Baş soğan – Лук репчатый – Allium sepa. Soğan
Süsən (Iridaceae) fəsiləsindən olan çoxillik bitkilər (Allium
245
sepa) qrupuna daxildir. Soğanın vətəni Asiyadır. Zaqafqazi-
yada və eləcə də Azərbaycanda soğan çox qədim vaxtdan əkilir.
Baş soğan quruluşca qat-qat köynəkli qabıqlardan
ibarətdir. Üst qabıqlar quruyub nazik pərdə təşkil edir və
soğanın daxili yeməli qatlarını həm tez qurumaqdan və həm də
mikroorqanizmlərdən mühafizə edir. Yaxşı qurudulmuş soğan-
da iki-üç quru pərdə əmələ gəlir. Soğanın kimyəvi tərkibi onun
təsərrüfat-botaniki sortundan, yetişdirilməsi dərəcəsindən, ye-
tişdiyi rayonun torpaq-iqlim şəraitindən asılıdır.
Soğanın tərkibində orta hesabla 85,5% su, 5,8% şəkər
(karbohidratların ümumi miqdarı 10,5%-dir), 2,5% azotlu
maddə, 0,7% kül, 0,1% üzvi turşu, 0,01-0,99% efir yağı, 0,8%
sellüloza vardır. Ümumi şəkərin miqdarı 2,5%-dən 14%-ə
qədərdir. Onun 0,3-10,5%-ni saxaroza, 0,3-0,6%-ni isə
monozlar təşkil edir. Soğanda, həmçinin, az miqdarda rafinoza,
ksiloza, arabinoza, riboza, eləcə də, bəzi polifruktozanlar vardır
ki, axırıncılar hidroliz olunduqda fruktoza və qlükoza verir.
Daxili qatlarda şəkərin miqdarı xarici qatlara nisbətən 2-3%
çoxdur. Acı soğanlarda orta hesabla 10%, şirin soğanlarda isə
5% şəkər vardır.
Şə
kərlərdən başqa karbohidrat kompleksində 0,2-0,6%
hemisellüloza, 0,5-0,8% sellüloza, 0,5% pentozanlar, 0,6%
pektin maddəsi vardır. Lakin karbohidratların 85-90%-ni
şə
kərlər təşkil edir. Qeyd etmək lazımdır ki, acı soğanlarda
şə
kərin miqdarı şirin və yarımacı soğanlara nisbətən çoxdur.
Soğana spesifik ətir və acılıq verən onların tərkibindəki
efir yağlarıdır. Efir yağlarının miqdarı 0,01-0,09%-ə qədərdir.
V.D.Yeremenkonun məlumatına əsasən soğanda efir yağı 12-
162 mq% arasında dəyişə bilər. Daxili qatlarda 28-43 mq%,
orta qatlarda 19-20 mq%, xarici qatlarda isə 16-23 mq% efir
yağı olur.
Acı soğanın tündlüyü onun tərkibində olan efir yağının
tərkibindən və uçucu xassəli fraksiyanın miqdarından asılıdır.
246
Soğandakı efir yağının tərkibi müxtəlif birləşmələrdən
ibarətdir. Lakin bunun əsasını allil-propil-disulfid təşkil edir.
Efir yağının iki – uçucu və uçucu olmayan fraksiyaları vardır.
Uçucu fraksiya 30-35 mq% olur. Onun tərkibində karbonat
turşusu, metanol, propion aldehidi, propil-merkaptan, az miq-
darda asetaldehid, hidrokükürd qazının izi, dipropildisulfid,
propanol və s. vardır. Efir yağının fitonsid xassəsi daha çoxdur.
Soğan qabığının sulu və spirtli məhlulu da fitonsid xassəlidir.
Soğanın kök hissəsi (dibi) fitonsid xassəli maddələrlə zən-
gindir. Sarımtıl qabıqlı acı soğanlar daha çox fitonsid xassəli
olur. Fərz edirlər ki, soğanın fitonsid xassəsi onun tərkibində
olan S-H-propilsisteinsulfoksid və S-metil-sistein-sulfoksid-
lərin olmasından irəli gəlir. Fermentlərin təsiri ilə bunlar tiosul-
finatlar əmələ gətirir.
Soğanın tərkibində 1-2,2% zülali maddə, 18-dən çox
aminturşu tapılmışdır. Bunlardan qlisin, treonin, alanin, prolin,
tirozin, qlütamin turşusu daha çoxluq təşkil edir.
Soğanda 6-10 mq% C vitamini, habelə az miqdarda E, H,
B
1
, B
2
, B
6
, PP vitaminləri, fol və pantoten turşuları vardır.
Üzvi turşulardan (0,15-0,3%) limon, alma və kəhrəba tur-
ş
usu rast gəlinir. Quru qabıqlarda antiseptik xassəli protoka-
texin turşusu tapılmışdır.
Soğanın tərkibində minerallı maddələrdən 29 mq%
kalsium, 123 mq% fosfor, 151 mq% kalium, 14 mq% natrium,
14 mq% maqnezium və 0,4 mq% dəmir vardır. Boya maddə-
lərindən soğanın yarpaqlarında kversetin maddəsi vardır ki, bu
da flavonun törəməsidir. Bənövşəyi rəngli soğanın qabığında
sianidin boya maddəsi tapılmışdır.
Soğanın təsərrüfat-botaniki sortları bir-birindən forması-
na, çəkisinə, quru qabığın rənginə, sıxlığına, yetişmə müddətinə
və s. görə fərqlənir.
Soğanın qabığının rəngi dadından asılı olaraq dəyişir. Acı
soğanların qabığı şirin soğanların qabığına nisbətən quru və
daha tünd rəngdə olur.
247
Soğan formasına görə yastı, yastı dairəvi, yumru, dairəvi
və ya uzunsov olur. Yetişmə dərəcəsinə görə tezyetişən (80
günə), orta yetişən (80-100 günə) və gec yetişən (120 gündən
çox) qruplarına ayrılır. Bir ədədinin çəkisinə görə xırda (50 q-
dək), orta iri (60-120 q-dək) və iri (120 q-dan çox) olur.
Soğanlar, əsasən dadına görə qruplaşdırılır: acı, yarımacı və
ş
irin soğan.
Acı soğan sortlarından: – «Arzamas», «Bessonov»,
«Msterski», «Rostov», «Striqunov», «Poqar», «Ufa» və s-ni
qeyd etmək olar.
Yarımacı soğan sortlarından: – «Danilov», «Qızıl şar»,
«Kaba», «Myaçkov», «Qribov», «Sitaye», «Belozer» və s-ni
qeyd etmək olar.
Ş
irin soğan sortlarından: – «Barleta», «Krasnodar-35»,
«Margelan», «Yalta», «Conson», «Sarı Ispan» və s-ni qeyd
etmək olar.
Azərbaycanda becərilən soğan sortlarının çoxu yerli sort-
lardır. Burada yayılmış və rayonlaşdırılmış baş soğan sortları,
ə
sasən Masallı, Kaba-Qusarçay (sinonimi Xaçmaz), Luqanski
və Hövsan soğanlarıdır.
Soğan təzə halda kulinariyada, qurutma, sirkəyəqoyma
və tərəvəz konservlərinin hazırlanmasında istifadə olunur. Ət
xörəkləri soğansız hazırlanmır. Soğan iştahanı artırır və başqa
qidaların həzminə müsbət təsir göstərir. Həmçinin, bakterisid
xassəyə malik olduğundan bir çox mikroorqanizmləri məhv
edir. Ona görə də soğanın müalicəvi əhəmiyyəti vardır.
Xalq təbabətində soğandan mədə-bağırsaq xəstəliklərində
yarasağaldıcı dərman kimi istifadə edilir. Soğandan elmi
təbabətdə «Allilçep» və «Allilqliser» adlı preparatlar hazırlanır
ki, bunlardan bir sıra xəstəliklərdə, son illərdə isə mədə-
bağırsaq xoralarına, qrip və anginaya qarşı, eləcə də avitaminoz
zamanı geniş istifadə edilir.
Soğanın müalicəvi xassələri. Soğanın vətəni Cənub-
Qərbi Asiyadır. Buradan soğan Misirə, Yunanıstana, Romaya
248
aparılmış və orta əsrlərdə Avropanın bütün ölkələrində
becərilməyə başlanmışdır. Hazırda soğanın müxtəlif növləri
dünyanın bütün ölkələrində becərilir. Soğanın zəngin kimyəvi
tərkibi onun qidalanmada və təbabətdə istifadə olunması ilə
ə
laqədardır.
Soğan təzə, bişirilmiş, qızardılmış, sirkəyə qoyulmuş və
qurudulmuş halda istifadə olunur. Soğan qidaya müəyyən dad
verməklə yanaşı, onu vitaminləşdirir. Ona görə də soğandan
aşpazlıqda müxtəlif ət, balıq və tərəvəz xörəklərinin hazırlan-
masında geniş miqyasda istifadə olunur.
Soğanın tərkibində C vitamini çox olduğundan, sinqa
ə
leyhinə, eləcə də avitaminozun, qripin müalicəsində və profi-
laktikasında əsas vasitə hesab olunur.
Təzə soğan iştahanı artırır, həzm orqanlarının fəaliyyətini
və şirə ifrazını yaxşılaşdırır, qidalı maddələrin orqanizmdə daha
yaxşı mənimsənilməsinə kömək edir. Ona görə də soğanı
yeməkdən qabaq müxtəlif qəlyanaltılarla və ikinci xörəklərlə
birlikdə yeyirlər.
Diabet xəstəliyindən əziyyət çəkənlərə fırında bişirilmiş
soğandan şorpa məsləhət görülür. Bağırsaqların iltihabında,
qəbizlikdə və babasildə təzə soğan şirəsi yaxşı təsir göstərir.
Gündə 3-4 dəfə yeməkdən əvvəl 1 çay qaşığı soğan şirəsi
içmək məsləhət görülür. Soğandan aterosklerozda və qantəzyiqi
zamanı da istifadə etmək (digər müalicə və pəhrizlərlə yanaşı)
faydalıdır. Son illər soğanın qanda xolesterinin miqdarını aşağı
salması və aterosklerozun inkişafını dayandırması eksperiment
yolla təsdiq edilmişdir. Bununla əlaqədar olaraq, əczaçılıq
sənayesində soğanın spirtdəki məhlulu olan «allilçep» preparatı
istehsal olunur. O antimikrob təsirə malik olub, bağırsağın
sekresiya fəaliyyətini və əzələlərini stimullaşdırır. Nəticədə
xəstə özünü yaxşı hiss edir. Allilçep bağırsağın tonusunun
itməsi (atoniya) və qəbizliyə meyillilik zamanı (yeməkdən
ə
vvəl gündə 3 dəfə 15-20 damcı) təyin olunur. Ondan atero-
249
skleroz və qantəzyiqinin müalicəsində də (3-4 həftə, gündə 3-4
dəfə 20-30 damcı) istifadə etmək olar.
Xalq təbabətində soğanın sidikqovucu xassəsindən
vodyankanın müalicəsi üçün istifadə olunur. Ürək və qaraciyər
xəstəlikləri zamanı əks-təsir göstərdiyi üçün soğandan istifa-
dəyə ehtiyatla yanaşılmalıdır.
Soğandan bəzi hallarda yumru qurdların (askarid, ostris)
orqanizmdən çıxarılmasında istifadə edirlər. Belə hallarda ac-
qarına soğan yemək və ya 1/3-1/2 stəkan soğan tinkturası iç-
mək məsləhət görülür. Tinkturanı hazırlamaq üçün orta irilikdə
bir ədəd soğan əzilir, üzərinə bir stəkan su tökülüb 8-12 saat
saxlanılır.
Soğandan hazırlanmış əzintidən dəridəki qaşınan səp-
kilərin, irinli sızanaqların, çillərin, piqmentli ləkələrin və ziyil-
lərin müalicəsində istifadə edirlər.
Təzə yanıqların üzərini soğan əzintisi ilə örtmək
məsləhət görülür, nəticədə iltihabi proseslər azalır və suluqların
ə
mələ gəlməsinin qarşısı alınır. Bişirilmiş soğanın südlə əzintisi
ilə irinli yaraların və döyənəklərin yumşaldılması üçün istifadə
olunur.
Tüklərin möhkəmlənməsi və uzanması üçün həftədə 1-2
dəfə başın dərisini soğan şirəsi və ya əzintisi ilə ovxalamaq
lazımdır. Bu məqsədlə başı soğan qabığından hazırlanmış
həlimlə də yumaq olar. Belə həlimlərlə (1 ovuc soğan qabığı bir
stəkan suda 5-10 dəq qaynadılır) başda olan kəpəyin kənar et-
mək və saçlara qızılı-samanı çalarlı rəng vermək üçün də
istifadə etmək olar.
Soğanın antimikrob xassəsi onun tərkibindəki fitonsid-
lərin miqdarından asılıdır. Qədimdə buğda və çovdar saxlanılan
anbarlara qoyulan soğan taxılda qurdların əmələ gəlməsinin
qarşısını alırdı. Soğanın bu xassəsini professor B.P.Tokin təsdiq
edərək müəyyənləşdirmişdir ki, təzə soğanın tərkibindəki xü-
susi maddə göbələklərə və xəstəlik törədən mikroblara öldü-
rücü təsir göstərir. Bu maddə qatılığından və fəaliyyətindən
250
asılı olaraq qızılı stafilokokkları, Sibir yarası, difteriya və
vərəm çöplərini məhv edir.
Soğanın fitonsidləri ilə qripi və zökəmi müalicə edirlər.
Bu məqsədlə gündə 3-4 dəfə 10-15 dəq ərzində buruna soğan
ş
irəsi ilə isladılmış pambıq qoyulur. Belə müalicəni qulağın
iltihabında da istifadə etmək olar.
Bağırsaq florasına təsir etmək üçün soğan şirəsi içilir,
boğaz ağrıları və ağciyərin bəlğəmli iltihabında təzə soğan
ə
zintisini iyləyirlər. Təzə soğan şirəsini ağız boşluğunun selikli
qişasındakı xırda yaraların müalicəsində də istifadə edirlər,
çünki soğanın fitonsidləri bəzi göbələklərin həyat fəaliyyətini
dayandırır.
Batat – Батат – Ipomoea batatas Lam. Otsarmaşıq
(Convolvulaceae) fəsiləsindəndir. Kartofa bənzədiyi üçün şirin
kartof da adlanır. Əsasən Çində, Cənubi Amerikada, Yapo-
niyada, Hindistanda, Yeni Zelandiyada, Şimali Qafqaz və Türk-
mənistanda yayılmışdır. Batat istisevən çoxillik bitkidir. Uzun-
sov formalıdır, çəkisi 0,3-dən 1,5 kq-a qədərdir. Tərkibində orta
hesabla 72,5% (7-175%) su, 3,75% zülal, 24% karbohidrat, o
cümlədən 15-20% nişasta və 1,2-2% şəkər, 0,8-1,5% mineral
maddə, 1% sellüloza vardır. 100 q batat 466 kCoul enerji verir.
Tərkibində 397 mq% K, 49 mq% P, 1 mq% Fe, vitaminlərdən
mq%-lə: C – 23, B
1
– 0,10, B
2
– 0,05, P – 0,5 və 0,3 mq%
karotin vardır.
Batatın ətli hissəsi ağ-qırmızı və ya çəhrayı olur. Şirin
xörəklərin və 1-ci xörəklərin hazırlanmasında istifadə olunur.
Bibər (saplaqlı istiot) – Перец – Capsicum annuum.
Badımcançiçəklilər (Solanaceae) fəsiləsindəndir. Vətəni Mek-
sika və Qvatemaladır. Tropik Amerika hinduları onu ta qədim-
dən becərirlər. Kolumb bibəri Avropaya gətirir və tezliklə
bütün ölkələrdə yayılır. Rusiyada bibər XVII əsrin əvvəllə-
rindən əkilməyə başlanmışdır. Bibər iki qrupa bölünür: şirin və
acı bibər. Bibər yaşıl, qırmızı, sarı və narıncı rəngdə olur. Bol-
qarıstanın şirin bibər sortları çox qiymətlidir, müxtəlif
251
qəlyanaltıların, xörəklərin və konservlərin hazırlanmasında
istifadə olunur. Rusiyanın və Ukraynanın cənub rayonlarında,
Moldova, Orta Asiya və Zaqafqaziya respublikalarında becə-
rilir. stisevən bitki olduğundan cənub rayonlarında daha çox
becərilir.
stiotun tərkibi onun sortundan, yaşıl və ya qırmızı olma-
sından, yetişmə dərəcəsindən asılı olaraq dəyişir. Şirin istiotun
tərkibində orta hesabla 4,8-9,5% quru maddə, o cümlədən 1,0-
1,3% zülali maddə, 4,7-7,3% ümumi karbohidratlar, 0,5-0,6%
mineral maddə və 90-350 mq% C vitamini vardır.
Acı istiotda 9-20% quru maddə, o cümlədən 4,5-8,0%
şə
kər vardır. stiotun acı dadı onun tərkibindəki kapsaisin
qlükozidinin (C
18
H
27
NO
3
) miqdarından (0,02-1,0) asılıdır.
stiot dad xüsusiyyətinə görə acı və şirin növlərinə
ayrılır. Daxilində isə 2-4 kamera yerləşir. Adətən şirin sortlar
acılardan iri olur. Şirin istiotlara bibər adı verilmişdir. Şirin-
lərdən duza və sirkəyəqoyma, habelə salat və 2-ci xörəklərin
hazırlanmasında istifadə edilir. Acılar isə aşpazlıqda, duza,
sirkəyə qoymaq və qurutmaq üçün istifadə edilir.
stiot yetişməsindən asılı olaraq tünd qırmızı, sarı-qır-
mızı, sarımtıl və yaşıl rəngdə olur. Şirin istiot (bibər) kal dərilir
və satışa buraxılır. Acı istiot döyülmüş quru toz halında da
satışa verilə bilər.
Bütün istiot növləri saplağı ilə birlikdə dərilir. Acı
istiotun saplağının uzunluğu 2 sm-dən, şirin bibərin saplağının
uzunluğu isə 3 sm-dən artıq olmamalıdır.
stiotlar formasına görə silindrik, konusvarı, yumurtavarı,
dairəvi hamar, əyilmiş, qabırğalı və çopur səthli olur.
Ölçüsünə görə iri – 45 q-dan çox, orta – 25-45 q və xırda
– 25 q-a qədər olur. Ətli hissənin qalınlığından asılı olaraq
nazik divarlı – 1-2 mm qalınlığında, orta qalınlıqda – 3-4 mm
və qalındivarlı – 4 mm-dən çox qalınlıqda olur.
252
Yetişmə müddətindən asılı olaraq tezyetişən (90-120
günə), ortayetişən (121-140 günə) və gecyetişən (140 gündən
çox) qruplarına bölünür.
Ş
irin bibərlərin ən çox yayılmış sortlarından ağ Krım,
Bolqar-79, Iri sarı, Maykop, Adıgey, Kalinkov, Novoçerkask-
35, Qoqaşarı, Qırmızı konservlik-211, Oş-Kom, Ağ Moldova,
Ağ Nikitski, Ratunda və digərlərini göstərmək olar.
Acı istiotların ən çox yayılmış sortlarından Həştərxan A
160, 147/628, Kayen, Ukrayna, Kardinalski, Velikan,
Margelan, Fil xortumu-304 və digərlərini göstərmək olar.
Azərbaycanda şirin istiot sortlarından Maykop-470, acı
istiotlardan isə Fil xortumu-304 və Həştərxan-628 becərilir.
Ş
irin istiotun meyvəsi təzə, təmiz, sağlam, forması və
rəngi botaniki sortuna müvafiq olmalıdır. Saplaqlı, yetişmə
dərəcəsinə görə eynicinsli, rəngləri tünd yaşıldan, yaşılımtıl-
sarı, tam yetişmiş isə qırmızı və ya sarı rəngli olur. Uzunsov
formalıların uzunluğu 6 sm-dən, yumru formalıların diametri 4
sm-dən az olmamalıdır. Dadı şirin və istiota xas zəif tündlüyə
malikdır. Kiçikölçülü meyvələrin olmasına yol verilir. Uzunsov
formalılarda 4 sm-dən 6 sm-ə qədər ölçülü və yumru for-
malılarda isə 3 sm-dən 4 sm-ə qədər ölçülü olanların miqdarı
8%-dən çox olmamalıdır.
Bir qədər solmuş, lakin büzüşməmiş, sıxılmış və çatla-
mışların miqdarı 15%-ə qədər ola bilər. Kənarlaşmanın ümumi
miqdarı hər göstərici üzrə norma daxilində 20%-dən çox
olmamalıdır.
Acı istiot təzə, meyvəsi təmiz, sağlam, bütöv, müxtəlif
formalı, saplaqlı, yetişmiş, qırmızı rəngli, dadı acı və yandırıcı
olmalıdır. Acı istiot partiyasında 5% miqdarında əzilmiş və
çatlamışların və 5% miqdarında yaşıl rəngdə müxtəlif istiotların
olmasına yol verilir.
Bibərin müalicəvi xassələri. Bibər qidaya təzə, bişi-
rilmiş, pörtlədilmiş, duza və sirkəyə qoyulmuş, eləcə də müx-
təlif konservlər (qəlyanaltı və nahar konservləri) halında
253
istifadə olunur. Lakin mədə-bağırsaq, qaraciyər və böyrək
xəstəliklərində bibərdən (xüsusilə acı sortlardan) istifadə etmək
məsləhət görülmür. Tərəvəzlərlə qiymələnmiş tomat sousunda
bibər konservi vitaminlə zəngin və qidalı olduğundan çox
tanınmış qəlyanaltıdır. Qurudulub üyüdülmüş qırmızı bibər
(qırmızı istiot) xörəklərə tünd yandırıcı dad verir və müxtəlif
xörəklərin yanında süfrəyə verilir. Acı bibərin toxumları
konservləşdirmədə ədviyyə kimi istifadə olunur. O likör-araq
sənayesində də istifadə olunur.
Tibbdə bibərin yandırıcı dada malik qırmızı sortlarından
istifadə olunur. Bu iştahanı artıran vasitə hesab olunur. Acı dad,
iştahaartırıcı və qidanın həzmini yaxşılaşdıran vasitə kimi acı
bibərin spirtdə hazırlanmış tinkturasından istifadə olunur.
Yeməkdən qabaq 10-20 damcı qəbul edilir. Bu tinktura bak-
terisid xassəyə malik olduğundan kəskin mədə-bağırsaq
pozuntularında da istifadə oluna bilər. Bu tinkturanı günəbaxan
yağı ilə qarışdırıb miozitdə (əzələlərin iltihabında), işiasda
(oturaq sinirin iltihabında) və digər xəstəliklərin müalicəsində
yayındırıcı vasitə kimi istifadə edilir. Apteklərdə dərini
ovxalamaq üçün tərkibində acı bibər tinkturası olan, liniment və
məlhəmlər hazırlayırlar. Bu həm də donmuş əl-ayağın ovxa-
lanması üçün istifadə olunan məlhəmin tərkibinə daxildir.
Qurudulmuş acı bibərlə iş gördükdə bibərin tozu yuxarı
tənəffüs yollarını və gözün selikli qişasını qıcıqlandırdığından,
gözdən yaşaxması, asqırma, öskürək və zökəm müşahidə
olunur. Ona görə də belə hallarda adamlar maska taxmalıdırlar.
Boranı (qabaqcıq və ya göy qabaq) – Кабачки –
Cucurbita var. giraumontia. Qabaqkimilər(Cucurbitaceae)
fəsiləsindən birillik bitkidir. Qabağın kal formalı növüdür.
Ağımtıl-yaşıl rəngdə, nazik qabıqlı və silindr şəklində olan bu
qabaq kal (7-10 günlük) dərilir. Ondan qızardılmış, qiymə-
lənmiş və həmçinin, göy qabaq kürüsü hazırlamaq üçün isifadə
edilir.
254
Tərkibində 4,9% quru maddə, o cümlədən 2,55% şəkər,
0,55% zülal, 0,13% yağ, 0,2% üzvi turşu, 0,8% sellüloza və
0,5% mineral maddə və 15 mq% C vitamini vardır. Göy
qabağın tərkibində 240 mq% kalium, 0,4 mq% dəmir, 0,6 mq%
PP, 0,03 mq % B
1
, 0,03 mq % B
2
, 0,11 mq% B
6
vitaminləri və
0,03 mq% karotin (provitamin A) vardır.
Ə
n çox yayılmış sortlarından Yunan, Qribov-37, Odessa-
52, Sote-38 qabaqcıqlarıdır.
Standart üzrə göy qabaq kal, təzə, təmiz, bütöv, yaşıl
rəngli və ya zolaqlı, müxtəlif formalı, səthi hamar və ya azca
qabırğalı, ətliyi bərk, dolu, uzunluğu 12-20 sm, toxumları kal
olmalıdır.
Cavan göy qabağın dadı və tamı xoşagələn olub orqa-
nizmdə yaxşı mənimsənilir. Göy qabağı uşaqların gündəlik
qidasına, sağalmaqda olan, eləcə də qida həzmi ilə problemləri
olan xəstələrin qida rasionuna əlavə etmək məsləhət görülür.
Yaxşı həzm olunduğuna və kaloriliyinin azlığına görə
(100 q-ı 27 kkal enerji verir) göy qabaq arıqlamaq istəyənlər
üçün pəhriz qidasında kütləvi surətdə istifadə olunan tərəvəzdir.
Aralıq dənizi ölkələrinin mətbəxində daha çox istifadə olunur.
Bu xörəklərdən ən məşhuru «Ratatuy»-dur. Qiymələnmiş göy
qabaq Provans əhalisinin ən kütləvi qidasıdır.
Brüssel kələmi – Капуста Брюсcельская
–
B.gemmifera L. Xaççiçəklilər (Cruciferae) fəsiləsindəndir.
G
övdəsi 1 m-dək uzanır. Üzərində isə 70-dən çox kiçik kələm
(diametri 2-6 sm) yumaları (başları) olur. Tərkibində 86% su,
4,8% zülal, 5,4% müxtəlif şəkər, 0,5% nişasta, 1,6% sellüloza,
0,7% üzvi turşu, 1,3% mineral maddə və 120 mq% C vitamini
vardır. Brüssel kələminin ən çox yayılmış sortu “Herkules”dir.
Brüssel kələmi çox dadlı olmaqla pörtlədilmiş, yağda qızar-
dılmış, həmçinin 1-ci xörəklərin hazırlanmasında və konserv-
ləşdirmədə istifadə edilir.
Cəfəri – Петрушка – Pertroselinum sativum Hoffm.
Çətirçiçəklilər (Umbelliferae) fəsiləsindən olan ikiillik bitkidir
255
(Pertroselinum sativum Hoffm). Qədim zamanlarda el
arasında dərman kimi işlədilirdi. Ədviyyə bitkisi kimi Av-
ropada XVI əsrdən becərilməyə başlanmışdır. Cəfərinin cavan
yaşıl yarpaqlarından ət, balıq və tərəvəzdən hazırlanmış müx-
təlif xörəklərin ətrini yaxşılaşdırmaq üçün istifadə edirlər.
Yaşıl cəfəri yarpaqlarında 3,7% zülali maddə, 8,1%
karbohidratlar, 1,5% sellüloza, 1,1% minerallı maddə, 0,1%
üzvi turşular, 150-300 mq% C vitamini, 3-5 mq% karotin
(provitamin A), az miqdarda B
1
, B
2
və PP vitaminləri vardır ki,
bunlar da xörəyin vitaminləşdirilməsinə səbəb olur.
Cəfərinin tərkibində efir yağının olması onun həzmedici
orqanlara təsirini artırır. Cəfəri toxumlarının tərkibində 2-7%,
yaşıl yarpaqlarında 0,016-0,3%, quru kökündə isə 0,08%-ə
qədər efir yağı vardır. Cəfərinin tərkibindəki efir yağının əsas
komponentlərindən apiol, α-pinen, miristisin, məlum olmayan
keton, aldehid, fenol və həmçinin, stearin və palmitin turşu-
larından ibarətdir. Cəfəri toxumlarının tərkibində 22%-ə qədər
piyəbənzər yağ vardır ki, onun da tərkibi 70-76% petrozelin, 9-
15% olein, 6-18% linol və 3% palmitin turşularından ibarətdir.
Cəfəri kökündə 1,5% zülali maddə, 11,0% karbohidrat,
1,3% sellüloza, 0,1% üzvi turşu, 1,1% minerallı maddə, 35-60
mq% C vitamini, 1,00 mq% PP vitamini, karotin, B
1
və B
2
vitaminləri var. Cəfəri kökündən kulinariyada və həmçinin,
kərəviz, cırhavuc və yerkökü ilə birlikdə qiymələnmiş qəlyan-
altı konservlərin hazırlanmasında istifadə edilir. Toxumundan
və yarpaqlarından alınmış efir yağından, həmçinin kon-
servləşdirmədə istifadə olunur.
Dostları ilə paylaş: |