aftalı, hulu – Персик -- Persica Vulgaris Mill. Gül-
çiçəklilər (Rosaceae) fəsiləsindəndir. stisevən olduğundan,
ə
sasən ölkəmizin cənub rayonlarında yayılmışdır. Şaftalının
vətəini Irandır. Lakin son zamanlar müəyyən edilmişdir ki,
ş
aftalının vətəni Şərqi Asiya, çox güman ki, Çindir.
Sənaye əhəmiyyətli şaftalı Özbəkistanda, Türkmənis-
tanda, Zaqafqaziya respublikalarında, Şimali Qafqazda, Ukray-
nada və Moldovada becərilir. Şaftalıdan təzə halda itsifadə
edilir, kompot, şirə, mürəbbə, sukat, marmelad hazırlanır və
qurudulur.
Ş
aftalı meyvələri yumru və oval formada olur. Təpələri
düz, yumru və ya məməlidir. Meyvələri yaşıl, ağ, qırmızı, sarı
və ya qarışıq rəngdə olur. Meyvənin üzəri çılpaq və ya tüklü
(pənbəli) olur. Üzəri tüklü şaftalılar öz növbəsində həqiqi şaf-
talıdan (bunların çəyirdəyi ətlikdən tamam ayrılır) və pavi şaf-
talısından (bunların ətliyi çəyirdəkdən ayrılmır) ibarətdir. Üzəri
113
çılpaq şaftalıları uyğun olaraq nektarin və bryunyon (gərdi və
ya güşdü) adlandırırlar.
Ə
tli hissəsi çəyirdəyindən tam ayrılanlar daha zərif və
ş
irəli olur. Bunlarda pektin maddələri az olur. Geniş yayılmış
sortlarından Lola, Sarı nektarin, Nikitin, Çempion, Qızıl
yubiley şaftalılarıdır.
Ə
tli hissəsi çəyirdəyindən ayrılmayanlar xırçıldayan olur.
Bunlarda pektin maddə nisbətən çoxdur. Sortları Ağ qoriyski,
Brusski, Pauni, Zəfərani şaftalılarıdır.
Azərbaycanda şaftalının standart sortlarından Çempion,
Qrinobero, Salami, Qızıl yubiley, Elberta, gecyetişən narıncı,
gecyetişən zəfəranı, Nikita, Mayflever, Salvey, Fidan, Malik,
Ağ nazlı yetişdirilir. Təzə şaftalı hər pomoloji sort üzrə key-
fiyyətinə görə birinci və ikinci əmtəə sortuna bölünür. Ölçü-
sünə görə iri (50 mm-dən çox), orta iri (35-50 mm) və xırda (35
mm-dən kiçik) qruplarına bölünür.
Yeni perspektiv ağ ətli şaftalılardan Jemçujina, Flamin-
qo, Yubiley, Znamya, Krım, Tavriçeski, sarı ətli şaftalılardan
Mayak, Fakel, Krım kəhrəbası, Xəzinə sortlarını göstərmək
olar.
Ş
aftalının tezyetişən sortlarını soyuducuda (0-6
0
C-də) 6-
10 gün, gecyetişən sortlarını isə 1-2 ay saxlamaq mümkündür.
Meyvəsinin ətliyində 15%-ə qədər şəkər, alma, şərab,
limon və xinin turşuları , efir yağı, dəmir, kalium, C vitamini, B
qrupu vitaminləri, karotin vardır. Çəyirdək ləpəsində 57% yağ,
acı badam efir yağı, amiqdalin qlükozidi və digər maddələr
vardır.
Ş
aftalının müalicəvi xassələri. Şaftalı təzə halda yeyilir,
ondan kompot, mürəbbə, sukat hazırlanır. Şaftalı şirəsi, əsasən
də ətliyi ilə hazırlanmış şirə çox dadlı və xoşagələndir.
Uşaqlara və xəstələrə verilir.
Ş
aftalı mədəaltı vəzinin şirə ifrazını sürətləndirdiyi üçün
qidanın həzmini yaxşılaşdırır. Lakin şəkər xəstəliyində və kö-
kəlməyə meyilli olanlar üçün çox şaftalı yemək məsləhət gö-
114
rülmür. Tərkibində kalium çox oduğundan ürək-damar xəstəliyi
olanların gündəlik qida rasionuna daxil edilir. Şaftalının tu-
mundan alınan yağ əczaçılıqda yüksək qiymətləndirilir. Şaftalı
yağı ərik yağı kimi həlledici rol oynayır və bəzi dərialtı və
ə
zələdaxili iynələrin tərkibinə qatılır. Şaftalı yağından duru
məlhəmlər də hazırlanır.
Xalq təbabətində şaftalının yarpaqlarından və çiçəyindən
alınan həlimdən və şaftalı şirəsindən baş ağrılarında, revma-
tizm, bəzi mədə-bağırsaq xəstəliklərində istifadə olunur. Şaftalı
çiçəkləri sidikqovucu və yumşaldıcı vasitə kimi təyin olunur.
Ekzemaya qarşı yarpaqlarından hazırlanan həlimdən qaynar
vannalar edilir. Şaftalı yağı ən vacib ürək dərmanı olan və təcili
yardım məqsədilə geniş istifadə olunan «Oleum kamfora»nın
hazırlanmasında istifadə olunur. Şaftalının ürək-damar sistemi,
böyrək və mədə xəstəliklərində müalicəvi əhəmiyyəti vardır.
Zoğal – Кизил – Cornus mas L. Zoğal (Cornaceae)
fəsiləsinin zoğal cinsindəndir. Zoğal cinsinin 4 növü məlumdur
ki, bunlardan yalnız biri – adi zoğal yayılmışdır. Adi zoğal
yabanı halda Qafqazda, Zaqafqaziya respublikalarında, Krımda,
Orta Asiyada, Moldovada bitir. Azərbaycanda, Böyük və Kiçik
Qafqaz sıra dağlarının ətəklərində, orta dağ döşlərində, açıq və
güney yerlərdə balaca meşəliklər təşkil edir. Başqa meşə
ağacları arasında da tək-tək bitir.
Zoğal yarpaqlamazdan çox əvvəl fevral-martda çiçəklə-
yir. Sarı çiçəkləri bir yerə toplanıb çətir kimi sallanır. Mey-
vələri avqustun axırı və sentyabrda yetişir. Meyvələri yumru,
oval, armudaoxşar və silindrik olur. Meyvəsinin rəngi qırmızı,
tünd qırmızı, qara qırmızı və bəzi formaları açıq sarı olur. Adi
zoğal meyvəsi iriliyinə, formasına və rənginə görə çox müxtə-
lifdir. Yabanı zoğal xırda olmaqla 2-6 q, mədəni halda bağlarda
becərilənlər isə 20-22 qr çəkisində olur. Ətliyi çəyirdəyindən
ayrılan və ayrılmayan formaları da vardır. Ətliyi bərkdir, lakin
yetişib ötdükdə və dərildikdən bir müddət sonra yumşalır. Bu
zaman biokimyəvi proseslərin təsirindən zoğalın dadı şirinləşir.
115
Dadı turş, turşaşirin və müxtəlif dərəcədə şirin olur. Tam yetiş-
məmiş meyvələrdə aşılayıcı maddələrin miqdarı çox oldu-
ğ
undan ağız büzüşdürücüdür. Çəyirdəyi çox bərkdir, ucları şiş
və ya küt olur.
Zoğalın tərkibində 10%-ə qədər şəkər (əsasən, invert
şə
kər), 2-3,5% üzvi turşu, 0,62-1,6% pektinli maddə, 1,14%
azotlu maddə, 1,03% sellüloza, 1,18% minerallı maddə, 0,71-
1,24% aşılayıcı və rəngləyici maddə vardır. Zoğalın tərkibində
55 mq%-ə qədər C vitamini olduğundan sinqa əleyhinə tətbiq
edilir. Zoğalın ətri onun tərkibindəki efir yağının miqdarından
asılıdır. Çəyirdəyində 30% yağ olur.
Zoğaldan şirə, mürəbbə, kompot, povidlo, jele, pastila,
şə
rbət, spirtli içkilər (likör, nalivka, punş, şərab, araq), sirkə,
sərinləşdirici içkilər, lavaşana hazırlanır. Zoğal çəyirdəkli və
çəyirdəksiz qurudulur. Qurudulmuş zoğal axtası və tamlı zoğal
ekstraktı (məti) aşpazlıqda işlədilir.
Zoğal texniki yetişmə dövründə dərilir. Lavaşana, sirkə
və şirə hazırlamaq üçün dərilmiş meyvələr saxlanılır və
yumşaldılır (lalıxlayır).
Zoğalın müalicəvi xassələri. Zoğalın həlimindən və
kiselindən ishala qarşı istifadə edilir. Həlim və tinkturası 5-10 q
quru zoğal ilə 1 stəkan suda hazırlayıb gündə 4 dəfə 1/4 stəkan
içilir. Gürcüstanda zoğal və yabanı armuddan hazırlanan qatı
ekstraktdan ishala qarşı istifadə olunur. Zoğal maddələr müba-
diləsinin pozulması zamanı, podaqrada, qanazlığında və dəri
xəstəliklərində məsləhət görülür. Soyuqdəymədə və mədə
xəstəliklərində zoğal mürəbbəsi ilə çay içilir. Zoğallı-nanəli
düyü sıyığı bişirilib sətəlcəmli xəstələrə verilir. Tərgətirici və
sidikqovucu kimi də xeyirlidir.
Zoğal yarpaqlarında 10-14% tannidlər var. Yarpaqlardan
hazırlanmış tinkturadan (1 xörək qaşığı yarpaq 1 stəkan suda)
gündə 3-4 dəfə 1/4 stəkan içmək məsləhət görülür. Xalq təba-
bətində zoğal yarpağı sidikqovucu və ödqovucu vasitə kimi də
istifadə olunur.
116
Təzə zoğal qabığı malyariya xəstəliyinə qarşı istifadə
olunur. Xalq təbabətində titrətməyə qarşı zoğal güllərindən
alınan ekstrakt, zoğal şirəsi və ya meyvələrdən alınan tinktura-
dan istifadə olunur. Zoğal ağacının qabığından ümumi möh-
kəmlik, tonusqaldırıcı və şəfqətləndirici vasitə kimi də istifadə
olunur. Qafqazda zoğal qabığı ilə arpa unundan hazırlanmış
təpitmədən irinli yaraların və çibanların müalicəsində istifadə
olunur. Bu məqsədlə və mədə-bağırsaq xəstəliklərində xırda-
lanmış zoğal çəyirdəyindən hazırlanan həlimdən də istifadə
edilir.
Zoğalın büzüşdürücü xassəsi və tərkibində fitonsidlərin
olması, ondan müalicəvi məqsədlə mədə-bağırsaq xəstəlik-
lərində istifadə olunmasına imkan verir. shala qarşı zoğalın
sulu məhlulundan istifadə edilir, uşaqlara isə zoğal kiseli
verilir. Zoğal mürəbbəsini qarın ağrısına və soyuqdəyməyə
qarşı tətbiq edirlər. Maddələr mübadiləsinin pozulmasında, qa-
nazlığında və dəri xəstəliklərində zoğaldan istifadə olunur.
Zoğalın yarpaqlarından və cavan budaqlarından alınan
sulu məhlul öd və sidikqovucu vasitə kimi istifadə edilir.
Zoğalın kökləri və oduncağının qabığı kinə (xinin) əvəzinə
isitməyə qarşı tətbiq edilir. Bəzi yerlərdə cavan yarpaqlarını
qurudub çay əvəzinə işlədirlər.
Zoğal bütün meyvələrdən əvvəl çiçəkləyir. Çiçəkləri
ə
tirli və çox nektarlı olduğundan arılar sarı tozcuqlarla birlikdə
zoğal nektarını çox həvəslə toplayırlar.
Oduncağı sarı rəngdə, olduqca möhkəmdir. Şəmşid ağacı
kimi bərk olduğundan toxuculuq alətləri (eşmə aləti, məkik,
masura, mil) hazırlamaq üçün işlədilir.
117
G LƏMEYVƏLƏR
Adi ardıc – Можжевельник обыкновенный –
Juniperus communis L. ynəyarpaqlılar (Coniferae) fəsilə-
sindən həmişəyaşıl kol bitkisidir. Qotaz şəklində üç-üç dü-
zülmüş iti tikanları və əzgilşəkilli çiçəkləri vardır. Yetişməmiş
kal meyvələri yaşıl, yetişdikdə isə qara rəngdə olur. Meyvələr
çox gec, adətən ikinci ildə yetişir. Bu bitki təbii halda Ru-
siyanın Avropa hissəsində, iynəyarpaqlı meşələrdə və Sibirdə
yayılmışdır. Azərbaycanda ardıcın 6 növünə təsadüf olunur.
Ə
sasən yetişmiş qara rəngli giləmeyvələri istifadə olunur. Dadı
ə
dviyyəli şirin, iyi özünəməxsus ətirlidir.
Dərman məqsədilə ardıcın meyvələrini tam yetişdikdən
sonra toplayıb açıq havada və ya çardaqlarda qurudurlar. Bu
meyvələrin təsiredici maddəsi 0,5-1,2% efir yağından ibarətdir.
Efir yağının tərkibində α-pinen, kadinen, kamfen, α-terpinen,
α-felandren, dipenten, sabinen, terpineol, borneol, izoborneol,
sidrol və digər seskviterpenlər vardır. Bunlardan başqa ardıcın
tərkibində 40%-ə qədər invertli şəkər (qlükoza və fruktoza),
9,5% qatranvarı maddə, yuniperin boya maddəsi, piyli yağ,
üzvi turşular (alma, qarışqa, sirkə) vardır. Qabığında 8%-ə
qədər aşı maddəsi, iynəyarpaqlarında 266 mq% C vitamini
vardır.
Ardıcın müalicəvi xassələri. Xalq təbabətində ardıcın
meyvələrindən dəmləmə və yığıntılar şəklində sidikqovucu və
iştahaartırıcı dərman kimi, yeyinti sənayesində isə likör və
arağın tərkibində ətirli və tamlı maddə kimi istifadə edilir.
Meyvələrindən alınan efir yağından yarasağaldıcı dərman kimi
«Vişnevski» məlhəminin tərkibində istifadə olunur. Bundan
ə
lavə, efir yağından spirtdə hazırlanmış məhlul və məlhəm
şə
klində revmatizmdə ağrıkəsici maddə kimi də işlədilir. Ar-
dıcın odun hissəsindən quru distillə yolu ilə alınmış qatrandan
dəri xəstəliklərində dezinfeksiyaedici və yarasağaldıcı dərman
kimi istifadə olunur.
118
Mədə-bağırsaq möhtəviyyatının xəstəliklərində sidik-
qovucu çay aşağıdakı kimi hazırlanır: 100 q quru ardıc meyvəsi
400 ml suda
yumşalana qədər bişirilir, süzülür, şərbət ha-
lına gəlincə şəkər əlavə edilir və yeməkdən əvvəl gündə 3 dəfə
1 çay qaşığı içilir.
Podaqra və revmatizmdə 200 q quru meyvənin 2 litr suda
qaynadılmasından alınan məhlulla vanna qəbul olunur.
Yazbaşı qanın tərkibini yaxşılaşdırmaq məqsədilə ac-
qarına birinci gün 1 ədəd, ikinci gün 2 ədəd, beləliklə hər gün
bir ədəd artırmaqla 15-ci gün 15 ədəd ardıc meyvəsi çeynəmək
məsləhət görülür. Sonradan meyvələrin sayını gündə 1 ədəd (5
ə
dədə qədər) azaltmaqla 25 gün qəbul edilir.
Ardıc meyvələrindən az dozalarda dezinfeksiyaedici,
damarları genişləndirən vasitə kimi, böyrəklərdə, öd kisəsində
daş olduqda və qanazlığında istifadə olunur.
Aktinidia, “kişmiş” – Актинидия – Aktinidia Lindl.
Bu Aktinidia (Actinidiaceae) fəsiləsindəndir. Onun iki növü-
nün meyvəsindən istifadə olunur. Bunlardan biri kişmiş (Akti-
nidia arguta (Sieb. Et Zucc.) Planch) digəri isə kolomikt
(Aktinidia kolomicta (Rupr.) Maxim) aktinidiadır.
Adları çəkilən hər iki növ aktinidia sarılan incə budaqlı
sarmaşıq bitkisidir. Bu növlərin ikisi də iyun ayında çiçəkləyir,
meyvələri isə sentyabr- oktyabr aylarında yetişir. Meyvələri
ş
irəlidir, xoşagələn şirin və ətirli dada malikdir.
Primorsk vilayətinin iriyarpaq meşələrində geniş yayıl-
mışdır. Bu bitkilər bəzən dekorativ məqsəd üçün də becərilir.
Aktinidianın meyvələri tam yetişən zaman toplanır. Uzaq
məsafəyə daşımaq lazım gəldikdə soyuducu sistemli nəqliy-
yatlarda nəql edilir. Belə şəraitdə meyvələrin tərkibində olan C
vitamini tamamilə qorunub saxlanılır. Bundan başqa, aktinidia
meyvələri şəkərlə konservləş-dirməklə də uzun müddət sax-
lanıla bilir. Yerli əhali isə meyvələri qurudaraq “izyum”a və
“kişmiş”ə çevirirlər.
119
Aktinidianın meyvələri C vitamini ilə çox zəngindir.
Meyvələrdə olan C vitamininin miqdarı (700 mq%) itburnu
meyvələrinə nisbətən daha çoxdur. Bundan əlavə aktinidia
meyvəsinin tərkibində 4,2-9,8% şəkər, 0,78-2,48% üzvi tur-
ş
ular vardır.
Aktinidia meyvələrindən yerli əhali həm təzə halda, həm
də qurudub istifadə edirlər. Meyvələrindən qənnadı sənaye-
sində mürəbbə, pastila, marmelad və şərbət hazırlanır.
Aktinidianın müalicəvi xassələri. Aktinidia meyvə-
lərindən sinqa xəstəliyində ən qiymətli və müalicə əhəmiyyətli
xammal kimi istifadə edilir. Onun təzə dərilmiş və ya şəkər
qatılmış (çiy mürəbbə) meyvələri avitaminozun ən gözəl dər-
manı hesab olunur.
Aktinidiadan qanaxmaya, vərəmə, göyöskürəyə və diş-
lərdəki kariyesə qarşı həm profilaktiki və həm də müalicəvi
vasitə kimi istifadə olunur.
Başınağacı – Калина обыкновенная – Viburnum
opulus L. Maralçiçəklilər (Caprifoliaceae) fəsiləsindən ağac və
ya iri kol halında bitki olub, kənarı mişar kimi diş-diş, yaşıl
rəngli dairəvi yarpaqları vardır. Qalxan şəklində yerləşən ağ ha-
maşvarı çiçəkləri nəzəri cəlb edir. Beşləçəkli çiçək tacı sünbülə
oxşayır. Yetişdikdə qırmızı rəngli, şar formalı birtumlu mey-
vələr olur. Bitki may-iyun aylarında çiçək açır, meyvələri sent-
yabr-oktyabr aylarında yetişir. Meyvəsi acıtəhər, ağızbüzüş-
dürücü dadlı olub, don vurduqda acı dadı yox olur.
Başınağacı yabanı halda keçmiş SSRI-nin cənub və Orta
Avropa rayonlarında meşəlik və kolluqlarda geniş yayılmışdır.
Azərbaycanın dağlıq-meşəlik rayonlarında başınağacın ehtiyatı
çoxdur.
Başınağacın tərkibində şəkər, üzvi turşular, pektin, aşı
maddəsi, karotin, C və P vitamini vardır. C vitamininin miqdarı
(70%-ə qədər) sitrus meyvələrində olandan çoxdur. Toxum-
larında 21%-ə qədər yağ vardır. Başınağacı meyvəsini təzə
halda yemək olar. Lakin ondan kompot, kisel, jele və s. məh-
120
sullar hazırlanır. Başınağacı şirəsini vitaminli içki kimi içirlər.
Meyvələrindən piroq üçün içlik, marmelad, pastila və nalivka
hazırlanır. Başınağacının meyvə şirəsindən yeyinti sənayesində
bəzi yeyinti məhsullarını rəngləmək üçün də istifadə olunur.
Başınağacı salxımlarını topa şəklində bağlayıb sərin binalarda
asılı halda uzun müddət saxlamaq olar. Meyvələrini şəkərlə
konservləşdirmək və dondurmaq da olar.
Başınağacının müalicəvi xassələri. Müalicəvi məqsədlə
başınağacından istifadə olunması ilk dəfə XVI əsrdə yaran-
mışdır. Başınağacı meyvəsi orqanizmi tonuslandırır, ürəyin
fəaliyyətini yaxşılaşdırır, büzüşdürücü və sidikqovucu təsirə
malikdir. Başınağacı meyvəsi həm də əsəb gərginliyində, hiper-
toniyada, damarların spazmasında sakitləşdirici təsirə malikdir.
Xalq təbabətində başınağacı şirəsi və ya onun balla həlimindən
yuxarı tənəffüs yollarının soyuqdəymə xəstəliyində, səs tutul-
duqda, eləcə də ishala qarşı istifadə olunur. Başınağacından
hazırlanmış çay bəzən laxlayan dişlərin bərkiməsi üçün istifadə
olunur. Meyvəsindən hazırlanan tinkturanı mədənin və oniki-
barmaq bağırsağın yara (xora) xəstəliyində, yoğun bağırsağın
iltihabında (kolitdə), eləcə də dərinin irinli yaralarının müalicə-
sində içilir. Dərinin irinli yaraları üçün başınağacı meyvəsindən
alınan şirənin 10-20%-li məhlulundan xaricə sürtmək və dezin-
feksiyaedici vasitə kimi tətbiq olunur. Başınağacı şirəsindən
kosmetikada üzdəki sızanaqlara qarşı effektli vasitə kimi isti-
fadə olunur.
Dərman məqsədilə bitkinin gövdə və qol-budaqlarının
qabığından istifadə olunur. Qabıqları payızın axırında və ya
yazın əvvəlində xüsusi alətlərlə toplayır, günəşli havada sərib
qurutduqdan sonra qalen zavodlarına və ya aptek anbarlarına
göndərirlər.
Başınağacının təzə toplanmış qabıqlarının xoşagəlməyən
iyi və büzüşdürücü acı dadı olur. Quruduqda isə bu iy yox olur.
Başınağacı qabığındakı əsas təsiredici maddə – viburnın qliko-
zididir. Bundan başqa tərkibində çoxlu miqdarda aşı maddəsi,
121
valerian turşusunun duzu, qatran və digər bioloji fəal maddələr
vardır. Müasir tibbdə başınağacının qabıqlarından duru spirtli
ekstrakt şəklində mamalıq təcrübəsində, xüsusən uşaqlıq qan-
axmalarında qənkəsici dərman kimi istifadə edilir. Qabıqdan
hazırlanmış ekstraktdan gündə 2 dəfə 25-40 damcı, 1:20 nis-
bətində hazırlanmış həlimdən isə gündə 3-4 xörək qaşığı qəbul
etmək məsləhət görülür.
Xalq təbabətində başınağacı qabığından alınan tinktura
və həlimdən qankəsici kimi, yuxusuzluğa, isteriyada, qıcol-
maya qarşı istifadə olunur. Qabıqdan hazırlanan həlimi soyuq-
dəyməyə və təngnəfəsliyə qarşı qəbul edilir. Gündəlik doza 1
çay qaşığı xırdalanmış qabıqdan 1 stəkan suda hazırlanmış hə-
limdir.
Baytarlıq təcrübəsində başınağacı həlimindən iribuynuzlu
və xırdabuynuzlu (davar) heyvanların tənəffüs orqanlarının
xəstəliyinin müalicəsində istifadə olunur.
Böyürtk_ən_–_Ежевика_–_Rubus_caesius_L_.'>Böyürtkən – Ежевика – Rubus caesius L. Gülçiçəklilər
(Rosaceae) fəsiləsinə mənsubdur. Böyürtkən və moruğun 250-
dən çox növü vardır. Yabanı halda Asiya, Avropa və Amerika
qitələrində geniş yayılmışdır. Qərbi Sibir, Qazağıstan, Orta
Asiya və Qafaqazda yetişir. Azərbaycanın bütün zonalarında
böyürtkən kolluqları vardır. Müalicəvi bitki kimi qədimdən mə-
lumdur. Antik dövrün görkəmli həkimləri böyürtkənin meyvə-
sini və bitkinin digər orqanlarını müxtəlif xəstəliklərin müa-
licəsində istifadə etmişlər. Böyürtkənin keçən 100 il ərzində bir
çox mədəni sortları yetişdirilmişdir. Lakin sənaye əhəmiyyətli
ə
kin sahələri yoxdur. Bu isə böyürtkənin soyuğadavamlı olma-
masından irəli gəlir. Böyürtkən kolları -17
0
C-də donur. Əsasən
yabanı halda yetişən böyürtkən toplanır, qidaya və müalicə
məqsədilə istifadə olunur. Əsas üç növü çox yayılmışdır.
1. Qafqaz böyürtkəni – R.Caucasica L.;
2. Göyümtül böyürtkən – R.Caesius L.;
3. Qara böyürtkən – R.Fruticosus L.
122
Böyürtkən may ayından başlayaraq, avqusta qədər
çiçəkləyir. Çiçəkləri ağ və ətirlidir. Eyni vaxtda kollarda həm
təzə açılmış çiçək və həm də yetişmiş meyvə olur. Çiçək aç-
dıqdan təxminən 1 ay sonra meyvəsi yetişir. Meyvəsi forma eti-
barilə uzunsov və konusvarı, rənginə görə qırmızı, qara, al-
qırmızı və sarı olur. Azərbaycanda irimeyvəli, gecyetişən və
quraqlığa çox davamlı böyürtkən formaları vardır. Əhali yabanı
böyürtkənləri toplayır və konserv zavodlarına təhvil verirlər.
Lakin böyürtkəni yığmaq çox çətindir.
Böyürtkənin tərkibində 2,88-3,64% qlükoza, 3,12-3,24%
fruktoza, 0,35-0,58% saxaroza, 15-18% C vitamini, karotin, vi-
tamin E, B qrupu vitaminləri, 2,2%-ə qədər üzvi turşular (alma,
şə
rab, limon, salisil), 1,8% pektinli maddə, aşı və ətirli mad-
dələr vardır. Yarpaqlarında 80-271 mq% C vitamini, toxumla-
rında 12,9% yağ vardır. Elmi təbabətdə, demək olar ki, istifadə
olunmur.
Giləmeyvəsi çox dadlı və ətirli olduğundan, təzə halda
yeyilir. Böyürtkəndən şirə, şərbət, kompot, mürəbbə, cem, mar-
melad, şərab hazırlanır. Uzun müddət saxlamaq üçün quru-
dulur.
Böyürtkən həm də balverən bitkidir. Çünki bütün yay
dövründə çiçəkləyir və arılara yaxşı nektar verir. Arılar 1 ha
sahədən 20-25 kq bal hasil edə bilir.
Böyürtkənin müalicəvi xassələri. Təzə giləmeyvələr
susuzluğu yatırmaq məqsədilə qızdırma vəziyyətində yeyilir.
Yetişib ötmüş meyvələri qəbizlikdə (yüngül yumşaldıcı kimi),
kal meyvələri isə, əksinə, ishal zamanı (qarınbağlayan vasitə
kimi) istifadə olunur. Meyvələri və ondan hazırlanmış çay xalq
təbabətində klimakterik əsəb zamanı sakitləşdirici və ümumi
qüvvətləndirici vasitə hesab edilir.
Ə
vvəllər giləmeyvələrdən hazırlanan tinktura və həlim-
lərdən tərgətirici və sidikqovucu vasitə kimi istifadə edirdilər.
Sonralar məlum oldu ki, soyuqdəymə xəstəliyində yarpaqlardan
hazırlanan çay və həlim yaxşı tərlədici təsirə malikdir.
123
Sidikqovucu vasitə kimi böyürtkənin köklərindən hazır-
lanan (1:20) həlim də istifadə olunur. Yarpaqların tərkibində
14%-ə qədər aşı maddəsi olduğundan, ondan alınmış (1:10) hə-
limdən qanlı bəlğəmin, mədədən qanaxmanın və ishalın müa-
licəsində istifadə olunur. Bu həlimdən gündə 3 dəfə 1 xörək
qaşığı içilir. Yarpaqlarından hazırlanan həlimlə boğazı qarqara
edirlər. shala qarşı qurudulub toz halına salınmış yarpaqla-
rından da istifadə olunur. Bəzən xalq təbabətində yarpaqlardan
hazırlanmış tinkturadan bəlğəmgətirici vasitə kimi yuxarı
tənəffüs yollarının xəstəliklərində təyin olunur. Belə tinkturanı
yüksək həyəcanlanma və yuxusuzluq zamanı sakitləşdirici təsiri
müəyyən edilmişdir.
Dioskorid qədim dövrdə dəri xəstəliklərində böyürtkən
yarpaqlarından kompres üçün istifadə etməyi məsləhət görürdü.
Müasir təbabətdə yarpaqlardan alınmış həlimlə, islatmanı və ya
ə
zilmiş yarpaqları dəmrov, ekzema, daimi yara və köhnə irinli
yara nəticəsində dərinin zədələnmiş yerlərinə qoyurlar. Bu
yaranın təmizlənməsinə və tez sağalmasına təsirli kömək edir.
Yarpaqların bakterisid təsiri onun tərkibindəki fitonsidlərin
fəallığı ilə əlaqədardır.
Böyürtkən yarpaqlarından çox ətirli və xoşagələn çay
hazırlanır. Bu çay dadına və iyinə görə adi çayı xatırladır.
Çayın əvəzedicisini hazırlamaq üçün təzə böyürtkən yarpaq-
larını ağzı bağlı qaba yığıb fermentləşdirir, solmuş və qaralmış
yarpaqlar açıq havada qurudulur.
Dostları ilə paylaş: |