ƏHMƏd-cabiR ƏHMƏdov zeytun və zeytun yağI (Monoqrafiya)


Cədvəl 3.1. Dünya üzrə zeytun yağı istehsalı (2004- cü il)



Yüklə 1,04 Mb.
səhifə34/65
tarix02.01.2022
ölçüsü1,04 Mb.
#38267
1   ...   30   31   32   33   34   35   36   37   ...   65
HM d-cabiR HM dov zeytun v zeytun ya I (Monoqrafiya)

Cədvəl 3.1. Dünya üzrə zeytun yağı istehsalı (2004- cü il).


S/s

Ölkələr

İstehsalı

(min ton)



S/s

Ölkələr

İstehsalı

(min ton)



1

İspaniya

4.556

11

Əlcəzair

170

2

İtaliya

3.150

12

Liviya

148

3

Yunanıstan

2.300

13

Argentina

95

4

Türkiyə

1.800

14

İordaniya

85

5

Suriya

950

15

ABŞ

77

6

Mərakeş

470

16

İran

43

7

Tunis

350

17

Peru

38

8

Misir

320

18

Xorvatiya

33

9

Portuqaliya

270

19

Albaniya

30

10

Livan

180









Bir başqa mənbədə isə 2004- cü ildə zeytun yağı istehsal edən əsas ölkələrin xüsusi çəkisi, istehlakın xüsusi çəkisi və adambaşına kiloqramla illik orta istehlakın miqdarı haqqında məlumat verilir. Bunu 3.2. saylı cədvəldən görmək olar.

Zeytun ağacı orta hesabla 500 ildən çox ömür sürür. Bəzi ağaclar 1500 ilə qədər yaşayır. İrusəlimin Zeytun dağındakı zeytun ağacının 2000- dən çox yaşı var. Tunisdə yaşı 2000- ə çatan, diametri 4 m olan zeytun ağacı qorunub saxlanılır. Bu cür zeytun ağaclarına Kipr və Əlcəzair dövlətlərinin ərazisində də rast gəlmək olur.
Cədvəl 3.2. Zeytun yağının istehsal və istehlakı (2004- cü il).


Ölkələr

İstehsalın ümumi miqdarına

görə faizlə



İstehlakın

ümumi


miqdarına

görə faizlə



İl ərzində adambaşına

orta istehlak

kq-la


İspaniya

30,2 %

20 %

13,62 %

İtaliya

20,9 %

30 %

12,35 %

Yunanıstan

15,3 %

9 %

23,7 %

Türkiyə

11,9 %

2 %

1,2

Suriya

6,3 %

3 %

6 %

Tunis

2,3 %

2 %

9,1 %

Mərakeş

3,1 %

2 %

1,8 %

Portuqaliya

1,7 %

2 %

7,1 %

ABŞ

0,5 %

8 %

0,56 %

Fransa

-

4 %

1,34 %

Digər ölkələr

17,8 %

18 %




Təbii zeytun meyvəsi çox acı dada malikdir. Onu bir müddət duzlu- qələvili suda saxlamaqla kənar etmək mümkündür. Zeytuna acılıq verən qlikozid oleouropein maddəsidir.

Zeytun yağı üçün tərkibində monodoymamış yağ turşularının, əsasən də olein turşusunun çox olması xarakterikdir. Bu yağ turşusu orqanizmdə olan “pis” xolesterinin miqdarını azaldır, “yaxşı”- “faydalı” xolesterinin miqdarını isə normada saxlayır. Aralıq dənizi dietlərinin öyrənilməsi sübut etmişdir ki, ürək- damar xəstəliklərinin aradan qaldırılmasına səbəb zeytun yağındakı fitosterinlər, polifenollar və oleokantlardır.

Bəzən kütləvi təbliğat vasitələrində zeytun yağı cox da korrektiv reklam edilmir. İş burasındadır ki, omeqa-3 yağ turşusu kətan yağına nisbətən zeytun yağında çox azdır, E vitamininin miqdarı isə günəbaxan yağındakından çox geri qalır. Lakin zeytun yağı digər bitki yağları kimi yüksək kalorilidir və onun istehlakında normaya fikir verilməlidir.

Elmi cəhətdən müəyyən edilmişdir ki, gün ərzində 2 xörək qaşığı zeytun yağı istehlakı ürək- damar çatışmazlığını azaldır. Daha səmərəli nəticəyə gəlmək məqsədilə zeytun yağındakı monodoymamış yağ turşuları qədər də doymuş yağ turşuları istehlak etmək lazımdır. Lakin gündəlik yağla qəbul olunan kalorinin miqdarı artırılmamalıdır.

Zeytun yağı qaldıqca keyfiyyəti aşağı düşür. Odur ki, istehsal olunan zeytun yağının elə birinci ildə də istehlak olunması arzu olunur. Atmosferdən nəmliyi udmaq və hava oksigeni ilə oksidləşmənin qarşısını almaq üçün zeytun yağını hermetik tarada, sərin və qaranlıq yerdə saxlamaq lazımdır. Kənar qoxulu məhsullarla birlikdə saxlanan yağ həmin qoxunu özünə çəkir, keyfiyyəti pisləşir. Əgər yağı soyuqda saxlasanız (bəzən soyuducuda saxladıqda) onda doymuş yağ turşularının çöküntüsü əmələ gəlir, bu onun keyfiyyətinin aşağı olmasına dəlalət etmir, çünki azacıq qızdırıldıqda çöküntü yox olur, yəni əriyir.

Zeytun yağı və yaxud provans yağı zeytun ağacının (Olea europaea) meyvələrindən alınır. Zeytunun ətliyində 56%- ə, çəyirdəyində isə 12%- ə qədər yağ vardır. Keyfiyyətinə, yaxşı dadına və xoş zərif ətrinə görə ən yaxşı zeytun yağı Fransanın Provans əyalətinın adı ilə provans yağı adlanır. Bu yağı təzə zeytun meyvələrindən soyuq presləmə üsulu ilə alırlar. Zeytun yağında əsasən olein turşusunun qliseridləri vardır. Həmin yağ qızdırıldıqda və havada oksidləşmir. Ona görə də kulinariyada digər bitki yağlarına nisbətən delikates məhsul hesab edilir. Yumşaq dadına və zərif ətrinə görə zeytun yağı müxtəlif xörəklərin, xüsusən də təzə və bişirilmiş tərəvəzlərdən hazırlanan qəlyanaltıların hazırlanmasında istifadə edildiyindən məişətdə ona salat yağı da deyilir. Zeytun yağı kulinariyada geniş miqyasda tətbiq olunan bitki yağlarından biridir ki, onun dadı ət məhsullarının dadına uyğundur və ona görə də mal, ev və ov quşlarının qızardılmasında istifadə edilir. Zeytun yağı ilə hazırlanan mayonez və balıq qızartması zərif dadı ilə fərqlənir. Pəhriz qidasında zeytun yağı kərə yağını əvəz edir və qaraciyər xəstəliklərində profilaktiki məqsədlə istifadə olunur. Zeytun yağı fransız və italyan mətbəxində, eləcə də Cənubi Avropa ölkələrində əsas yağ hesab edilir. Saxlanılmağa davamlılıq və aşağı temperaturda donması (00C-dən aşağı) onun yağda balıq konservlərinin (şprot, sardina və s.) hazırlanmasında xüsusilə dəyərli yağ olduğunu göstərir.

Zeytun yağının tərkibində faizlə aşağıdakı yağ turşuları vardır (Товарный словарь, том 6, стр. 506):

Miristin turşusu – 0,2- 1,1 %

Palmitin turşusu – 9,5- 9,7 %

Stearin turşusu – 1,0- 1,5 %

Olein turşusu – 80,0- 81,6 %

Linol turşusu – 7,0- 7,5 %

Zeytun yağının kimyəvi tərkibi onun mənşəyindən asılı olaraq dəyişilir. Cənub bölgəsində yetişən zeytundan alınan yağda doymuş yağ turşularının miqdarı iqlimi mülayim olan bölgələrə nisbətən çoxdur. Zeytun yağının fiziki- kimyəvi göstəriciləri aşağıdakı kimidir (Товарный словарь, том 6, стр. 507):

150C- də yağın xüsusi çəkisi – 0,910- 0,929.

200C- də şüasındırma əmsalı – 1,467- 1,471

Sabunlaşma ədədi – 185- 196.

Yod ədədi – 75- 88.

Sabunlaşmayan maddələrin miqdarı – 0,5- 1,0 %.

Donma temperaturu – 00C- dən mənfi 90C- yə qədər.

Qida üçün soyuq presləmə üsulu ilə alınmış, rafinə edilmiş və rafinə edilməmiş zeytun yağı istifadə olunur.

Qida üçün istifadə olunan rafinə edilmiş zeytun yağının keyfiyyəti aşağıdakı texniki şərtlərə uyğun olmalıdır:

1. 24 saat 200C- də saxlandıqdan sonra onun rəngi şəffaf, dad və iyi rafinə edilmiş zeytun yağına xas olmalıdır.

2. Yağın rəngi açıq qəhvəyidən yaşıl çalarlı sarı rəngə qədər olmalıdır.

3. Yoda görə rəngi 15- dən çox olmamalıdır.

4. Turşuluq ədədi KOH- a görə 0,4 mq- dan çox olmamalıdır.

5. Kütləyə görə çöküntü olmamalıdır.

6. Tərkibindəki suyun və uçucu maddələrin (1000C - 1050C- də qızdırıldıqda itkinin miqdarı) miqdarı 0,2%- dən çox olmamalıdır.

Tibbi məqsədlər üçün nəzərdə tutulan zeytun yağının turşuluq ədədi 2,5- dən çox olmamalı, sabunlaşma ədədi – 187- 196, yod ədədi 80- 88 olmalıdır.



    1. Yüklə 1,04 Mb.

      Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin