəskin və xroniki infeksiyalarında istifadə olunur.

Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 496


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin