Амин Бабайев, Вцгар Бабайев



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə268/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   264   265   266   267   268   269   270   271   ...   431
Yerli hind toyuğu 
Hind toyuğu ev quşları içərisində  ən iri gövdəyə  və yüksək canlı kütləyə 
malikdir. Bu toyuqlar Azərbaycanın bütün bölgələrində geniş yayılmışdır. İldə 50-60 
ədəd yumurta verir. Otlaqdan yaxşı istifadə etməklə yerli şəraitə davamlıdır. Hind 
toyuğunun cücələri tez böyüyür, 65-100 günlükdə fərələrin canlı kütləsi 3,5-4,0 kq, 
xoruzlarınkı isə 4,5-5,0 kq olur. 1 kq canlı kütlə artımına 3,0-3,5 kq yem sərf edilir. 
Yaşlı yerli hind toyuqları 4-5 kq, xoruzlar 6-8 kq olur. 
Yerli hind toyuqlarının damazlıq keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə 
respublikamıza Ağ enlidöş  hind toyuqlarının müxtəlif tipləri, Ağ Moskva, Şimali 
Qafqaz, Qaratixores hind toyuğu cinsləri keçən  əsrin  əvvəllərində  həvəskarlar 
tərəfindən gətirilərək yerli şəraitdə uyğunlaşdırılmışdır.  
Yerli ördəklər 
Ətlik istiqamətli olub Azərbaycanın bütün bölgələrində yetişdirilir. Qabaqcıl 
təsərrüfatlarda hər yumurtlayan ördəkdən il böyu sürü təşkil etməklə 90-100 ədəd 
yumurta almaq mümkündür. Yumurtanın çəkisi 60-70 qramdır. Ördəklər başqa quş 
növlərinə nisbətən daha sürətlə böyüyür, az yem sərf edir və salamatqalma faizi 
yüksək olur. Hər 1 kq canlı kütləyə 3,0-3,5 kq yem sərf olunur. 
Ördəklər tez yetişdiklərinə görə 49-52 günlükdə canlı kütlələri 2,0-2,5 kq-a 
çatır. Ördəklərin ət çıxarı 80% olub ətin keyfiyyəti xeyli yüksəkdir. Respublikamız-
da ən geniş yayılanı Pekin ördək cinsi yerli ördəklərin yaxşılaşdırılmasında istifadə 
edilməlidir. Bu cins ətlik olmaqla 50 günlükdə 2,5 kq -a çatır. Hər 1 kq canlı kütləyə 
3,5-3,8 kq qarışıq yem sərf edilir. Ördək cücələrinin 97-98%-i salamat saxlanılır. 
Yumurtlama dövründə 100-120 ədəd yumurta alınır. Yumurtanın çəkisi 85-90 qr 
olur.  
Yerli qazlar 
Qazlar tez yetişən quş növüdür. Ən intensiv böyümə dövrü yetmiş günlüyə 
təsadüf edilir. Qaz əti yüksək qidalılığa malik olub, ət istehsalında mühüm rol 
oynayır. Qazlar bütün quş növlərindən fərqli olaraq daha çox piylənir. Yaxşı kökəl-
dilmiş qazların cəmdəyində 40-50% piy olur. Piyin toplanması qaz cücələrinin 
bəslənmə dövrünün ikinci aylığında başlayır.  
Qazların yumurta məhsuldarlığı yaşdan asılı olaraq artır. Bu artım birinci ilə 
nisbətən ikinci ildə 15-25%, üçüncü ildə isə 35-45% təşkil edir. Qazlar beş il istifadə 


 
224
edilir, sonra isə məhsuldarlığı azalır. Qazçılıq ətlik məqsədi ilə inkişaf etdirilir, hər 
ana qazdan orta hesabla 15-20 ədəd yumurta alınır.  
Respublikamızda geniş yayılmış yerli qazlarla yanaşı olaraq bir sıra cinslər –
Xolmoqor,  İri boz, Arzamos, Çin və s. qaz cinsləri də yetişdirilir. Bu qazlar yerli 
qazların keyfiyyətcə yaxşılaşmasında istifadə edilmişdir. Qazlar otlaq şəraitində 
yaxşı kökələrək, qüvvəli yemlərdən az istifadə edir.  

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   264   265   266   267   268   269   270   271   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin