ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ İNFORMATİKA KURSUNUN MƏZMUNUNUN FORMALAŞDIRILMASI KONSEPSİYASI
Keçən əsrin 90-cı illərindən başlayaraq alim-pedaqoqların və psixoloqların apardıqları tədqiqatlar nəticəsində məlum olmuşdur ki, ümumtəhsil məktəblərində informatika kursunun təliminə təhsilin ilkin pilləsindən başlamaq olar. Bu, kiçik yaşlardan şagirdlərin məntiqi təfəkkürünün inkişafına zəmin yaradır. Burada şagirdlər müqayisə etməyi, fərqləndirməyi, quruplaşdırmağı, müəyyən mənada analiz və sintez etməyi öyrənirlər.
Cəmiyyətin informatlaşdırılması müasir sosial proseslərin əsas qanunauyğunluqlarından biridir. Bu gün insan fəaliyyətinin hər sahəsində informasiya biliklərinin istifadəsinə ehtiyac var. Eyni zamanda hər bir şagirdin intellektual səviyyəsinə qoyulan tələblər artır. Artan tələblərin məntiqi nəticəsi olaraq ümumtəhsil məktəblərində informatika fənninin tədrisi ibtidai siniflərdən başlanılır. Buna görə uşaqların həyata hazırlanması üçün onların məntiqi təfəkkürünün inkişafı mütləqdir. Psixoloqların tədqiqatına görə uşaqların məntiqi təfəkkürü 5-11 yaşında formalaşmağa başlayır. Bu yaş dövründə baş verən gecikmələrin aradan qaldırılması çətin olan bir problemdir. Informatika kursunun əsas məzmunu aşağıdakı 4 istiqamətdə cəmləşdirilir.
Dostları ilə paylaş: |