Sarı böyürtkənin müalicəvi xassələri. Şimal bölgə-
lərinin əhalisi üçün sarı böyürtkən C vitamininin qiymətli mən-
bəyi hesab olunur və sinqaya qarşı vasitə kimi tətbiq olunur.
Giləmeyvələri ishala qarşı və qida həzmi pozulduqda qəbul
edilir. Bundan əlavə bitkinin digər orqanları, xüsusən çiçək
kasacığı xalq təbabətində sidikqovucu vasitə kimi istifadə
olunur.
Sarı böyürtkənin yarpaqlarından hazırlanan çay sinqa,
vərəm və qanlı bəlğəmə qarşı bir müalicə vasitə kimi içilir.
Eyni zamanda, belə çay müasir dövrdə ishala və daxili qanax-
malara qarşı qankəsici vasitə kimi tətbiq olunur. Bu məqsədlə 1
xörək qaşığı xırdalanmış yarpaqlardan 1 stəkan qaynar suda
hazırlanmış tinkturadan hər gün 3-4 dəfə qəbul etməklə təsirli
nəticə alınana qədər davam etdirmək lazımdır.
Üvəz, qara meyvəli quşarmudu – Черноплодная
рябина
– Aronia melapocarpa (Minhx) Elliott. Gülçiçəklilər
(Rosaceae) fəsiləsindən çox da böyük olmayan ağac (0,5-2 m
hündürlüyündə) və ya koldur. Yarpaqları tünd yaşıl, çiçəkləri
ağ iri qalxancıqda toplanır. Meyvəsi qara rəngli salxımda
toplanan giləmeyvədir. Vətəni Şimali Amerikadır. XIX əsrin
sonunda bu bitki Avropaya gətirilmişdir. Rusiyada qara mey-
vəli quşarmudunun becərilməsinə I.V.Miçurin çox fikir verirdi.
Qara meyvəli quşarmudu həm də dekorativ bitki kimi
küçələrdə, bağlarda və parklarda əkilir, qida və dərman bitkisi
ə
həmiyyətinə malik olan meyvələri tədarük edilir.
Meyvəsi xoşagələn turşa-şirin, bir qədər büzüşdürücü
dadlıdır. Tərkibində 9,5%-ə qədər şəkər, üzvi turşular, karotin,
0,5% P vitamini, həmçinin, C, B
1
, PP və provitamin A (karotin)
vardır. Üzvi turşunun miqdarı narıngi, çiyələk, moruq və
qırmızı qarağatdakından çoxdur. Qara meyvəli quşarmudu P
vitamini konsentratıdır. Dərilmiş meyvələr uzun müddət xarab
olmur, çünki tərkibində mikrobların çoxalmasına qarşı maddə
158
vardır. Giləmeyvələrdəki vitaminlər yazbaşına kimi yaxşı qalır.
Meyvəsi təzə halda yeyilir, ondan kompot, kisel, mürəbbə,
cem, marmelad, şərab, nastoyka və likör hazırlanır. Qənnadı
sənayesində də istifadə olunur.
Qara meyvəli quşarmudunun müalicəvi xassələri.
Qara meyvəli quşarmudu və onun şirəsi iştahanı artırır, mədə
ş
irəsinin turşuluğunu və həzmedici gücünü artırır. O, mədə
ş
irəsinin turşuluğunun azlığı ilə müşayiət olunan qastritli xəs-
tələr üçün faydalıdır.
Son illər müəyyən olunmuşdur ki, təzə giləmeyvə və
onun şirəsi hipertoniya xəstəliyində qan təzyiqini aşağı salır.
Kliniki təcrübə nəticəsində qan təzyiqi yüksək olanlara gündə 3
dəfə 100 q giləmeyvə və ya 50 q şirə qəbul etmək məsləhət
görülür. Görünür qara meyvəli quşarmudunun belə müalicəvi
təsiri onun tərkibindəki P və C vitaminlərinin – citrinini daha
yaxşı həzm olunmasını təmin etməsidir. Vitamin sənayesi qara
meyvəli quşarmudu həbləri (50 mq) istehsal edir. Bu həblər
askorbin turşusu ilə birlikdə hipertoniya xəstəliyinin müalicə-
sində, həmçinin, müxtəlif qanaxmalarda və diatezdə tətbiq
olunur. Lakin qanın yüksək laxtalanması zamanı bu, əks təsir
göstərir.
Yaşlılara 3-4 həftə ərzində gündə 3-4 həb (hər dəfə
yeməkdən əvvəl 1 ədəd), uşaqlara isə 2-3 həb qəbul etmək
məsləhət görülür. Belə dozada və həmin xəstəliklərdə vitamin P
və C vitamini kompleksləri ilə qara meyvəli quşarmudu
drajelərini qəbul etmək lazımdır.
Elmi-Tədqiqat Vitamin Institutunda qara meyvəli quşar-
mudundan qida üçün və bioloji fəal boya maddəsi alınmışdır ki,
onun da tərkibində 6,5% P vitamini vardır. Bu zərərsiz boya
maddəsindən qənnadı və vitamin sənayesində, eləcə də meyvəli
suların istehsalında istifadə olunan sintetik boya maddələrinin
ə
vəzedicisi kimi istifadə olunur.
Üzüm – Виноград – Vitis vinifera. Üzüm (Vitaceae)
fəsiləsinin üzüm cinsindəndir. Üzüm cinsinin 70 növündən ikisi
159
Azərbaycanda bitir. Bunlardan meşə və Amur üzümü daha
geniş yayılmışdır. Üzüm kolabənzər sarmaşan bitki (liana)
olub, gövdəsinin uzunluğu 20-40 m-ə çatır. Qonur-sarı rəngli
qabıqla örtülmüş budaqları üzərində növbə ilə düzülmüş girdə
yarpaqları və nəzəri cəlb etməyən xırda, sarı-yaşıl çiçəkləri
vardır. Meyvəsi müxtəlif formalı gilədən ibarət olub, yetişəndə
müxtəlif rəngə (yaşılımtıl-sarı, bənövşəyi, qara və s.) boyanır.
Meyvəsi şirəli, ətirlidir, şirin, turşməzə dada malikdir. Bitki
may-iyun aylarında çiçəkləyir, meyvəsi isə avqust-sentyabr
aylarında yetişir.
Üzüm, son dərəcə qiymətli bitki olub, çox geniş miq-
yasda becərilir. Eramızdan hələ çox qabaq üzüm tənəyi qədim
misirlilər tərəfindən becərilmiş və onun giləsindən bir çox ne-
mətlər, o cümlədən şərab hazırlanmışdır. Üzümdən hazırlanan
kişmiş, şərbət, xoş ətirli doşab və digər qida məhsulları çox
faydalı nemətdir.
Azərbaycanın, demək olar ki, əksər rayonlarında, xalqı-
mızın çox sevimli neməti kimi üzüm tənəyi becərilir.
Respublikamızda son illərdə üzümün sürətlə inkişaf etdiril-
məsilə əlaqədar olaraq onun tərkibi və müalicə xassələri də
öyrənilmişdir. Müəyyən edilmişdir ki, üzüm giləsinin şirəsində
bir sıra müalicə əhəmiyyəti olan maddələr vardır. Bunlardan
şə
kəri (qlükoza, fruktoza, saxaroza), üzvi turşuları (limon,
alma, şərab, salisil və s.), dəmir duzlarını, kalium-permanqa-
natı, C, B
1
vitaminlərini, karotini, aşı, boyayıcı və pektin
maddələrini və s. göstərmək olar. Üzüm tənəyinin yarpağı da
çox faydalıdır. Onun tərkibində çoxlu miqdarda C vitamini,
karotin, aşı maddələri, üzvi turşular və s. vardır.
Meşə üzümü iyun-iyulda çiçəkləyir. Meyvələri sentyabr-
da yetişir. Meşə üzümünün gilələri xırda, tünd bənövşəyi, qara,
yaşıl rəngdə olur. Salxımları balaca olmaqla, çəkisi 40-60 q-a
qədərdir. Dadı turş və ya turşa-şirindir. Aşılayıcı maddəsi çox
olduğundan gərdir. Tərkibində 10-13% şəkər, 1,2-2%-ə qədər
üzvi turşu vardır. Şirəsinin çıxarı 54%-dir. Tumunda 8-20%
160
yeməyə yararlı yağ olur. Qovurduqda qəhvə əvəzedicisi kimi
istifadə edilir. Meşə üzümü təzə halda yeyilir, ondan şirə, şərab,
nastoyka, sirkə, kisel, kompot, mürəbbə hazırlanır. Meşə
üzümünü qurudulur, bəzən qışa saxlamaq üçün şorabaya da
qoyulur.
Üzümün müalicəvi əhəmiyyəti. Üzüm giləsi və onun
ş
irəsi ürək- damar sistemi xəstəliklərində, tənəffüs yolları,
mədə-bağırsaq, qaraciyər, böyrək xəstəliklərində çox xeyirlidir.
Üzümdən hazırlanan bəkməz və ya doşab qanazlığında, ümumi
zəiflikdə çox faydalı qüvvətverici vasitədir. Üzüm qorasından
hazırlanan abqora isə diabet xəstəliyində susuzluğun qarşısını
alır, qurudulmuş üzüm gilələri isə qanazlığında yaxşı təsir
göstərir.
Azərbaycanın bir çox rayonlarında üzümün təzə dərilmiş
yarpaqlarından vitaminli içki hazırlayıb avitaminoz xəstəlik-
lərinə tutulanlara içirirlər. Bunu belə hazırlayırlar: 400 q təzə
dərilmiş üzüm yarpağını doğrayıb, üzərinə 3 litr qaynanmış ilıq
su əlavə edib 3 gün sərin yerdə saxlayırlar. Sonra yarpaqları
tənzifdən süzməklə və sıxmaq yolu ilə suyunu ayırıb götürürlər.
Alınan vitaminli suyun tamını yaxşılaşdırmaq məqsədilə ona
bir neçə damcı şirin qızılgül suyu və ya gülqənd əlavə edirlər.
Belə hazırlanmış vitaminli içkidən qanazlığında, raxit, sinqa və
digər avitaminoz xəstəliklərində çox faydalı dərman kimi
istifadə edirlər. Bundan başqa, üzüm yarpağından hazırlanan
dolma çox dadlı olur və xüsusən yazbaşı faydalıdır.
Üzümdən və onun emalı məhsullarından xalq təbabətində
qədimdən istifadə edilir. Üzümlə müalicənin elmi əsasları XIX
ə
srin ikinci yarısında başlanmışdır. O vaxt üzümün kimyəvi tər-
kibi öyrənilmiş və onun müalicəvi xüsusiyyəti tətbiq edilmişdir.
Üzümlə müalicə – ampeloterapiya (yunanca ampelos – üzüm,
terapiya
– müalicə) müxtəlif xəstəliklərin üzüm şirəsi və onun
emalı məhsulları ilə müalicəsinə əsaslanır. Üzümün tərkibində
karbohidratların, zülalların, üzvi turşuların, vitaminlərin ahəng-
dar olmasına görə üzüm bir çox meyvə-tərəvəzdən üstündür.
161
Üzüm təzə halda, qurudulmuş, üzüm şirəsi və must şəklində
istifadə olunur, eləsə də ondan kompot, doşab, abqora və digər
spirtsiz içkilər hazırlanır. Bu məhsulların həm pəhriz və müa-
licəvi əhəmiyyəti var, həm də qidalı yeyinti məhsulu olmaqla
uşaqların, qocaların və zəif düşmüşlərin qidalanmasında is-
tifadə olunur.
Təzə üzüm şirəsinin tərkibində 0,5-0,8% sərbəst üzvi
turşular, pektin və zülal maddələri, A, C, P, B
1
, B
2
və digər
vitaminlər, lesitinlər, az miqdarda efir yağı, mineral maddələr,
boya maddələri və bioloji fəal maddələr vardır. Üzümün tərki-
bində olan qlükoza damarları genişləndirərək, ürək əzələsinin
fəaliyyətini yaxşılaşdırır, onun qidalanmasını artırmaq hesabına
qan təzyiqini qaldırır. Nəticədə qan dövranı normallaşır, qanda
hemoqlobinin faizi artır, hüceyrələrin oksigenlə təmin olunması
güclənir, əzələlərin fəaliyyəti yaxşılaşır. Üzümdəki üzvi tur-
ş
ular mədənin fəaliyyətini yaxşılaşdırır, mədədə xlorid turşu-
sunun ifrazını azaldır, buna müvafiq olaraq öd axarı əzələlə-
rinin tonusunun yaxşılaşması nəticəsində ödün ifrazı artır.
Üzüm fiziki yorğunluq, qanazlığı, qan itkisi və ümumi zəiflik
zamanı ürəyin fəaliyyətini bərpa etmək üçün əvəzsiz qida məh-
suludur.
Üzümün qidalıq dəyəri minerallı maddələrin və vita-
minlərin olması ilə artır. Dəmirin (almadan 2-2,5 dəfə çoxdur),
manqan, mis və kobaltın fol turşusu ilə birlikdə üzümün tərki-
bində olması qanazlığının müalicəsində ondan geniş istifadə et-
məyə imkan yaradır. 200-250 q üzüm giləsi yaşlı insanın
gündəlik dəmirə olan tələbatının yarısını ödəyir.
Üzümdən həm təzə halda, həm də şərab, şirə, üzüm qu-
rusu və başqa yeyinti məhsulları istehsalında geniş miqyasda
istifadə olunur. Üzüm istehsalının ilbəil artırılması imkan verir
ki, ondan hazırlanan məhsulların miqdarı, çeşidi artırılsın,
keyfiyyəti isə yaxşılaşdırılsın. Üzümün xalq təsərrüfatı əhəmiy-
yəti bir də ondan ibarətdir ki, şərabçılıqda əldə edilən tullan-
tılardan bir çox xammallar almaq mümkündür. Son illər üzüm
162
cecəsindən spirt, şərab turşusu, toxumundan yem unu və yağ,
qabıq hissəsindən boya (enin maddəsi) və pektin maddəsi,
daraq və cecədən gübrə və s. bu kimi məhsullar əldə edilir. Bü-
tün bunlar imkan verir ki, üzüm emal edən müəssisələr əsas
məhsulla yanaşı (şərab, şirə və s.), bir çox əlavə xammallar da
istehsal etsinlər. Bu isə istehsalın effektivliyinin artırılmasında
ə
sas göstəricilərdən biridir.
Xalq təbabətində meşə üzümündən ağciyər sətəlcəmində,
öd kisəsində daş olduqda və mədənin selikli qişasının xroniki
iltihabında istifadə edilir.
Yemişan – Боярышник – Crataegus sanguinea Pall.
Gülçiçəklilər (Rosaceae) fəsiləsindəndir. Şimali Amerikada
200-dən çox, Qafqazda 14, Azərbaycanın dağ-meşə rayonla-
rında 9 müxtəlif ağac və kol növləri yayılmışdır. Azərbaycanda
cır yemişanların forma müxtəliflikləri çoxdur. Iri meyvəli
yemişanlar isə dağlıq rayonlarda bağ meyvəsi kimi becərilir.
Oğuz, Qəbələ, Lənkəran, Astara, Şəki, Zaqatala, Quba, Qusar,
Qonaqkənd, Şuşa, Ismayıllı rayonlarının meşəliklərində ye-
mişan bitkisinə daha çox təsadüf olunur. Respublikamızda bitən
yemişan bitkilərini ilk dəfə elmi əsasda tibb elmləri doktoru,
prof. D.Y.Hüseynov öyrənmişdir.
Ağac və ya iri kol bitkisi olan yemişanın növbə ilə düzül-
müş yumurtaşəkilli yarpaqları vardır. Yarpaqlarının kənarları
diş-diş, ağ rəngli nəzəri cəlb edən ətirli çiçəkləri vardır. Uzun-
sov, kürəşəkilli giləmeyvəyə oxşayan, ətli və şirəli meyvəsi
olur. Yetişəndə qırmızı rəngə boyanan meyvələrinin içərisində
açıq sarı rəngli toxumları olur. Meyvəsinin azca büzüşdürücü
dadı vardır. Yemişan may-iyun aylarında çiçək açır, meyvələri
avqust-sentyabrda yetişir. Meyvələri qırmızı və qaradır. Mey-
vələri yumru və bir qədər yastı olur. Ətliyi yumşaq və bir qədər
kövrəkdir. 3-4 ədəd çəyirdəyi (bəzən 2 və ya 5 ədəd) vardır. 10-
15 yaşından başlayaraq meyvə verir və 200-300 il ömür sürür.
Yemişanın meyvələri xoşa gələn dadlı, şirəli, şirin və
meyxoşdur. Yemişanın tərkibində 3,78-7,97% şəkər (əsasən
163
qlükoza və fruktoza; saxaroza isə azdır), 0,46-0,81% üzvi turşu
(alma, limon, şərab və s.), 0,46% aşılayıcı və rəngləyici maddə,
1,5% pektinli maddə, 2,3% sellüloza, 0,92% azotlu maddə,
1,26% pentozanlar vardır. Yemişanda, həmçinin, fitosterinlər,
flavonoidlər, saponinlər, qlükozidlər, karotin, xolin, vitamin C
və b. maddələr vardır. Yemişanın toxumunda 30-37% yağ,
çiçəklərində isə 1,5% efir yağı olur.
Yemişan təzə halda yeyilir, ondan kompot və kisel,
lavaşana hazırlanır, sirkə qoyulur və araq çəkilir. Meyvələrini
qurudub üyütdükdən sonra, unla qarışdırıb çörək bişirirlər.
Qovrulmuş meyvələrdən qəhvə əvəzedicisi, yarpaqlarından isə
çay içkisi hazırlamaq olar.
Yemişan qiymətli balverən bitki olub, hər çiçəyi 0,5 mq
nektar verir. Nektarın tərkibində 64,4% şəkər olur.
Yemişanın oduncağı bərk və möhkəm olduğundan, xarrat
məmulatının hazırlanmasında işlədilir. Yemişanın yarpaqların-
dan və oduncağının qabığından alınan boya maddəsi parçaları
qırmızı və qəhvəyi çalarlı rəngə boyayır.
Yemişanın müalicəvi xassələri. Dərman məqsədilə
yemişanın həm çiçəklərindən, həm də meyvələrindən istifadə
olunur. Çiçək və meyvələrini tam yetişəndə toplayır, xüsusi
quruducularda qurudur, sonra istifadəyə verirlər. Ümumiyyətlə,
yemişan meyvələrini ağ kağız üzərində nazik-nazik sərib, tez-
tez çevirməklə qurutmaq daha əlverişlidir. Bu cür qurudulmuş
meyvələr təbii rəngini saxlayır, kimyəvi tərkibini də dəyişmir.
Qurudulmuş meyvələri xüsusi torbalara doldurub havası daim
dəyişilən binalarda saxlamaq lazımdır.
Yemişanın meyvəsindən və çiçəklərindən çox qədim
vaxtdan bəri xalq təbabətində bir sıra məqsədlər üçün istifadə
olunur. Çiçəklərindən və meyvələrindən ürək ağrılarında və ya
xroniki ürək xəstəliyində çay kimi dəmləyib içirlər. Bundan
ə
lavə, təzə dərilmiş meyvələrindən uşaq əmizdirən analara döş
südünü artırmaq və onun keyfiyyətini yaxşılaşdırmaq üçün də
verirlər.
164
Yemişan meyvələrində bir sıra faydalı maddələr müəy-
yən edilmişdir. Bunlardan ən başlıcası flavon törəməli qliko-
zidlərdir. Bu bioloji fəal maddələr rənglərinə və tərkiblərinə
görə üç qrupa bölünür: birinci qrupa, qırmızı rəngli flavon
qlikozidləri daxildir ki, bunlar çox qüvvətli bioloji təsirə malik-
dir. Ikinci qrupa çəhrayı rəngli flavon qlikozidləri daxildir ki,
bunların təsiri birinciyə nisbətən zəifdir. Üçüncü qrupa isə, sarı
rəngli flavonoidlər daxildir. Bunların təsiri daha zəifdir.
Bunlardan başqa yemişan meyvəsində saponinlər, üzvi turşular,
şə
kər və qatran maddələri də müəyyən edilmişdir. Çiçək və
meyvələrində müxtəlif vitaminlər vardır. Müasir təbabətdə
çiçək və meyvələrindən bir sıra mühüm dərman preparatları ha-
zırlanır ki (dəmləmə, tinktura, ekstrakt və s.), onlardan təba-
bətdə ürək xəstəliklərinin müalicəsində, xüsusən hipertoniyada
geniş istifadə olunur.
Yemişan meyvəsindən ürək ağrılarında və ya xroniki
ürək xəstəliyində çay kimi dəmləyib içirlər. Müasir təbabətdə
yemişanın tinkturasından və ekstraktından hipertoniyada geniş
istifadə olunur. Yuxusuzluğa, ürək əsəblərinə qarşı tətbiq edilir.
Son zamanlar müəyyən edilmişdir ki, yemişan ekstraktı qanda
xolesterini azaldır. Ona görə də yemişandan aterosklerozun
müalicəsi və profilaktikasında da istifadə olunur.
Zirinc – Барбарис – Berberis vulgaris L. Zirinc
(Berberidaseae) fəsiləsinin zirinc cinsinə mənsubdur. 450
növündən – adi zirinc, Şərq zirinci, Amur zirinci və uzunsov
zirinc daha çox yayılmışdır.
Adi zirinc yabanı halda Krımda və Qafqazda dəniz
səviyyəsindən 200 metr yüksəklikdə bitir. Azərbaycanın dağ-
meşə rayonlarında, Xızıda və Altıağacda daha çox yayılmışdır.
Azərbaycanda zirincin 3 növünə rast gəlinir. Adi zirinc daha
çox təsadüf edilir. Adi zirinc Azərbaycanın dağ-meşə rayon-
larında, xüsusən Quba, Qusar, smayıllı rayonlarında, Xızıda,
Altıağacda daha çox yayılmışdır. Adi zirinclə yanaşı çox
istifadə olunan bir də Amur zirincidir. O Uzaq Şərqdə bitir, dağ
165
çayları kənarında olan meşəliklərdə ehtiyatı çoxdur. Müasir
təbabətdə hər iki zirincin yarpaqlarından dərman məqsədilə
istifadə olunur. Yarpaqlarını bitki çiçək açan dövrdə toplayır,
quru havalı binada qurudub əczaçılıq zavoduna göndərirlər.
Zirincin meyvəsi də faydalıdır. Onun tərkibi C vitamini ilə çox
zəngindir. Odur ki, meyvələrini yetişən dövrdə (avqust-
sentyabr aylarında) toplayıb, günəşli havada qurudur, sonra çay
kimi dəmləyib avitaminoz xəstəliyinə tutulan şəxslərə gündə 3
dəfə yeməkdən əvvəl verirlər.
Zirinc hündürlüyü 2-3,5 m-ə çatan ağac və ya kol
bitkisidir. Üç yerə ayrılmış budaqları tikanlıdır. Budaqlarının
qoltuğunda dəstə-dəstə yerləşən yumurtaşəkilli yarpaqları sıra
ilə düzülmüşdür. Salxım şəklində düzülmüş açıq sarı rəngli
çiçəkləri vardır. Ovalvarı, üçtoxumlu, yetişəndə qırmızı rəngə
boyanan giləmeyvəsi olur. Meyvəsinin dadı çox turşdur.
Toxumları uzunsov formada, qırmızı-qonur rəngdədir. Bitkinin
gövdəsindəki qabığı xaricdən açıq sarı, daxildən qonur sarı
rəngdə olur. Zirinc iyun ayında çiçək açır, meyvəsi avqust-
sentyabrda yetişir. Salxım şəklində düzülmüş açıq sarı rəngli
ə
tirli çiçəkləri vardır. Yarpaqları açıq yaşıl rəngli və turş dadlı
olur. 2-3 qırmızı-qonur toxumlu gilədir. Çəkisi 0,14-0,32 q-dır.
Toxumu meyvəsinin 24-30%-ni təşkil edir, silindr və ya oval
şə
klindədir. Uzunluğu 12 mm-dir. Əsasən qırmızı, bəzən isə
qara, sarı və çəhrayı rəngdə olur. Meyvəsi turşdur və uc
hissəsində qönçə tumurcuğu yapışıq qalır. Meyvəsini əl ilə
yığırlar. Şaxta vurduqda dadı yaxşılaşır.
Zirinc meyvəsinin tərkibində 5% şəkər, 5-6% üzvi turşu
(əsasən, alma turşusu), 0,6-0,8% aşılayıcı və rəngləyici maddə,
0,4-0,6% pektinli maddə, 4,9% sellüloza, 0,95% kül və 150-
170 mq% C vitamini vardır. Iyun ayında toplanmış yarpaqla-
rında 120 mq% C vitamini və meyvə verdikdə yığılmış yar-
paqlarında 40 mq% E vitamini vardır. Qeyd etmək lazımdır ki,
zirincin meyvəsində C vitaminindən başqa, bir sıra digər mü-
hüm maddələr də vardır. Bunlardan limon və alma turşularını,
166
piroqallol qrupu aşı maddələri, flavonoidləri, pektin və şəkərli
maddələri qeyd etmək olar.
Zirincdən təzə halda çox az istifadə edilir. Bundan sirkə,
şə
rab, jele, mürəbbə, şirə, spirtsiz içki, tamlı qatqı, konfet və
karamel üçün içlik hazırlayır və qurudurlar. Bir qədər kal yığıl-
mış meyvələrini qurudur və sumaq əvəzinə tamlı qatqı kimi
istifadə edirlər. Zirinci şorabaya da qoyurlar. Meyvəsindən
alınmış cövhərdən likör və qazlı içkilər hazırlanır.
Zirincin müalicəvi xassələri. Zirincin meyvələrindən
xalq təbabətində sinqa, raxit, qanazlığı, isitmə, mədə-bağırsaq
xəstəliklərinin müalicəsində ta qədimdən bəri istifadə edilir.
Eyni zamanda, meyvələrindən yeyinti sənayesində də mürəbbə
və digər məhsullar alırlar. Zirincin yarpağının əsas təsiredici
maddəsi berberin alkaloididir. Bu alkaloid təmiz halda açıq sarı
rəngli kristal maddədir, qankəsici təsirə malikdir. Hazırda elmi
təbabətdə hər iki zirinc bitkisinin yarpaqlarından spirtli cövhər
(Tinctura Berberidis) hazırlanır ki, ondan uşaqlıq qanaxma-
larında qankəsici dərman kimi istifadə olunur.
Yarpaqlarından alınmış spirtli cövhərdən daxili qanax-
malarda müalicəvi vasitə kimi istifadə edilir. Yarpaqlarında,
həmçinin, A və C (130 mq%) vitaminləri vardır. Zirinc çiçək-
lərindən dəmlənmiş çay öskürəyə qarşı içilir.
Xalq təbabətində zirincdən və ondan hazırlanmış mürəb-
bədən sarılıq xəstəliyinin müalicəsində istifadə olunur.
167
S TRUS, SUBTROP K VƏ TROP K
MEYVƏ LƏ R
Subtropik və tropik meyvələr bir sıra bioloji xüsusiy-
yətlərə malikdir və xüsusi becərilmə tələb etdiyindən, heç də
bunların hamısı respublikamızda əkilib-becərilmir. Ona görə də
bu qrupa aid olan tropik meyvələrin əksəriyyəti ölkəmizə
xaricdən gətirilir. Lakin Azərbaycanın torpaq-iqlim şəraiti bu-
rada bir çox sitrus və subtropik meyvələrin əkilib-becərilməsinə
imkan verir.
Bu meyvələr zəngin tərkibə malik olduğundan müxtəlif
məqsədlər üçün istifadə olunur. Bu meyvələrin tərkibində insan
orqanizmi üçün vacib olan vitaminlər və bioloji fəal maddələr
olduğundan, əsasən təzə halda və şirə kimi istifadə olunur. Bəzi
subtropik və tropik meyvələr qurudulmuş halda (xurma, əncir)
daha uzun müddət saxlanıla bilir və ilin bütün vaxtlarında isteh-
lak edilir. Subtropik və tropik meyvələrin tərkibində vitamin-
lərlə yanaşı nisbətən çox miqdarda üzvi turşular, efir yağları,
qlükozidlər, fitonsidlər, alkaloidlər və s. maddələr də vardır.
Bu meyvələr pəhriz-müalicəvi qidalanmada geniş istifadə
olunur. Lakin bu bitkilərin becərildiyi ölkələrdə onun meyvə-
sindən müalicəvi məqsədlə az istifadə olunur. Onlar subtropik
və tropik bitkilərin yarpaqlarını, qabığını və digər orqanlarını
tədarük edir və müalicəvi məqsədlə istifadə edirlər. Bəzi sitrus
və subtropik meyvələr əczaçılıq təcrübəsində geniş tətbiq
olunur.
Sitrus meyvələrinə limon, narıngi, portağal, qreypfurt,
kumkvat, kivi aiddir.
Subtropik meyvələrə nar, əncir, xurma, zeytun, feyxoa,
innab, iydə, tut aiddir.
Tropik meyvələrə isə banan, ananas, Iran xurması,
manqo, avakado, liçi, papayya, çörək ağacı və s. aiddir. Biz bu
bitkilərin izahını əlifba sırası ilə veririk.
168
Dostları ilə paylaş: |