Kursun proqramının giriş hissəsində onun məzmunu araşdırılır və başa düşülməsinin yolları müəyyən olunurdu. Bu proqramdan maşınsız varinatda da istifadə etmək olar. Maşınlı variantda şagirdlərin EHM-də işləməsini daha fəallaşdırmaq vacib hesab olunur və onlar praktik vərdişlərə yiyələnirdilər. Bu isə şagirdlərdə real aləmin modelləşdirilməsi üçün təsəvvürləri formalaşdırırvə onların hərtərəfli inkişafına şərait yaradır, onlara həyati fəaliyyətlərində istifadə etmək üçün zəruri bilik və bacarıq verirdi.
Proqramın vacib elementlərindən biri onun rəsmi dövlət sənədi olması, məktəb informatika təliminin reqlamentləşdirici rolunu müəyyən etməsi idi. “İnformatika və HTƏ” kursunun məktəbdə təlimi zamanı aşağıdakı proqram təminatının olması vacib idi: