Амин Бабайев, Вцгар Бабайев



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə17/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   13   14   15   16   17   18   19   20   ...   431
etdirilməsi həyati zərurətdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
13
I. FƏSİL.  TƏBİƏTDƏN İSTİFADƏNİN ÜMUMİ ƏSASLARI  
 
1.1.  Ümumi anlayışlar 
 
Təbiət  dedikdə, geniş mənada bütün dünya, o cümlədən insan cəmiyyəti də 
daxil olmaqla Kainat, qısa mənada isə bizi əhatə edən maddi aləm nəzərdə tutulur.  
Təbiət cəmiyyətin yaşaması  və  məhsuldar istehsal qüvvələrin inkişafı üçün 
maddi və  mənəvi nemətlər mənbəyidir. Bu baxımdan təbiət insan cəmiyyətinin 
mövcudluğunu təmin edən təbii şərait amillərinin məcmusu kimi çıxış edir. İnsanı 
təbiət yaratmış və bütün sərvətlərini onun istifadəsinə vermişdir.  
Təbii  şərait təbiətin bütün aspektlərini  əhatə etməklə (iqlim, torpaq, coğrafi 
və oroqrafik şərait və s.) insanın həyatında birbaşa və ya dolayısı  iştirak edir. 
Təbii  şərait  əlverişli və ya ağır olub, cəmiyyətin təsərrüfat fəaliyyətinin 
istiqamətini, intensivliyini və inkişaf dərəcəsini təyin edir.  
Təbii şərait termininə yaxın və onunla əlaqəli olan ətraf mühit anlayışı çıxış 
edir.  Ətraf mühit anlayışı daha geniş olub, insanı  əhatə edən təbii ekosistemi, 
təbiətin əsas komponentlərini (hava, su, torpaq, bitki və heyvanlar aləmini və s.), 
təbii landşaftı və s. mühit amillərini əhatə edir.  
Ətraf mühit insanın sağlamlığını, normal həyat və  təsərrüfat fəaliyyətini, 
cəmiyyətin sosial-psixoloji durumunu təyin edir.  
Mühit amilləri biotik (canlı bütün orqanizmlərin, o cümlədən insanın fəaliy-
yəti ilə bağlı) və abiotik (cansız, qeyri-üzvi, kosmik, iqlim və s.) olub ekoloji 
amillər kimi də adlanır.  
“Ekologiya” terminini elmə alman bioloqu E.Hekkel (1866) daxil etmişdir. 
O, ekologiya anlayışı ilə biologiyanın orqanizmlə mühit arasındakı qarşılıqlı    
əlaqələrini öyrənən bölməsini adlandırmağı  təklif etmişdir. E.Hekkelə görə 
ekologiya - orqanizmlərin iqtisadiyyatını öyrənməklə onların təmasda olduğu 
başqa heyvan və bitkilərlə münasibətini, onların həm qeyri-üzvi, həm də üzvi 
mühitlə münasibətini tədqiq etməli idi.  
Canlı orqanizmlərin xarici mühitdən asılılığı  və  əlaqələrinin öyrənilməsi 
barədə biliklərin toplanması qədim dövrlərə təsadüf edir. Ekologiya bütün canlı-
ların bir-biri və  ətraf mühitlə qarşılıqlı  əlaqələrindən bəhs edən təlim kimi XX 
əsrin əvvəllərində formalaşmağa başlamışdır.  
“Ekologiya” termini daha geniş  məfhum olmaqla, bu gün cəmiyyət-təbiət 
münasibətlərinin ətraf mühitə təsirinin bütün aspektlərini əhatə edir.  
Ekologiya - yeganə və ümumi evimiz olan Yer haqqında təlimdir.  
XX əsrin ikinci yarısından başlayaraq cəmiyyət-təbiət münasibətlərində eko-
loji problemlər qabarıq şəkildə özünü büruzə verməyə başladı. Yaranmış ekoloji 
böhran ekoloji inqilabla nəticələnərək XX əsrin 70-80-ci illərində təbiətdən istifa-
dədə yeni ekoloji-informasiya dövrünün başlanması ilə nəticələndi.  
Yaşadığımız ekoloji-informasiya dövründə  təbiətdə baş verən proseslərin 
qiymətləndirilməsində və təbiət-cəmiyyət münasibətlərinin düzgün qurulmasında, 
bu və ya digər hadisənin, prosesin mövcudluğu və inkişaf etdiyi şəraiti öyrəndikdə 
ekoloji biliklərə  əsaslanır. Bu dövr təbiətdən istifadədə iqtisadi prinsiplərdən 


 
14
ekoloji prinsiplərə keçməyi tələb edir. Bu isə  təbiətlə münasibətdə ekoloji 
maraqların prioritet təşkil etməsi, üstün götürülməsi deməkdir. 
Təbiətdən istifadə  cəmiyyətin  ətraf mühitlə bağlı bütün münasibətlərinin 
cəmini  əhatə edir. Təbiətdən istifadə ilə bağlı yaranan münasibətlər xüsusi 
münasibət forması - ictimai - ekoloji münasibətləri təşkil edir (şəkil 1). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İctimai-ekoloji münasibətlərin səciyyəvi xüsusiyyətləri: 
1. Bu 
münasibətlər iradəvi xarakter daşıyır. Onların yaranmasını, dəyişdiril-
məsini və dayandırılmasını insanın iradəsi təyin edir. Məsələn, nəfəs almaq 
havadan istifadəni təşkil etmir, çünki insanın iradəsindən asılı deyil. Bundan 
fərqli olaraq, hava hövzəsinə (atmosferə) çirkləndirici maddələrin buraxıl-
ması isə ictimai - ekoloji münasibət olub, insan iradəsi ilə yaradılır, dəyiş-
dirilə və aradan qaldırıla bilər.  
«Hər kəsin sağlam  ətraf mühitdə yaşamaq hüququ vardır»  (Azərbaycan 
Respublikasının Konstitusiyası. Maddə 39, 1-ci bənd).  Təbiət-cəmiyyət 
münasibətlərinin insanın yaşaması  və normal həyat fəaliyyəti üçün zəruri 
sağlam ətraf mühit amilləri ilə təmin olunması başlıca vəzifəsidir. Beləliklə, 
sağlam mühitdə yaşamaq, təmiz havadan, sudan, torpaqdan və s. istifadə 
etmək ictimai-ekoloji münasibət deyil, sadəcə olaraq hər bir vətəndaşın 
konstitusiya hüququdur. Təbiətdən istifadə münasibətləri isə  həmin hüququ 
əldə rəhbər tutaraq onun təmin olunmasına xidmət etməlidir. 
2.   Bu münasibətlər müxtəlif ekoloji sistemləri təşkil edən komponentlər və ya 
ətraf mühitin təbii obyektləri üzərində qurulur. Məsələn, vəhşi heyvanların 
ovlanması təbiətdən istifadəni təşkil etdiyi halda, onların zooparkda saxlan-
ması  təbiətdən istifadəni təşkil etmir. Birinci halda vəhşi heyvanlar təbii 
mühitlə ekosistemlə  əlaqədə olduğu halda, ikinci halda həmin  əlaqələr 
kəsilmişdir. 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin