222
ÇARƏSİZ
Çox dərdlərə mən dərmanlar aradım,
Dəvasızdı olan dərdlər çarəsiz,
Bağlı qapılara açar tapmadım,
Açılmayan o qıfıllar çarəsiz.
Əllərim uzalı göylərə sarı,
Yaralı könlümü çiçəklə sarı,
Qaranlıq gecədə Ay da sapsarı,
Gün çıxanda gecə olur çarəsiz.
İlahi, blmirəm kimə yalvarım?
Məni ağladana niyə yalvarım?
Neçə yerdən çat veribdi divarım,
Axan yağışlara baxır, çarəsiz.
Bir insan ömrünün yoxuşlarında,
Qəmli könüllərin baxışlarında,
İntizar gözlərin yağışlarında,
Uduzan illərdi, aylar çarəsiz.
Gültac inadında dağ tək ucaldı,
Kəsək nədir, qaya nədir anladı,
O, yarğanlar, o, dərələr adladı,
Yollar məəttəldi, cığır çarəsiz.
|