224
YALANLAR
Ciblər hər gün
yalan daşıyır evlərə…
yalanla dolur,
boşalır evlər.
Uşaqlar yalan yeyib yatırlar.
Qadınlar yalandan
ərlərinin üzünə gülürlər.
Kişilər yalandan durub işə gedirlər.
İdarələr yalandan bağlı olur birdən.
Yalandan dost olur
bir-birinə insanlar…
Yalandan adam da
olurlar
adamlar…
Yalandan doğulur yalanlar.
Bircə,
Gerçəkdən ölür insanlar…
MƏN GÖZÜMÜN QULUYAM
Bəzən eynək taxıram
gözlərimlə yeriyəndə,
ayaqları torpaqda əzilməsin deyə.
Bəzən gördüklərimi geyinirəm gözlərimə,
gözlərim üşüyəndə.
Hec bilirsən, nədir dərdim?
225
Gördüyümdən gözlərimin
gözkirəsi istəməyi.
Gözlərimə qul olmağım.
Görə-görə kor olmağım.
Gördüyümü görməməyim.
Amma, günah məndə deyil!
Gördüyünü görməzliyə vur dedilər.
Bəzən gözdağı olur,
gördüklərim gözlərimə.
Xasiyyətini dəyişdim,
amma, yaddaşını dəyişəmmədim .
Gördüyünü görüb unutmuşam.
Görmədiyimi yaddaşına yazıb,
bir vaxt olacaq gözlərimdə görəcəm
gözlərimlə görmədiyimi.
Azad olacam onda.
Lap gec də olsa
gözlərimə salam verəcəm,
yaddaşında saxladığına görə.
Gözlərimdən gözkirəsi istəməyəcəm onda.
Nə də gözkirəsi verməyəcəm.
Dünyada hamının yeri daralanda,
gözlərimə yığmışam
gözüm görəni.
Tək bircə gözümdə qalmasın,
gözümdəki gördüklərim .
Yeri gələndə ümid paylayacam gözümdən.
Bircə göz baxa-baxa kor olmayım,
gözümü görə bilim.