fərdi kompüterlə davranmaq vərdişlərinə malik olmalıdır;
kompüterin qurğularının və onun əsas elementlərinin iş prinsipini bilməlidir;
istehsalatda və insan fəaliyyətinin digər sahələrində kompüterin rolunu qiymətləndirməyi və onu tədbiq etməyi bacarmalıdır.
Yuxarıdakı komponentlərin təhlili göstərir ki, kompüter savadlılığı şagirdlərin alqoritmik mədəniyyətinin geniş mənada nəticəsidir.
Alqoritmik mədəniyyətdən (AM-dən) kompüter savadlılığına (KS-na) təkamül yolu ilə keçidi əyani olaraq
AM→KS
şəklində yazmaq olar.
ŞAGİRDLƏRİN KOMPÜTER SAVADLILIĞI VƏ İNFORMASİYA MƏDƏNİYYƏTİ
“İnformatika və hesablama texnikasının əsasları” fənninin ilk proqramının metodik konsepsiyası sınaq dərslikləri üzərində iş başa çatdıqdan sonra işləndi və proqramın yeni-ikinci versiyası çap olundu. Bu proqramın “maşın variantı” hazırlandı. Fənnin
tədrisinə əsaslanaraq onun məzmununda və məqsədlərində müəyyən dəyişikliklər edilməklə yenidən işlənən proqramda şagirdlərdə aşağıdakı vərdişləri:
məsələnin qoyuluşu, EHM-in köməyi ilə onun həlli və şagirdlərin praktik fəaliyyətini;
sadə məsələlərinriyazi modelini qurmaq bacarığı və riyazi modelləşdirmə haqqında elementar biliklərin köməyi ilə məsələni formal təsvir etməyi;
əsas alqoritmik strukturlar haqqında biliklərin köməyi ilə riyazi modellərin alqoritimlərini qurmağı;
EHM-in qurğularını, onların vəzifələrini başa düşmək, məsələnin alqoritminə əsasən yüksək səviyyəli proqramlaşdırma dillərinin birində EHM üçün proqram tərtib etmək elementar vərdişləri;
müasir informasiya sistemlərinin əsasını və onun müxtəlif tiplərindən istifadə etməklə praktik məsələləri həll etmək vərdişlərini;
EHM-in tədbiqi ilə həll edilmiş məsələlərin nəticələrini interpretasiya etmək və onların praktik fəaliyyətdə tətbiq etmək bacarığını
formalaşdırmaq zəruri sayılırdı.
Bu tələblərin minimal həcmi şagirdlərin kompüter savadlılığının ilkin səviyyəsi, maksimal həcmi isə onların informasiya mədəniyyəti tərbiyəsinin vəzifələrini təşkil edir.
Məktəb informatika təhsil sahəsində şagirdlərin təhsilinin inkişaf sxemini aşağıdakı kimi vermək olar:
AM→KS→İM
Kompüter savadlılığına malik istifadəçi kompüterlə ünsiyyətdə olmağı bacarmalı, kompüter üçün sadə proqramlar hazırlamalı, EHM-in qurğularının iş prinsiplərini və tədbiq sahəsini bilməlidir.
Dostları ilə paylaş: |