2.2. Konservləşdirilmiş zeytun məhsullarının istehsalında istifadə olunan xammallar
Konservləşdirilmiş zeytun məhsullarının keyfiyyəti birinci növbədə istifadə olunan xammalların keyfiyyətindən asılıdır. İstifadə olunan bütün xammalların keyfiyyəti qüvvədə olan standartların tələbinə uyğun olmalıdır.
Yaşıl zeytun konservlərin istehsalı üçün aşağıdakı xammal və materiallardan istifadə edilir:
AZS 233 – 2006 üzrə təzə yaşıl zeytun;
QOST 13830 üzrə xörək duzu;
QOST 21 üzrə şəkər tozu;
QOST 6968 və ya digər normativ sənəd üzrə yeyinti məhsulları üçün nəzərdə tutulan sirkə turşusu;
QOST 13908 üzrə təzə şirin bibər;
QOST 1633 üzrə turşuya qoyulmuş bibər;
QOST 7977 üzrə təzə sarımsaq;
QOST 1633 üzrə turşuya qoyulmuş sarlmsaq;
QOST 4429 üzrə təzə limon;
QOST 16 831 üzrə təzə şirin badam ləpəsi;
QOST 2874 üzrə içməli su.
Konservləşdirilmiş ədviyyatlı zeytunun istehsalı üçün aşağıdakı xammal və materiallardan istifadə edilir:
AZS 233 – 2006 üzrə təzə qara zeytun;
QOST 13830 üzrə xörək duzu;
QOST 29045 üzrə ətirli istiot;
QOST 29047 üzrə mixək;
QOST 29049 üzrə darçın;
QOST 29050 üzrə qara istiot;
QOST 17594 üzrə dəfnə yarpağı;
QOST 2874 üzrə içməli su.
Xammalın tərkibində toksiki elementlərin, pestisidlərin və radionuklidlərin miqdarı SanPin 2.3.2.560 ilə müəyyən edilmiş yol verilən hədlərdən yüksək olmamalıdır.
Yuxarıda adları çəkilən xammalların əmtəəlik baxımdan səciyyəsi ədəbiyyatlarda (5,10,29, 32, 45) verildiyindən burada təkrara yol vermirik.
Dostları ilə paylaş: |