Ekoloji-iqtisadi siyasət:
• iqtisadiyyatın ekolojiləşdirilməsini nəzərdə tutur;
• ekoloji prinsiplər prioritet təşkil edir;
• təbii ehtiyatlardan səmərəli və qənaətedici istifadəni nəzərdə tutur;
• tullantısız texnoloji proseslərin tətbiqi və təbiəti mühafizə tədbirlərinin
həyata keçirilməsi sayəsində ətraf mühitin çirkləndirilməsinin aradan
qaldırılması və ya minimal səviyyəyə çatdırılmasını nəzərdə tutur.
Antropogen təsirlərin nəticəsində təbiətdə baş verən dəyişikliklərin miqyası-
nın, keyfiyyət və kəmiyyətin parametrlərinin təyin olunması təbiətdən istifadənin
iqtisadi məsələlərinə daxildir. Təbiətdən istifadənin iqtisadi dairəsinə aid olan bu
və ya digər ekoloji-iqtisadi məsələlərin həllində təbiətdə bütün hadisələrin
qarşılıqlı əlaqədə olması əsas götürülür:
• ekosistemdə baş verən hər hansı bir dəyişiklik onun oradan qaldırılmasına
yönələn təbii zəncirvarı reaksiyaların inkişafına səbəb olur;
• ekosistemin komponentləri arasındakı əlaqələr qeyri-xətti xarakter daşıyır,
hər hansı bir komponentin cüzi dəyişməsi digər tərkib hissələrin güclü
dəyişməsinə səbəb ola bilir;
• qlobal ekosistem olan biosferdə dönməz xarakter daşıyan dəyişikliklər yeni
təkamül inkişafı səviyyəsinə keçidlə nəticələnir.
Qlobal ekosistemlərin öz funksiyalarını normal yerinə yetirməsində təbii
normativ mövcuddur («bir faiz qanunu»).
Həmin normativə əsasən təbii sistemin energetikasının 1% daxilində dəyiş-
dirilməsi onun müvazinəini pozur və hətta sıradan çıxmasına səbəb olur.
Biosferdə enerji mübadiləsinin 99%-i maddələr dövranının qapalı qalmasına
və ətraf mühitin keyfiyyətinin saxlanmasına sərf olunur. Cəmiyyətin inkişafına
1%-dən az enerji qalır.