Müxtəlif torpaq və bitkilər üçün davamlı solma nəmliyi Cədvəl 27 Solma nəmliyi, torpaq kütləsindən %
Bitkilər
Ağırgillicəli adi qaratorpaq
Qumlucalı küllü torpaq
Xiyar 16,5
3,87
Kətan
15,16
4,08
Buğda
14,2
2,52
Soleros
14,13
3,98
Torpaqşünaslıq üçün belə paradokslar səciyyəvidir: otaqda saxlanan quru
torpaqda nəmlik vardır. Məsələn, 1 kq çəkili qaratorpaq nümunəsində suyun miqdarı
50-60 qrama çatır (hiqroskopik suyun 5-6%-i). Onu termostatda qurutmaqla müəyyən
etmək olar. Ayrı-ayrı bitkilər müxtəlif nəmlikdə solmağa başlayır, yəni solma
nəmliyi yalnız torpağın xüsusiyyətlərindən deyil, həm də bitkinin növündən asılıdır.
Köklərin soruculuq qabiliyyəti mənimsənilə bilən nəmliyin aşağı sərhəddinin
səviyyəsini müəyyən edir. Kserofit bitkilər torpaq nəmliyinin daha da aşağı
qiymətlərində solmağa başlayır (cədvəl 27,28).