Yapon əzgili – Мушмула японская – Eriobothrya
japonica Lind.
Gülçiçəklilər
(Rosaceae) fəsiləsindən
həmişəyaşıl subtropik bitkidir. Meyvələri şirəli, turşa-şirin, açıq
narıncı və ya sarı rəngdə, diametri 3 sm-ə qədər, bəzi mədəni
sortlarda 10 sm-dir. Daxilində bir neçə iri toxumları var. Vətəni
Çin və Şimali Hindistandır. Meyvəsindən təzə halda istifadə
olunur, kompot, mürəbbə, marmelad, pastila, povidlo hazır-
lanır. Toxumlarından qəhvə əvəzediciləri hazırlanır. Şəhər
parklarında və küçələrdə dekorativ bitki kimi əkilib-becərilir.
Yapon əzgili toxumları ilə, mədəni sortları isə calaq etməklə
artırılır. Müalicəvi xassələri dəqiqləşdirilməlidir.
201
Yapon xurması – Хурма японская – Diospyros kaki
L. Ebena (Ebenaceae) fəsiləsindəndir. Qafqazın Qara dəniz
sahillərində daha çox yayılmışdır. Qafqazda və Orta Asiyada
becərilir. Bunun meyvəsi dairəvi, yumru konusvarı və silindrik
formada olur. Rənginə görə sarı, çəhrayı, tünd qırmızı, bəziləri
isə tam qara rəngdə olur. Xurmanın 3 növü daha çox yayıl-
mışdır. Bunlar Qafqaz (yabanı xırnik), Virgen və subtropik
xurmalardan ibarətdir. Subtropik xurma yapon xurması adlanır.
Yapon xurmasının tərkibində 79-82% su, 15,8% şəkər,
0,2% turşu, 0,25% aşı maddəsi, 0,59% pektin maddəsi, 0,5%
azotlu maddə, 0,5% mineral maddə, 0,51% sellüloza, vitamin C
və karotin vardır. Başqa meyvələrdən fərqli olaraq tərkibində
saxaroza olmur. Tərkib xüsusiyyəti onun yetişmə dərəcəsindən
asılıdır. Bu isə onun dad-tamına təsir edir. Subtropik xurma
Çində, Yaponiyada, Amerikada və Avropada becərilir. Təzə
halda, qurutmaq üçün, habelə qənnadı məmulatı hazırlanma-
sında istifadə edilir. Iri-xırdalığından asılı olaraq xırda (100 q-a
qədər), orta iri (100-250 q) və iri (250-500 q) olur.
Hazırda ölkəmizdə 30-dan çox müxtəlif xurma sortu
yetişdirilir. Lakin hər yerdə yalnız 2 sort – Xiakume və Kostata
sortu çox yayılmışdır. Bunlardan başqa, Xaçia, Tanenaşi, Ciro,
Sidlev, XX əsr, Fuyyu, Tozlayıcı-8 və s. sortlar da yetişir. Qara
dəniz sahillərində Korolkami və Şokoladlı xurma sortları
yetişir.
Tezyetişən sortlar oktyabrın 1-ci yarısında, gecyetişən
sortlar isə noyabrın 2-ci yarısı, dekabrın əvvəllərində yetişir.
Xurma keyfiyyətinə görə 1-ci və 2-ci əmtəə sortuna
bölünür.
Meyvəsi şirin və bir qədər ağızbüzüşdürücüdür və əsasən
təzə halda yeyilir. Büzüşdürücü xassəsini azaltmaq məqsədilə
xurmanı 12 saat 30-40
0
C istiliyi olan suda saxlamaq və ya buz
dolabında (soyuducuda) dondurmaq lazımdır. Tərkibində
şə
kərdən (18%-ə qədər) başqa protein, limon turşusu, pektin,
tanin, C vitamini (3-53 mq%) və karotin (provitamin A) vardır.
202
Xurmadan şərbət, mürəbbə, cem, jele, doşab, likör, şərab, kvas,
araq hazırlanır. Son zamanlar qurudulmuş xurma çərəz kimi
süfrəyə verilir.
Yapon xurmasının müalicəvi xassələri. Xalq təba-
bətində xurma müxtəlif mədə xəstəliklərində yeyilir. Qida
həzminin pozulmasında ondan pəhriz qidası kimi istifadə etmək
olar. Meyvəsi toxumdan azad edildikdən sonra irinli yaralara
qarşı istifadə olunur. Yaraların sağalmasını sürətləndirir. Xur-
manın faydalı xüsusiyyətləri dəqiq öyrənilməlidir.
Zeytun – Оливки, маслинa – Oleaceae Olea
Europaea L. Zeytun (Oleaceae) fəsiləsindəndir. Əsasən Şimali
Qafqaz, Gürcüstanın Qara dəniz sahili, Azərbaycanda, Türkmə-
nistanda və Krımın cənub zonalarında yetişdirilir. Tərkibində
55%-ə qədər yağ olduğundan yağ istehsalı üçün istifadə edilir.
Meyvəsindən duzlanmış və sirkəyə qoyulmuş halda
istifadə edilir. Zeytun müalicəvi əhəmiyyətə malikdir. Xüsusən
böyrək və mədə xorası xəstəliklərinə qarşı istifadə olunur.
Zeytunun tərkibində 6% zülali maddə, çəyirdəyində 12-13%
yağ, 6% mineral maddə, 23% su, həmçinin 9% şəkər, A, B
2
və
C vitaminləri vardır.
Təsərrüfatda istifadə olunmasına görə 3 qrupa bölünür:
1.
Konservlik sortlar (Askolano, Santa Katerina, Tol-
qomskaya, Armudu zeytun).
2.
Konservlik yağlı sortlar (Tolqomskaya, Aqostino,
rimeyvəli Nikita zeytunu, Azərbaycan zeytunu, Şirin zeytun).
3.
Yağlı sortlar (Della Madonna, Tiflis, Kore-ciolo,
Nikita zeytunu).
Azərbaycanda, əsasən Azərbaycan zeytunu, Aqostino,
Armudu zeytun, Santa Katerina, Nikita zeytunu və Tiflis
sortları becərilir.
Zeytunun müalicəvi xassələri. Zeytun yağından qida
məqsədləri üçün və tibbdə geniş miqyasda istifadə olunur. Bitki
yağları içərisində ən qiymətli yağ hesab olunur. Zeytun yağına
«provans» deyilir. Bu adın ona verilməsi onun qədimdən
203
ə
sasən, Fransanın Provans əyalətində istehsal edilməsi ilə əla-
qədardır. Bu yağ qızılı-sarı rəngdə, xoşagələn dad və ətrə
malikdir.
Zeytun yağı orqanizmdə asan mənimsənilir və vitamin-
lərlə zəngindir. Ondan kulinariyada və konserv sənayesində
istifadə olunur.
Tibbdə zeytun yağının əhəmiyyəti böyükdür. Ondan
mədə-bağırsaq və öd kisəsi daşının müalicəsində, həm də bəzi
dərmanların hazırlanmasında həlledici vasitə kimi istifadə olu-
nur. Maz, plastır və digər məlhəmlərin hazırlanmasında əvəz-
olunmaz vasitədir. Tərkibində doymamış yağ turşuları çox
olduğundan aterosklerozun müalicəsində və profilaktikasında
yaxşı vasitə hesab edilir. Xalq təbabətində zeytun yağı yum-
ş
aldıcı kimi və mədə ağrılarında tətbiq olunur. Xaricə sürtmək
üçün qoturluqda, əzilmə və həşəratlar dişlədikdə istifadə edilir.
Zeytun meyvələrindən (çəyirdəyi çıxarılmış) hazırlanan mü-
rəbbə qaraciyər və öd kisəsi xəstəlikləridə müalicəvi əhəmiy-
yətə malikdir.
Zeytunun yarpaqlarından alınan ekstraktdan hiperto-
niyaya qarşı istifadə edilir. O qan təzyiqini aşağı salır, sidik-
qovucu təsirə malikdir və tənəffüsü normallaşdırır. Lakin bütöv
təzə yarpaqlardan hazırlanan ekstrakt qurudulmuş yarpaqdan
hazırlanana nisbətən daha səmərəlidir. Xalq təbabətində də
zeytun yarpaqlarından hazırlanan tinkturadan həmin məqsədlə
istifadə olunur.
slami dəyərlərə əsasən zeytunun və zeytun yağının
insan sağlamlığına faydaları
“Qurani-Kərim”-də diqqətimizi cəlb edən qidalardan biri
də zeytundur. Son dövrlərdə aparılan araşdırmalar zeytunun
təkcə ləzzətli bir qida deyil, həm də mühüm bir sağlamlıq
mənbəyi olduğunu göstərib.
Zeytun yağı başqa qatı yağların əksinə olaraq bütün
204
mütəxəssislər tərəfindən başda ürək və qan-damar sağlamlığı
olmaqla ən çox tövsiyə edilən yağ növü kimi tanınır. Zeytun
yağının sağlamlıq baxımından faydalarını aşağıdakı kimi qeyd
edə bilərik.
Ürək və qan-damar sağlamlığına faydası
Zeytun və zeytun yağındakı yağ turşularının əksəriyyəti
doymamış yağ turşularıdır. Belə yağlarda xolesterin olmur.
Buna görə də zeytun yağı qandakı xolesterin səviyyəsini
qaldırmır, əksinə, onu nəzarətdə saxlayır. Bundan başqa, zeytun
yağının tərkibində bədən üçün zəruri olan (EFA: essential fatty
asit) omeqa-6 yağ turşusu (linolen turşu) var. Buna görə də
səhiyyə təşkilatları (Dünya Səhiyyə Təşkilatı - WHO) damar
kirəcləşməsi, şəkər xəstəliyi faizinin çox olduğu cəmiyyətlərdə
istifadə edilən yağlardakı yağ turşusunun ən az 30%-nin ome-
qa-6 yağ turşusu olmasını tövsiyə edir. Bu da zeytunun dəyərini
yüksək səviyyədə artırır.
Bu sahədə aparılan tədqiqatlar bir həftə boyunca hər gün
25 ml – təxminən 2 xörək qaşığı – təbii zeytun yağı qəbul edən
insanların daha az LDL (pis xolesterin) və daha yuxarı antiok-
sidant səviyyələri göstərdiyini təsdiqləyib. Antioksi-dantlar
bədənimizdəki “sərbəst radikallar” adlı zərərli maddə-lərin
zərərsizləşdirilməsi və hüceyrəyə zərər verilməsinin qar-şısının
alınması baxımından çox zəruridir. Zeytun yağından istifadənin
xolesterinin səviyyəsini aşağı salması və ürək xəstəliklərinin
qarşısını alması bir çox araşdırmalarla da təsdiq edilib.
Zeytun yağı qanda dövr edən LDL adlı zərərli xoles-
terinin səviyyəsini aşağı saldığı, HDL adlı xolesterin səviy-
yəsini isə yüksəltdiyi üçün ürək və qan-damar xəstələrinə
dərman kimi tövsiyə edilir. Ürək-damar xəstəliklərinə çox rast
gəlinən ölkələrdə əksərən yüksək xolesterin səviyyəsinə malik
doymuş yağlar işlədilir. Bununla yanaşı, zeytun yağı bədəndəki
omeqa-6 turşusunun omeqa-3 yağ turşusuna nisbətini də pozur.
205
Omeqa-3 və omeqa-6 yağ turşularının müəyyən səviyyədə
qəbul edilməsi çox vacibdir. Çünki bu nisbətin pozulması
immunitet və ürək xəstəlikləri, o cümlədən xərçəng xəstəliyi
kimi bir çox xəstəliklərin inkişafına gətirib çıxarır. Məhz, buna
görə də, bir çox insanlar zeytun yağı ilə şəfa tapırlar. Amerika
Ürək Cəmiyyəti ürək xəstəlikləri riskini azaltmaq üçün
doymamış turşulu yağ pəhrizinin 30%-ni az yağlı pəhrizə
alternativ ola biləcəyini bildirir.
Xərçəng xəstəliyinin qarşısının alınması
“The Archives of Internal Medicine” jurnalında dərc
olunan bir tədqiqat əsəri yüksək nisbətdə doymamış yağ
istifadə edən qadınların döş xərçənginə düçar olması riskinin az
olduğunu göstərmişdir.
Nyu-Yorkda Buffalo Universiteti tədqiqatçılarının apar-
dığı başqa bir çalışmada isə bitki yağlarından biri kimi zeytun
yağının β-sitosterolun prostat xərçəng hüceyrələrinin yaran-
masının qarşısını almaqda kömək etdiyi bildirilir. Tədqiqatçılar
β
-sitosterolun hüceyrələrin bölünməməsi əmrini verən
hüceyrədaxili xəbərləşmə sistemini gücləndirdiyi, bununla da
hüceyrə böyüməsi nəzarətdən çıxmadan xərçəngin qarşısının
alına biləcəyi nəticəsinə gəliblər.
Oksford Universitetinin həkimləri tərəfindən aparılan
sonuncu araşdırmada da zeytun yağının bağırsaq xərçənginə
qarşı qoruyucu xüsusiyyətə malik olduğu aşkar edilib. Həkim-
lər zeytun yağının bağırsaq xərçənginin başlamasının qarşısını
almaq üçün mədədəki turşu ilə reaksiyaya girdiyini kəşf
ediblər. Oksford tədqiqatçıları zeytun yağının öd turşusu miq-
darını azaldaraq və DAO (diamin oksidaz adlı ferment)
səviyyəsini yüksəldərək anormal hüceyrə artımına və xərçəngə
qarşı qoruyucu olduğunu da üzə çıxarıblar.
206
Artritin (oynaq iltihabı) qarşısının alınması
Tədqiqatçıların hesabatlarına görə, bol miqdarda zeytun
yağı və bişmiş tərəvəz yeyən insanların oynaqlarındakı şişmə,
qızartı və ağrıya (xroniki iltihablanmaya) səbəb olan revmatik
artrit keçirmək riskini azaldıır.
Sümüyün inkişafına kömək etməsi
Zeytun yağının tərkibindəki E, A, D və K vitaminləri
uşaqların və yeniyetmələrin sümüyünün inkişafına kömək
etməsi, kalsium miqdarını sabitləşdirərək sümükləri güclən-
dirməsi baxımından çox vacibdir. Bu yağlar yaşlılara da xüsusi
tövsiyə edilir, çünki həzm olunması asandır və minerallarla
bədəndə istifadəsinə kömək edir. Həmçinin, sümük mineraliza-
siyasını (mineralların sümüklərdə çökməsi) hərəkətə keçirərək,
kalsium itkisinə əngəl olur. Sümüklər orqanizmin mineral
quruluşunun anbarını yaradır və sümüklərdə mineral yığımı
olmayanda sümük yumşalması kimi ciddi problem əmələ gəlir.
Bu baxımdan, zeytun yağının skelet quruluşuna çox müsbət
təsiri var.
Qocalmağın qarşısını alır
Zeytun yağının tərkibindəki vitaminlər hüceyrələri
təzələmək xüsusiyyətinə malik olduğu üçün ondan qocalığın
qarşısının alınmasında da istifadə edilir, çünki zeytun yağı
dərini qidalandırır və qoruyur. Qidalar bədənimizdə enerjiyə
çevrilərək oksidant adlı bəzi maddələr ortaya çıxır. Zeytun yağı
özündə ehtiva etdiyi çoxsaylı antioksidant maddələrlə bədənin
zərərli maddələrlə zədələnməsinin qarşısını alır, hüceyrələri-
mizi təzələyir, toxuma və orqanlarımızın yağlanmasını ləngidir.
Zeytun yağı bədənimizdəki hüceyrələrə zərər verən, onları
qocaldan “sərbəst radikallara” təzyiq edən E vitamini baxı-
207
mından da zəngindir.
Uşaqların inkişafına müsbət təsiri
Zeytun və zeytun yağı tərkibində olan linolen turşusuna
(omeqa-6 yağ turşusu) görə təzə doğulmuş körpələr, inkişaf
mərhələsində olan uşaqlar üçün çox faydalı bir qidadır. Linolen
turşusunun az olması uşağın inkişafının ləngiməsinə və bəzi
dəri problemlərinin yaranmasına səbəb ola bilər. Zeytun
yağında bədənimizdə olan zərərli maddələrin təsirinin qarşısını
alan antioksidant elementlər və insan üçün böyük əhəmiyyət
kəsb edən yağ turşuları var. Bunlar da hormonlara dəstək olur
və hüceyrə zərinin əmələ gəlməsinə kömək edir. Zeytun yağı
ana südündəki yağ turşusu nisbətinə oxşayır, bununla bərabər
bir çox doymamış tərkiblərə də malikdir.
Zeytun yağı insan bədəni tərəfindən əldə edilə bilməyən,
həmçinin, bədənin zəruri ehtiyac duyduğu əsas yağlı turşular
baxımından kifayət edəcək bir mənbədir. Bu amillər zeytun
yağını təzə doğulan körpələr üçün çox faydalı maddəyə çevirir.
Doğuşdan əvvəl və sonra körpə beyninin və sinir sisteminin
təbii inkişafına müsbət təsiri olduğuna görə, mütəxəssislər tərə-
findən analara məsləhət görülən yeganə yağ yenə zeytun
yağıdır. Bu yağ ana südündəkinə yaxın miqdarda linolen
turşusu ehtiva edir. Bununla yanaşı, yağsız inək südünə zeytun
yağı əlavə ediləndə, o ana südü qədər təbii bir qida xüsusiyyəti
qazanır.
Təzyiqi aşağı salması
“The Archives of Internal Medicine” jurnalının 2000-ci il
27 mart tarixli sayında dərc olunan bir araşdırma zeytun
yağının yuxarı qan təzyiqinə müsbət təsirini bir daha vurğula-
mışdır. Bundan başqa, zeytun yağının yarpağından təzyiqi aşağı
salan dərmanlar hazırlanır.
208
Daxili orqanlara faydası
sti və ya soyuq halda qəbul edilməsindən asılı olma-
yaraq zeytun yağı mədə turşusunu azaldaraq mədəni qastrit və
xora kimi xəstəliklərdən qoruyur. Bununla yanaşı, öd ifrazını
sürətləndirərək onun ən mükəmməl hala gəlməsini təmin edir.
Öd kisəsinin boşalma fəaliyyətini nizamlayır və öddaşı riskini
azaldır. Tərkibindəki xlor sayəsində də qaraciyərin çalışmasına
kömək edir. Bununla da bədənin tullantılardan xilas olmasını
asanlaşdırır. Bunlardan başqa, beyin, aorta damarlarının da
sağlamlığına müsbət təsir göstərir.
Zeytun yağı bütün bu xüsusiyyətlərinə görə son dövr-
lərdə mütəxəssislərin diqqətini cəlb edir. Mütəxəssislərin izah-
larından bir qismi ilə tanış olaq.
Sağlamlıq və qidalanma sahəsində nüfuzlu şəxslərdən
biri sayılan, “Qida əczaxanası” (“The Food Pharmacy”) və
“Qidalar – möcüzəli dərmanlarımız” (“Food – Your Miracle
Medicine”) kitablarının müəllifi, SNN telekanalının mükafatlı
müxbiri, beynəlxalq köşə yazarı olan Jan Karper: - “Italiyada
aparılan yeni tədqiqatlar nəticəsində zeytun yağının özündə
LDL xolesterinin arteriya damarlarına tıxac yaratmaq xüsu-
siyyəti də daxil olmaqla bəzi xəstəlik mərhələləri ilə döyüşən
… antioksidantlar ehtiva etdiyini aşkarlayıb”.
Pəhriz və qidalanma mütəxəssisi Pet Beird: - “Zeytun
yağının hərtərəfliliyi…onun bədənin sağlamlığına olan faydası
haqqında öyrənəcəyimiz daha çox şey var”.
Harvard Universitetinin xalq sağlamlığı məktəbi
epidemiologiya bölümü başqanı dr. Dimitrios Triçopulos: -
“Amerikalı qadınlar doymuş yağların əvəzinə daha çox zeytun
yağı istifadə etsəydilər, döş xərçəngi riskində 50% qədər
azalma baş verə bilərdi… Zeytun yağı bəzi bədxassəli şiş
növlərinə – prostat, döş, onurğa, pulcuqlu hüceyrə və qida
borusu şişlərinə qarşı qoruyucu təsirə malikdir”.
209
Mayami Universitetinin (ABŞ) tibb fakültəsindən D.Pek:
- “Zeytun yağının siçovullardakı immunitet sistemini güclən-
dirdiyi sübut olunmuşdur…”.
Milan Universiteti əczaçılıq fakültəsindən Bruno Berra: -
“Təbii yolla süzülmüş zeytun yağının tərkibində olan LDL
oksidasiona olan müqavimətini aydın şəkildə artırır”.
II Federiko Universitetinin daxili və metabolizma xəs-
təlikləri kafedrasından A.A.Rivelles, G.Rikardi, M.Mançini: -
“Zeytun yağı insulin müqavimətinin qarşısını alır və qandakı
qlükozanın daha yaxşı nəzarətini təmin edir”.
Neapolitan Universiteti tibb və kimya fakültəsindən
Patrisia Qaletti: - “Zeytun yağı polifenollarının qida kimi qəbul
edilməsi reaktiv oksigen metabolitlərlə bağlı xəstəlik riskini
azalda bilər – mədə-bağırsaqla bağlı bəzi xəstəliklər və damar-
ların tıxanması kimi. Zeytun yağı insan eritrositlərini oksidativ
təhlükədən qoruyur”.
Harvard Universitetinin xalq səhiyyəsi kafedrasından
Frank Saks: - “Zeytun yağından ibarət olan zəngin qida ra-
sionlu pəhriz ifrat kökəlməyi nəzarətdə saxlamaqda və müalicə
etməkdə az yağlı qida rasionundan ibarət pəhrizdən daha
təsirlidir. O uzunmüddətli artıq çəki itkisinə də səbəb olur, bu
halda çəkini qorumaq daha asandır…”.
Göründüyü kimi, bu gün bir çox alimlər zeytun yağını
ə
sas qəbul edən qidalanma modelinin ən ideal forma olduğunu
düşünür. Bu xüsusiyyətlərinə görə gündəlik qida rasionunda
zəruri olan ən əsas qidaların zeytun və zeytun yağı olduğu
bildirilir.
210
Q O Z M E Y V Ə L L Ə R
Qozmeyvəli bitkilər yağ və zülali maddələrlə zəngindir.
Bəzi qozmeyvəlilərdə karbohidratlar da vardır. Qidalılıq dəyə-
rinə və kaloriliyinə görə qozmeyvəlilər nəinki bitki mənşəli
məhsullardan, hətta bəzi heyvanat məhsullarından da üstündür.
Bu bitkilərin məhsulları uzun müddət saxlanılma qabiliyyətinə
və uzaq məsafəyə daşınmağa davamlı olmasına görə də
üstünlük təşkil edir.
Qozmeyvəlilərin tərkibindəki qidalı maddələr insan
orqanizmində asan mənimsənilir. Bunların yüksək kaloriliyi
insanların fiziki əmək nəticəsində sərf etdikləri enerjini bərpa
edir, eləcə də xəstəlikdən zəifləmiş və arıq insanların qidasında
mühüm əhəmiyyət kəsb edir.
Qozmeyvəlilərin yüksək enerji dəyəri, əvvəla onların
tərkibində olan yağların çox olmasından irəli gəlir. Quru
maddəyə görə bu meyvələrin 50%-dən çoxunu yağ təşkil edir.
Həmin yağlar doymamış yağ turşularından olein, linol, linolen
və araxidon turşuları ilə zəngindir. Bu yağ turşuları fizioloji
cəhətdən yüksək dəyərə malik olduğundan, elmi ədəbiyyatlarda
onları vitaminəbənzər maddə (F vitamini) adlandırırlar.
Qozmeyvəlilərin tərkibində olan zülallar tərkibcə sadə
zülallardan ibarətdir və orqanizmdə asan mənimsənilir. Qoz-
meyvəlilərin tərkibində vitaminlər, aşı və boya maddələri və
bioloji fəal maddələr də vardır ki, bunlar insan orqanizminə
fizioloji təsir göstərir. Elmi və xalq təbabətində qozmey-
vəlilərin ləpəsi ilə yanaşı, bu bitkilərin vitamin və bioloji
maddələrlə zəngin olan digər orqanlarından da istifadə olunur.
Qozmeyvəlilərin yağından texniki məqsədlər üçün də
istifadə edilir.
Qozmeyvəlilərə yunan qozu, fındıq, badam, püstə,
yerfındığı, pekan, fıstıq, sidr qozu, şabalıd aiddir. Biz bu qrup
daxilində günəbaxan, küncüt və kətan (zəyərək) haqqında da
məlumat veririk.
211
Badam – Миндаль – Amygdalus communis. Gül-
çiçəklilər (Rosaceae) fəsiləsindəndir. Badam cinsinin 40 növə
qədər ağac və kolu məlumdur. Azərbaycanda 4 növü yayıl-
mışdır. Badam yabanı halda Orta Asiyada, Dağıstanda,
Azərbaycanda bitir. Naxçıvanın dağlıq hissələrində yabanı
badamlıqlar vaxtilə böyük sahələr tutmuşdur. «Badamlı» adını
daşıyan suyu ilə məşhur olan kənd keçmişdə yabanı badamlıqla
ə
hatə olunduğu halda, indi əlçatmayan yerlərdə azacıq badam
ağacları qalmışdır.
Qeyd etmək lazımdır ki, mədəni badam sortları yabanı
badama çox yaxındır və ancaq meyvələrinin böyüklüyü,
qabıqlarının nazikliyi ilə fərqlənir.
Badam yarpaqlar əmələ gəlməmiş mart-apreldə (bəzən
fevralda) çiçəkləyir. Çiçəkləri tək-tək və ya 2-4 ədəd bir yerdə
toplanmış olur. Çiçəkləri iri beşləçəkli, rəngi ağ və ya ağımtıl-
çəhrayıdır.
Badamın meyvələri iyul-avqust aylarında yetişir. 4-5
yaşından məhsul verir, 130 il və daha çox yaşayır. Meyvəsinin
uzunluğu 2,5-3 sm-dir. Mədəni sortlar nisbətən iri olur.
Meyvəsi yumurtavarı, yanlarından basılmış, təpəsi küt və ya
ş
işmər, çox vaxt əyri olur. Meyvənin üzəri çəyirdək ətrafı ətli
hissə ilə örtülmüşdür. Bu, yaşılımtıl, üzəri tüklü olub, yetişəndə
yarılır və içindən çəyirdəyi çıxır. Qabığı qalın, bərk və ya nazik
olur. Rəngi boz-sarıdan tünd qəhvəyiyədək dəyişir. Badamın
bir və ya iki ləpəsi olur. Ləpəsi ağımtıldır, sarı-qəhvəyi pərdə
ilə örtülmüşdür. Islandıqda bu qabıq asanlıqla ayrılır. Dadı xoş,
yağlı və şirindir.
Badamın tərkibində 40-60% yağ (qurumayan), 20-30%
zülali maddə, 13% karbohidrat, 3,6% sellüloza, 2,3% minerallı
maddə, 15 mq% B
1
vitamini vardır. Yabanı halda bitən əksəri
badam acı olur. Onların tərkibində 2,5-3,5% amiqdalin
qlükozidi vardır. Bu qlükozid orqanizmdə qlükozaya və sinil
turşusuna parçalanır. Sinil turşusu isə qüvvətli zəhərdir. Ona
görə də acı badam qida üçün sərf edilməməlidir.
212
Ş
irin badam təzə halda yeyilir və geniş miqyasda qənnadı
sənayesində istifadə edilir. Acı badamdan badam yağı və 0,5-
0,8% miqdarında efir yağı alırlar. Bu məhsullar ətriyyat,
ə
czaçılıq sənayesində kamfora, məlhəm, emulsiya istehsalı
üçün istifadə olunur. Badam efir yağından bəzi ətriyyat məmu-
latlarının ətirləndirilməsi üçün istifadə edilir. Badamın qabığı
konyak, likör və bəzi şərabların ətirləndirilməsi və rənginin
yaxşılaşdırılması üçün işlədilir. Ondan, həmçinin, aktivləşdiril-
miş kömür də alırlar.
Dostları ilə paylaş: |