Амин Бабайев, Вцгар Бабайев



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə289/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   285   286   287   288   289   290   291   292   ...   431
2. Pasterellyoz  
Ev və  vəhşi quşlar arasında ciddi təhlükə doğuran xəstəliklərdən sayılır. El 
arasında xirtdik və xortlama adı ilə tanınır. 
Yumurtalıq və ətlik cinslərlə yanaşı, hind toyuğu, qaz, ördək, kəklik, qırqovul, 
turac və digər vəhşi quşlar da xəstəliyə tutulur. Cavan quşlar 80-120 günlüyündə, 
ördəklər isə 40-50 günlüyündə xəstələnməyə daha meyilli olur. 
Kliniki  əlamətləri.  Xəstəlik iti və xroniki gedişatına görə  fərqlənir - ümumi 
halsızlıq, süstlük, mürgüləmə fonunda pipik və tanalar göyərir. Kütləvi yoluxma 
diqqətdən yayınmır. Bir qayda olaraq, kök, cantaraq, bordanmuş quşlar arasında 
tələfat geniş miqyas alır. Burun dəliklərindən, ağızdan yapışqanlı, bəzən qan 
qarışıq selik axır, temperatur 43C
0
-yə  qədər yüksəlir. Xəstələnmə dövrü bir neçə 
saat, ən geci isə 3-4 gün çəkir. Xəstələrin 30%-i çıxdaş vəziyyətinə düşür. 
Qabaqlayıcı tədbirlər. Ən kəsərli tədbir xəstələrin kökünün kəsilməsi, başqa 
sağlam təsərrüfatdan gətirilmiş quşlarla  əvəz etməkdən ibarətdir. Xəstələnmə 
təhlükəsini aradan qaldırmaq naminə aktiv peyvəndləmə aparılır.  

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   285   286   287   288   289   290   291   292   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin