ƏHLİ SÜNNƏ VƏl cəmaat


FİTNƏLƏRİN ORTAYA ÇIXMASI



Yüklə 0,68 Mb.
səhifə2/8
tarix21.04.2017
ölçüsü0,68 Mb.
#15071
1   2   3   4   5   6   7   8

FİTNƏLƏRİN ORTAYA ÇIXMASI

Fitnə - Bəlaya düçar olmaq, imtahan olunmaqdır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in bildirdiyi kimi Qəyamətin əlamətlərindən haqq ilə batilin qarışdırıldığı, imanın zərər gördüyü böyük fitnələrin ortaya çıxmasıdır. Belə ki, səhəri mömin olaraq oyanan kimsə axşama kafir olaraq çıxar, mömin olaraq gecələyən kişi səhərə kafir olaraq çıxar. Əbu Musa əl-Əşari - radıyallahu anhu – rəvayət edir ki, Mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Qiyamətdən öncə gecə qaranlığı kimi öldürücü fitnələr ortaya çıxacaqdır. O, fitnələrdə səhər mömin olaraq oyanan kimsə axşama kafir olaraq çıxar. Axşama mömin olaraq çıxan kişi səhərə kafir olaraq oyanar. Oturan ayağda duranda daha xeyirlidir. Ayağda duran isə yeriyəndən, yeriyən isə qaçandan daha xeyirlidir. Oxlarınızı qırın, yaylarınızı qırın. Qılınclarınızın (iti) tərəfini daşa vurun. Əgər sizdən biriniz fitnələrə qarışarsa Adəm -əleyhissəlam - ın iki oğlundan ən xeyirlisi (Habil) kimi olun”23. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Gecə qaranlığı kimi öldürücü fitnələrdən çəkinin. (Xeyirli əməllər etməyə çalışın!) Çünki səhəri mömin olan axşama kafir olacaqdır, axşamı mömin olan isə səhərə kafir olacaqdır. İnsanlar öz imanlarını (dinlərini) dünya malına satacaqlar»24. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İrəlidə bir çox fitnələr olacaqdır. Bu fitnələr zamanı yatan kimsə, oyaq olandan, oturan kimsə ayaqda durandan, ayaqda duran kimsə yürüyəndən, yürüyən kimsə qaçandan xeyirlidir. Hər kim fitnə vaxtına yetişərsə sığınsın və ya gizlənmək üçün yer taparsa gizlənsin (Başqa rəvayətdə: Dəvəsi olan dəvəsinin yanına, qoyunu olan qoyunlarının yanına, ərazisi olan ərazisinə, bu kimi malları olmayan qılıncını alıb kəskin tərəfini daşa vurub (yaylarnızı qırın) sonra bacardığı qədər sağ qalmağa çalışsın. Ya Rəsulullah! Müharibə edən iki sinifə qatışmayaraq çəkilib bir tərəfdə durduqda biri gəlib məni qılıncı ilə vurub və ya ox atıb məni öldürürsə nə buyurursan? Beləsi həm öz günahı ilə, həm də sənin günahınla yüklənərək Cəhənnəm sahibindən olur)»25. Fitnələrlə bağlı hədislər çoxdur. Peyğəmbər – sallallahu aleyhi və səlləm – ümmətini fitnərə qarşı xəbərdarlıq etmiş, onlardan Allaha sığınmalarını əmr etmişdir. Usamə b. Zeyd - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Mədinənin yüksək binalarından birinə çıxaraq: «Mənim gördüklərimi görürsünüzmü?» deyə buyurdu. Səhabələr: «Xeyr» dedilər. O: «Evlərinizin arasına (şiddətli yağan) yağışın (açdığı yaralar) kimi fitnələrin yağdığını görürəm»26. Bir nəfər Peyğəmbər – sallallahu aleyhi və səlləm – dedi: «Fitnələr zamanı evimə girib məni öldürmək üçün əlini mənə uzadana nə edim. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Adəm – əleyhissəlam – kimi ol! «Sən məni öldürməkdən ötrü mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram». (əl-Maidə 28)27. Zeyd b. Sabit - radıyallahu anhu – rəvayət edir ki, Mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Görünən və görünməyən fitnələrin şərrindən Allaha sığınıram”28.
FİTNƏLƏRİN ŞƏRQ TƏRƏFDƏN ÇIXMASI

Müsəlmanlar arasında baş verən fitnələrin çoxu Şeytanın buynuzunun doğduğu yer olan şərq tərəfdən ortaya çıxacaqdır. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – şərq tərəfə işarə edərək buyurdu: “Diqqət edin! Fitnə oradan, şeytanın buynuzları çıxdığı yerdən gələcəkdir (Başqa rəvayətdə: Küfrün başı bu yerdən şeytanın buynuzunun doğduğu yerdəndir29)”30. İbn Həcər – rahmətullahi aleyhi - deyir ki: “İlk çıxan fitnələrin qaynağı şərq tərəfdir və bu müsəlmanların arasında bölünmələrə səbəb olmuşdur. Şeytan bunu çox sevər və bidətin qaynağı da o, tərəfdəndir”31. Xəvariclər, Əşarilər, Batiniyə, Qədəriyə, Cəhmiyə və Mötəzilə kimi sapıq fikirlərin çoxu şərqdən gəlmişdir. İrandan isə Məcusi olan Zərdüştlik gəlmişdir. Bəhailik - əsasını qoyan İranlı Mirzə Əli Muhəmməd Şirazidir. İran höküməti tərəfindən həps edilmiş və öldürülmüşdür. Yerinə Bəhaullah – Mirzə Hüseyn Əlidir və Peyğəmbərlik iddiasında olmuşdur. Yenə bundan başqa Dəccəl, Yəcuc və Məcuc və s. çıxması şərqdəndir. Bütün bu fitnələrdən Allaha sığınırıq. Sufyan b. Əbu Zubeyr - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: “Yəmən fəth ediləcəkdir. Bir qrup insan Mədinədən oraya ailələri və onlara tabe olanlarla gedəcəklər. Halbuki Mədinə onlar üçün daha xeyirlidir. Şam da fəth ediləcəkdir. Bir qrup insan Mədinədən oraya ailələri və onlara tabe olanlarla gedəcəklər. Halbuki Mədinə onlar üçün daha xeyirlidir. İraq da fəth ediləcəkdir. Bir qrup insan Mədinədən oraya ailələri və onlara tabe olanlarla gedəcəklər. Halbuki Mədinə onlar üçün daha xeyirlidir”32.


ÖMƏR, OSMAN VƏ ƏLİ - Radıyallahu Anhum – UN ÖLDÜRÜLMƏSİ

Ömər - radıyallahu anhu – nun şəhid edilməsindən sonra səhabə zamanında fitnələr çoxalmağa başladı. Çünki bu hadisə fitnələrə açılan ilk qapı idi. Onun öldürülməsiylə böyük fitnələr başladı, qəlbində iman yerləşməyən fitnəyə dəvət edən insanlar ilə, insanlara gözəl görsənən lakin içində İslamı yıxmaq istəyən münafiqlər çoxaldı. Xuzeyfə - radıyallahu anhu – rəvayət edir ki, Ömər - radıyallahu anhu – dedi: “Peyğəmbər – sallallahu aleyhi və səlləm – in fitnə haqqında olan sözünü kim əzbərlədi”. Xuzeyfə: “Mən söylədiyi kimi əzbərlədim” dedim. Ömər: “Sən çox cürətlisən, söylə görüm nə buyurdu” dedi. Mən: “Bir adamın ailəsi, malı, uşağı və qonşusu üzündən düşdüyü fitnəyə namazı, orucu, sədəqəsi, yaxşılığı əmr edib pislikdən çəkindirməsi kəffarə olur” dedi. Ömər: “Mən bunu qəsd etmirdim. Dənizin dalğalanması kimi dalğalanan fitnələri soruşuram” dedi. Mən: “Ey möminlərin əmiri! O, fitnədən sənin üçün bir şey yox. Səninlə o, fitnə arasında qapalı bir qapı var” dedim. Ömər: “Bu qapı qırılacaqmı, yoxsa açılacaq” dedi. Mən: “Qırılacaqdır” dedim. Ömər: “Elə isə bir daha bağlanmaz” dedi. (Ravi deyir ki) Biz Xuzeyfə - radıyallahu anhu – dan: “Ömər qapının kim olduğunu bilirdimi?” dedik. O: “Gecənin gəldiyini bildiyi kimi. Mən ona uzaq bir hədisi xəbər verdim” dedi. Biz Xuzeyfə - radıyallahu anhu – dan soruşmağa cəsarət etmədik və Məsruk - radıyallahu anhu – dan bunu xahiş etdik. O: “Qapı kimdir?” dedi. Xuzeyfə: “Ömər” dedi33. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in buyurduğu həqiqət oldu. Ömər - radıyallahu anhu – şəhid edildi və qapı qırıldı. Fitnələr və bəlalar ortaya çıxdı. Rəşidi Xəlifəsi Osman - radıyallahu anhu – İraq və Misirdən gələn azğın bir topluluq tərəfindən öldürüldü. Mədinəyə girib Osman - radıyallahu anhu – nu evində ikən şəhid etdilər34.


SİFFİN, CƏMƏL VƏ HƏRURİYƏ DÖYÜŞLƏRİ

Peyğəmbər – sallallahu aleyhi və səlləm – Osman - radıyallahu anhu – ya başına gələcək bir bəlanın isabət edəcəyini söyləmişdir. Bu üzdən Osman - radıyallahu anhu – bu bəlaya səbr etdi və ona görə qan tökülməsin deyə azğın topluluğa qarşı çıxması üçün səhabəyə izin vermədi35. Əbu Musa əl-Əşari - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına Osman - radıyallahu anhu – gəldi və yanına girmək üçün izn istədi. Peyğəmbər: “İzn verin gəlsin və Ona isabət edəcək bir bəladan dolayı Cənnətə girəcəyini də müjdələyin” deyə buyurdu36. Osman - radıyallahu anhu – nun öldürülməsiylə müsəlmanlar qruplara ayrıldılar və səhabələr arasında savaşlar oldu. Fitnələr və sapıq görüşlər yayıldı, ayrılıqlar çoxaldı. Bunun nəticəsində səhabə zamanında sonu heç də yaxşı olmayan döyüşlər baş verdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – səhabə zamanında olacaq fitnələri bilirdi. Usamə b. Zeyd - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Mədinənin yüksək binalarından birinə çıxaraq: «Mənim gördüklərimi görürsünüzmü?» deyə buyurdu. Səhabələr: «Xeyr» dedilər. O: «Evlərinizin arasına (şiddətli yağan) yağışın (açdığı yaralar) kimi fitnələrin yağdığını görürəm»37. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Əli - radıyallahu anhu – ya, onunla Aişə - radıyallahu anhə – arasında hadisənin olacağını xəbər vermişdi. Əbu Rafidən gələn hədisdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – Əli - radıyallahu anhu – ya buyurdu: “Səninlə Aişə - radıyallahu anhə – arasında bir hadisə baş verəcəkdir?”. Əli: “Mənimləmi ya Rəsulallah?” dedim. Peyğəmbər: “Günahkar mənmi olacağam ya Rəsulullah?” dedim. Peyğəmbər: “Xeyr, lakin belə bir şey olarsa onu əmin olacaq bir yerə götür” deyə buyurdu38. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – xanımlarına buyurdu: “Sizlərdən biri tüklü bir dəvəyə minər və Həvəbin (Məkkə ilə Bəsrə yolu üzərində Bəsrəyə yaxın bir yerdir. Cahiliyyə vaxtında ərəblər sularını buradan götürərdilər39) itlərinin hürdüyü yerə qədər gələr. Sağında və solunda çoxlu ölülər olur. O, da öldürülməkdən qurturulur”40. Aişə - radıyallahu anhə – Bəni Amir məntəqəsinə gəldiyi zaman köpəklər üzərinə hürməyə başladılar. Aişə: “Bu haranın suyudur?” dedi. Ona: “Bu Həvbədir” dedilər. Aişə: “Zənn edirəm ki, dönmək lazımdır. Çünki Peyğəmbər: “Siz qadınlardan biri Həbvənin köpəkləri üzərinə hürdüyü zaman halı necə olur” dediyini eşitdim41. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İki böyük İslam ordusu bir-biri ilə savaşmadıqca Qiyamət qopmaz. Bu iki toplumun ikisi də eyni iddiada olduqları (ikisi də İslamiyyət və haqq iddiasında olduqları) halda aralarında böyük savaş olacaqdır...”42. İbn Həcər – rahmətullahi aleyhi - deyir ki: “Bu iki topluluqdan biri Əli - radıyallahu anhu – və onunla birlikdə olanlardır, digəri isə Muaviyə - radıyallahu anhu – və onunla birlikdə olanlardır”43. Bu iki toplum arasında Siffin adlanan yerdə Hicri 36-cı ildə Zil Hiccə ayında döyüş baş verdi. Döyüşdə hər iki tərəfdən 70000 minə yaxın insan öldü. Zeyd b. Vəhb rəvayət edir ki: “Biz Xuzeyfə - radıyallahu anhu – nun yanında idik. O: “Din, Din qardaşlarımız çıxmış və bir-birilərinə qılınc qaldırmışlar. Siz nə düşünürsüz?” dedi. Biz: “Sən nə etməmizi əmr edirsən” dedik. O: “Əli - radıyallahu anhu – nun tərəfində olan qrupu tapın və onlarla olun. Çünki haqlı olan Əli - radıyallahu anhu – dur” dedi44.

Xaricilər - Əli - radıyallahu anhu – ya qarşı çıxmalarıdır. Abdullah b. Şəddaf b. əl-Hadi rəvayət edir ki: «Sayı 12 minə yaxın, qəlbində mərəz olan Xəvariclər Rəsulullah – sallallahu aleyhi və səlləm – in yolu ilə gedən Əlinin başçılıq etdiyi cəmaatdan Kufədən 2 mil uzaqlıqda olan Hərura adlanan yerdə ayrılıb, ona qarşı çıxdılar və Əli - radıyallahu anhu – nu kafir saydılar. Əli - radıyallahu anhu – ilə Muaviyə - radıyallahu anhu – arasında döyüş uzandığı təqdirdə Muaviyə - radıyallahu anhu – nun tərəfdarları Quranın müshaflarını nizələrin ucuna taxaraq Əli - radıyallahu anhu – nun tərəfdarlarını Qurana tabe olmağa çağırdılar. Bizdən bir adam, sizdən də bir adam çıxardaq dedilər. İnsanlar buna razı olduqda Muaviyə - radıyallahu anhu – tərəfdən Amr b. As - radıyallahu anhu –, Əli - radıyallahu anhu – tərəfdən isə Əbu Musa əl-Əşari - radıyallahu anhu – çıxdı. Lakin Əli - radıyallahu anhu – İbn Abbas - radıyallahu anhu – nun çıxmasını istəyirdi. Lakin bunu görən Urvə b. Uzeynə: «Allahın əmrində adamlarınızı hakim təyin edirsiniz, hökm ancaq Allahındır – deyərək döyüş hazırlığını görməyə başladılar. Əli - radıyallahu anhu – nəsihət etmək üçün İbn Abbas - radıyallahu anhu – nu onların yanına göndərdi. Bunlar da İbn Abbas - radıyallahu anhu – ilə Allahın kitabı üzərində üç gün mübahisə etdilər. Nəhayət onlardan 8 (4) min kişi geri döndü». Əbu Səid əl-Xudri - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – qənimətləri payladığı zaman Bəni Təmim qəbiləsindən olan Zul Xuveysra adlı bir nəfər gəldi və: «Ey Allahın Rəsulu adil ol!» dedi. Peyğəmbər: «Vay sənin halına! Əgər mən adil olmasam kim adil ola bilər! Əgər mən adil olmasaydım (sən mütləq adil olmayan bir insana tabe olduğun üçün) əliboş qalardın və zərər çəkənlərdən olardın» deyə buyurdu. Ömər: «Ey Allahın Rəsulu! İzin ver boynunu vurum» dedi. Peyğəmbər: «Onu tərk et, onun kimi onun dostları vardır ki, sizdən biriniz öz namazını onların namazı yanında, öz orucunu onların orucu yanında kiçik görər. Onlar Quranı oxuyacaqlar, lakin Quran onların boğazlarından aşağı enməyəcəkdir, onlar İslamdan oxun şikardan çıxması kimi çıxacaqlar. (Başqa rəvayətdə: Ox şikarın bədənini sürətlə deşib çıxdığı kimi dindən çıxacaqlar). Ovçu oxunun dəmirinə baxar orada qandan bir əlamət görməz, oxun taxta hissəsinə baxar yenə də orada bir əlamət tapmaz. Onların əlaməti qolu qadın döşü və ya yellənən ət parçası kimi olan qara kimsədir. Onlar (müsəlmanlar) arasında ayrılığ düşdüyü zaman ortaya çıxarlar. Onları iki tayfadan haqqa ən yaxın olanı öldürər» deyə buyurdu45. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Axır zamanda bir qövm çıxacaqdır ki, onlar Quranı oxuyacaqlar, lakin Quran onların boğazlarından aşağı enməyəcəkdir, onlar İslamdan oxun şikardan çıxması kimi çıxacaqlar. Onların əlamətləri başlarını qırxmaq olacaqdır. Onlar həmişə mövcud olacaqlar. Onların axırıncısı Dəccəllə bərabər çıxacaqdır. Onlar məxluqatın ən şərlisi və ya məxluqatın ən şər təbəqəsidir. Onlarla qarşılaşdığınız zaman onları öldürün»46.
YƏHUDİ VƏ XRİSTİYANLAR KİMİ KEÇMİŞ ÜMMƏTLƏRİN YOLU İLƏ GETMƏK

Fitnələrdən biri də Yəhudi və Xristianların adətlərinə uymaq və onları təqlid etməkdir. Bəzi müsəlmanlar kafirləri təqlid etməkdə, onlara bənzəməkdə, onların əxlaqı ilə əxlaqlanmaqda və onları sevmələridir. Əbu Səid əl-Xudri - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Həqiqətən siz əvvəlkilərin (sünnəsi – yolu), adət ən-ənələrilə gedəcəksiniz. Hər bir şeydə onlara qarış-qarış oxşamağa çalışacaqsınız. O, dərəcəyə qədər ki, onlardan biri kərtənkələ yuvasına girsə belə siz də onun ardınca girəcəksiniz». Biz: «Ya Rəsulullah! Sən Yəhudi və Xristianları nəzərdə tutursan?» deyə soruş-duq. Peyğəmbər: «Onlardan başqa kimlər olacaq» deyə buyurdu47.


YALANÇILARIN VƏ PEYĞƏMBƏRLİK İDDİASINDA OLANLARIN ORTAYA ÇIXMASI

Ortaya çıxan əlamətlərdən biri də 30 yaxın yalançının Peyğəmbərlik iddiasında olmasıdır. Onlardan bəziləri Peyğəmbər – sallallahu aleyhi və səlləm – həyatda ikən və səhabə zamanında ortaya çıxmış, günümüzdə də ortaya çıxmağa davam edir48. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “30 yaxın yalançı çıxmadıqca Qiyamət qopmaz. Bunların hamısı Peyğəmbər olduqlarını iddia edəcəklər”49. Səvban - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ümmətimdən olan qəbilələr bütlərə tapınaraq müşriklərə qatılmadıqca Qiyamət qopmaz. Şübhəsiz ki, mənim ümmətimdən otuza yaxın yalançı çıxacaq. Onların hər birisi bir Peyğəmbər olduğunu iddia edəcəkdir. Mən isə Peyğəmbərlərin sonuncusuyam. Məndən sonra Peyğəmbər yoxdur»50. Bu yalançılardan biri olan Musəyləmə Kəzzəb Peyğəmbər – sallallahu aleyhi və səlləm – in həyatının son zamanlarında ortaya çıxmış və Peyğəmbərlik iddiasında olmuşdur. Peyğəmbər onunla yazışmış və Onu Kəzzəb olaraq adlandırmışdır. Ətrafına çox adam toplamış və müsəlmanlara çox pisliklər etmişdir. Nəhayət Əbu Bəkr - radıyallahu anhu – nun dövründə Yəməmə döyüşündə öldürülmüşdür. Daha sonra Yəməndən Əsvəd b. əl-Ənəsi Peyğəmbərlik iddiasında olmuş və Peyğəmbər – sallallahu aleyhi və səlləm – vəfat etmədən öncə səhabə tərəfindən öldürülmüşdür. Yenə Səcah ismində Peyğəmbərlik iddiası edən qadın olmuş. Museyləmə ilə evlənmişdir. Lakin Museyləmə öldürüldükdə təkrar İslama qayıtmışdır. Daha sonra Zuleyha b. Xuveylid əl-Əsədi Peyğəmbərlik iddiasında olmuş daha sonra Tövbə edərək İslama dönmüşdür. Yenə də onlardan biri Həris əl-Kəzzəbdir. AbdulMəlik b. Mərvan xəlifəliyi zamanında öldürülmüşdür. Abbasi xəlifələri dövründə də bir çox yalançı Peyğəmbərlər çıxmışdır. Son əsirlərdə isə Hindistanda Mirzə Əhməd Qadyani ortaya çıxmış. Gözlənilən Peyğəmbər, Məsih olduğunu və İsa - əleyhissəlam - ın qeybə çəkilmədiyini və s. iddialarda olmuşdur. Səmura b. Cundəb - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – günəş tutulduğu zaman verdiyi xütbəsində buyurdu: “30 nəfər yalançı çıxmadıqca Qiyamət qopmaz. Onların sonuncusu tək göz Dəccəldir”51. Xuzeyfə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Ümmətimdən 27 nəfər yalançı dəccəl çıxacaq. Onlardan 4 qadındır. Mən isə Peyğəmbərlərin sonuncusuyam. Məndən sonra Peyğəmbər yoxdur”52.


ƏMİNLİYİN ARTMASI

Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “İraq ilə Məkkə arasında səfər edən kimsə yolu azmaqdan başqa heç bir şeydən qorxmadığı müddətdə Qiyamət qopmaz”. Səhabə zamanında müsəlmanların fəth etdiyi yerdə İslam və ədalət olduğu üçün bu hallar baş vermişdir. Mehdi və İsa - əleyhissəlam - ın zamanında da yer üzü ədalət və əmin-amanlıqla dolacaqdır. İsnşəallah!


HİCAZDAN ALOVUN ÇIXMASI

Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hicaz bölgəsində bir atəş çıxmadıqca Qiyamət qopmaz. Bu atəş Busradakı dəvələrin boyunlarını işıqlandıracaqdır»53. Bu atəş 7-ci əsrin ortalarında 654-cü ildə görsənmiş-dir. İmam Nəvəvi – rahmətullahi aleyhi - deyir ki: “Bizim zamanımızda 654-cü ildə Mədinədə bir atəş çıxdı. Mədinənin doğu tərəfində Harrənin arxasında böyük bir alov idi. Bu atəşi Şam və s. bölgələr görmüşdülər. Bu atəşin necə olduğunu Mədinəlilər mənə xəbər vermişdilər”54. İbn Kəsir – rahmətullahi aleyhi - deyir ki: “Busrada olan bədəvilərin bir çoxu Hicazda çıxan bu atəşin dəvələrin boyunlarını işıqlandırdığına şahid olmuşdular”55. Qurtubu – rahmətullahi aleyhi - deyir ki: “Məkkə və Busra dağlarından atəşin göründüyünü söyləmişdir”56.


TÜRKLƏRLƏ DÖYÜŞ

Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Siz ayaqqabıları keçə (dəridən) olan, gözləri kiçik, üzləri qırmızı, burunları kiçik (basıq), üzləri dəri ilə örtülmüş (dəri üstünə dəri örtülmüş qalxan kimi qalın dərili) olan Türklərlə savaşmadıqca Qiyamət qopmaz»57. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Müsəlmanlar Türklərlə döyüşmədikcə Qiyamət qopmaz. Onlar üzlərini dəri ilə örtmüş bir qövmdür. Tükdən (dəridən) paltar və ayaqqabı geyinərlər”58. Amr b. Sələbə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Geniş üzlü, elə bil ki, dəri üstünə dəri örtünmüş qalxan kimi qalın dərili bir qövmlə sizin döyüşünüz Qiyamətin əlamətlərindəndir”59. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Siz Əcəmilərdən (ərəb olmayan) Huz (İranda yerləşən Əhvəzdə bir yerdir) və Kirmanla (Bir çox kənd və qəsəbəsi olan geniş bir ərazidir. Qərbində İran, Şərqində Xorasan, Cənubda isə İran dənizi vardır) döyüşmədikcə Qiyamət qopmaz. Onlar qırmızı üzlü, basıq burunlu, kiçik gözlüdürlər. Üzləri dəri üzərinə dəri örtülmüş kimi qalın dərili (ətli) və ayaqqabıları tüklüdür (dəridəndir)”60.


PEYĞƏMBƏR – Sallallahu Aleyhi Və Səlləm – HAQQINDA HƏDİSLƏRİN UYDURULMASI

Əli, Ənəs b. Məlik, Əbu Hureyrə - radıyallahu anhum – rəvayət edirlər ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Şübhəsiz ki, mənim ağzımdan yalan söyləmək başqasının ağzından yalan söyləmək kimi deyil. Hər kim söyləmədiyimi mənə qəsdli olaraq söyləyərsə atəşdən yerini hazırlasın»61.


TƏHLÜKƏSİZLİK ORQANLARI

Əbu Umamə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Axır zamanda bu ümmət üçün əlində öküz quyruğu kimi qamçı olan adamlar çıxacaqdır. Gəlir əzab edər, gedir (yenə də) əzab verərlər (Başqa rəvayətdə: “Axır zamanda insanlara səhər axşam əzab verəcək təhlükəsizlik dəstələri (orqanları) olacaq. Onlardan olmayasan”62. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Cəhənnəm əhlindən iki sinif insan var ki, mən onları dünyada ikən görməmişdirm. Bir qövm inəyin quyruğu kimi qamçılarla insanları döyərlər. İkincisi isə qadınlar açıq-saçıq, yarım çılpaq geyinəcəklər, pozğun şeylərə meyl edəcəklər, başlarını (saçlarını) dəvənin boynundakı hörüklər kimi maili çıxacaqlar. Onlar Cənnətə daxil olmazlar və onun iyisini də duymazlar. Halbuki cənnətin iyi bu və bu qədər məsafədən hiss edilir»63. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Əgər ömrün uzun sürərsə çox keçməz ki, əlindəki öküz quyruğu kimi qamçılar olan qrupun insanlara durmadan əzab etdiklərini görəcəksən”64. İbn Abbas – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Sizin başınıza elə bir təhlükəsizlik orqanları gəlir Məcusilərdən daha pis olacaqlar”65.


YALANIN ARTMASI

Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamətə yaxın mənim ümmətimdən elə bir insanlar çıxacaq ki, onlar nə sizin, nə də atalarnızın eşitmədikləri şeyləri danışacaqlar. Onlardan çəkinin»66. Abdullah b. Amr - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Dənizdə Süleymanın qandalladığı şeytanlar vardır. Çox keçməz ki, onlar azad olarlar və insanlara öz Quranlarını oxuyarlar»67.


ELMİN QALDIRILMASI, CAHİLLİK VƏ FİTNƏ-FƏSADIN ÇIXMASI

Ənəs b. Məlik - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamətə yaxın elm qaldırılacaq (cahillik yayılacaqdır)»68. Şakik deyir ki, mən İbn Məsud və Əbu Musa - radıyallahu anhum – ilə birlikdə idim. Onlar Peyğəmbər – sallallahu aleyhi və səlləm – in belə buyurduğunu rəvayət etdilər: “Qiyamətdən öncə elə bir günlər gələcək ki, elm qaldırılacaq, cahillik isə artacaqdır”69. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Zaman qısalır, elm qaldırılır, fitnələr ortaya çıxır, simiclik artır və ölüm çoxalır”70. İbn Batta – rahmətullahi aleyhi - deyir ki: “Biz bu hədisdə söylənilən Qiyamətin əlamətlərindən elmin azaldığını, simicliyin artdığını, cahilliyin çoxaldığını, fitnələrin ortaya çıxdığını və ölümün çoxaldığını günümüzdə açıq-aydın görürük”71. İbn Həcər – rahmətullahi aleyhi - deyir ki: “Bu kimi şeylər gələcəkdə daha da artacaqdır. Elmin qaldırılmasıyla birlikdə cahilliyin yayılması buna işarədir. O, anda alimlərin olması bu hadisələrin baş verməsinin qarşısını ala bilməyəcəkdir. Çünki o, vaxt cahillər alimləri başa düşməzlər”72. Abdullah b. Amr b. əl-As - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Həqiqətən də Allah elmi insanlardan almaz. Lakin elmli insanların ruhlarını almaqla elmi onlardan qaldırar. Beləki heç bir alim qalmadıqda insanlar özləri üçün cahilləri başçılar təyin edərlər. Onlar da sual verildikdə elmsiz olaraq fətva verərlər. Bununla həm özləri zəlalətə düşər, həm də başqalarını zəlalətə salarlar”73. Burada olan elmdən qəsd Quran və Sünnədi. O, da Peyğəmbərlərin miras olaraq buraxdıqları elmdir. Çünki alimlər Peyğəmbərlərin varisləridir. Onların yox olmasıyla elm də yox olar, sünnətlər unudular, bidətlər çoxalar və cahillik artar. Bu ümmətin alimləri səhabələr, tabiinlər və onlara tabe olanlardır. Ən xeyirli əsr onların zamanı idi. İmaran b. Hüseyn - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ümmətimin ən xeyirliləri mənim zamanımdakılardır. Sonra onların ardıyca gələnlərdir». Səhabə deyir ki, bilmirəm iki, yoxsa üç nəsil zikr etdi…»74. Elm azalmağa davam etdikcə cahillikdə çoxalır. Huzeyfə b. Yəmən - radıyallahu anhu – deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü İslam paltarın naxışları silinib yox olduğu kimi silinib yox olacaqdır. Belə ki, (yer üzündə) nə orucun, nə namazın, nə həccin, nə də sədəqənin nə olduğu bilinməyəcəklər. Allah bir gecədə Quranı qaldıracaq və yer üzündə ondan bir ayə belə qalmayacaqdır. O, zaman insanlardan yaşlılar və böyüklər qalacaqlar və deyəcəklər: «Biz babalarımızın bu kəlməni: «Lə İləhə İlləllah» - söylədiklərini eşitdik. Buna görə də biz də onu söyləyirik». «Bu sözlər onları Cəhənnəmdən qurtaracaq» və üç dəfə təkrar etdi»75. Ənəs b. Məlik - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yer üzündə Allah, Allah kəlməsi itməyənədək Qiyamət qopmaz»76. İbn Kəsir – rahmətullahi aleyhi - deyir ki: “Bu hədisin iki mənası vardır: 1. Kimsə pislikdən çəkindirməz, pisliyi edən bir kmsəni gördüyü zaman ona mane olmaz. Buna görə də: Allah, Allah! Deyilməz. 2. Allah bilinməz, yer üzündə adı belə çəkilməz. Bu da insanlığın yox olduğu, inkar, üsyan, fitnə, fəsadın çox olduğu zamanda olur”77. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yer üzündə Lə İləhə İlləllah deyildiyi müddətdə Qiyamət qopmayacaqdır»78. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah, Allah deyən bir adamın üzərinə Qiyamət qopmayacaqdır»79. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Zaman içində bir gün olsun belə Lə İləhə İlləllah deyən kimsə şübhəsiz ki, Cəhənnəmdən çıxacaqdır»80. İbn Məsud - radıyallahu anhu – deyir ki: “Quran aranızdan qaldırılaraq bir gecədə yox olur və insanların qəlblərindən gedər. Ondan heç bir əsər-əlamət qalmaz”81.
Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin