Амин Бабайев, Вцгар Бабайев


Əhalisi 1 mln. nəfər olan şəhərin sərvətə tələbatı və yaranan tullantılar



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə47/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   43   44   45   46   47   48   49   50   ...   431
Əhalisi 1 mln. nəfər olan şəhərin sərvətə tələbatı və yaranan tullantılar,  
ton/sutka (O.S.Şorinaya görə 2000) 
Cədvəl 5 
Сярвят  
Туллантылар  
Ады 
Мигдары 
Мигдары 
Ады 
Su 
625000 500000 
Çirkab su    
Ərzaq 
2000 2000 
Bərk tullantılar   
Yanacaq: 
Kömür  
Neft 
Təbii qaz 
Avtomobil yanacağı  
 
4000 
2800 
2700 
100 
 
150 
150 
150 
1000 
450
 
Havanı çirkləndirən tullantılar: 
Bərk hissəciklər  
Kükürd dioksidi   
Azot oksidi   
Karbohidrogenlər   
Karbon oksidi    
 
Əhalisi 1 mln. nəfər olan şəhər sutka ərzində 500 min ton çirkab su, 2 min 
ton bərk tullantı  və 1,9 min ton müxtəlif aqreqat halında və kimyəvi tərkibdə 
atmosferi çirkləndirən maddə yaradır.  
Ətraf mühitin məişət tullantıları ilə çirklənməsi cəmiyyəti narahat edən 
ekoloji problemlərdən biridir.  
Biosferi çirkləndirən mənbələr müxtəlif olduğu kimi (sənaye, energetika
nəqliyyat, məişət tullantıları, kənd təsərrüfatı  və s.) çirkləndiricilərin də  tərkibi 


 
43
olduqca rəngarəngdir (minlərlə kimyəvi birləşmələr, ağır metallar, elektromaqnit 
və radioaktiv şüalanma, bərk tullantılar və s.). 
Bu müxtəliflik nəzər alınaraq, çirklənmənin təsnifatı  tərtib olunmuşdur. 
Həmin təsnifat çirkləndirici mənbəyə, çirklənmənin miqyası  və obyektinə  və 
çirkləndiricinin növü əsasında qurulmuşdur.  
Mənşəyinə görə çirklənmə bölünür: 
•  təbii – təbiətdə müşahidə olunan hadisə və proseslərin nəticəsində yaranır 
(vulkan püskürməsi, sel hadisələri, meteoritlərin atmosferin Yerə yaxın 
təbəqələrinə daxil olması, meşə yanğınları və s.); 
•  antropogen – insanın fəaliyyəti ilə bağlı bütün çirklənmələr. 
Çirklənmə obyektinə görə:  
 
•  suyun; 
•  atmosferin; 
•  torpağın; 
•  təbii lanşaftın çirklənməsi. 
Əhatə etdiyi əraziyə - miqyasına görə:  
•  lokal – kiçik əraziləri əhatə etməklə, məhdud, yerli xarakter daşıyır; 
•  regional – ölkə daxilində ərazinin hər hansı hissəsini əhatə edir; 
•  transsərhəd – bir neçə ölkənin  ərazisinə aid edilir (Kür çayının, Xəzər 
dənizinin və s. çirklənməsi); 
•  qlobal – ölkələr çərçivəsindən kənara çıxaraq bütün sivilizasiya üçün 
təhlükə yaradır (Dünya okeanının çirklənməsi, ozon təbəqəsinin 
deqradasiyaya uğraması və s.).  
Çirklənmə yaranma mənbəyinə  və növünə görə  fiziki, kimyəvi, bioloji və 
biotik olub təsnifatı daha çox elmi-praktiki əhəmiyyət kəsb edir.  
Fiziki çirklənmə mühitin istilik-energetik, elektromaqnit, dalğa, radioaktiv 
şüalanma və s. parametrlərinin normadan kənara çıxmasında müşahidə olunur: 
•  istilik (termal) çirklənmə – metallurgiya sənayesində, istilik elektrik stan-
siyalarında və s. qızdırılmış hava kütləsinin atmosferə buraxılması  və isti 
suyun hidrosferə axıdılması zamanı müşahidə olunur; 
•  səs-küyün artması – şəhərlər üçün səciyyəvi olub, texniki qurğular, nəqliy-
yat, sənaye, təyyarə limanı və s. yaranmasına səbəb olur;  
•  elektromaqnit  şüalanma (EMŞ) – mühitin təbii elektromaqnit xassələrinin 
dəyişdirilməsi nəticəsində baş verir, əsas mənbə kimi müxtəlif teleradio 
qurğularının yaratdığı elektromaqnit şüaları  çıxış edir. Ən təhlükəli çox 
yüksək tezlikli (ÇYT) şüalanma hesab olunur. 
Azərbaycanda EMŞ-nin səviyyəsinin yüksəldilməsində Qəbələ radiolokasiya 
stansiyası (RLS) əsas mənbə kimi çıxış edir. Keçmiş SSRİ Müdafiə Nazirliyinin 
hərbi obyekti kimi ötən  əsrin 70-ci illərində tikilmiş  Qəbələ RLS uzaqdan 
müəyyən edən stansiyalara aiddir. Bu tipli stansiyalar sırasında ən güclüsü olub, 
fəzada şüa gücü 600 Kvt təşkil edir. Stansiya yüksək tezlikli impulslu generasiya 
rejimində  işləyir. Qəbələ RLS-nin çox yüksək tezlikli şüalanması öz təsir 
xarakterinə görə keçici radiasiya şüalanmalarına yaxınlaşır.  


 
44
•  Radioaktiv çirklənmə - mühitdə radioaktiv şüalanmanın miqdarının təbii 
fonu keçməsi nəticəsində yaranır. 
Öz təsirinə görə EMŞ-də olduğu kimi, ionlaşdırıcı olub, hüceyrə  səviyyə-
sində baş verir. Hüceyrə maddələrini ionlaşdıraraq onda patoloji dəyişikliklər 
yaranmasına səbəb olur. Nəticədə hüceyrəni energetik və irsi mexanizmi pozulur, 
immun mexanizmi zəifləyir.  
Radioaktiv və elektromaqnit şüalanmaları  ən təhlükəli çirklənmə növləri 
olub, insanla bərabər bütün canlı aləmə (biosenoza) güclü təsir göstərir.  
Kimyəvi çirklənmə ətraf mühitə ona yad olan və ya qatılığı təbii fondan çox 
olan maddə və birləşmələrin gətirilməsi ilə mühitin kimyəvi xassələrinin dəyişdi-
rilməsi nəticəsində baş verir. «İstənilməyən yerdə, istənilməyən zaman və 
istənilməyən miqdarda» aşkar olunan bütün kimyəvi maddə  və birləşmələr çirk-
ləndirici adlandırılır. Kimyəvi çirklənmənin  əsas mənbələri sənaye, energetika, 
nəqliyyat vasitələri və kənd təsərrüfatı istehsalı olub, çirkləndiricilərin tərkibi çox 
geniş diapazona malikdir: 
• karbon birləşmələri (C
x
O
y
); 
• kükürd birləşmələri (S
x
O
y
); 
• azot birləşmələri (N
x
O
y
); 
• karbohidrogen məhsulları;  
• ftorlu birləşmələr; 
• ağır metallar; 
• pestisidlər; 
• üzvi metal birləşmələri; 
• mərgümüş birləşmələr; 
• yuyucu maddələr; 
• plastik kütlə; 
• aerozollar; 
• sintez olunmuş üzvi maddələr; 
• radioaktiv elementlər (bəzi mənbələrdə fiziki çirklənməyə aid edirik) və s. 
 
Kimyəvi çirkləndiricilər  sırasında çox təhlükəli və ya toksikliyi yüksək olan 
maddə və birləşmələr vardır ki, onların da mühitdə iştirakı yolverilməzdir (civə, 
mərgümüş birləşmələri, radioaktiv elementlər və s.). 
Çox təhlükəli kimyəvi maddələr sırasına süni yolla sintez olunmuş dioksi-
dinlər qrupu da daxildir. Dioksidinlər mutagen, kanserogen və embriotoksikoloji 
təsirə malik olub, bioakkumulyasiya (bioloji toplanma) xassəlidir. İnsan orqaniz-
minin inkişafında səbəb olduqları anormallıq irsən keçə bilir. 
Biosferin çirklənməsində kənd təsərrüfatının intensivləşdirilməsi (sənayeləş-
dirilməsi) sayəsində kimyanın – gübrə  və pestisidlərin tətbiqi xüsusi yer tutur. 
Miqyasına və törətdikləri təzadlara görə sənayedən sonra ikinci yerdə durur.  
 
 
 
 


 
45

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin