48
• bir təbii ehtiyatın mənimsənilməsinin digərinin keyfiyyətinə və kəmiyyətinə
xələl gətirməsinin yol verilməzliyini, məsələn meşələrin qırılması
nəticəsində torpaqların eroziyaya uğraması yol verilməzdir;
• təbii landşaftlara, o cümlədən onların ayrı-ayrı komponentləri
olan təbii
ehtiyatlara antropogen təzyiqlərin ətraf mühitdə yaranmış dayanıqlıq
həddini keçməməsini;
• təbii ehtiyatlardan istifadənin cəmiyyətin sosial-iqtisadi tələblərindən irəli
gəlməsi ilə bərabər, konkret regionun təbii
xüsusiyyətlərində nəzərə
alınmasını.
Təbii ehtiyatlardan istifadənin planlaşdırılması onların dəqiq uçotunun
aparılmasını və qiymətləndirilməsini tələb edir. Təbii ehtiyat potensialının model-
ləşdirilməsinə, proqnozlaşdırılmasına əsaslanaraq, xalq təsərrüfatının digər plan-
laşdırılmaları ilə (təbii-ərazi kompleksinin planlaşdırılması, ərazi-ekoloji və
sosial-iqtisadi planlaşdırma və s.) üzvi sintez təşkil edir.
Ekoloji planlaşdırma sosial inkişafın bütün
aspektlərini nəzərə almaqla
cəmiyyət-təbiət münasibətlərinin ahəngdar inkişafına xidmət edir. Bu isə davamlı
inkişaf konsepsiyasının prinsiplərindən irəli gəlir.
Davamlı inkişaf konsepsiyasının başlıca prinsipi bugünkü inkişafın indiki və
gələcək nəsillərin ziyanına olmadan həyata keçirilməsi olub. BMT-nin ətraf mühit
və inkişafa dair 1992-ci ildə Rio-de-Janeyroda keçirilmiş konfransı bu konsep-
siyanı planetin bütün ölkələri üçün XXI əsrdə fəaliyyət planı kimi təsdiq etmişdir.
Davamlı inkişaf konsepsiyası üç şərti əsas götürür:
• Yer kürəsində zaman baxımından təbii ehtiyatların əhalinin sayı nəzərə
alınmaqla sabit saxlanılmasını;
• bərpa olunmayan tükənən təbii sərvətlərin yeniləri ilə əvəz olunması
yollarının tapılmasını;
• cəmiyyətin uzunmüddətli öhdəliyi – qlobal ekosistem olan
Yer kürəsində
həyatın davam etdirilməsini iqtisadi səmərəli və ekoloji düşünülmüş
üsullarla idarə olunmasını.
Davamlı inkişaf konsepsiyasının əsas ideyası biosferdə mühitin tənzimləyi-
cisi olan ekoloji inkişafı, biosferdə sabitliyin pozulmasına başlıca səbəb olan
iqtisadi inkişafı və təbiət-cəmiyyət münasibətlərinin səviyyəsini
təyin edən sosial
inkişafı əlaqələndirərək onların dinamik vəhdətinin yaradılmasıdır (şəkil 9).
Birinin digərindən asılı olması və ya birinin digərinə təsir göstərməsi nəzərə
alınmaqla bu üç müxtəlif inkişaf proseslərinin vəhdətdə baxılması cəmiyyətin
sağlam mühitdə davamlı inkişafına zəmin yarada bilər.
Azərbaycan ərazisinin (8641.7 əkin ha) 49.3%-i (4.2 mln. ha) kənd təsərrüfatı
torpaqlarının payına düşür. Sovet dövründə Azərbaycanda hər adam başına düşən
kənd təsərrüfatına yararlı torpaq sahəsinin həcminə görə (0.7 ha) 15 müttəfiq
respublikanın arasında 14-cü yeri tuturdu. Bu gün erməni işğalı altında olan
ərazimizi də nəzərə alsaq, vəziyyətin daha da acınacaqlı olduğu hamıya
məlumdur.