Амин Бабайев, Вцгар Бабайев


Aeroekosistemlərin əsas tiplərinin ümumiləşdirilmiş xarakteristikası



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə43/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   39   40   41   42   43   44   45   46   ...   431
Aeroekosistemlərin əsas tiplərinin ümumiləşdirilmiş xarakteristikası 
(Qazıəhmədov, Naumova, 1996)
  
Cədvəl 3 
Antropogen 
energetik 
subsidiyanın 
ölçü üzrə 
qrupları 
 
Məh-
sul-
darlıq 
 
Adap- 
tivliyin 
dərəcəsi 
 
İxtisas- 
laşma 
 
Maddə və enerji 
axımının sxemi 
 
Sestayninqin taktikası 
1 2 




 
Bitkiçi- 
lik 
 
Çəmən→Şum→ 
← 
 
Torpağın dincə 
qoyulmağa mərhələsi 
müddətinin kifayət 
qədər təmin olunması 
 
Heyvan-
darlıq 
 
Çəmən→Mal-qara→ 
← 
Yem sahəsinin 
məhsuldarlığı ilə mal-
qaranın sayı arasındakı 
balansın təmin 
olunması 
 
 
 
 
 
Ekstensiv 
(aşağı 
a.e.s.) 
 
 
 
 
 
 
Aşağı 
 
 
 
 
 
 
Yüksək 
Kom-
pleks 
←Şum→Mal- 
qara 
                        
       ← 
Şum sahəsi, çəmən və 
mal-qaranın sayı 
arasındakı balansın 
təmin olunması 
Bitkiçi-
lik 
Şum→ Ot 
və siderat səpin 
dövriyyəsinin tətbiqi 
 
Heyvan-
darlıq 
 
Şum→Malqara→ 
 
Peyinin atilizasiyası 
 
 
İntensiv 
(yüksək 
a.e.s.) 
 
 
 
 
Yüksək 
 
 
 
Aşağı 
Kom-
pleks 
←Şum→Malqara→ 
← 
 
     << --------- >> 


 
36
Aqroekosistemlərdə  bəzi proseslər təbii sistemlərdəki kimi getmir. Belə ki, 
təbii ekosistemlərdə suyun infiltrasiyası (süzülməsi) yüksək olub, səth sularını 
xeyli azaldır və torpağın eroziya prosesinin inkişafını zəiflədir. Təbii şəraitdə bitki 
örtüyü bütün il boyu eroziyanın qarşısını alır. 
Təbii ekosistemlərdə üzvi kolloidlər yüksək miqdarda olur, bu da torpağın 
ion mübadiləsini və susaxlama qabiliyyətini artırır. Aqroekosistemlərdə uzun 
müddət torpağın becərilməsi, həmçinin suvarılması nəticəsində maddələrin oksid-
ləşməsi və dağılması ilə  əlaqədar torpaqda kolloidlərin itməsi baş verir. Üzvi 
maddələrin oksidləşməsi ilə paralel olaraq həm də intensiv minerallaşma gedir, bu 
da üzvi maddələrin mütəhərrik hissəsinin xeyli itirilməsinə gətirib çıxarır.  
Aqroekosistemlərdə oksidləşmə  və minerallaşma prosesləri bitki örtüyünün 
sıxlığının azalması və torpağın temperaturunun artması nəticəsində güclənir. 
Biogen elementlərin dövran tsikli təbii ekosistemlərdə aqroekosistemə 
nisbətən daha qapalı gedir, çünki burada onların böyük hissəsi məhsulla çıxarılır. 
Aqroekosistemlərdə torpaqdan qaz halında olan azotun itkisi təbii ekosistemlərlə 
müqayisədə xeyli yüksəkdir, bu denitrifıkasiya mikroorqanizmlərin yüksək 
aktivliyi nəticəsində baş verir. 
Təbii ekosistemlərdə bitkinin qida elementlərini udma qabiliyyəti, torpaqda 
onların mənimsənilmə formalarının əmələgəlmə sürətindən yüksəkdir. Təbii eko-
sistemlərin bitkiləri daha çox müxtəlif kök sisteminə malikdir, bu, onun torpaq 
profilindən tam istifadəsinə imkan yaradır. Aqroekosistemlərdə aqrotexnika, həm 
rütubətdən istifadə effektliyini aşağı salır, həm də yuyulma prosesi nəticəsində 
qida maddələrinin torpağın kök sistemi yerləşən qatından da kənara aparılması 
təhlükəsi yaranır. Təbii ekosistemlər üç əsas həyattəminedici funksiya daşıyır 
(yer, vasitə, şərait). Onlardan fərqli olaraq aqroekosistemlərdə qida, yem, dərman 
və xammal resursunun ilkin mənbəyi kimi mümkün maksimum miqdarda məhsul 
əldə etmək formalaşır, yəni aqroekosistemin funksiyası,  əsasən, həyat vasitəsi 
kimi məhdudlaşır. Bunun əsas səbəbi resurstutumlu və  təbiətdağıdıcı aqroeko-
sistemlərin üstünlük təşkil etməsidir. 
Aqroekosistemin elmi əsaslanmış təşkili yerli landşafta və bütövlükdə ərazi-
nin təsərrüfat istifadəsinə adekvat (tam uyğun), səmərəli təbii və  təbii-təsərrüfat 
infrastrukturunun yaradılmasını nəzərdə tutur. 
Aqrolandşaftın təşkili təbii komplekslərin konturlarına yaxın olmalıdır, bu, 
aqrolandşaftın optimallaşdırılması ilə yerinə yetirilir. Lakin bu, ekoloji əsaslanmış 
aqroekosistemin yalnız görünən hissəsidir. Landşaft ekoloji tarazlığı saxlayan 
kütlə və enerji mübadiləsinin «daxili» prosesləri daha mürəkkəbdir. 
 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin