Əhməd-Cabir smayıl oğlu Əhmədov



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə22/43
tarix29.12.2016
ölçüsü2,16 Mb.
#3873
1   ...   18   19   20   21   22   23   24   25   ...   43

 Acıqovuq, zəncirotu – Одуванчик лекарственный – 
Taraxacum 
officinale 
Web. 
Bu 
mürəkkəbçiçəklilər 
(Compositae)  fəsiləsidən  çoxillik  bitki  olub,  çoxlu  yarpaqları 
və  düyünlü  kökləri  vardır.  Yarpaqları  lansetvarıdır,  kənarları 
kəsik-kəsikdir. Çiçəkləri sarı rəngdədir. 
Zəncirotu, adətən may-iyun aylarında çiçək açır. Bitkinin 
bütün  hissələri  acı  dad  verir,  lakin  zəhərli  deyildir.  Dərman 
məqsədilə  bitkinin  kökü  tədarük  edilir.  Kökündə  10%-ə  qədər 
acı dadlı taraksasin qlikozidi, polişəkər inulin (payızda 40%-ə 
qədər,  yazda  isə  1-2%),  20%-ə  qədər  saxaroza,  15%-ə  qədər 
zülali maddə, karotin, selikli və aşı maddələri, sterinlər və piyli 
yağ  vardır.  Çiçəklərində  və  yarpaqlarında  karotinoidlər,  üçter-
pen  spirtləri,  B
2
  və  C  vitamini,  xolin,  nikotin  turşusu,  sapo-
ninlər  və  minerallı  maddələr  (dəmir,  kalsium,  manqan,  fosfor 
və s.) vardır.  
Zəncirotu  Azərbaycanda  da  geniş  yayılıb.  Ona  respub-
likamızın əksər bölgələrində rast gəlinir.  
Zəncirotunun  müalicəvi  xassələri.  Dərman  məqsədilə 
zəncirotunun  köklərindən  daha  geniş  istifadə  olunur.  Kökləri 
payızın  ilk  aylarında  toplanır,  yerüstü  hissələrdən  təmizlənir, 
soyuq su ilə yuyulub günəş altında qurudulur. Belə qurudulmuş 
köklərdən  təbabətdə  iştahartırıcı  və  həzm  prosesini  yaxşı-

 
235
laşdırıcı  vasitə  kimi  istifadə  olunur.  Bu  məqsədlə  zəncirotu 
köklərini xırdalayıb toz halına salır və ondan 1-2 xörək qaşığı 3 
stəkan  suda  dəmləyib,  gündə  3  dəfə  armudu  stəkanla, 
yeməkdən 5-10 dəq. əvvəl qəbul edilir. 
Zəncirotu  kökünün  çayından  qaraciyər  və  öd  yolları 
xəstəliklərində  də  istifadə  olunur.  Bu  məqsədlə  hazırlanmış 
quru  tozundan  iki  çay  qaşığı  götürüb,  bir  stəkan  qaynar  suda 
dəmləyərək, səhər və axşam  yeməkdən əvvəl 1-2 xörək qaşığı 
xəstəyə içirirlər. 
Xalq  təbabətində  zəncirotundan  qida  həzmini  yaxşı-
laşdıran,  ödqovucu,  sakitləşdirici,  sarılıq,  yuxusuzluq  və  digər 
xəstəliklərdə istifadə olunur. 
Acıtərə-vəzəri    Кресс-салат  –  Lepidium  sativum. 
Xaççiçəklilər  (Cruciferae)  fəsiləsindən  uzunluğu  30-60  sm 
olan birillik bitkidir (Lepidium sativum). Yarpaqları şaxəli və 
ya  bütöv,  çiçəkləri  ağ  rəngdədir.  Vətəni  Iran  hesab  edilir. 
Acıtərə Qədim Misirdə, Yunanıstan və Romada istifadə olunan 
tərəvəzdir.  Mülayim  və  isti  iqlim  olan  rayonlarda  yetişir. 
Yarpaqlarında kalium və kalsium duzları, yod və dəmir vardır. 
Bunun acı yandırıcı dadı tərkibindəki qlükotropeolin və lepidin 
qlükozidlərinin  miqdarından  asılıdır.  Isti  şitilliklərdə  yetişən 
acıtərənin tərkibində 84,5 mq% C vitamini, 2,27 mq% karotin 
vardır.  Açıq  torpaqda  yetişəndə  isə  müvafiq  olaraq  164,7  və 
3,76 mq%-dir. Yaşıl kütləni fermentləşdirdikdən sonra 0,115% 
efir  yağı almaq mümkündür. Efir  yağının əsasını benzil-xardal 
yağı təşkil edir. Toxumunda 22,8-25% yağ vardır. 
Acıtərə  müxtəlif  salatlara,  ət  xörəklərinə  və  şorabalara 
qatılır. Təzə halda süfrəyə verilir. Pendirlə yeyildikdə iştahaçıcı 
qəlyanaltı hesab edilir.  
Acıtərənin  müalicəvi  xassələri.  Yarpaqları  xoşagələn 
tünd dadlı olduğundan, müxtəlif məqsədlər üçün istifadə olun-
masını  təmin  edir.  Acıtərəni  süfrə  göyərtisi  kimi  yeyirlər  və 
müxtəlif  şorbalar,  souslar,  ət  və  balıq  xörəkləri  üçün  tamlı 
qatma  kimi  də  istifadə  edirlər.  Acıtərənin  təzə  cavan  yarpaq-
 
236
larından  hazırlanan  salatlar  sinqa  əleyhinə  ən  yaxşı  vasitədir. 
Bu salata bir qədər turşəng və kasnı yarpaqları əlavə edildikdə 
daha dadlı olur. 
Avitaminozun  müalicəsində  və  profilaktikasında,  eləcə 
də qanazlığında acıtərənin köklərindən sıxılmış şirədən istifadə 
etmək olar. Bu şirəni gündə 3 dəfə 1 çay qaşığı içmək məsləhət 
görülür.  Acıtərənin  toxumlarından  alınan  tozvarı  məhsuldan 
xardalaoxşar  qıcıqlandırıcı  vasitə  kimi  istifadə  etmək  olar. 
Sarıca  xəstəliyi,  qotur  yaraları  və  irinlənmiş  yaraların  müali-
cəsində  xaricə  sürtmək  üçün  acıtərənin  qurudulub-üyüdülmüş 
toxum  və  yarpaqlarından  1:5  nisbətində  ərinmiş  yağda  hazır-
lanmış məlhəmdən istifadə edilir. 
Ağ  turp    Редька    Raphanus  Sativus  L.  Subap. 
hubernus  Alef.  Xaççiçəklilər  (Cruciferae)  fəsiləsindəndir. 
D
adı  tünd,  acıtəhər-şirindir.  Əsasən  salatların  hazırlanmasında 
istifadə  olunur.  Ona  tünd  dadı  verən  tərkibindəki  0,03-0,05% 
efir  yağıdır.  Tərkibində  7%-ə  qədər  karbohidrat,  o  cümlədən 
6,2%-ə  qədər  şəkər,  2%-ə  qədər  zülal,  29  mq%  C  vitamini, 
fosfor, dəmir və kükürd duzları vardır. Sortlarından Krayvoron-
skaya, Odessa-5,  yumru  ağ qış sortu,  yumru qara qış sortu, ağ 
may,  Dunqan  və  Abşeron  ağ  turpu  və  s.  göstərmək  olar. 
Azərbaycanda ən çox 2 sort: yumru ağ qış sortu və Abşeron ağ 
turpu yayılmışdır. 
Ağ turpun müalicəvi xassələri. Roma tarixçisi və yazıçı 
Pliniy  qeyd  edirdi  ki,  misirlilər  ağ  turpun  toxumundan  yağ 
alırdılar. Onun kökləri də o dövrdə istifadə olunurdu. 
Qədim yunan alimi Dioskoridin məlumatına görə ağ turp 
qidanın  həzminə  köməkdir.  Qalen  isə  ağ  turpdan  iştahanın 
artması  üçün  istifadə  etməyi  məsləhət  görürdü.  Ağ  turp  mədə 
ş
irəsinin  ifrazını  artırmaqla  həzmi  yaxşılaşdırır.  Ağ  turpun 
tərkibindəki  sellüloza  bağırsağın  motor  funksiyasına  müsbət 
təsir  göstərir  və  orqanizmdən  artıq  xolesterinin  ifrazına  səbəb 
olur.  Bu  isə  aterosklerozun  profilaktikasında  mühüm  əhəmiy-
yətə  malikdir.  Lakin  mədə  xorasında,  mədə-bağırsaq  traktının 

 
237
və qaraciyərin sətəlcəmində, ürəyin kəskin xəstəliklərində ağ və 
qırmızı turpdan istifadə etmək arzuolunmazdır. 
Xalq  təbabətində  ağ  turp  geniş  tətbiq  olunur.  Göyös-
kürək,  yuxarı  tənəffüs  yollarının  katarında,  bronxitdə  bəlğəm-
gətirici və öskürəyi sakitləşdirici kimi 1:1 nisbətində bal və ya 
şə
kərlə qarışdırılmış ağ turp şirəsindən gündə 3-4 dəfə 1 xörək 
qaşığı içmək məsləhətdir. 
Ağ  turp  şirəsi  ağciyərin  vərəmində  də  içilir.  Bəzən  ağ 
turp  şirəsini  hazırlamaq  üçün  iri  ağ  turpların  ortası  oyulub 
çökəklik  düzəldilir,  oraya  bal  (və  ya  şəkər)  tökülür  və  ayrılan 
ş
irədən gündə yarım stəkandan 1,5 stəkana qədər qəbul olunur. 
Bu,  həm  də  sidikqovucu  və  sidik  kisəsi  daşının  «əridil-
məsi»  üçün  də  yaxşı  vasitədir.  Keçmişdə  ağ  turp  şirəsini 
həkimlər  podaqra  xəstəliyində  və  öd  kisəsi  daşının  müalicə-
sində də xəstələrə  yaxşı müalicəvi vasitə kimi məsləhət görür-
dülər.  Ödqovucu  kimi  qara  turpun  şirəsini  su  ilə  qarışdırıb 
yeməkdən 30-40 dəq əvvəl içirlər. 
Ağ  turp  şirəsi  xaricə  sürtmək  üçün  də  tətbiq  olunur. 
Revmatizm, podaqra, miozit, nevrit və radikulitdə ağrılı yerləri 
turp  şirəsi  ilə  ovuşdurmaq  məsləhətdir.  Xalq  təbabətində 
revmatizm zamanı aşağıdakı nisbətdə qarışıq hazırlanır: 3 hissə 
turp şirəsi, 2 hissə bal və 1 xörək qaşığı araqla qarışdırılır, 0,5 
litr qarışığa 1 xörək qaşığı xörək duzu qatılır. Yatmazdan əvvəl 
həmin  qarışıqdan  25-30  ml  içib,  xəstə  oynaqları  yaxşı 
ovxalayırlar. 
Ağ  turp  əzintisi  və  şirəsi  antimikrob  təsirə  malik  oldu-
ğ
undan  irinləyən  yaraları  daha  tez  sağaldır.  Bu  isə  ağ  turpun 
tərkibində  güclü  bakterisid  təsirə  malik  lizosim  maddəsinin 
olmasından irəli gəlir. Ağ turpun, xüsusilə qara turpun toxum-
ları da güclü antimikrob xassəyə malikdir. Xırdalanmış toxum-
ları  bir  qədər  su  ilə  qarışdırıb,  irinlənmiş  yaraların  və  ekze-
manın daha tez müalicəsi üçün istifadə edirlər. Toxumundan və 
kökündən  araqda  hazırlanmış  tinkturadan  çilə  qarşı  istifadə 
olunur. 
 
238
Ağbaş  kələm    Белокочанная  капуста    Brassica 
oleracea  var.  Capitala  falba  L.  Xaççiçəklilər  (Cruciferae) 
fəsiləsindəndir.  Digər  kələmlərdən  fərqli  olaraq  yüksək  məh-
suldarlığı,  müxtəlif  müddətlərdə  yetişməsi,  yaxşı  saxlanılması 
ilə  seçilir.  Bəzi  alimlərin  fikrincə  kələmin  vətəni  Gürcüstanın 
Kolxida  düzənliyi  bölgəsidir.  Rus  dilində  «kapusta»  sözü 
Qədim  Roma  dilində  «baş»  mənasını  verən  «kaput»  sözü  ilə 
ə
laqədardır. 
Ağbaş  kələmin  tərkibində  orta  hesabla  90,0%  su,  1,8% 
zülal, 4,6% şəkərlər, 0,5% nişasta, 0,7% sellüloza, 0,05% üzvi 
turşu, 0,7% mineral maddə vardır. Ağbaş kələmdə 15-70 mq% 
C,  0,05-0,1  mq%  B
1
,  0,05-0,02  mq%  B
2
,  0,4-0,9  mq%  PP 
vitaminləri,  0,02-0,3  mq%  β-karotin,  K,  P  və  B
3
  vitamini 
vardır. Ağbaş kələmin kimyəvi tərkibi torpaq-iqlim şəraitindən, 
təsərrüfat-botaniki  sortlarından,  yetişmə  və  saxlanılma  müd-
dətindən və kələmin anatomik hissələrindən asılı olaraq dəyişir. 
Kələm  tərəvəzlərində  olan  azotlu  maddələrin  50%-ə  qədərini 
zülallar  təşkil  edir.  Aminturşulardan  gistidin,  lizin,  valin, 
leysin,  sistin,  tirozin  və  s.  vardır.  Kələm  zülalının  tərkibində 
kükürd vardır ki, bu da bişirilmə zamanı xoşagəlməz iyə (hid-
rogen  sulfid  və  merkaptan)  səbəb  olur.  Kələmdə  xolin  və 
betanin  də  vardır.  Şəkərlərin  əsasını  invertli  şəkər  təşkil  edir. 
Cüzi  miqdarda  saxaroza  vardır.  Tərkibindəki  sadə  şəkərlər 
kələmin  turşudulması  zamanı  süd  turşusuna  çevrilir.  Kələmdə 
1%-dək  hemisellüloza,  az  miqdarda  maltoza  və  qalaktoza 
vardır.  Kələmdə  0,01-1,7%  lipidlər,  7  mq%  xardal  yağı  olur. 
Üzvi  turşulardan  limon  və  alma  turşusu,  mineral  maddələrdən 
Ca, P, K, Na, Mg, Fe, Zn, Mn, J və s. vardır. Fe – 0,4-1,1 mq%, 
Ca – 43,2 mq%, P – 22 mq%, K – 210 mq%, Na – 23 mq%-dir. 
Yetişmə  müddətinə  görə  kələmin  təsərrüfat-botaniki 
sortları  5  qrupa  bölünür:  tezyetişən  (90-115  günə),  orta 
tezyetişən (115-125 günə), orta (125-135 günə), orta gecyetişən 
(135-150 günə) və gecyetişən (150-180 günə). 

 
239
Kələm  tərəvəzlərinin,  o  cümlədən  ağbaş  kələmin  key-
fiyyəti  yarpaqların  sayından  və  sıxlığından  asılıdır.  Belə  ki, 
tezyetişənlərdə 10-15 yarpaq, orta yetişənlərdə 20-22 yarpaq və 
gecyetişənlərdə 26-30 yarpaq olur. Kələm yarpaqları isə onların 
ağ  və  göyümtül  rəngindən  asılı  olaraq  müxtəlif  tərkibə  malik 
olur. Belə ki, ağyarpaqlılar göyyarpaqlılara nisbətən şəkərlə və 
azotlu  maddələrlə  zəngindir.  C  vitamini  iç  yarpaqlarda  üst 
yarpaqlara nisbətən çox olur. Məsələn, Amager sortlu kələmin 
üst  yarpaqlarında  26,9-31,9  mq%  C  vitamini  olduğu  halda, 
daxili  yarpaqlarında  bunun  miqdarı  45,1-50,2  mq%-ə  bəra-
bərdir. 
Yetişmə  müddətinə,  təyinatına,  formasına,  ölçüsünə  və 
bərkliyinə, daxili özəyinin uzunluğuna görə ağbaş kələm müx-
təlif sortlara ayrılır. 
Kələm başları xırda (diametri 10-18 sm), orta (20-25 sm) 
və iri (25 sm-dən çox) olur. 
Formasına  görə  kələm  girdə,  yastı,  oval  və  sivri  uclu, 
bərkliyinə  görə  isə  yumşaq  və  bərk  olur.  Uzun  müddət  sax-
lamaq üçün  yaxşı inkişaf etmiş bərk kələm götürülür. Yetişmə 
müddətindən asılı olaraq aşağıdakı kələm sortları vardır. 
Tezyetişən kələm sortlarından «Nömrə bir», «Qribovski-
147»-dir.  Çox  yayılmış  bu  kələmin  çəkisi  1-1,5  kq  gəlir.  Bu 
qrupa, 
həmçinin, 
«Yerli 
yaxşılaşdırılmış 
Dərbənd», 
«Tezyetişən» sortlar aiddir. 
Orta  tezyetişən  kələm  sortlarından  «Qızıl  hektar-1432», 
«Kolxozçu-2001»,  «Staxanovka-1513»  (çəkisi  2-2,5  kq)  və  s. 
göstərilə bilər. 
Orta  yetişən  sortlardan  «Slava-1305»,  «Qribov  şöhrəti-
231»  və  s.  Orta  gecyetişənlərdən  «Belorus  455»,  «Hədiyyə», 
«Nadejda», «Ladoqa-22», «Qış Qribov-13» və digər sortlardır. 
Gecyetişən  kələm  sortlarından  «Zimovka  1474», 
«Amager-611»,  gecyetişən  «Moskva-15»  (çəkisi  15  kq), 
«Zavodskaya»,  «Biryuçekut-138»,  «Belosnejka»,  «Cənub-31» 
və s. göstərmək olar. 
 
240
Azərbaycanda  «Nömrə  bir»,  «Qribovski-147»,  «Dər-
bənd-Qusar  çay»,  «Slava-1305»,  «Likurişka-478/15»,  «Yerli 
Abşeron»,  «Staxanovka-1513»,  «Qızıl  hektar-1432»  və  «Yerli 
Dərbənd» kələm sortları becərilir. 
Tezyetişən  kələm  sortları,  əsasən  təzə  halda  istifadə 
edilir. Konservləşdirmək üçün yararsızdır. Orta yetişən və gec-
yetişən  sortlardan  isə  həm  konservləşdirmədə  və  həm  də  təzə 
halda  istifadə  edilir.  Gecyetişən  sortları  təzə  halda,  optimal 
şə
raitdə iyun ayına kimi saxlamaq mümkündür. 
Ağbaş  kələmin  keyfiyyəti  yoxlandıqda  standarta  əsasən, 
onun  xarici  görünüşü,  yarpaqlarının  sıxlığı  və  çəkisi  nəzərə 
alınır.  Ümumiyyətlə,  tezyetişənlərin  çəkisi  0,4  kq,  orta 
yetişənlərin çəkisi 0,8 kq-dan az olmamalıdır. 
Hər  dəfə  qəbul  edildikdə  5%-ə  qədər  quru,  çirk,  əzik, 
zərərvericilərlə zədələnmiş və s. kələmin olmasına icazə verilir. 
Kələmin başı bütöv, təzə, təmiz, tam inkişaf etmiş, bərk, 
sağlam və formaca öz təsərrüfat-botaniki sortuna xas olmalıdır. 
Kələmin  başında  çoxu  3  sm  uzunluğunda  özək  saxlanılır. 
Fevralın 1-dən etibarən ticarət şəbəkəsinə daxil olan kələm üstü 
təmizlənərkən  ayrı-ayrı  yerlərində  səthinin  1/8  hissəsi  qədər 
kəsilib tullanan, çəkisi 0,6 kq gələn kələmlərin olmasına icazə 
verilir. 
Ağbaş  kələmin  müalicəvi  xassələri.  Qədim  Romada 
kələmi  əsas  yeməkdən  sonra  desert  kimi  süfrəyə  verirdilər. 
Kələmin  dəyəri  onun  qidalılığı  ilə  məhdudlaşmır.  Kələm 
qədimdən  böyük  müalicəvi  əhəmiyyətə  malikdir.  Kələmin 
müalicəvi  məqsədələ  istifadə  olunması  haqqında  Katon, 
Dioskorid,  Pliniy  və  Qalen  kimi  tarixçilərin  əsərlərində  qeyd 
olunmuşdur. Kələmdən qədimdə dəri xəstəliklərində, qida həz-
minin pozulması zamanı istifadə etmişlər. Rus xalq təbabətində 
kələmdən qida həzminin pozulmasında, qaraciyərin və dalağın 
xəstəliklərində, ekzemanın müalicəsində, yanıqlarda, irinlənmiş 
yaraların və digər xəstəliklərin müalicəsində istifadə edirlər. 

 
241
Kələmin  tərkibində  1,63%  sellüloza  vardır.  Bu,  bağır-
sağın  motor  funksiyasını  yaxşılaşdırır  və  xeyirli  bağırsaq 
çöplərinin  həyat  fəaliyyətinə  müsbət  təsir  göstərir.  Bununla 
belə,  sellüloza  orqanizmdən  xolesterinin  kənar  edilməsinə 
səbəb  olur  ki,  bu  da  aterosklerozun  qabağını  almaqda  mühüm 
ə
həmiyyətə  malikdir.  Kələmin  tərkibindəki  vitaminlərin,  fer-
mentlərin,  kalium,  fosfor  və  kükürd  duzlarının  orqanizm  üçün 
xeyiri  vardır.  Kələmin  müalicəvi  və  pəhrizi  qidalanmada 
mühüm əhəmiyyəti vardır. 
Təzə  kələmdən  hazırlanan  salatlarda  C  və  digər  vita-
minlər olduğundan çox xeyirlidir. Kələmin daxili yarpaqlarında 
C  vitamininin  miqdarı  üst  yarpaqlar-dakından  çoxdur.  Kələmi 
düzgün turşutduqda C vitamini yaxşı qalır. Həm də bütöv və 2-
4  yerə  bölünmüş  kələmdə  xırda  doğranmış  kələmə  nisbətən 
daha  çox  C  vitamini  olur.  Qış  mövsümündə  kartof  və 
turşudulmuş kələm əsas vitamin mənbəyi hesab olunur. Bunun 
üçün  turşudulmuş  kələmi  soyuq  və  qaranlıq  yerdə,  eləcə  də 
səthi örtülənə qədər duzluq (məhlul) altında saxlamaq lazımdır. 
Kələmi  turşutduqda  C,  B
2
,  PP  vitaminləri  və  digər  faydalı 
maddələr duzluğa keçir. Həmin məhlulun pəhrizi və müalicəvi 
ə
həmiyyəti  vardır.  Xalq  təbabətində  turşudulmuş  kələmin 
suyunu  vitaminli  və  ümumi  möhkəmləndirici  içki  kimi  içmək 
məsləhət  görülür.  Bu  iştahanın  artmasına,  qida  həzminin  yax-
ş
ılaşmasına,  qaraciyər,  davamlı  qəbizlik  və  babasil  xəstəlik-
lərinə kömək edir. Kələm suyunu yeməkdən əvvəl və ya yemək 
zamanı ilıq halda 1-1,5 stəkan içirlər. 
Kələmin  müalicəvi  xassələri  onun  tərkibində  mədə 
xorasına  qarşı  təsiredici  vasitənin  1949-1950-ci  illərdə  ekspe-
riment yolu ilə müəyyən olunması ilə daha çox əhəmiyyətlidir. 
Mədə  və  onikibarmaq  bağırsağın  peptid  xoralarının  müalicə-
sində kələm suyunun sağaldıcı təsiri vardır. Kələm şirəsi mədə 
xorasının  sağalması  və  epitel  toxumaların  əmələ  gəlməsini 
sürətləndirir.  Birinci  5-10  gün  müalicə  aldıqdan  sonra  xəstədə 
ağrılar azalır və özünü yaxşı hiss edir. 
 
242
Kələm  suyundan  istifadənin  əhəmiyyəti  onun  tərkibin-
dəki  U  vitamini  ilə  əlaqədardır.  Bu  isə  bəzi  bədxasiyyətli 
ş
işlərin artmasının qarşısını alır. 
Kələm  şirəsini  ev  şəraitində  hazırlamaq  çətin  deyil.  Kə-
ləm  şirəçəkən  maşından  keçirilir  və  belə  şirə  1-2  gündən  çox 
saxlanılmamalıdır.  Şirəni  sərin  yerdə  və  ya  soyuducuda  sax-
lamaq  lazımdır.  Sərin  şirənin  dadı  və  təravəti  daha  yaxşıdır. 
Hər  gün  3-4  dəfə  yeməkdən  40-50  dəq.  əvvəl  1-1,5  stəkan 
kələm  suyu  içmək  məsləhətdir.  Mədənin  və  onikibarmaq  ba-
ğ
ırsağın  müalicəsi  1  ay,  bəzən  daha  çox  davam  edir.  Xəstə 
sağaldıqdan  6  ay  sonra  təkrar  profilaktiki  müalicə  kursu  apa-
rılır.  Kələm  şirəsi  mədə  şirəsinin  turşuluğunun  az  olması  ilə 
ə
laqədar  qastritdə,  xolesistitdə,  yoğun  bağırsağın  xoralı  və 
spazmalı iltihabında faydalıdır. 
Kələmin  tərkibində  fitonsidlər  vardır.  Bu  maddələrin 
bakteriyalara  qarşı,  qızılı  stafilakokk,  vərəm  çöpləri  və  digər 
mikroblara  öldürücü  təsiri  eksperiment  yolu  ilə  müəyyən 
olunmuşdur.  Kələmdə  fitonsidlərin  olması  xalq  təbabətində 
onun xaricə müalicəvi təsiri ilə də təsdiq olunmuşdur. Belə ki, 
kələm  əzintisini  yumurta  ağı  ilə  qarışdırıb  irinli  yaraların, 
yanıqların  üzərinə  qoyurlar.  Xırdalanmış  kələm  yarpaqlarını 
süddə  bişirib  kəpəklə  qarışdırmaqla  dərinin  nəmli  ekzemalı 
yerlərinə və sıraca xəstəliyində (xənazir xəstəliyi) təpitmə kimi 
qoyulur. 
Təzə  kələm  şirəsini  ilıq  su  ilə  qarışdırıb  ağız  boşluğunu 
və  boğazı  qarqara  edirlər.  Qədim  Romada  qırmızıbaş  kələmin 
ş
irəsi  ağciyər  vərəmində  ən  yaxşı  müalicə  vasitəsi  hesab 
edilirdi.  Belə  şirəni  indi  də  öskürəyə  və  səs  tutulmasına  qarşı 
gündə bir neçə dəfə çay qaşığı ilə içmək məsləhət görülür. 
Tənəffüs  yollarının  iltihabı  xəstəliyində  kələm  həlimini 
südlə qarışdırıb içmək çox xeyirlidir. 
Kələmin  digər  sortlarının  (Gül  kələm,  Savoy  kələmi, 
Brüssel kələmi və s.) tərkibində vitaminlər və faydalı maddələr 

 
243
olduğundan, onlardan da pəhriz və müalicəvi məqsədlə istifadə 
olunur. 
Badımcan  –  Баклажан,  демьянка  –  Solanum 
melongena  L.  Badımcançiçəklilər  (Solanaceae)  fəsiləsindən-
dir.  stisevən birillik bitkidir. Əsasən Moldovada, Orta Asiya və 
Zaqafqaziya respublikalarında becərilir. 
Badımcan quruluşuna görə iri meyvə olub, qabıqla örtül-
müşdür. Daxilində qalın ətli hissəsi və çoxlu toxumu vardır. 
Badımcanın tərkibində 4,2% şəkər, 1,3% sellüloza, 0,2% 
üzvi  turşu,  0,5%  kül,  0,6%  zülal,  0,5-0,7%  pektin  maddəsi, 
0,0044-0,093%-ə qədər solanin qlükozidi vardır. Yetişib ötmüş 
badımcanın  tərkibində  solanin  qlükozidi  nisbətən  çoxdur.  Kal 
badımcanın tərkibində 0,8-3,7% nişasta olur. 
Badımcan  ölçüsünə  və  formasına  görə  qruplaşdırılır. 
Xırdameyvəli  armudaoxşar  badımcanların  uzunluğu  8-10  sm, 
diametri 5-7 sm, irimeyvəli armudaoxşar badımcanda isə uyğun 
olaraq  10-18  və  8-13  sm,  silindrformalı  orta  və  iriölçülü 
badımcanların  uzunluğu  10-25  sm,  diametri  isə  5-8  sm-dir. 
Çəkisi  50  q-dan  100  q-a  qədər  (bəzən  2000  q-a  qədər)  olur. 
Lakin əksərən 100-300 q irilikdə dərilir. 
Yetişməsinə  görə  tezyetişən  (120  günə),  ortayetişən 
(120-140  günə)  və  gecyetişən  (140  gündən  çox)  sortları  olur. 
Açıq bənövşəyi və  ya tünd bənövşəyi rəngdə olur. Ətli hissəsi 
zərif  və  toxum  hissəsi  daha  cavan  olanlar  yüksəkkeyfiyyətli 
sayılır.  Saxlanılacaq  badımcan  növlərini  yetişməmiş  dərirlər. 
Həddindən  artıq  yetişmiş  badımcanın  lifləri  kobudlaşdığından 
dadı pisləşir. 
Geniş yayılmış sortlarından Universal-6, Simferopol-105, 
Uzun  bənövşəyi-239,  Konservlik-10,  Don-14,  Delikates,  tez-
yetişən,  Pekin,  Silindr  formalı  misal  göstərilə  bilər.  Bunlardan 
başqa  Bolqar  0-14,  Krım-714  və  Şavqremani-9  sortları  da 
vardır. 
Azərbaycanda  becərilən  badımcan  sortlarından  uzun 
bənövşəyi-239 və Yerli Abşeron sortunu göstərmək olar. 
 
244
Badımcanın  keyfiyyətinə  aşağıdakı  tələblər  verilir. 
Meyvəsi tam yetişməmiş, təmiz, təzə, sağlam, forması və rəngi 
botaniki sortuna müvafiq, forması eybəcər və qabığı isə kobud 
olmamalıdır. Ətli hissəsi elastiki, toxum kamerası boşluqsuz və 
natamam  yetişmiş  ağ  toxumları  olmalıdır.  Meyvəsinin  uzun-
luğu 10 sm-dən, diametri 5 sm-dən az olmamalıdır. 
Tam  yetişmiş,  içərisi  boşluqlu  və  toxumu  tam  yetişmiş 
badımcanların  miqdarı  5%-dən,  qabığı  büzüşmüşlərin  miqdarı 
15%-dən,  əzilmiş  və  çatlamışların  miqdarı  8%-dən  çox  olma-
malıdır.  Kənarlaşmanın  ümumi  miqdarı  hər  göstərici  üzrə 
norma  daxilində  15%-dən  çox  olmamalıdır.  Badımcan  bənöv-
şə
yi rəngdə, müxtəlif çalarlı və saplaqlı olmalıdır. 
Badımcanın  müalicəvi  xassələri.  Badımcanın  vətəni 
Hindistanın  tropik  bölgələri  hesab  olunur.  Orada  badımcan 
yabanı formada bitir. 
Badımcan  təzə,  duza,  sirkəyə  qoyulmuş  və  konserv-
ləşdirilmiş halda qidaya sərf olunur. Badımcan kürüsü ən geniş 
yayılmış qəlyanaltı konservidir. Aşpazlıqda müxtəlif xörəklərin 
(dolma,  müsəmbə,  qızartma,  kükü  və  s.)  hazırlanmasında 
istifadə olunur. 
Badımcanla  qidalanma  aterosklerozun  müalicəsində  və 
profilaktikasında çox faydalıdır. Çünki orqanizmdən xolesterini 
çıxartmaqla  qanın  tərkibində  və  damarların  divarında  onun 
səviyyəsini  aşağı  salır.  Bu,  eksperiment  yolu  ilə  təsdiq  olun-
muşdur. Badımcanda kaliumun miqdarı çox olduğundan, ürəyin 
fəaliyyətini  yaxşılaşdırır,  orqanizmdən  artıq  mayenin  çıxarıl-
masına kömək etdiyindən, onun pəhrizi dəyəri artır. Badımcan 
yaşlı  adamlara,  ürək-damar  xəstəliyindən  əziyyət  çəkənlərə, 
xüsusən  ürəyin  fəaliyyətinin  zəifləməsi  ilə  müşahidə  olunan 
ş
işlərdə  məsləhət  görülür.  Orqanizmdən  sidik  turşusu  duz-
larının  sidik  vasitəsilə  kənar  olunmasında,  eləcə  də  podaqrada 
badımcandan gündəlik qidada istifadə olunması çox faydalıdır. 
Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin