50
sahədə hökm sürən nəzarətsizlik torpaqlarımızın təkrar şorlaşmasına səbəb
olmaqla yanaşı ölkədə ərzaq təhlükəsizliyi proqramının yerinə yetirilməsinə
böyük mane yaradaraq iqtisadiyyatımıza milyon manatlarla ziyan vurmuşdur.
Əgər belə bir faktı nəzərə alsaq ki, 1 ha şorlaşmış torpaq sahəsini özünün əvvəlki
münbit vəziyyətinə qaytarmaq üçün 1 milyon dollar vəsait tələb olunur, onda
ölkəmizdə şoran torpaqların meliorasiyası üçün milyard manatlarla vəsaitin tələb
olunduğunu görərik.
Buna baxmayaraq bu gün də vəziyyət gərgin olmaqla davam edir.
Ölkədə
mövcud olan təsərrüfatlararası və təsərrüfatlardaxili kanalların yalnız 4.1%-i
örtüklənmişdir, yəni mövcud kanalların 95%-dən çoxu səth örtüyü olmadığından
bu kanallarda hər il 2.5-3.5 mlrd. m
3
su itkisi baş verir. Əgər bu itkini 50%
azaltmaq olarsa, bu da suvarılan sahələrin həcmini 150-200 min ha artırmağa
yetərli olan bir faktdır.
Uzun
illər ölkəmizin təsərrüfatlarında (keçmiş kolxoz və sovxozlarda) kənd
təsərrüfatı bitkilərinin zərərvericilərinə və xəstəliklərinə qarşı mübarizə üçün
milyon tonlarla kimyəvi preparatlardan və gübrələrdən (pestisidlər və herbisidlər
və s.) istifadə olunmuşdur.
Bu illərdə həmin məqsədlə tətbiq olunan kimyəvi maddələrin miqdarı tələb
olunan normadan 10-15 dəfə, bəzən isə daha çox olmuşdur. Bu səbəbdən ölkə
ərazisinin 13-15%-i bu maddələrlə çirkləndirilmişdir. Hələ indi də respublikanın
pambıqçılıq və üzümçülük rayonlarında 1 ha torpaq sahəsində mövcud olan qalıq
toksiki maddələrin miqdarı 30-180 kq arasında dəyişməklə beynəlxalq
normativlərlə icazə verilən həddən 50-60 dəfə yüksəkdir.
Son 30-40 il ərzində dağ mədən işlərinin tullantıları, neft məhsulları tikinti-
inşaat tullantıları vasitəsilə ölkədə 30 min ha-dan çox torpaq sahəsi çirklənmişdir.
Bu torpaqların inventarizasiyası 1986-cı ildə çox səthi aparılmasına baxmayaraq
həm Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həm də Respublika
Nazirlər Kabineti
tərəfindən hələ də ölkədə müxtəlif səbəblərdən çirklənmiş torpaqların dəqiq
inventarizasiyası və onların rekultivasiyası istiqamətində aparılan işlər ləng gedir.
Azərbaycan üçün xarakterik olan və çox qorxulu proseslərdən biri də
səhralaşma prosesidir. Bu gün bu proses Azərbaycanda çox intensiv və özünə
məxsus xüsusiyyətlərlə baş verir. Bunun əsas səbəblərindən birisi ölkə ərazisinin
60%-ə qədərini arid iqlim şəraitinə mənsub olmasıdır. Ərazimizin 40%-də
quraqlıq əmsalı səhralarla analoji xarakter daşıyır. Quraqlığın il boyu üstünlük
təşkil etməsi əhalimizin təxminən 4.5 mln. nəfəri yaşayan arid zonada torpaqların
deqradasiyasına
və nəhayət, səhralaşmaya səbəb olur.
Arid
ərazinin yüksək dağ silsilələri ilə sərhədlənməsi yarımsəhra, quraqlıq-
çöl və kserofit-kol formalarının yaranmasına şərait yaradır. Digər tərəfdən insanın
intensiv təsərrüfat fəaliyyəti, landşafta düşən “yükün ağırlığı” arid və semiarid
zonalarda təbii komplekslərinin təbii strukturunun pozulmasına səbəb olaraq
antropogen landşaftın formalaşmasını sürətləndirmişdir.
Nəticədə ekzogen geoloji proseslər güclənmiş, geokomplekslərin biopo-
tensialı zəifləmiş və bu səbəbdən də səhralanma prosesi sürətlənmişdir.
Respublikamızın ərazisi geomorfoloji baxımından düzənlik (dəniz
səviyyə-
sindən aşağı və yüksəkliyi 200 m-ə qədər olan ərazi) , dağətəyi (200 m-dən 500
51
m- ə qədər yüksəkliyi olan), dağlıq (500 m-dən 2000 m-ə qədər yüksəkliyi olan)
və yüksək dağlıq (yüksəkliyi 2000 m-dən çox olan ərazi) zonalara bölünür.
Düzənliyin ümumi sahəsi 3690 min ha olmaqla ərazinin 42.7% -ni təşkil edir.
Dağətəyi zonanın ərazisi 2099.9 min ha olub ərazinin 24.3%-ni, dağlıq və yüksək
dağlıq ərazinin sahəsi isə 2851.8 min ha olub ərazinin 32.5%-ni təşkil edir.
Ərazinin 46.8%-nin mailliyi 1°-dən aşağı olmaqla bura Kür-Araz düzənliyinin
əsas hissəsi daxildir. Ərazimizin 14.6%-nin mailliyi 1-3°, 9.3%-nin mailliyi isə 3-
5°təşkil edir. Yüksək dağlıq hissə əsasən çox dik yamaclara malik olmaqla,
ərazinin 4.3%-nin mailliyi 20°-dən çoxdur. Elə bu səbəbdən sıldırımlı dağ
yamaclarında egzogen geoloji proseslər, o cümlədən Yerin üst qatının və torpağın
deqradasiyası çox intensiv baş verir.
Azərbaycanın coğrafi yerləşməsi və çox mürəkkəb relyef şəraiti atmosfer
prosesləri ilə qarşılıqlı əlaqədə ərazidə öz xüsusiyyətləri
ilə fərqlənən müxtəlif
relyef tiplərinin formalaşmasına səbəb olmuşdur. Düzənlik ərazilərdə yay bürkülü
və quraq olmaqla qış soyuq və rütubətli keçir, amma bu proses vaxtaşırı yazın
soyuq və isti hava axınları ilə müşayiət olunur. Dağlarda çox pilləli yüksəklik
sistemləri daima qar zolaqları ilə örtülü olmaqla intensiv işıqlanan və kölgəli dağ
yamaclarının iqlim göstəriciləri bir-birindən kəskin fərqlənir.
İlin ən yüksək temperaturu Kür-Araz düzənliyində və Lənkəran zonasında
müşahidə olunmaqla əsasən 14°-dən yüksək olur. Dağlıq zonada isə temperatur
4-6° -dən aşağıdır.
Atmosfer çöküntülərinin miqdarı müxtəlif rayonlarda müxtəlifdir.
Abşeronda
ildə ən az (160 mm), Lənkaran düzənliyində isə lap çox (1600 mm) yağıntı düşür.
Kür-Araz ovalığının böyük bir hissəsi, Naxçıvanın Araz sahili düzənliyi,
Talışın dağlıq zonası və Abşeronun şimal hissəsində illik yağıntıların miqdarı
200-300 mm arasında tərəddüd edir. Buna müvafiq olaraq rütubətlənmə əmsalı
Kür-Araz ovalığında 0.1-0.5; Kiçik Qafqazda 0.1-0.2; Böyük Qafqazın Cənub
yamaclarında (Acınohur-Ağsu rayonu) 0.15-0.25; Böyük Qafqazın şimal-şərq
hissəsində (Quba-Xaçmaz zonası) 0.15-0.25; Qarabağ dağ silsiləsində 0.15-0.25;
təşkil edir.
Son 100-150 illik iqlim göstəricilərinin təhlili göstərir ki, axırıncı 30-40 ildə
soyuq iqlim zonalarında istiləşmə baş verməklə illik orta temperatur 0.8-1.0°
yüksəlmiş və yağıntıların miqdarı 10-20 mm azalmışdır. Bunun nəticəsi olaraq
quraqlıq güclənmiş, torpaqların deqradasiyası isə sürətlənmişdir.
Mikroiqlim dəyişiklikləri ərazidə səhralaşmanın inkşafına şərait yaradır. Eyni
zamanda meşələrin nizamsız qırılması, kolluqların
məhv edilməsi və Yerin səth
örtüyünün dəyişməsinə səbəb olan digər amillər ərazinin radiasiya balansının,
istilik rejiminin, nisbi rütubətliyinin dəyişirilməsinə təsir edərək deflyasiya və
eroziya prosesləri güclənmiş və torpaq-qrunt kompleksinin deqradasiyası
sürətlənmişdir.
Azərbaycanda 30-40 ildə küləklərin də xarakteri xeyli mürəkkəbləşmiş və
dəyişmişdir. Xüsusilə Abşeron, Qobustan və cənubi-şərqi Şirvanda küləklərin
tezliyi artmaqla onlar çox vaxt qasırğa xarakteri daşıyır. Bu zaman onların
sürəti
saniyədə 14-20 m, bəzən isə daha çox olur.
52
Bütün qeyd olunanlardan nəticə çıxararaq belə qənaətə gəlmək olar ki,
Azərbaycanda torpaq deqradasiyası prosesi təbiətin özünün bir acınacaqlı
”töhfəsidir”. İnsanın təsərrüfat fəaliyyəti isə nəinki bu prosesin qarşısını alır,
əksinə onu daha da gücləndirir.
Azərbaycanda torpağın deqradasiyasını yaradan səbəblərdən biri də ölkənin
su ehtiyyatlarının məhdudluğudur. Cənubi Qafqazın ümumi su ehtiyyatlarının
(310 mlrd. m
3
) yalnız 10%-i Azərbaycanın payına düşür. Ərazimizdən axan çay
sularının yalnız 30 %-i ölkə daxili mənbələrdən formalaşır (5.4 mld. m
3
). Adam
başına düşən suyun həcminə görə ölkəmiz öz qonşuları arasında axırıncı yerdədir.
Belə ki, Rusiyada ildə hər nəfərə düşən su ehtiyyatı 18.2 min m
3
, Gürcüstanda
11.3 min m
3
, Ermənistanda 3.2 min m
3
, Azərbaycanda isə 1.5 min m
3
-dir. Ölkənin
illik su defisiti 3.7 m
3
təşkil edir.
Azərbaycanda torpaq deqradasiyasını gücləndirən
amillərdən biri də
mövcud meşələrin amansızcasına qırılmasıdır. Təkcə islahatlar dövründə (1994-
2010) özbaşınalıq ucbatından 300 min ha meşəlik məhv edilmişdir. Bu da ölkədə
eroziya prosesinin sürətlənməsinə böyük təkan vermişdir. Bu gün eroziyaya
məruz qalmış ərazinin sahəsi 3685 min ha və yaxud bütün ərazinin 42.5%-i
qədərdir. Bundan 13-15% şiddətli, 11-12% orta, 15-16% isə zəif eroziyaya məruz
qalan sahələrin payına düşür. Ölkənin rayonları üzrə eroziyanin yayılması 6 saylı
cədvəldə verilmişdir.
Dostları ilə paylaş: