Əhməd-Cabir smayıl oğlu Əhmədov



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə21/43
tarix29.12.2016
ölçüsü2,16 Mb.
#3873
1   ...   17   18   19   20   21   22   23   24   ...   43

Sidr qozu – Кедровые орехи – Pinus sibirica (Rupr.) 
Mayr.  Hündürlüyü  35  m  və  daha  çox  olan  Şam  (Pinaceae) 
fəsiləsinə  aid  ağacın  meyvəsidir.  Ağacı  sıx  konusvarıdır.  Yar-
paqları  dişli,  göy  rəngli,  6-13  sm  uzunluğundadır.  Qozalarının 
uzunluğu  8-12  sm,  eni  5-8  sm-dir.  Qozanın  daxilində  100-ə 
qədər  tünd  boz  rəngli,  hamar  qılaflı  və  yağlı  dada  malik  nüvə 
olur. 
Sidr,  əsasən  Sibirdə  və  Uralda  yetişir.  Az  miqdarda 
Volqa  sahillərində  və  Rusiyanın  digər  mərkəzi  vilayətlərində 
rast  gəlinir.  Sibir  sidr  qozuna  oxşar  növlər  Karpatda  (Avropa 
sidr qozu) və Uzaq Şərqdə (Koreya sidr qozu) də yetişir. 
Sidr  qozu  qiymətli  qida  məhsuludur.  Sidr  qozunun 
tərkibində 60%-ə qədər quruyan yağ, 1,63% zülal, pentozanlar, 
şə
kər, nişasta, sellüloza, C vitamini, mineral maddə vardır. Sidr 
qozu təzə halda çiy yeyilir. Qovrulmuş sidr qozu xoşagələn və 
çox  qidalı  məhsuldur.  Sibirin  bəzi  bölgələrində  onu  «çörək» 
ağacı  adlandırırlar,  bəzən  ondan  un  hazırlayırlar.  Lakin  sidr 
qozu yağlılığına görə çox qiymətlidir. 
Soyuq  presləmə  üsulu  ilə  alınmış  yağın  dadı  xoşagələn 
olub,  keyfiyyətinə  görə  ən  yaxşı  bitki  yağından  üstün  key-
fiyyətə  malikdir.  Təmizlənmiş  nüvədən  alınan  yağdan  mik-
roskop texnikasında immersiya məqsədilə istifadə edilir. Xarab 
olmuş  (kiflənmiş)  nüvədən  alınan  yağdan  sabun  bişirmək  və 
lak-boya  sənayesində  istifadə  olunur.  Yağ  alındıqdan  sonra 
qalan  cecədən  (jmıxdan)  qənnadı  sənayesində  halva,  tort  və 
pirojna hazırlanır. Sidr qozunun qabığında yağ, zülal, sellüloza, 
pentozanlar  və  mineral  maddələr  vardır.  Ondan  ağac  spirti, 
aseton,  sirkə  turşusu,  eləcə  də  dərini  rəngləmək  üçün  qəhvəyi 
boya alırlar. 
Sidr  qozunun  müalicəvi  xassələri.  Sibir  fəth  edilən 
dövrün  əvvəllərindən  yerli  xalq  təbabətində  sidr  qozundan 
istifadə  olunurdu.  Lakin  sidr  qozundan  istifadə  olunması  bun-
dan  da  əvvəllər  məlum  olmuşdur.  Hələ  Ibn-Sina  bəzi  xəstə-
liklərin  müalicəsində  sidr  qozunun  nüvəsindən  və  meyvə 
 
224
qabığından  istifadə  etməyi  məsləhət  görürdü.  Sidr  nüvəsini 
balla və ya yüngül şərabla (orqanizmin ümumi «təmizlənməsi» 
vasitəsi  kimi,  eləcə  də  daşlardan  və  yaralardan  azad  olmaq 
üçün)  yeməyi  məsləhət  görürdü.  Hazırda  sidr  qozundan 
hazırlanan tinkturadan istifadə olunur. Belə tinkturanı gündə 3 
dəfə  1  xörək  qaşığı,  duz  mübadiləsinin  pozulması  ilə  əlaqədar 
olan oynaqların revmatizmində, podaqrada, artritdə qəbul edir-
lər. Tinkturanı hazırlamaq üçün sidr qozunu qabığı ilə birlikdə 
ə
zib üzərinə səthindən 5-6 sm yuxarı olmaqla araq tökülür, bir 
həftə  saxlanılır,  sonra  süzülür.  Bəzən  sidr  qozunun  yalnız 
qabığından suda tinktura hazırlanır. 
Sidr  qozunu  və  budağını  sinqa  əleyhinə  istifadə  edirlər. 
Budaqların  tərkibində  250-350  mq%  C  vitamini,  K  və  karotin 
olduğundan  vitaminli  içki  hazırlamaq  üçün  qiymətli  xam-
maldır.  Cavan  budaqları  və  qabığında  0,42-1,49%  efir  yağı 
vardır. Bundan ətriyyatda istifadə olunur. 
Sidr  ağacından  alınan  qatranlı  şəffaf  şirə  kedr  balzamı, 
kanifol,  skipidar  və  digər  qiymətli  məhsullar  almaq  üçün  əsas 
xammaldır. Böyük Vətən müharibəsində sidrdən alınan qatranlı 
şə
ffaf  şirədən  yaraların  və  yanıqların  müalicəsində,  xüsusilə 
baldırın kəskin yaralanması zamanı müvəffəqiyyətlə istifadə et-
mişlər. Bu üsullardan xalq təbabətində də istifadə olunur. 
Şə
rqi  Sibirdə,  Uzaq  Şərqdə,  Kamçatkada,  Saxalində  kol 
bitkisi Stlanes Sidr yetişir. Onun qozu (nüvəsi), həmçinin, qida 
üçün  istifadə  olunur.  Tərkibindəki  yağ  sidr  qozundakı  yağdan 
fərqlənmir.  Zərif  budaqları  vitamin  mənbəyidir.  Xalq  təba-
bətində revmatizm zamanı ondan vanna qəbul edirlər. Yaraların 
və  əzilmiş  yerlərin  müalicəsində  xaricə  sürtmək  üçün  istifadə 
olunur. 
Ş
abalıd  –  Каштан  –  Castanea  Sativa  Mill.  Fıstıq 
(Fagaceae)  fəsiləsinin  şabalıd  cinsinə  mənsubdur.  Şabalıd 
cinsinin 14 növündən respublik ada birinə rast gəlinir. Şabalıd 
Qafqazda,  Zaqafqaziyada,  Ukraynanın  Zakarpatye  vilayətində 
yayılmışdır.  Şabalıd  Azərbaycanda  geniş  sahədə  yalnız  Böyük 

 
225
Qafqaz  dağlarının  ətəklərindəki  meşələrdə  bitir.  Şəki-Zaqatala 
zonası şabalıd bağları ilə məşhurdur. 
Ş
abalıd  aprel-mayaylarında  yarpaqlayır,  iyun-iyulda  isə 
çiçəkləyir.  Erkək  və  dişi  çiçəkləri  bir  ağacın  üstündə  ayrıca 
yerləşir. Erkək çiçəkləri uzun sırğa şəklində sallanır, ağ-sarımtıl 
rəngində və çox ətirlidir. Uzunluğu 10-35 sm, eni 1 sm-dir. Dişi 
çiçəkləri  birillik  şivlərdə  olur  və  yarpaqların  qoltuğunda  2-3 
ə
dəd  və  daha  çox  olur.  Şabalıdın  meyvəsi  oktyabr-noyabrda 
yetişir.  Meyvəsi  tikanlı  qərzəkdir.  Yetişəndə  qərzək  ayrılır  və 
içində  iki  və  üç  ədəd  şabalıd  olur.  Bunlar  yarpaq  və  ya  oval 
şə
klindədir.  Yumru  formada  olanları  çox  azdır.  Meyvənin  üst 
qabığı  tünd  və  ya  açıq  darçını,  şabalıdı  rəngdədir.  Şabalıd 
meyvəsinin  üst  qabığının  altında  nazik,  pənbəli  yumşaq  örtük 
vardır. Bunun altında ağ, şirin, iki hissəli ləpə yerləşir. 
Ş
abalıd  20-25  illiyindən  meyvə  verir.  Yaşama  müddəti 
100-150  ildir.  1000  illik  şabalıd  ağacları  mövcuddur.  Yüksək 
məhsul  2-3  ildən-bir  olur.  Azərbaycanın  meşələrində  və 
bağlarında bitən şabalıdın bir çox müxtəlif formaları vardır. 
Ş
abalıdın tərkibində 60%-ə qədər nişasta, 15% şəkər, 6% 
zülal, 2%-ə qədər yağ olur. Yetişməmiş meyvələrdə 1500 mq% 
C, 0,18 mq% B
1
 vitamini vardır. 
Ş
abalıdı  qovurduqda  dadı  və  ətri  yaxşılaşır.  Azərbay-
canda şabalıd müxtəlif xörəklərdə işlədilir. Şabalıddan qənnadı 
sənayesində  (marsipan,  tort,  pirojna,  şokolad  və  s.  hazır-
lanmasında),  aşpazlıqda  (toyuqları  içləmək,  plov  bişirmək  və 
s.)  geniş  istifadə  olunur.  Qurudulmuş  şabalıddan  alınan  un, 
başqa  ölkələrdə  çörəyə  və  qənnadı  məmulatına  qatılır.  Ondan 
qəhvə əvəzediciləri və spirt də istehsal edirlər. 
Ş
abalıd  ağacının  yarpaqlarında  qlükozidlər,  pektin  və 
aşılayıcı maddə (9%-ə qədər) və K vitamini vardır. Ona görə də 
yarpaqlarından  çay  dəmləyib  daxili  qanaxmalara  qarşı  tətbiq 
edirlər. 
Ş
abalıd  təzə  halda  çox  az  yeyilir  (əsasən  bişirilmiş, 
qovrulmuş  və  şəkərlə  şirələnmiş  yeyilir).  Şabalıdı  çox  yemək 
 
226
məsləhət görülmür, çünki o, bağırsaqların köpməsinə səbəb ola 
bilər.  Qənnadı  sənayesində  marsipan,  tort,  pirojna,  şokolad  və 
digər məmulatların hazırlanmasında istifadə olunur. Aşpazlıqda 
daha çox plovların, quş ətinin qiymələnməsində, küftə-bozbaş, 
kələm  dolması  və  digər  xörəklərin  hazırlanmasında  istifadə 
olunur.  Quru  nüvəsini  üyüdüb  çörəyə  qatıb  bişirirlər.  Ondan, 
həmçinin, qəhvə əvəzediciləri və spirt alınır. 
Ş
abalıdın  müalicəvi  xassələri.  Şabalıd  ağacının  yar-
paqlarında  qlükozidlər,  pektin  maddələri,  K  vitamini  və  9%-ə 
qədər  aşı  maddələri  vardır.  Bunun  yarpaqlarından  hazırlanan 
həlim  və  tinkturadan  daxili  qanaxmalarda  qankəsici  dərman 
kimi  istifadə  olunur.  Xalq  təbabətində  quru  meyvələrindən 
alınan həlim və yarpaqlarından tinktura hazırlayıb yuxarı nəfəs 
yollarının  iltihabı  xəstəliklərində  tətbiq  edilir.  Amerikada  və 
digər  ölkələrdə  şabalıdın  təzə  yarpaqlarından  göy  öskürək  za-
manı  istifadə  olunur.  Meyvəsinin  və  qabığının  tərkibində 
fitosterin,  qatranlı  və  aşı  maddələr  olduğundan  mədə-bağırsaq 
xəstəliklərində,  xüsusən  ishalda,  böyrək  xəstəliyi  ilə  əlaqədar 
ş
işlərdə,  qanlı  bəlğəmdə,  burundan  qanaxmada  tətbiq  olunur. 
Gürcüstanda  şabalıdı  sidikqovucu  kimi  qəbul  edirlər.  Mey-
vəsindən,  yarpağından  və  ya  qabığından  tinktura  və  həlimləri 
1:10  nisbətində  hazırlayıb,  gündə  3-5  dəfə  2  xörək  qaşığı 
içirlər. 
Yerfındığı  (araxis)  –  Арахис  –  Arachis  hypogaea  L. 
Paxlalılar  (Leguminosales)  fəsiləsinə  aid  olub,  araxis  adlanır. 
Birillik  qollu-budaqlı,  gövdəli  və  cüt-cüt  sallanmış  yarpaqlı  ot 
bitkisidir.  Çiçəkləri  xırda  narıncı-sarıdır.  Meyvəsi  torpaq 
altında  böyüyən  və  ipək  baramasına  oxşar  uzunsov  paxladır. 
Səthi  torşəkilli  qılafla  örtülmüş,  mərkəzində  bir  (və  ya  2-3) 
arakəsmə  var.  Meyvəsinin  daxilində  nazik  çəhrayı  və  ya 
qırmızımtıl-qəhvəyi rəngli qılafla örtülmüş 1-3 nüvə yerləşir. 
Yerfındığının  vətəni  Mərkəzi  Amerikadır.  XVI  əsrdə  bu 
bitki  portuqaliyalılar  tərəfindən  Cənub-Şərqi  Asiyaya  gətiril-
mişdir.  Avropaya  isə  Çindən  gətirildiyi  üçün  həmin  dövrdə 

 
227
«Çin  qozu»  adlandırılırdı.  Rusiyada  yerfındığı  ilk  dəfə 
Odessada əkilmişdir. Bu bitki isti və günəş çox tələb etdiyindən 
Rusiyanın  və  Ukraynanın  cənub  bölgələrində,  Qafqazda  və 
Orta Asiyada əkilib-becərilir. 
Yerfındığının  tərkibində  45-55%-ə  qədər  yağ  vardır. 
Yağın  tərkibinə  araxin,  liqnoserin,  stearin,  palmitin,  olein  və 
digər yağ turşuları daxildir. Yerfındığında 24,5%-ə qədər zülal, 
şə
kər,  5-6%  sellüloza,  purinlər,  saponinlər,  B
1
,  E,  B
3
,  H  və 
digər vitaminlər vardır. Meyvə qılafından araxidozid qlükozidi, 
yağ alındıqdan sonra qalan cecədən (jmıxdan) araxin alkaloidi 
alınmışdır. 
Dadlı  və  qidalı  yerfındığı  nüvələri  qovrulmuş  halda 
yeyilir.  Ondan  halva,  şokolad,  tort  və  digər  qənnadı  məmulatı 
hazırlanır.  Yerfındığı  yağı  qidalılıq  keyfiyyətinə  görə  digər 
bitki  yağlarından  üstündür.  Müxtəlif  qida  məhsullarının  hazır-
lanmasında istifadə olunur. Konserv sənayesində zeytun yağını 
ə
vəz edir. Nisbətən keyfiyyətsiz yağdan sabun bişirilir. 
 Yerfındığının  müalicəvi  xassələri.  Əczaçılıq  səna-
yesində  yerfındığı  yağı  müxtəlif  dərmanların  hazır-lanmasında 
istifadə  olunur.  Emulsiyaların  hazırlanmasında  yerfındığı 
nüvəsi şirin badamı əvəz edir. Yerfındığı uşaqlarda rast gəlinən 
hemorragik  diatezlərin  müalicəsində  çox  səmərəli  nəticə  verir. 
Bu  xəstəlik  zamanı  uşaqlarda  qanlaxtalanması  kəskin  zəifləyir 
və nəticədə çox qan itkisinə səbəb olur. 
Yunan  qozu  –  Грецкий  орех  –  Juglans  regia.  Qoz 
(Juglandaceae)  fəsiləsindəndir.  Bu  fəsiləyə  aid  8  cinsin  50 
növündən  2  yabanı  növü  yayılmışdır.  Azərbaycanda  yabanı 
halda  bitən  və  becərilən  qozlar  adi  qoz  növünə  aiddir.  Orta 
Asiya və Qafqazda yabanı formada bitir. Uzaq Şərqdə isə Man-
curiya qozu yayılmışdır. 
Çox  qədim  zamanlardan  Azərbaycanda  böyük  qoz 
sahələri  Şəki-Zaqatala  və  Quba-Xaçmaz  zonalarındadır. 
Hazırda Lerik, Ordubad, Dağlıq Qarabağ, Laçın, Kəlbəcərdə və 
 
228
Gəncənin dağlıq rayonlarının meşələrində yabanı bitən qozlara 
təsadüf edilir. 
Qoz,  adətən  may  ayında  yarpaqlar  əmələ  gələn  vaxt 
çiçəkləyir.  Bəzən  iyunda  ikinci  dəfə  çiçəkləyir.  Qozun  mey-
vələri sentyabr-oktyabrda yetişir. Meyvəsi ölçüsünə, formasına, 
qabığının  bərkliyinə,  ləpə  arasındakı  pərdənin  yumşaq  və  ya 
sərt olmasına, dadına, kimyəvi tərkibinə və s. göstəricilərə görə 
fərqlənir. Qozun üzəri yaşıl qərzəklə örtülüdür. Qoz yetişdikcə 
qərzək  qaralır,  partlayır  və  içindən  oduncaqlaşmış  qabıqlı  qoz 
çıxır.  Ləpəsi  açıq sarı və  ya tünd darçını rəngdədir. Bir qozun 
çəkisi 5-17 q, ləpəsinin çıxarı 40-58%-dir. 
Qoz  ləpəsinin  tərkibində  54-74%  yağ,  12-21%  zülali 
maddə,  B  qrupu  vitaminləri  və  karotin  vardır.  Yaşıl  sütül 
qozlarda  3000  mq%  C  vitamini  vardır.  Bu  qozlardan  yüksək-
keyfiyyətli  mürəbbə  bişirilir.  Qozdan  qənnadı  sənayesində 
müxtəlif məmulat hazırlanır, ləpəsi yeyilir və yağ çıxarılır. Qoz 
yağı  rəssamlıqda  işlədilir.  Yağı  çıxarılmış  qoz  cecəsinin 
tərkibində 34% azotlu maddə və 12% yağ olduğundan qənnadı 
məmulatı  hazırlamaq  və  ev  heyvanları  üçün  ən  qidalı  məh-
suldur.  Qozun  qərzəyi,  yarpaqları,  qabıqları  və  kök  hissələri 
tanin  ilə  zəngindir.  Bunlardan  parçaların  boyan-masında  isti-
fadə  edilir.  Qozun  oduncağı  bərk  və  gözəl  naxışlı  olduğundan 
qiymətli faner və mebel hazırlamaq üçün işlədilir. 
Ləpəsi çox dadlı və yağlı olduğundan təzə halda (çiy) və 
qovrulduqdan  sonra  yeyilir.  Duzla  qovrulmuş  qoz  ləpəsi 
ş
ampan  və  digər  üzüm  şərablarının  yanında  verilir.  Qozdan 
aşpazlıqda  və  qənnadı  sənayesində  geniş  miqyasda  istifadə 
olunur.  Qafqaz  xalqlarının  xörəklərinin  və  sousların  hazırlan-
masında  qoz  əvəzedilməz  xammaldır.  Qoz  yağından  yeyinti 
sənayesində istifadə olunur, yağ alındıqdan sonra qalan cecədən 
(jmıxdan) dadlı və qidalı halva istehsal olunur.  
Qozun  müalicəsi  xassələri.  Pəhriz  qidasında  və 
aterosklerozun  profilaktikasında  qozun  müsbət  təsiri  onun 
tərkibindəki yağın doymamış yağ turşuları ilə zəngin olması ilə 

 
229
izah  edilir.  Qoz  yağı  və  sellüloza  bağırsağın  perestaltikasını 
gücləndirir.  Ona  görə  də  yaşlılar  qozdan  mütləq  istifadə 
etməlidirlər. Qaraciyər xəstəliklərində də qoz əhəmiyyətlidir. 
Qədim dövrlərdən bu günə kimi qozun bütün hissələri bir 
çox  xalqların  xalq  təbabətində  istifadə  olunur.  Əsas  dərman 
ə
həmiyyəti  olan  qozun  yarpaqlarında  aşı  maddələri  ilə  yanaşı 
qlükozidlər,  flavanoidlər,  efir  yağları,  yuqlon,  inozit,  C,  B
1
,  P 
vitaminləri və karotin vardır. Yetişmə dövründə  C vitamininin 
miqdarı  5%-ə  çatır.  Eyni  zamanda,  onun  tərkibində  digər 
faydalı maddələr vardır. Qozun mərkəzi gövdəsindən yarpaqlar 
kəsilib, təmiz kağız və ya parça üzərinə sərilir. Sonra bozarmış 
və  qaralmış  yarpaqlar  azad  edilir.  Quru  yarpaqlardan  tinktura, 
həlim  və  məlhəm  hazırlanır.  Yarpaqlardan  alınmış  tinkturanı 
maddələr  mübadiləsini  yaxşılaşdırmaq  üçün,  avitaminoz  və 
orqanizmin  zəifləməsi  zamanı  ümumi  möhkəmləndirici  vasitə 
kimi içirlər. Yarpaqdan alınan həlim və tinkturanı baş beyninin 
aterosklerozunda  qəbul  etmək  məsləhət  görülür.  Həmin 
məhlullardan  ishala  qarşı  büzüşdürücü  vasitə  kimi  də  istifadə 
olunur. Belə hallarda 1-2 çay qaşığı quru yarpaqlar çay kimi bir 
stəkan  qaynar  suda  dəmlənir,  soyuduqdan  sonra  süzülür  və 
gündə  3-4  dəfə  yarım  stəkan  içilir.  Yarpaqlardan  alınan  sulu 
məhlullar və ekstraktlar həm də qanda şəkərin səviyyəsini aşağı 
salır.  Qədimdən  məlumdur  ki,  qoz  yarpaqlarından  alınan 
ekstrakt  qanın  laxtalanmasını  artırır.  Həkimlərin  müşahidəsinə 
ə
sasən qeyd olunur ki, xəstələr 2-4 gün 50 ml qoz yarpağından 
alınan ekstrakt qəbul etdikdə qanaxmalar əhəmiyyətli dərəcədə 
azalır.  Vərəm  xəstəliyinə  tutulmuş  xəstələrə  1-3  ay  həmin 
dozada ekstrakt verdikdə, qanlı bəlğəm və digər qanaxmalar da 
heç bir əks-göstərici müşahidə olunmamışdır. 
Meyvə qılafından və yarpaqlardan alınan həlimdən Qərbi 
Sibirin  xalq  təbabətində  yaxşı  tonuslandırıcı  və  «qantəmiz-
ləyici» vasitə kimi, xüsusilə də diatezdə istifadə olunur. Həmin 
həlimləri  həm  xaricə  sürtür  və  həm  də  daxilə  qəbul  edirlər. 
Dərinin  müxtəlif  xəstəliklərində  (sızanaqlı  gənə,  irinli  səpgi, 
 
230
ekzema,  dəmrov)  bu  ekstraktla  vanna  qəbul  edir,  islatma 
qoyulur  və  yuyunurlar.  Xaricə  istifadə  etmək  məqsədilə  4-5 
xörək  qaşığı  yarpağı  0,5  litr  suda  15  dəq  qaynatmaqla  həlim 
hazırlayırlar. Məişətdə sıraca xəstəliyi (xənazır xəstəliyi), eləcə 
də  raxit  xəstəliyində  tinkturanı  1  xörək  qaşığı  xırdalanmış 
yarpaqları  1  stəkan  qaynanmış  suda  saxlamaqla  hazırlayırlar. 
Soyuduqdan  sonra  tinktura  süzülür  və  gündə  3  dəfə  1-2  çay 
qaşığı  yeməkdən qabaq uşaqlara verilir. Belə tikturadan ağızın 
və boğazın iltihabında, eləcə də dişlərin laxlanması və damağın 
yumşalmasında qarqara edirlər. Bəzi ölkələrdə bu məqsədlə qoz 
ağacının  gövdə  və  köklərinin  qabığından  istifadə  olunur.  Bu 
mənada Əlcəzairdə hökm sürən adət çox maraqlıdır. Məlumdur 
ki, «Qurani Kərim»də müsəlmanlara dişlərə və ağız boşluğuna 
ciddi  qulluq  etmək  məsləhət  görülür.  Bununla  əlaqədar  Əlcə-
zairdə yerli əhali qoz ağacının cavan budaqları və kökünün qa-
bığı ilə diş ətinin bərkiməsi üçün hər gün bir neçə dəfə dişlərə 
qulluq edirdilər. Bu adət o qədər geniş yayılmışdı ki, bu cavan 
qoz ağaclarının məhvinə səbəb olurdu. Odur ki, buna görə çox 
ciddi qanunvericilik tədbirlərinin görülməsi lazım gəldi. 
Qozun  təzə  yarpaqları  xalq  təbabətində  yaxşı  yara-
sağaldıcı  vasitə  kimi  istifadə  olunur.  Təzə  yarpaqlar  yaraların 
və  çibanların  üstünə  qoyulur.  Bu  məqsədlə  xüsusi  məlhəm  də 
hazırlanır.  15  q  xırdalanmış  quru  yarpaqlara  100  q  günəbaxan 
yağı  əlavə  olunur,  yeddi  gündən  sonra  su  hamamında  3  saat 
qaynadılır,  iki  dəfə  cunadan  süzülür  və  yenidən  30  dəq  qay-
nadılır, üzərinə 15 q mum əlavə edilib soyudulur. 
Qoz  yarpağından  alınan  sulu  ekstrakt  yarasağaldıcı 
vasitəyə  və  bakterisid  xassələrə  malikdir.  Bəzi  hallarda  onu 
yaraların  epiteli  toxumalarının  bərpasında,  dəri  və  boğazın 
zədələnməsinin  müalicəsində  də  istifadə  edirlər.  Baytarlıqda 
qozun yaşıl qərzəkləri müxtəlif yaraların, oynaqlardakı çatların 
və  dəridəki  səpkilərin  müalicəsində  müvəffəqiyyətlə  istifadə 
olunur. Hindistanda qozun yarpaqları balıq zəhəri kimi istifadə 

 
231
olunur, çünki qoz yarpaqlarında zərərvericilər və balıqlar üçün 
zəhərli maddələr vardır. 
Hippokrat  qozun  yaşıl  qərzəklərindən  qurdqovucu  kimi 
istifadə  etmişdir.  Orta  və  Cənubi  Amerikada,  Iranda,  Orta 
Asiyada  və  Qafqazda  yetişməmiş  qoz  meyvələri  askarid  və 
soliter qurdlarına qarşı yaxşı qurdqovucu vasitədir. 
Qoz  yağından  bəzən  mədə-bağırsağı  yumşaldıcısı  kimi, 
eləcə  də  yanıqlara  və  sağalmayan  yaralara  sürtmək  üçün 
istifadə olunur. 
Xalq  təbabətində  qozdan  alınan  yuqlon  preparatından 
məlhəm  və  ya  su-spirt  məhlulu  halında  dəri  vərəminin  müa-
licəsində,  dərinin  bəzi  stafilokokk  və  streptokokk  zədələn-
məsinin  müalicəsində  kompres,  yaxalama  və  islatma  dərmanı 
kimi  istifadə  edirlər.  Qurdeşənəyi  (dəri  vərəmi)  xəstəliyinin 
müalicəsində  qoz  yarpaqlarından  alınan  karion  preparatı 
istifadə etmək məsləhət görülmüşdür.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
232
TƏRƏVƏZ VƏ GÖYƏRT LƏ
 
 
Tərəvəz  və  göyərtilər  botaniki  və  bioloji  xüsusiy-
yətlərindən  asılı  olaraq  birillik,  ikiillik  və  çoxillik  bitkilərin 
müxtəlif  orqanlarından  alınan  şirəli  yeməli  qida  məhsullarıdır. 
Bu  bitkilərin  tərkibində  insan  orqanizminə  vacib  olan  zülal, 
karbohidrat,  yağ,  vitaminlər,  minerallı  maddələr  və  üzvi  tur-
ş
ular  vardır.  Tərəvəzlərə  istiyə-  və  quraqlığadavamlı  Qabaqki-
milər  fəsiləsinə  aid  bostan  tərəvəzlərindən  qarpız,  qovun  və 
qabaq  da  aiddir.  Bu  bölmədə  yabanı  göyərtilərdən  gicitkən, 
ə
məköməci,  cincilim,  quşəppəyi  və  eləcə  də  dəniz  kələmi 
haqqında da məlumat verilir. Çünki bu bitkilərdən tərəvəz kimi 
istifadə  olunur  və  əhali  onlardan  müxtəlif  qida  məhsulları 
hazırlayır. 
Qida  rasionunda  tərəvəzlərin  çox  böyük  əhəmiyyəti 
vardır.  Onları  sərbəst  xörək  kimi  qəbul  edir,  qəlyanaltı,  ət  və 
balıq  xörəklərinə  qarnir  kimi  istifadə  edirlər.  Tərəvəzləri 
bişirilmiş,  qızardılmış,  pörtülmüş,  qiymələnmiş  və  bəzən  təzə 
halda yeyirlər. Uzun müddət saxlamaq üçün bir çox tərəvəzləri 
turşuya  qoyur,  qurudur  və  digər  üsullarla  konservləşdirirlər. 
Tərəvəzlərdən pəhriz qidasında geniş miqyasda istifadə olunur. 
Bəzi  xəstəliklərdə  müalicəvi  qidalanmada  tərəvəzlər  eyni 
zamanda həm qida və həm də müalicəvi bitki kimi istifadə olu-
nur.  Onlardan  hazırlanan  xüsusi  xörəklər  sözün  əsl  mənasında 
müalicəvi  qida  adlanır.  Dərman  xammalı  kimi  tərəvəz  bit-
kilərinin  yeyilməyən  hissələri  tərkibində  olan  fizioloji  fəal 
maddələrə  görə  də  istifadə  olunur.  Tərəvəzlər  ənənəvi  məişət 
təbabətində geniş miqyasda istifadə olunur. Tərəvəz bitkilərinin 
orqanları  qalen  preparatların  və  xalis  dərman  vasitələrinin 
alınmasında əvəzolunmaz xammaldır. 
Tərəvəzlər müxtəlif göstəricilərinə görə təsnif edilir. Əm-
təəşünaslıqda  tərəvəzlərin  kompleks  göstəricilərinə  görə 
təsnifatı belədir: 

 
233
1.  Vegetativ  tərəvəzlər.  Bu  tərəvəzlərin  yeyilən  hissəsi 
bitkinin  müxtəlif  vegetativ  orqanlarıdır,  yəni  kökü,  zoğu,  yar-
pağı və saplağıdır. 
2. Generativ və ya meyvəli tərəvəzlər. Bunların meyvəsi 
və hamaşçiçəyi istehlak edilir. 
Vegetativ tərəvəzlər 7 yarımqrupa bölünür: 
1.  Köküyumrulara  –  kartof,  bataq  (şirin  kartof)  və  topi-
nambur (yerarmudu) aiddir. 
2.  Kökümeyvəlilərə  –  yerkökü,  aşxana  çuğunduru,  ağ 
köklər  –  cəfəri,  kərəviz,  cırhavuc;  turp,  qırmızı  turp,  ağ  turp, 
ş
alğam, qıtıqotu aiddir. 
3. Kələm tərəvəzlərinə – ağbaş kələm, qırmızıbaş kələm, 
savoy,  Brüssel  kələmi  və  gül  kələm,  həmçinin,  kolrabi  (daş 
kələm) aiddir. 
4. Soğan tərəvəzlərinə – baş soğan, sarımsaq, göy soğan, 
kəvər,  altay  soğanı,  çoxcərgəli  soğan,  pero,  porey  və  batun 
soğanları aiddir. 
5.  Kahı-ispanaq  tərəvəzlərinə  –  kahı  (yarpaq,  romen, 
kök),  vəzəri,  ispanaq,  turşəng,  cavan  çuğundur  yarpaqları,  gi-
citkən, əvəlik və s. aiddir. 
6.  Ədviyyəli  göyərtilərə  –  şüyüd,  nanə,  reyhan,  tərxun, 
keşniş, dağ keşnişi, yarpız, dağ nanəsi, cəfəri və kərəvizin yaşıl 
yarpaqları aiddir. 
7.  Desert  tərəvəzlərə  –  ravənd,  qulançar  və  ənginar 
aiddir. 
Meyvəli  və  ya  generativ  tərəvəzlər  3  yarımqrupa 
bölünür: 
1.  Bostan  tərəvəzlərinə  xiyar,  qabaq,  qovun,  qarpız, 
boranı (qabaqcıq, göy qabaq) və patisson aiddir. 
2.  Tomat  tərəvəzlərinə  tomat  (pomidor),  badımcan  və 
saplaqlı istiot (bibər) aiddir. 
3.  Paxlalı  və  dənli  tərəvəzlərə  tərəvəz  noxudu,  tərəvəz 
lobyası, paxla və sütül qarğıdalı aiddir. 
 
234
Tərəvəzin  birillik,  ikiillik  və  çoxillik  qrupları  olur.  Bir-
illik tərəvəzlərə bütün meyvəli tərəvəzlər, turp, şüyüd, ispanaq 
və  kahı,  ikiillik tərəvəzlərə  kələm,  yerkökü,  çuğundur,  baş  so-
ğ
an, çoxillik tərəvəzlərə  sarımsaq, qıtıqotu, ravənd, turşəng və 
topinambur aiddir. Ikiillik tərəvəzlər birinci ildə istehlak ediləsi 
məhsul, ikinci ildə isə toxum verirlər. 
Yetişmə  dövrünə  görə  tərəvəzlər  tezyetişən  (faraş), 
ortayetişən  və  gecyetişən  qruplara  ayrılır.  Botaniki  nöqteyi-
nəzərdən  tərəvəzlər  fəsillərə,  cinslərə  və  növlərə  görə  təsnif 
edilir. Tərəvəzlər, həmçinin, bostanlarda becərilən açıq sahə və 
ya da istixanalarda becərilən qapalı sahə tərəvəzlərindən ibarət 
olur. 
Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin