proqramlar paketi; verilənlərin tipik strukturlu proqram modeli;
məsələni avtomatik həll edən tədris paketi;
tədris robotlarını idarə edən proqramlar paketi;
EHM-in tədbiqlərinin nümayiş paketi.
Yuxarıda verilən proqram vasitələri “İnformatika və HTƏ” fənninin bütün bölmələrinin tədrisi üçün imkan yaradır, proqram vasitələri fənnin tədrisinin metodik sisteminin qurulmasında əhəmiyyətli rol oynayır və burada interpretator əsas yerlərdən birini tutur.
Maddi-texniki baza olmadığından məktəb informatika kursunda informasiya mədəniyyətinin yeni komponentlərinin mənimsənilməsi-cəmiyyətin informatlaşdırılması, informasiya texnologiyalarının yayılması prosesi ləngidi.