EHM-dən asılı olmama. Məsələnin həll alqoritminin alqoritmik dildə yazılışının maşının qurğuları ilə heç bir əlaqəsi yox idi.
“İnformatika və hesablama texnikasının əsasları” fənninin məktəbin tədris planına daxil edilməsi müəyyən çətinliklərlə, tənqidi fikirlərlə üzləşdi. Tərtib olunmuş proqramın elmi-metodik təhlili bütün tənqidi fikirlərə cavab verdi və məlum oldu ki, ilk proqram fənnin öyrənilməsinin maşınsız variantı üçün tərtib edilmişdir və.s
“İNFORMATİKA VƏ HESABLAMA TEXNİKASININ ƏSASLARI” FƏNNİNİN MAŞIN VARİANTI
“İnformatika və hesablama texnikasının əsasları” adlı dərslik qəbul edildikdən sonra məktəb informatika kursunun maşınla tədrisi variantının ilk proqramı qəbul edildi və 1986-cı ildə çap olundu. Proqram ümumtəhsil məktəblərinin IX-X sinifləri üçün nəzərdə tutulmuşdu. Aşağıda həmin proqramın mövzularının saatlar üzrə təxmini bölgüsü (cəmi-102 saat olmaqla) verilir:
Dostları ilə paylaş: |