Əhməd-Cabir smayıl oğlu Əhmədov



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə12/43
tarix29.12.2016
ölçüsü2,16 Mb.
#3873
1   ...   8   9   10   11   12   13   14   15   ...   43

Cır  mərsin  –  Голубика  –  Vaccinium  uliginosum  L. 
Bitkinin adı meyvəsinin  və  yarpaqlarının rəngi ilə əlaqədardır. 
Cır  mərsin  Mərcangilə  (Vacciniaceae)  fəsiləsindən,  çox  da 
böyük olmayan kol bitkisidir. Yarpaqları ellips formada, alt his-
sədə  göyümtül-yaşıl  rəngdə,  xırda  ağ,  azacıq  çəhrayı  rəngli 
çiçəkləri var. Meyvəsi oval formalı, rəngi göyümtül-mavi, ətliyi 
ş
irinə-turş  yaşıldır.  May-iyunda  çiçəkləyir,  meyvəsi  avqust-
sentyabrda yetişir. Cır mərsin iynəyarpaqlı və iriyarpaqlı meşə-
lərdə  kol  halında,  Rusiyanın  şimal  və  orta  zonasının  torflu 
 
124
bataqlıqlarında  rast  gəlinir.  Meyvəsi  tam  yetişmiş  halda  quru 
hava şəraitində toplanır. Cır mərsini topladıqda ehtiyatlı olmaq 
lazımdır, çünki meyvələr asan əzilir. 
Ə
sasən  təzə  halda  yeyilir  və  pəhriz  xörəklərinin  hazır-
lanmasında  istifadə  olunur.  Onun  tərkibində  6,5%  şəkər,  1% 
üzvi  turşu,  1,2%  sellüloza,  pektin,  aşı  və  boya  maddələri,  25 
mq%  C  vitamini  və  karotin  vardır.  Giləmeyvələrini  qurutmaq, 
kompot, mürəbbə, şirə və şərab hazırlamaq olar.  Tərkibində C 
vitamini  olduğundan  şimal  rayonlarında  sinqa  əleyhinə  qəbul 
edilir. Donmuş giləmeyvələrdə C vitamini yaxşı qorunur. Təzə 
ş
irəsi  və  giləmeyvədən  hazırlanan  həlim  içki  kimi  qızdırmalı 
xəstələrə verilir. 
Çaytikanı  –  Облепиха  -  Hippophae  rhamnoides  L. 
Iydə  (Elaeagnaceae)  fəsiləsinin  çaytikanı  cinsinə  mənsubdur. 
Məlum  olan  3  növündən  biri  Azərbaycanda  bitir.  Çaytikanı 
Orta Asiyada, Sibirdə, Qafqazda və Rusiyanın Avropa hissəsin-
də  çay  vadilərində,  çəmənliklərdə,  meşə  yaxınlıqlarında,  hün-
dür dağlarda təsadüf edilir. 
Azərbaycanın  Samur  çayı  vadisində,  Quba-Xaçmaz, 
Şə
ki-Zaqatala, Naxçıvan, Lənkəran zonalarında dəniz səthindən 
2000  m  hündürlüyə  qədər  yerlərdə  kolluqlar  və  ağac  şəklində 
bitir.  Bu  bitki  Azərbaycanın,  demək  olar  ki,  əksər  dağ-meşə 
rayonlarında yayılmışdır. 
 
Çaytikanı  meyvəsinin  xoş  ətrinə  görə,  çox  vaxt  «Sibir 
ananası» adlanır. O, doğrudan da, ananas ətri verir. Lakin çayti-
kanı  meyvəsi  tibbi  əhəmiyyətinə  görə  əsl  ananasdan  xeyli 
üstündür. 
Çaytikanı qollu-budaqlı, hündürlüyü 4-6 m-ə çatan ağac-
dır. Gövdə və qol-budağının üzəri yaşıl-qonur və ya boz-qonur 
rəngli  qabıqla  örtülmüşdür.  Çaytikanı  bitkisinin  iynəvarı  bu-
daqları və növbə ilə  yerləşən sadə, xətkeşlanset formalı, uzun-
luğu  8  sm-ə  çatan,  üst  hissəsi  boztəhər  yaşıl,  alt  hissəsi  gü-
müşü-qonur rəngli yarpaqları vardır. Nəzəri cəlb etməyən xırda, 
sarı  rəngli  çiçəkləri  qol-budaqları  üzərində  yerləşmişdir.  Mey-

 
125
vələri  yetişəndə sarı və  ya  çəhrayı-sarı rəngdə olur. Çaytikanı, 
adətən  aprel-may  aylarında  çiçək  açır,  meyvələri  isə  sentyabr-
oktyabr aylarında yetişir. Başqa ağac bitkilərindən fərqli olaraq 
onun  meyvələri  ağacdan  tökülmür,  fevral-mart  aylarına  kimi 
kolun  üstündə  qalır.  Meyvəsi  şirəli  sarımtıl-narıncı  və  qırmızı 
rəngdədir.  Meyvələri,  əsasən  girdə,  oval  və  uzunsov  formada 
olub,  0,5-1  sm  uzunluğunda  və  0,3-0,5  sm  enindədir.  Dadı 
ş
irin, turş, acıtəhər-turş, turşməzə və ananas ətirli olur. Toxumu 
tünd qəhvəyi və parlaqdır. 
 Çaytikanı  meyvəsi  olduqca  qidalıdır.  Meyvəsinin  tər-
kibində 3,5% şəkər, 3,2% üzvi turşu, 6%-ə qədər zülali maddə, 
9% yağ vardır. Toxumunda yağın miqdarı 12,5%-ə çatır. Çay-
tikanı itburnu kimi vitamin mənbəyidir. Çaytikanının tərkibində 
16,9-272,5  mq%  C,  75-100  mq%  P,  0,016-0,055  mq%  B
1

0,037-0,066 mq% B
2
, 0,79 mq% B
6
,  
8  mq%  E,  1,1-10,9  mq%  karotin  (provitamin  A),  0,79 
mq%  fol  turşusu  (vitamin  B
c
)  və  1,2  mq%  K  vitamin  vardır. 
Toxumunda 0,28 mq% B
1
, 0,38 mq% B
2
, 14,3 mq% E vitamin 
vardır.  Toxumundan  alınan  yağın  tərkibində  250  mq% 
karotinoidlər,  165  mq%  E  vitamini  və  yarımdoymamış  yağ 
turşuları (F vitamini aktivliyində) vardır. 
Çaytikanının  meyvəsindən  müalicə  əhəmiyyəti  olan 
müxtəlif şirə, dadlı və ətirli kompot, kisel, mürəbbə, cem, jele, 
püre, povidlo, marmelad, vitaminli çay, spirtli içki, nastoyka və 
likör hazırlanır. Dondurulmuş halda yaxşı saxlanıla bilər. 
Çaytikanının  müalicəvi  xassələri.  Dərman  məqsədilə 
çaytikanı çox qədim zamanlardan bəri istifadə edilir. Onun yar-
paq və çiçəklərindən xalq təbabətində çay kimi dəmləyib mədə-
bağırsaq  və  ya  yel  xəstəliklərində,  meyvələrindən  isə  qanaz-
lığında  qüvvətverici  dərman  kimi  istifadə  edilir.  Meyvələrinin 
toxumu  isə  zərif  işlətmə  dərmanı  kimi  qəbul  olunur.  Müasir 
təbabətdə  çaytikanının  ancaq  meyvələrindən  istifadə  olunur. 
Meyvələrinin  tərkibində  bir  sıra  qiymətli  müalicə  əhəmiyyətli 
maddələr  vardır.  Bu  maddələrdən  olein,  stearin,  linol  və  pal-
 
126
mitin  turşularının  qliseridi  olan  8%-ə  qədər  piyli  yağı  göstər-
mək  olar.  Bunlardan  başqa,  meyvəsinin  şirəsində  şəkər  (qlü-
koza), üzvi turşular (alma və şərab turşuları), aşı maddələri də 
müəyyən  edilmişdir.  Meyvəsinin  toxumlarında  12,5%-ə  qədər 
piyli  yağ,  çoxlu  miqdarda  A,  B
1
,  B
2
,  E  vitaminləri,  eləcə  də 
karotin  vardır.  Məhz,  ona  görə  də,  çaytikanının  meyvələri  son 
illərdə alimlərin diqqətini xüsusilə cəlb etmişdir. Aparılan təd-
qiqatlar  nəticəsində  müəyyən  olunmuşdur  ki,  çaytikanının 
meyvələrində  olan  maddələr  bədxassəli  şişlərin  müalicəsində 
müsbət  təsir  göstərir.  Meyvələrində  olan  vitaminlər  isə  dəri 
xəstəliklərinin  müalicəsində,  avitaminozda  son  dərəcə  fay-
dalıdır.  Qeyd  etmək  lazımdır  ki,  çaytikanı  meyvələrində  olan 
vitaminlərin  hər  birinin  mühüm  müalicə  əhəmiyyəti  vardır. 
Məsələn,  yoluxucu  xəstəliklərə  qarşı  müqaviməti  artıran  A 
vitamini xüsusən uşaqlar üçün son dərəcə faydalıdır. Bu gözün 
görmə  qabiliyyətinə  müsbət  təsir  göstərir.  B
1
  vitamini  sinir 
sisteminin  möhkəmlənməsinə  və  iş  qabiliyyətinin  artmasına 
kömək  edir.  B
2
  vitamini  diabet,  qaraciyər  xəstəliklərinin  müa-
licəsində, eləcə də qanazlığında və antibiotik dərmanlarla uzun-
müddətli  müalicədən  sonra  baş  verən  müxtəlif  ağırlaşmalarda 
müsbət təsir göstərir. 
A vitamini ilə P vitamini birlikdə hipertoniya xəstəliyinin 
müalicəsi  üçün  gözəl  vasitədir.  C  vitamini  orqanizmin  normal 
inkişafını tənzim edir, orqanizmin maddələr mübadiləsini  yax-
ş
ılaşdırır,  qan  təzyiqini  normallaşdırır,  iltihabı  aradan  qaldırır. 
Ona  görə  də  C  vitamini  bir  sıra  xəstəliklərdə  (qanazlığında, 
sinqada, anginada, səpkili yatalaqda) geniş tətbiq olunur. Mey-
vəsinin  yağı  yaraların  sağalmasını  sürətləndirir,  dərini  şüa 
zədələdikdə sağaldıcı təsir göstərir. Yağından hazırlanan 5%-li 
məlhəm  dəridən  kəskin  qızartını,  ağrını  aradan  qaldırır,  çatla-
maların,  dəmrovun  sağalmasına,  A  vitamininin  orqanizmdə 
normaya düşməsinə səbəb olur. 
Ağız  boşluğunun  zədələnməsində,  üzün  fleqmanoz  səp-
kilərində  bu  yağ  faydalı  dərman  kimi  tətbiq  olunur.  Qida  bo-

 
127
rusunun  xərçəngi  zamanı  həmin  yağdan  gündə  iki-üç  dəfə  ya-
rım xörək qaşığı müalicə müddəti ərzində daxilə qəbul etdikdə 
yaxşı nəticə verir. 
Çaytikanı  vitamin  konsentratı  olduğundan,  hipo-  və  avi-
taminozun  profilaktikasında  ən  yaxşı  vasitə  hesab  olunur.  On-
dan  1:1  nisbətində  (tumsuz)  püre  hazırlanıb  qış  mövsümündə 
gündə 2-3 dəfə 1 xörək qaşığı yeyilir və orqanizmin vitaminlərə 
olan tələbatı ödənir. 
Çaytikanı  yağından  yanıqların,  dərinin  şüa  ilə  zədələn-
məsi və digər xəstəliklərdə istifadə olunur. Çaytikanı yağından 
qinekoloji  təcrübədə  qadın  cinsiyyət  orqanlarının  müxtəlif 
iltihabi xəstəliklərində də istifadə olunur. Boğazdakı badamcıq 
vəzilərinin  (qlandanın)  cərrahi  əməliyyatından  sonra  yaralara 
çaytikanı  yağı  sürtülür  ki,  epitel  toxumaları  daha  tez  əmələ 
gəlsin və irinləmədən təmizlənsin. 
Çiyələk  –  Клубника.  Bu qrupa bağ çiyələyi (Fragaria 
moschata  Duch.)  və  meşə  çiyələyi  (Fragaria  vesga)  aiddir. 
Bunlar bioloji xüsusiyyətlərinə görə biri digərinə çox yaxındır. 
Bunların  giləmeyvələr  içərisində  xüsusi  çəkisi  azdır.  Meşə 
çiyələyi bağ çiyələyinə nisbətən daha tez yetişir. Meşə çiyələyi 
yabanı halda yayılmış və soyuğa davamlı olduğundan şimal və 
orta zona rayonlarında yayılmışdır. Bağ çiyələyinin meyvəsi iri 
olmaqla diametri 3-5 sm və çəkisi 50 q-a qədər olur. 
Bağ çiyələyi – Клубника – Fragaria moschata Duch – 
Gülçiçəklilər (Rosaceae) fəsiləsindəndir. Çiyələk Azərbaycanın 
dağ-meşə  rayonlarında  çox  geniş  yayılmışdır.  Quba,  Xaçmaz, 
Qusar,  Qonaqkənd,  Laçın,  Şuşa,  Kəlbəcər,  Dağlıq  Qarabağ, 
Şə
ki,  Zaqatala,  Lənkəran  rayonlarında  bu  bitkinin  ehtiyatı 
çoxdur.  
Bağ  çiyələyinin  tərkibində  80-88%  su  və  10-12%  quru 
maddə vardır. Sortundan və yetişdiyi yerdən asılı olaraq çiyələ-
yin tərkibində 6-11% şəkər, 1-2% üzvi turşu vardır. 30-80 mq% 
C vitamini və az miqdarda B qrupu vitaminləri, karotin, turşu-
lardan ən çox limon və azacıq alma turşusu vardır. Şəkərlərdən 
 
128
2,8%  qlükoza,  3,3%  fruktoza  və  0,4%  saxaroza  olur.  Birinci 
yığımda  çiyələyin  tərkibində  şəkərin  miqdarı  2-ci  və  3-cü 
yığıma nisbətən 1% çox olur. 
Bunlardan  başqa  çiyələkdə  0,6%  aşı  və  boya  maddəsi, 
0,6% yağ, 1,5% sellüloza, 1,3% pektin maddəsi, 0,5% mineral 
maddə  vardır.  Ən  çox  dəmir,  fosfor  və  kobalt  duzları  rast  gə-
linir. 
Yetişmə  dövründən  asılı  olaraq  tez,  orta  və  gecyetişən 
növlərə  ayrılır.  Əsas  aşağıdakı  sortlar  yetişdirilir.  Tezyetişən-
lərdən Mısovka, Komsomolçu, orta yetişənlərdən Çəhrayı ana-
nas,  osif Maqomet, Muto, Koraska, Luiza və gecyetişənlərdən 
Zaqorya  gecyetişənini  göstərmək  olar.  Azərbaycanda,  əsasən 
Madam  Muto  və  Festival  sortları  yetişdirilir.  Giləmeyvələri 
qablaşdırmaq  üçün  tutum  3-8  kq  olan  səbət  və  səbətcikdən 
istifadə edilir. 
Standarta  əsasən,  çiyələyin  gilələri  təzə,  təmiz,  saplaqlı, 
rəngi normal və sağlam olmalıdır. Bunların içində 10%-ə qədər 
nisbətən  xırda  gilələrin,  5%-ə  qədər  qeyri-pomoloji  sortların, 
3%-ə qədər nisbətən kal, lakin lazımi qədər inkişaf etmiş, satış 
yerində 5%-ə qədər əzilmiş və yetişib ötmüş gilələrin olmasına 
icazə verilir. 
Bağ  çiyələyinin  müalicəvi  xassələri.  Xalq  təbabətində 
çiyələyin  meyvəsindən  podaqra  və  böyrəkdaşı  xəstəliyində, 
yarpaqlarından  isə  sidikqovucu  dərman  kimi  istifadə  edirlər. 
Çiyələk,  eyni  zamanda  orqanizmin  maddələr  mübadiləsinə 
kömək edir və həzmi  yaxşılaşdırır, qaraciyərin və öd kisəsinin 
iltihabını  aradan  qaldırır.  Çiyələk  avitaminoza  qarşı  da  yaxşı 
təsir göstərir. 
Xalq  təbabətində  bağ  çiyələyinin  meyvəsindən  qanaz-
lığında, sinqa və böyrəkdaşı xəstəliyində geniş istifadə edirlər. 
Çiyələyin  qurudulmuş  yarpaqlarından  isə  moruq  meyvəsi  ilə 
birlikdə  çay  kimi  dəmləyib,  soyuqdəymədən  baş  verən  xəs-
təliklərdə  tərlədici  və  hərarəti  aşağı  salan  dərman  kimi  iş-
lədirlər. 

 
129
Dəfnəgilas  Лавровишня  – Laurocerasus officinalis 
roem.  Firəngüzümü  (Groasulariaceae)  fəsiləsindən  oval 
formalı parıldayan həmişəyaşıl yarpaqlı ağac və ya koldur. Ya-
banı  halda  bir,  mədəni  halda  3  növü  məlumdur.  Dərman,  de-
korativ  və  meyvə  bitkisi  kimi  becərilir.  Çiçəkləri  kiçik  ağ  sal-
xımdadır.  Kasacıq  və  tac  beşyarpaqlıdır,  erkəkciklər  çoxdur. 
Meyvəsi qara rəngdə, şar formalı iri çəyirdəklidir. Qərbi Zaqaf-
qaziyada  və  Talış  dağlarının  meşələrində  bitir.  Meyvələri  təzə 
halda istifadə olunur, qurudulur. Dəfnəgilasdan sərinləşdirici və 
təravətləndirici içki hazırlanır. Yarpaqlarından və meyvəsindən 
alınan yağdan ətriyyat sənayesində istifadə olunur. Bu bitkinin 
tərkibində amiqdalin qlükozidi var və bu parçalandıqda zəhərli 
sinil  turşusu  əmələ  gəlir.  Yarpaqlarından  dəfnəgilas  suyu 
hazırlamaq üçün istifadə olunur və bu, Qafqazda ürək ağrılarına 
qarşı acı badam suyunu əvəz edir. 
Dəliböyürtkən  –  Куманика  –  Rubus  nessensis  W. 
Hall.  (R.Suberectus  Anders).  Gülçiçəklilər  (Rosaceae)  fəsilə-
sindən  kol  bitkisidir.  Yabanı  halda  bitən  mürəkkəb  giləmey-
vəlidir.  Giləmeyvəsi  qara-qırmızımtıldır.  Avqust-sentyabr 
aylarında  yetişir, dadı xoşagələn və  yeməlidir. Təzə halda isti-
fadə  olunur,  ondan  mürəbbə,  cem,  marmelad,  jele,  şirə  hazır-
lanır. Tərkibində şəkər,  üzvi turşular, C vitamini və digər bio-
loji  maddələr  vardır.  Xalq  təbabətində  soyuqdəymə  əleyhinə 
istifadə olunur. Azərbaycanda, demək olar ki, yetişmir. 
Firəng  üzümü,  rus  alçası,  –  Крыжовник  обыкно-
венный
  –  Grossularia  reclinata  (L.)  Mill.  Daşdələnkimilər 
(Saxifraqaceae)  fəsiləsinə  mənsub  olub,  50-dən  çox  növü 
vardır.  Azərbaycanda  2  növü  yabanı  halda  bitir.  Yabanı  halda 
Qərbi Avropada və Qafqazda yayılmışdır. O çoxbudaqlı koldur.  
Firəng  üzümü  Qərbi  Avropada  geniş  yayılmışdır.  Lakin 
Rusiyada bu bitki XI əsrdə monastr bağlarında əkilirdi. Lakin o 
vaxt  becərilən  firəng  üzümü  sortları  çox  xırda  idi.  XIX  əsrdə 
artıq  irimeyvəli  firəng  üzümü  sortları  yetişdirilməyə  başlandı. 
Hazırda  firəng  üzümü  Qafqazda,  Qərbi  Ukraynada,  Rusiyanın 
 
130
mərkəzi  vilayətlərində,  Belorusda  və  Baltiksahili  ölkələrində 
ə
kilib-becərilir.  Firəng  üzümü  «Şimal  üzümü»  də  adlanır. 
Azərbaycanda firəng üzümü nisbətən az sahələrdə becərilir.  
Firəng  üzümü  mayda  çiçəkləyir.  Xırda  yaşılımtıl  çiçək-
ləri  şivlərdə,  tək  saplaqda  yerləşir.  Meyvəsi  iyul-avqustda  ye-
tişir. Meyvəsi yumru və ya oval formalıdır. Meyvələrinin rəngi 
yaşıl, sarı, ağ, qırmızı, tünd qırmızı, qara olur. Dadı şirin, turş-
məzə, qabığı nazik və incətüklüdür. Çoxlu xırda toxumları var-
dır.  Hazırda  firəng  üzümünün  bir  çox  mədəni  sortları  yetiş-
dirilmişdir. 
Firəng üzümünün tərkibində 13,5% şəkər, 2% üzvi turşu, 
1%  pektinli  maddə,  54  mq%  C,  0,25  mq%  P,  B  qrupu  vita-
minləri  və  karotin  vardır.  0,2-0,7%  mineral  maddə  vardır  ki, 
bunun  da  əsasını  fosfor,  mis,  dəmir,  kalium,  natrium,  kalsium 
və maqnezium təşkil edir. 
Firəng  üzümü  təzə  halda  yeyilir,  mürəbbə,  konfityur, 
kompot, jele, marmelad, konfet və karamel üçün içlik, eləcə də, 
şə
rab  hazırlamaq  üçün  sərf  edilir.  Qış  üçün  firəng  üzümünü 
qurudur,  sirkəyə  qoyur  və  əzişdirib  şəkərlə  1:2  nisbətinə 
qarışdırırlar. 
Firəng  üzümünün  müalicəvi  xassələri.  Firəng  üzümü 
pəhriz və uşaq qidası üçün qiymətli giləmeyvədir. Piylənməyə 
qarşı  3-4  həftə  ərzində  çox  miqdarda  firəng  üzümü  yemək  və 
qidanın  kaloriliyini  məhdudlaşdırmaq  məsləhət  görülür.  Lakin 
bunu  həkim  nəzarəti  altında  aparmaq  lazımdır.  Rus  xalq  təba-
bətində  firəng  üzümü  təravətləndirici  vasitə  kimi  məşhurdur. 
Ə
vvəllər  Qafqazda  firəng  üzümü  yarpaqlarından  ağciyərin 
vərəmində istifadə olunurdu. 
Firəng  üzümündən  maddələr  mübadiləsi  pozulduqda  və 
piylənməyə  qarşı  istifadə  olunur.  Xalq  təbabətində  isə  böyrək 
və  sidik  kisəsi  xəstəliyində  öd  və  sidikqovucu  vasitə  kimi  iş-
lədilir.  Qanazlığında,  dəri  xəstəliklərində  firəng  üzümü  yemək 
məsləhət görülür. Xroniki qəbz zamanı yüngül işlətmə vasitəsi 
kimi də istifadə olunur. 

 
131
tburnu (dərgil) – Шиповник – Rosa cinnamomea L. 
Gülçiçəklilər  (Rosoceae)  fəsiləsinin  qızılgül  cinsinə  mənsub-
dur.  Bu  cinsin  300  növündən  42  növünə  Azərbaycanın  dağ-
meşə rayonlarında təsadüf olunur (bunlardan 6 növü becərilir). 
Sənaye üçün 2 növ daha əhəmiyyətlidir. Bunlar qəhvəyi və qı-
rışıq itburnulardır.  
Qırışıq itburnu qəhvəyi itburnuya nisbətən Azərbaycanda 
az  rast  gəlinir.  Bunun  məhsuldarlığı  daha  yüksəkdir.  Hər  kol-
dan 3-4 kq, 1 ha-dan isə 3 tona qədər məhsul  yığılır. Meyvəsi 
6-16 qr-dır. 
Qəhvəyi  itburnu  kol  halında  2  m-ə  qədər  hündürlükdə 
bitir.  20-25  il  ömrü  olur.  Hər  koldan  1-3  kq,  1  hektardan  isə 
700-1000  kq  meyvə  verir.  C  vitamininin  miqdarına  (5-7%, 
bəzən 14%) görə 1-ci yer tutur. 
Cinsi xüsusiyyətinə görə dərgil bir neçə seksiyalara bölü-
nür.  Bunlardan  C  vitamini  ilə  ən  zəngin  olanı  darçınabənzər 
seksiyadır.  Bu  seksiyaya  daxil  olan  dərgil  növlərinin  çiçəkləri 
çəhrayı,  meyvələri  isə  qırmızı  olur.  Ümumiyyətlə,  təbabətdə 
daha  çox  istifadə  olunan  növü  darçın,  daur,  tikanlı  və  qırışıq 
meyvəli  dərgildir.  Göstərilən  dərgil  növləri  Qərbi  və  Şərqi 
Sibirdə,  Uşaq  Şərqdə  və  digər  rayonlarda  daha  geniş  yayıl-
mışdır. Son illərdə Azərbaycanda yayılan bir sıra dərgil növləri 
də  öyrənilmiş  və  onların  tərkibində  çoxlu  miqdarda  müxtəlif 
vitaminlərin  olduğu  müəyyən  edilmişdir.  Tədqiqat  nəticəsində 
aydınlaşdırılmışdır ki, Azərbaycan florasının dərgil bitkilərində 
müxtəlif vitaminlər, o cümlədən C vitamini miqdarca çoxdur. 
tburnu tikanlı kol bitkisi olub, növbə ilə düzülmüş ellips 
və  ya  yumurtaşəkilli  yarpaqları  vardır.  Nəzəri  cəlb  edən  gözəl 
iri  çiçəkləri,  giləmeyvəyə  bənzər  şirəli  meyvələri  olur.  May 
ayından  başlayaraq  iyul  ayına  kimi  bitki  çiçəkləyir.  Çiçəkləri 
açıq  və  tünd  çəhrayı  rəngdə  olmaqla  ətirlidir.  Meyvəsi  isə 
avqust-sentyabr  aylarında  yetişir.  Dərgil,  demək  olar  ki,  bütün 
meşə  və  kolluq  yerlərində  yayılmışdır.  Vitamin  C  yetişmə 
müddətində  artır.  Ona  görə  də  yetişmiş  meyvələr  dərilməlidir. 
 
132
Ş
axtalar düşənədək itburnu yığılmalıdır. Çünki şaxta vurduqda 
C vitamini azalır. 
Yığılmış meyvələr 5 sm qalınlığında sərilir və 2 gündən 
çox olmayaraq saxlanılır. Sonra zədəli və kal meyvələr seçilir. 
80-100
0
C  temperaturda  qurudulur  və  yenidən  xarab  olmuşlar 
təmizlənir. Beləliklə, əldə edilmiş quru itburnu müvafiq şərait-
də 2 ilə qədər saxlanıla bilər. 
tburnunun  müalicəvi  xassələri.  Dərman  məqsədilə 
dərgil  bitkilərinin  ancaq  meyvələrindən  istifadə  edilir.  Mey-
vələri,  adətən  sentyabr-oktyabr  aylarında  toplanılır.  Bu  dövrdə 
çəhrayı-qırmızı  rəngə  boyanan  dərgil  meyvələrini  əllə  toplayır 
(toplayanlar əllərinə əlcək geyir və önlük bağlayırlar), sonra isə 
xüsusi  sobalarda  və  ya  quruducularda  70-80
0
C  temperatur 
şə
raitində  qurudurlar.  Nəzərə  almaq  lazımdır  ki,  dərgil  mey-
vələri şaxta düşənə kimi toplanmalıdır, şaxtadan sonra toplanan 
meyvələrdə C vitamini, eləcə də digər vitaminlər az olur və ona 
görə  də  toplanılan  xammal  keyfiyyətsiz  olur.  Bundan  əlavə, 
nəzərə  almaq  lazımdır  ki,  dərgil  meyvələrini  gün  altında 
qurutmaq olmaz, çünki günəş şüası meyvələrdə olan vitaminləri 
parçalayaraq xammalı yararsız hala salır. 
Yuxarıda  göstərdiyimiz  qayda  üzrə  qurudulmuş  dərgil 
meyvələri xüsusi torbalara və ya qutulara yığılaraq quru havalı 
binalarda saxlanılır. Belə tədarük edilən dərgil meyvələri dövlət 
standartına  əsasən  iki  il  müddətində  saxlanılıb  istifadə  oluna 
bilər. Qeyd etmək lazımdır ki, dərgil meyvəsi çox qiymətli təbii 
nemətlərdən biridir. Onun tərkibində müalicəvi əhəmiyyətli bir 
sıra maddələr vardır.  
tburnuda  C  vitamini  birinci  dəfə  1931-ci  ildə  aşkar 
edilmışdır.  Lakin  bundan  çox  əvvəl  Rusiyada  itburnu  dişlərin 
dibindən  qanaxmaya,  yəni  C-avitaminoza  qarşı  tətbiq  edilirdi. 
tburnu  əbəs  yerə  vitamin  daxılı  adlandırılmamışdır.  Onun 
tərkibində C vitamini ilə yanaşı 48-50 mkq% B
1
, 30-73 mkq% 
B
2
, 1,5-9,7% P, 0,1 mq% K, 0,69-2,4 mq% E (toxum  yağında 

 
133
300  mq%),  5-20,7  mq%  karotin  (provitamin  A)  və  0,1-0,19 
mq% B
c
 vitamini (fol turşusu) vardır. 
Vitaminlərdən başqa itburnuda 18%-ə qədər şəkər, 3,7% 
pektinli  maddə,  1,25-2,5%  üzvi  turşu  (alma  turşusuna  görə), 
4,2%  pentozanlar,  rəngləyici  maddələr  və  4,5%  mineral  mad-
dələr vardır. 
Qurudulmuş meyvələrində 5-6%-ə qədər C vitamini olur. 
Lakin  seleksiya  yolu  ilə  yetişdirilən  dərgil  meyvəsində  C 
vitamini daha çox olur (15-16%). Ona görə də dərgil çox zən-
gin  C  vitamini  mənbəyi  hesab  olunur.  Dərgil  meyvəsində  C 
vitaminindən  başqa  12-18  mq%  karotin  (provitamin  A),  0,3 
mq%  B
1
  və  B
2
  vitaminləri,  bir  qramında  40  bioloji  vahid  K 
vitamini,  karotinoidlər,  P  vitamini,  flavanoidlər  (kempferol, 
kversetin  və  s.),  18%-ə  qədər  şəkər,  4%  aşı  maddələri,  3,7% 
limon və alma turşuları, pektin maddələri və s. vardır. Toxum-
larında  isə  çoxlu  miqdarda  piyli  yağ  və  E  vitamini  vardır. 
Dərgil  meyvələrindən  zəngin  C  vitamini,  eləcə  də  polivitamin 
mənbəyi  kimi  təbabətdə  geniş  istifadə  olunur.  Meyvələrindən 
çay  kimi  dəmləmə  şəklində  bir  sıra  vitamin  yığıntılarının 
tərkibində,  bundan  əlavə  toz  və  həb  formasında,  təzə  dərilmiş 
meyvələrindən  isə  konsentrat,  şərbət  və  mürəbbə  şəklində  bir 
sıra  xəstəliklərin  müalicəsində,  məsələn,  sinqa,  raxit,  qızılyel, 
vərəm,  böyrək,  öd  xəstəliklərində  geniş  istifadə  olunur.  Son 
illərdə toxumlarından piyli yağ da alınır ki, bu yağ yanıqlarda, 
dermatitdə  yarasağaldıcı  vasitə  kimi  işlədilir.  Ümumiyyətlə, 
dərgil  meyvəsi  son  illərdə  ödqovucu,  sidikqovucu,  eləcə  də 
ateroskleroza  qarşı  geniş  tətbiq  olunur.  Bu  məqsədlə  dərgil 
meyvəsindən  bir  sıra  preparatlar  hazırlanır  (askorbin  turşusu, 
halaskorbin, xolosas, meyvəsindən isə dəmləmə, şərbət, tablet, 
qarağat çayı, armud çayı və s.).  
Dərgil  meyvəsindən  çayı  belə  hazırlayırlar:  əvvəlcə  bir 
xörək  qaşığı  (20  q)  bütöv  meyvələrdən  götürüb  soyuq  su  ilə 
yuyurlar. Sonra emalı qaba töküb üzərinə iki stəkan qaynar su 
ə
lavə  edib  15  dəq  od  üzərində  dəmləyirlər.  Sonra  götürüb  24 
 
134
saat saxlayırlar. Dəmlənmiş çayı süzərək ondan gündə iki dəfə, 
hər dəfə də  yarım stəkan içirlər. Dərgil çayını belə hazırlamaq 
da  olar:  qurudulmuş  meyvəsindən  20  q  götürüb  təmiz  ağ 
kağızın üstündə xırdalayandan sonra emalı qaba töküb üzərinə 
iki  stəkan  qaynar  su  əlavə  etdikdən  sonra  15  dəq  od  üzərində 
dəmləyirlər,  sonra  isə  20  dəq  durulmağa  qoyurlar.  Belə  hazır-
lanmış çayı ikiqat tənzifdən süzərək gündə 3-4 dəfə, hər dəfə də 
yarım  stəkan  qəbul  edirlər.  Qeyd  etmək  lazımdır  ki,  dərgil 
meyvəsinin  müalicə  əhəmiyyəti,  əsas  etibarilə  ondan  olan  C 
vitamini ilə izah edilir. Doğrudur, C vitamini ilə birlikdə dərgil 
meyvəsində  digər  vitaminlər  və  üzvi  maddələr  də  müəyyən 
dərəcədə tibbi əhəmiyyətə malikdir. Lakin burada olan C vita-
mini  miqdarca  çox  olduğu  üçün  onun  rolu  müəyyənedicidir. 
Məlum  olduğu  kimi,  insan  orqanizmi  C  vitamini  sintez  etmir. 
Müəyyən edilmişdir ki, orta hesabla böyüklər üçün bir sutkada 
50 mq, fiziki işlə məşğul olan adamlar üçün 75-100 mq C vita-
mini  tələb  olunur.  Hamilə  qadınlar  üçün  sutkada  75  mq,  uşaq 
ə
mizdirən analar üçün 100 mq, 7 yaşlı uşaqlar üçün 30-35 mq 
C  vitamini  norma  hesab  olunur.  Insanın  C  vitamininə  olan 
ehtiyacını  nəzərə  alaraq  son  illərdə  C  vitaminini  (askorbin 
turşusu)  süni  üsulla  da  istehsal  edirlər.  Lakin,  buna  baxma-
yaraq, təbii mənbədən alınan C vitamininə daha böyük ehtiyac 
vardır.  Bundan  əlavə  C  vitamini  ilə  zəngin  olan  təbii  nemət 
daha yaxşı nəticə verir. Məsələn, hazırda müasir təbabətdə sin-
qa  xəstəliyinin  profilaktikasında  və  müalicəsində,  hemorragik 
diatezdə, hemofiliyada müxtəlif qanaxmalarda (burun, ağciyər, 
uşaqlıq qanaxmalarında), şüa xəstəliyində, infeksion və ağciyər 
xəstəliklərində,  eləcə  də  gec  sağalan  yaralarda,  çıxıqlarda  və 
sümük  sınıqlarında  C  vitaminindən  və  onunla  zəngin  olan 
dərgil  meyvəsindən  daha  geniş  istifadə  olunur.  Bundan  başqa, 
son illərdə dərgil meyvəsindən skleroza qarşı da istifadə edilir. 
Qeyd  etmək  lazımdır  ki,  dərgil  meyvəsində  olan  hər  bir 
vitaminin özünəməxsus müalicə əhəmiyyəti vardır. Məsələn, C 
vitamini orqanizmin normal inkişafını tənzim edir, o orqanizm-

 
135
də  gedən  maddələr  mübadiləsini  yaxşılaşdırır,  qan  təzyiqini 
normallaşdırır, iltihabı aradan qaldırır. Məhz, ona görədir ki, C 
vitamini bir sıra xəstəliklərdə geniş tətbiq edilir. 
Karotin  və  ya  provitamin  A  xüsusən  uşaqlar  üçün  son 
dərəcə vacibdir. O yoluxucu xəstəliklərə qarşı uşaqlarda müqa-
viməti  artırmaqla  bərabər,  gözün  görmə  qabiliyyətinə  müsbət 
təsir edir. B
1
 vitamini sinir sisteminin möhkəmlənməsinə və iş 
qabiliyyətinin artmasına kömək edir. B
2
 vitamininin əhəmiyyəti 
daha  yüksəkdir.  O  şəkər,  qaraciyər,  dəri  xəstəliklərinin  müa-
licəsində, eləcə də qanazlığında və antibiotik dərmanlarla uzun 
müddət müalicədən baş verən müxtəlif xəstəliklərdə çox gözəl 
müalicəvi təsir göstərir, həmçinin, A, P vitaminləri hipertoniya 
xəstəliyinin müalicəsində gözəl nəticə verir. 
tburnu xalq təbabətində qədimdən istifadə edilir. Itburnu 
soyuqdəyməyə,  böyrək  və  qaraciyər  xəstəliklərində,  öd  və 
sidikqovucu  kimi  tətbiq  edilir.  tburnu  çiçəyindən  dəmlənmiş 
çay qızdırmaya qarşı təsiredici vasitədir. 
Yuxarıda  qeyd  edilənlərdən  aydın  olur  ki,  müxtəlif 
vitaminlərlə, üzvi turşularla, şəkər, piyli yağ və karotinoidlərlə 
zəngin  olan  dərgil  meyvəsi  yaxşı  müalicəvi  əhəmiyyətə  malik 
təbii nemətdir. 
Ev  şəraitində  itburnu  dəmləmək  üçün  bir  xörək  qaşığı 
itburnu  (20  qr)  bir  stəkan  su  ilə  şüşə  və  ya  emallı  ağzı  örtük 
qabda  10  dəq  qaynadırlar.  Ağzını  açmadan  bir  sutka  saxlayıb, 
sonra ikiqat tənzifdən süzür və gündə iki dəfə bir və  ya  yarım 
stəkan  içirlər.  Dadını  yaxşılaşdırmaq  üçün  şəkər  və  ya  şərbət 
qatmaq olar. 1-3 yaşında uşaqlara 1/4 stəkan, 3-7 yaşındakılara 
isə yarım stəkan vermək olar. 
tburnudan  kompot,  kisel  və  yarı  bölüb  toxumlardan 
təmizlədikdən sonra mürəbbə hazırlamaq olar. O təzə halda da 
yeyilir.  Sənayedə  itburnudan  toz,  həb  və  şərbət  hazırlayırlar. 
Sarılığa qarşı və ödqovucu kimi tətbiq edilən «Xolosas», əsasən 
itburnu meyvəsindən hazırlanır. 
 
136
tburnu  meyvəsinin  belə  qiymətli  olduğunu  nəzərə  alıb, 
onun  toplanmasına  və  gündəlik  qidada  istifadə  edilməsinə 
diqqət verilməlidir. 
Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin