2-ci səviyyə (5-9-cu siniflər) baza kursudur. Baza kursu şagirdlərin informatikadan hazırlığının minimum səviyyəsini təmin edir. Bu kurs şagirdlərdə informasiya texnologiyalarından istifadə etməklə məsələləri həll etmək, həmçinin öz işlərində, sonra isə peşə fəaliyyətində kompüterdən şüurlu və rasional istifadə etmək vərdişlərini formalaşdırır.
3-cü səviyyə (10-11-ci siniflər) informatika təhsil sahəsinin seçim üzrə öyrənilməsidir. Bu səviyyə informatika sahəsində şagirdlərin təhsil sahələrini seçməyə uyğun gəlir. Burada şagirdlər öz maraq dairələrinə uyğun fənni öyrənir, gələcək peşə fəaliyyətlərinə hazırlanırlar.
Qeyd edək ki, şagirdlərin informatika sahəsində biliyində müəyyən müvəffəqiyyətlər əldə etmək üçün onların riyazi informatika, kompüterdə işləmək bacarığı, başqa sözlə bizi əhatə edən aləmdə baş verən bu və ya digər hadisələrin modelini qurmaq bacarığı olmalıdır.
Riyazi informatika fundamental informatikanın bir sahəsi kimi informasiyanın saxlanılması, ötürülməsi və emalı proseslərinin nəzəri modelini qurur. Riyazi informatika öz obyektlərinə, anlayışlarına və metodlarına görə riyaziyyatın bir sahəsidir.
İnformatikanın öyrənilməsi nəticəsində:
Dostları ilə paylaş: |